Məhkəmə qərarları › İş №2(102)-2583/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2583/2023

12.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2583/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarma 12.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı, Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2(106)-12/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 12 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Astara rayon Aqrar İslahat komissiyasının 02 iyul 1999-cu il tarixli qərarına əsasən Astara şəhər ərazisində İddiaçı mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir

2. Cavabdeh Qurban oğlunun istifadəsində 0,31 hektar həyətyanı torpaq sahəsi vardır.

3. Cavabdeh Qurban oğlu ailə üzvüləri ilə birlikdə mülkiyyətlərində olan 0,31 hektar torpaq sahəsinin 153 (bir yüz əlli üç) kvadrat metr hissəsini Əsgərov Yüsif:-Heydər oğluna satmışdır.

4. Astara Rayon Məhkəməsinin 20 aprel 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh Qurban oğlu və ailə üzvləri ilə birlikdə mülkiyyətlərində olan 0,31 hektar torpaq sahəsində tikilmiş ümumi sahəsi 79,9 kv metr olan, 3 otaqlı fərdi yaşayış evinə mülki yyət hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh Qurban oğluna qarşı «Torpaq sahəsindən çıxarma tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Astara rayon Aqrar İslahat komissiyasının 02 iyul 1999- cu il tarixli qərarına əsasən onun mülkiyyətinə verilmiş və “Torpağın mülkiyyətə verilməsinə” dair JN 1172A (KOD ********) saylı şəhadətnamədə qeyd edilən 0,06 hektar torpaq sahəsinin 0,037 hektar hissəsindən Cavabdeh Qurban oğlunun və ailə üzvülərinin çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək qeyd etmişdir ki, həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıx arış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmişdir. Həmin idarənin ona ünvanlandığı 16 yanvar 2020-ci il tarixli mətubundan Astara rayon Aqrar İslahat komissiyasının 02 iyul 1999-cu il tarixli qərarına əsasən Astara şəhər ərazisində onun mülkiyyətinə verilmiş 0,06 hektar torpaq sahəsinin faktiki olaraq 0,023 hektar hissəsinin onun istifadəsində olması, qalan 0,037 hektar hissəsinin isə cavabdeh və ailə üzvləri tərəfindən tutlması müəyyən edilmişdir. Dəfələrlə cavabdehdən tutduğu torpaq sahəsini azad etməsini tələb etsə də, Cavabdeh buna əməl etməmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, o, iddiaçının mülk iyyətində olan toqpaq sahəsini zəbt etməmişdir. O, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 30 sentyabr 2020-ci il tarixli, 10/2573 saylı rəyindən görünür ki, Astara rayon Aqrar İslahat komissiyasının 02 iyul 1999-cu il tarixli qərarına əsasən verilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN 1172A KOD 80101004 saylı Şəhadətnamə ilə İddiaçı qızma Astara şəhər ərazisində verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinin 0,026 hektar hissəsi Cavabdeh Qurban oğlu tərəfindən istifadə edilir.

9. Astara Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(018)-380/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov), iddia təl əbi qismən təmin edilərək, Astara rayon Aqrar İslahat komissiyasının 02 iyul 1999-cu il tarixli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN 1172A (KOD ********) saylı şəhadətnamədə qeyd edilən, Astara şəhər ərazisində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh Qurban oğlu tərəfindən zəbt olunmuş 0,026 hektar hissəsinin azad edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, 29-cu maddəsi, “İnsan hüquqularının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra –Mülki Məcəllə) 152.1, 157.2, 139.1, 178.1-ci maddələri, "Torpaq qanunvericiliyinin məhkəmələ r tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsi, 111-ci maddəsinə və Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1, 80, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində, o, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iş üzrə verilmiş ekspert rəyi natamamdır, həmç inin məhkəmə tərəfindən suallar düzgün müəyyən edilməmişdir.

8. İş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının 8 aprel 2022-ci il tarixli rəyinə görə, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən, Astara şəhər ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələri, eləcə də Cavabdeh mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün verilmiş və Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən 0.31 ha torpaq sahəsinin torpaqların yerquruluşu planına əsasən koordinatları müəyyən edilmişdir. Eyni zamanda mülki işə əlavə olunmuş alqı-satqı müqaviləsinə bölgü eskizinə əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin müəyyən hissəsi digər şəxslərə satıldığından Cavabdeh faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin döngə nöqtələri və koordinatları müəyyən olundu. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə Astara yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 7 fevral 2023-cü il tarixli, 2(106)-12/2023 saylı qətnaməsi ilə (hakimlər: İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iş üzrə keçirilmiş ekspert rəylərinə əsaslanaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

14. Maddə 13 1-ci hissə. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

15. Maddə 111 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

16. Maddə 111 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır

17. Maddə 111 3-cü hissə. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllə

18. Maddə 157.2. Mülkiyyətçi özgə nin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları m üəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nət icələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2(106)-12/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar