Məhkəmə qərarları › İş №2(102)-2583/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2583/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2583/2025 26.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 14 may tarixli 2(103)-2438/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 avqust 2025-ci il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 37 nömrəli müqaviləyə əsasən müqavilə üzrə birinci tərəf Azərbaycan Respublikasının elm və təhsil naziri X1 şəxsində təmsil olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və digər tərəf “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində bakalavr təhsil səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdehdur, müqavilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın (bundan sonra - Maliyyələşdirilmə Qaydası) 1.4-cü bəndinə uyğun olaraq bağlanılır və Proqram iştirakçısının Belçika Krallığının "KU Leuven" ali təhsil müəssisəsində "Kompüter texnologiyası" ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyy əsi üzrə 3 il müddətinə təhsilinin maliyyələşdirilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 3.2.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Həmin müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən program iştirakçısı təhsil aldığı ixtisas istiqamətini dəyişdirməmək barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən im tina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. 2. 25.06.2020-ci il tarixli 06 nömrəli təqaüd kartları üzrə hesabların açılması və təqaüd kartlarından istifadə haqqında müqaviləyə 2 nömrəli əlavəyə aid edilmiş, “20192023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 12 nömrəli reyestrinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 4536 avro məbləğində pul vəsaiti köçürülmüşdür. 3. 23 noyabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alma larına dair 2022-2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alan 13 nəfərin yaşayış xərci (köçürülən məbləğ rəqəmlə: 98874 avro) köçürülmüşdür. 4. 25 iyun 2020-ci il tarixli 06 nömrəli təqaüd kartları üzrə hesabların açılması və təqaüd kartlarından istifadə haqqında müqaviləyə 2 nömrəli əlavəyə aid edilmiş, “20192023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 25 nömrəli reyestrinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 11020 avro məbləğində pul vəsaiti köçürülmüşdür. 5. 28 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclər in xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alan 14 nəfərin yaşayış xərci (köçürülən məbləğ rəqəmlə: 112611 avro) köçürülmüşdür. 6. 28 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların xərcləri onların şəxsi bank hesabına köçürülmüşdür. Cavabdeh (köçürülən məbləğ rəqəmlə: 11.866.80 manat) köçürülmüşdür. 7. 29 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların yaşayış xərcləri (köçürülən məbləğ rəqəmlə: 179654.49 manat) köçürülmüşdür. 8. 29 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların xərcləri onların şəxsi bank hesabına köçürülmüşdür. Cavabdeh (köçürülən məbləğ rəqəmlə: 512.82.80 manat) köçürülmüşdür. 9. 29 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Programı” çərçivəsində xaricdə təhsil alanların yaşayış xərcləri (köçürülən məbləğ rəqəmlə: 216404.17 manat) köçürülmüşdür.

10. Əmrdə dəyişiklik edilməsi barədə Emin Əmrullayev tərəfindən verilmiş əmrdə n görünür ki, Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F473 nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı”nda 1-ci, 41-ci, 52-ci, 55-ci, 75-ci, 106cı və 197-ci hissələr ləğv edilməsi, X2 Qrupu (T. Topalova), Hüquq şöbəsi (S. Mahmudov), Beynəlxalq əməkdaşlıq şöbəsi (S.Feyzullayeva) və Maliyyə şöbəsi (R. Orucov) İ.Abaszadə, A.Əhməd, Ə.Əliyev, K.Əliyev, Z.Hacıyevə, L.Lətifova, Cavabdeh və Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq onların təhsil lərinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görülməsi qərara alınmışdır.

11. Əsas fəaliyyət əmrləri- qeydiyyat vərəqəsindən görünür ki, Emin Əmrullayev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli “2022-2026 Dövlət Proqramın”-dan imtinaya dair əmr xx.xx.2024-cü il tarixdə icraya yönəldilib, xx.xx.2024- cü il tarixə qədər icra müddəti qeyd olunmuşdur.

12. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-29-64/2-149/2024 nömrəli məktuba əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaların a dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) çərçivəsində Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmri ilə Belçika Krallığının "KU Leuven" xarici ali təhsil müəssisəsində bakalavr təhsilininin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Bağlanmış ikitərəfli müqaviləyə əsasən təhsil müddətiniz 2022-ci il sentyabr ayından 2025-ci il sentyabr ayınadək olan dövrü əhatə edir. Müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyişdirdiyininə görə Nazirlik tərəfindən onun təhsilininə çəkilən xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmağı tələb olunur. Məlumat üçün bildirilmişdir ki, təhsilinin maliyyələşdirilməsi məqsədilə bu günə kimi qeyd olunan ödənişlər həyata keçirilmişdir: aylıq yaş ayış xərci – 15.556,00 EUR, Təhsil x. – 11.866,80 AZN, Bank xidməti – 41,53 AZN, Yol x. -512,82 AZN, Bank xidməti 1,79 AZN, Plastik kart – 9 AZN. Qeyd olunanları nəzərə alaraq elm və təhsil nazirinin 18 04 2024-cü il tarixli, 329/3-2- 201F/2024 nömrən əmnnə əsasən bakalavr təhsilinin maliyyələşdirilməsi məqsədilə ödənilmiş ümumilikdə 15 556.00 avro (on beş min beş yüz əlli altı avro 00 sent) və 12 431.94 manat (on iki min dörd yuz otuz bir manat 94 qəpik) məbləği X2 Qrupunun qoşmada əlavə olunmuş avro və manat hesablarına qaytarmağı xahiş olunmuşdur.

13. Mail ünvanına göndərilmiş məktuba əsasən ikitərəfli müqaviləyə əsasən təhsil müddəti 2022-ci ilin sentyabr ayından 2025-ci il sentyabr ayınadək olan dövrü əhatə edir, 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyiş dirdiyinə görə Nazirlik tərəfindən təhsilinə çəkilən xərclər 2 aydan gec olmayaraq qaytarılması tələb olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 15.556 EUR və 12.431.94 AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, o, təhsil müəsissəsini dəyişərək öz öhdəliklərini pozmuşdur. Müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəzərə alınaraq, Elm və Təhsil Naz irliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-201 F/2024 nömrəli əmrlə Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Lakin cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə xx.xx.2024-cü il tarixli, 3-29-64/2- 149/2024 saylı məktubla rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 15.556,00 avro və 12.431,94 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır. Hesab olunur ki, cavabdeh müqavilə şərtini pozaraq, təhsilini akademik müvəffəqiyyətsizlik səbəbindən başa vura bilmədiyindən ona ödənilmiş dö vlət vəsaitini geri qaytarmalıdır.

16. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı Nazirliklə Cavabdeh arasında bağlanan 08 avqust 2022-ci il tarixli, 37 saylı müqavilənin sonuncu tərəfindən imzalanmadığına görə iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh 2022-ci ildə X6 Bakı Türk Liseyini bitirmiş və 520 bal toplayaraq Azərbaycan Respublikasının Dövlət Neft Akademiyasının "Kompyuter mühəndisliyi" fakültəsinə ödənişsiz daxil olmuşdur. Eyni zamanda Belçikada yerləşən Belçika Kralığının "KU Leuveri" ali təhsil müəssəsindən dəvət almışdır. Bundan sonra o, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramına" uyğun olar aq müraciət etmiş və müsabiqələrdən keçmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Akademiyasının "Kompyuter mühəndisliyi" fakültəsinə daxil olduğu üçün xarici təhsil müəssisəsində də, həmin İxtisas üzrə təhsil almağı nəzərdə tutmuşdur. Lakin, iddiaçı Nazirliklə 08 avqust 2022-ci İİ tarixli, 37 saylı müqaviləni atası bağladığına görə onun başqa ixtisas üzrə təhsil almağa göndərildiyini bilməmişdir. Belçikada yerləşən Belçika Kralığının "KU Leuveri" ali təhsil müəssəsinə gedəndə başqa fakültədə təhsil alacağı müəyyən edilmiş və təhsil haqqlarının ödənilmədiyini bilmişdir. Bu barədə Nazirliyə məlumat vermiş və oradan bildirmişlər ki, təhsil haqqlarını özləri etsinlər, sonradan həmin ödənilən vəsait onlara qaytarılacaqdır. Ailənin maddi imkanı olmadığına görə borc alaraq tələb edi lən təhsil haqqlarını ödəmişlər. Bundan 4 (dörd) ay keçəndən sonra isə 30 dekabr 2022-ci il tarixdə tələb edilən vəsait kart hesabına köçürülmüş və alınan borcların bir hissəsi geri qaytarılmışdır. İddiaçı Nazirliyin üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən Cavabdeh ailəsini çıxılmaz vəziyyətə saldığı üçün stres keçirmiş və nəticədə imtahanların birindən kəsiri yaranmışdır. Nazirlik isə kəsiri olduğuna görə lazımi vəsaiti ödəməyərək kartı bloklamışdır. X5 üzrə Cavabdeh ilə birlikdə 15 nəfər tələbə getmiş və onlarda fakültəni dəyişmiş, bəzilərinin isə kəsri olmuşdur. Onu da, qeyd edirlər ki, Nazirlik hesab kartına blok qoyaraq təhsil haqqlarını dayandırdığına görə Cavabdeh oxuduğu fakültənin ödənişi çox olduğu üçün və həmin məbləği qarşılaya bilmədiyinə g örə fakültəni dəyişməyə məcbur olmuşdur. Göründüyü kimi iddiaçı Nazirlik müqavilənin əsassız şərtləri barədə Cavabdeh məlumat versəydi, o, yüksək balla daxil olduğu Azərbaycan Respublikasının Dövlət Neft Akademiyasının "Kompyuter mühəndisliyi" ödənişsiz fakültəsində təhsilini davam etdirərək ailəsinə zərər yetirməzdi. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli 248 nömrəli Sərəncamı ilə həmin tarixdən Dövlət Proqramına dəyişikliklər edilərək "2022-2026-cı" sözləri "2022-2028-ci" sözləri ilə əvəz edilmişdir. Həmin dəyişiklikdən sonra xaricdə təhsil alan şəxslər barədə öhdəliklər yumşaldılmışdır.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-264/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ayd an Oruclu) iddia tələbinin təmin edilməsi, Cavabdeh 15556 avro (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 12431.94 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməsi qət edilmişdir.

18. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh təhsilininin maliyyələşdirilməsinə görə 15556 avro və 12431.94 manat məbləğində ödənişlər həyata keçirmiş, cavabdeh isə müqavilə şərtlərini pozaraq təhsil aldığı ixtisas istiqamətini dəyişdirmişdir. Müvafiq müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən program iştirakçısı təhs il aldığı ixtisas istiqamətini dəyişdirməmək barədə öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 386-cı, 389-cu, 390-cı, 399-cu, 405-ci, 421-ci, 425-ci, 448-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1-ci, 217.4-cü, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırılm ış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə, iddia ərizəsini qanunda nəzərdə tutulmuş qaydada araşdırmamış və cavabdehin göstərdiyi faktları müəyyən etməmişdir. İddiaçı təhsil haqlarını müəyyən edilmiş müddətdə ödəmədiyinə görə, cavabdeh isə həmin məbləği ödəyə bilmədiyi üçün başqa fakültəyə köçürülmüşdür. İddiaçı ilə cavabdeh arasında müqavilə mövcud deyildir. Məhkəmə öhdəliklərlə əlaqədar qanunun normalarına əməl etməmişdir. Cavabdehin müqavilə üzrə tərəf olduğu sübut edilməmişdir. Müqavilə cavabdeh tərəfindən imzalanmamışdır, məhkəmə isə həmin faktı yoxlamamış və qiymət verməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2438/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrli k edən və məruzəçi), V.N.Sadıqov və X.A.Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Çünki cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə, müqavilənin şərtlərini pozmuşdır.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3, 423.2, 424.2, 424.4, 442, 445.2 və 445.8-ci istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmış ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmadığına görə sonuncunun həmin müqavilə üzrə öhdəlik hüququ yaranmamışdır. Məhkəmə isə bu hala qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

29. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur;

30. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

31. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi t ələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər;

32. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir;

33. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər;

34. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra e dilməsi) başa düşülür;

35. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;

36. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası m əhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh təhsilininin maliyyə ləşdirilməsinə görə 15556 avro və 12431.94 manat məbləğində ödənişlər həyata keçirmiş, cavabdeh isə müqavilə şərtlərini pozaraq təhsil aldığı ixtisas istiqamətini dəyişdirmişdir.

47. Tərəflər arasında bağlanmış müqavilənin 3.3.12-ci yarımbəndinə razılaşdırmışlar ki, program iştirakçısı təhsil aldığı ixtisas istiqamətini dəyişdirməmək barədə öhdəlik daşıyır. Məhz bu şərtin pozulmasına görə Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-201 F/2024 nömrəli əmrlə Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Həmin müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtma dıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götü rmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2438/2025 nömrəli 14 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar