Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2583/2022 08.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2583/2022 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı şəhəri 08 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2254/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 08 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Göyçay rayonu Potu kəndində yerləşən 0.44 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətindədir.
2. X1 xx.xx.2021-ci il tarixli 12 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi-birgə mülkiyyətində olan RX ******* seriyalı çıxarışa əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0.44 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 6 saylı protokoluna əsasən verilmiş 0,10 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmiş 0,44 ha torpaq sahəsi üst-üstə düşmür.
3. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/2213 saylı rəyindən görünür ki, X6 və Ek spertiza Mərkəzi” MMC tərəfindən tərtib edilən, xx.xx.2021-ci il tarixli, 12 nömrəli mütəxəssis rəyindən göründüyü kimi İddiaçılar X2, İddiaçı2 İddiaçı3, İddiaçı4 mülkiyyətində olan RX ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Göyçay rayonunun Potu kəndində yerləşən 0.44 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Potu kəndində yerləşən mülkiyyətlərində olan 0.44 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddia belə əsaslandırılmışdır ki, DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən çıxarışa əsasən Göyçay rayo nu, Potu kəndində onun və digər iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4 və İddiaçı2 ümumi birgə mülkiyyətində 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və onun tərəfindən qeyri-qanuni istifadə edilir. Bununla da onların həmin torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququ pozulmuşdur. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir.
6. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçılara məxsus Göyçay rayon Potu kəndində yerləşən 0.44 ha torpaq sahəsini zəbt etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir.
7. Göyçay Rayon Məhkəməsinin (hakim X3) 2(046)-195/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Göyçay rayonu Potu kəndində yerləşən RX ******* seriyal ı çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumibirgə mülkiyyətində olan 0.44 ha torpaq sahəsindən Cavabdeh çıxarılması qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini əsaslandıraraq bildirmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/2213 saylı rəyinə əsasən X6 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib edilən, xx.xx.2021-ci il tarixli, 12 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçılar X2, İddiaçı2 İddiaçı3, İddiaçı4 mülkiyyətində olan RX ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Göyçay rayonunun Potu kəndində yerləşən 0.44 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Göyçay rayonu Potu kəndində yerləşən RX ******* seriya lı çıxarışa əsasən iddiaçıların ümumi-birgə mülkiyyətində olan 0.44 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir.
9. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəllənin (bundan sonra MM) 152, 157-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Göyçay Rayon Məhkəməsinin (hakim X3) 2(046)-195/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun və atasının mübahisəli torpaq sahəsinin 0,23 ha hissəsini 2006-cı ildə İddiaçı1 almaqları barədə işin faktiki hallarını araşdırmamış Mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətində olmasını təsdiq edən dövlət aktındakı koordinatlarla sonradan iddiaç ıların mülkiyyət hüququ təkrar qeydə alınarkən verilmiş reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatların uyğun gəlməməsini məhkəmə araşdırmamışdır. Məhkəmə ekspert rəyinə əsasən onun 0,44 ha torpaq sahəsinin qanunsuz istifadə etməyi qənaətinə gəlmişdir. Halbuki həmin torpaq sahəsinin 0,23 ha hissəsi onun və ailəsinin istifadəsindədir. Ekspert rəyinə görə atasının mülkiyyətində olan 0,26 ha torpaq sahəsi mübahisəli 0,44 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Halbuki uzun illərdir ki, daşınmaz əmlakın dövlət reyestri xidməti onun və oğlunun bələdiyyədən aldıqları 0,20 torpaq sahələrinə və atasının mülkiyyətində olan 0,26 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını iddiaçıların torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün qeydə almır. Bu barədə DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin məktubunu apellyasiya şikayətinə əlavə etmişdir. Mübahisəli torpaq sahəsi 1997-ci ildən atasının və onun, sonradan isə oğlunun istifadəsində və sahibliyindədir. Atasının 0,26 ha torpaq sahəsinə mülkiyyət hüququ var, oğlu ilə o isə hər biri 0,10 ha torpaq sahəsini bələdiyyədən alqı-satqı müqaviləsi bağlamaqla almışlar. Məhkəmə atası və oğlunu cavabdeh kimi işə cəlb etməmiş və o atasının mülkiyyətində olan 0,26 ha torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçıların torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün qeydə alınmaması barədə DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin 21 sentyabr 2021-ci il tarixli **********40 saylı məktubunu iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra aldığından məktubu apellyasiya şikayətinə sübut kimi əlavə edir. Qeyd edilənlərə əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 09 sentyabr 2021ci il tarixli qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin dedikləri həqiqəti əks etdirmir. Belə ki, ekspertlər onların iştirakı ilə yerində baxış keçirmişlər. Cavabdeh əsassız olaraq onların torpağını zəbt etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya ş ikayətinə etiraz edərək bildmişdir ki, ekspertlər onların iştirakı ilə yerində baxış keçirərkən, əllərində xüsusi avadanlıqlar var idi. Cavabdeh əsassız olaraq onların torpağını zəbt etmiş və yenidən işi süni şəkildə uzatmağa çalışır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və X5) 2(107)-2254/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, Göyçay rayonu Potu kəndində yerləşən RX ******* seriyalı çıxarışa əsasən iddiaçıların ümumi-birgə mülkiyyətində olan 0.44 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyləri onların dəlilini təkzib etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onların özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
16. Kollegiya onu da bildirmişdir ki, cavabdeh təkrar ekspertizanın keçirilməsinin zəruriliyini bildirsə də, müqayisəli tədqiqat üçün torpaq sahəsi ilə bağlı hər hansı rəsmi sənəd təqdim etməmiş, mübahisəli ərazi ilə bağlı özünün subyektiv hüququnun olmasını təsdiq edə bilməmişdir. Hər hansı bir əsaslı s əbəb olmadan lüzumsuz olaraq məhkəmə ekspertizasının keçirilməsi də təmin oluna bilməz.
17. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, MM-in 139, 152, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-2254/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.
19. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o ailəsi birlikdə heç bir maneə olmadan mübahisəli torpaqdan 1997-ci ildən bu vaxta kimi istifadə etmiş və orada meyvə bağı salmışdır. Mülkiyyətçi olmasa da onun da hüquqları dövlət tərəfindən müdafiə edil ir. Lakin məhkəmə onun hüquqları pozulmuşdur. İşin faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsini o və atası İddiaçı1 faktiki almışlar. Birinci instansiya məhkəməsi yalnız ekspertin düzgün olmayan rəyinə əsaslanaraq onun istifadəsində olan 0,23 ha torpaq sahəsi olmasına baxmayaraq 0,44 ha torpaq sahəsindən çıxarılmağı barədə səhv nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə bu pozuntunu araşdırmamışdır. Ekspert rəyinə görə atasının mülkiyyətində olan 0,26 ha torpaq sahəsi mübahisəli 0,44 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Halbuki uzun illərdir ki, daşınmaz əmlakın dövlət reyestri xidməti onun və oğlunun bələdiyyədən aldıqları 0,20 torpaq sahələrinə və ataaının mülkiyyətində olan 0,26 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını iddiaçıların torpaq sahəsi ilə üst-üs tə düşdüyü üçün qeydə almışdır. Bu barədə DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin məktubunu apellyasiya şikayətinə əlavə olunmuşdur.
20. Kassator bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsinin göstərilən hüquqları olsa da atasının mülkiyyətində olan 0,26 ha torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçıların torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün qeydə alınmaması barədə DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin 21 sentyabr 2021-ci il tarixli **********40 saylı məktubu iş üzrə keçirilmiş ekspert rəyi ilə ziddiyyət təşkil etdiyi halda məhkəmə həmin sübutları qarşılıqlı müqayisə etməmiş və təkrar ekspertiza təyin etməməklə qeyd edilən prosessual nor manın tələblərini pozmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Lakin birinci instansiya məhkəməsində qətnamə qəbul edilən gün surətini aldığı ekspert rəyi ilə razı olmadığını bildirmiş, təkrar ekspertiza keçirilməsi barədə vəsatətini hakim təmin etməmiş və bu barədə apellyasiya şikayətində göstərsə də apellyasiya instansiyası məhkəməsi təkrar ekspertiza təyin etməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün qiymət verməmişdir
22. Kassator öz mövqeyini əsaslandırarkən MM-in 157, 158, MPM-in 102, 103, 88- ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası işdə ki sübutlara istinad edərək bu nəticəyə gəlmişdir ki, Göyçay rayonu Potu kəndində yerləşən RX ******* seriyalı çıxarışa əsasən iddiaçıların ümumi-birgə mülkiyyətində olan 0.44 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir. Ona görə də iddianın təmin olunması əsaslıdır.
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
37. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tər əfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2254/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov