Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2584/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü,kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı “mənzil verilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1442/2025 nömrəli, 25 aprel 2 025-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 20 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində tikilən evdən ona mənzil ayrılması, maddi-mənəvi ziyan olaraq 200.000 manat mənzilin dəyəri qədər pulun və 100.000 manat mənəvi ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İlkin Rüstəmli)
3. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, lakin şikayət forma və məzmun tələbinə əməl edilmədiyi üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.
4. İddiaçı məhkəmənin həmin qərardadından da şikayət vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmişdir.
6. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti, eyni zamanda qətnamədən apellyasiy a şikayəti verilməsi üçün ötürülmüş müddətinin bərpa olunması barədə məhkəməyə ərizə təqdim etmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmiş, apelyasiya şikayəti geri qaytarılmışdır.
8. Qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin yuxarı instansiyaya göndərilməsini xahiş etmişdir.
9. Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1442/2025 nömrəli 04 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmi n edilməmiş və izah edilmişdir ki, həmin qərardaddan kassasiya şikayəti verilə bilməz.
11. Qeyd olunan qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2025-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Əsas: qeyd edilən qərardaddan MPM-in 402-ci maddsəinə görə kassasiya şikayəti verilə bilməz.
12. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2025-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1442/2025 nömrəli, 25 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Sabit Bəhrəmzadə)
14. Apellyasiya instansiyası m əhkəməsi 25 aprel 2025-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmiş, qanunvericiliyin tələblərinə zidd olaraq yalnız iddiaçı tərəfindən imzalanmışdır. Kassasiya şikayətində vəkilin iştirakı və orderi əlavə edilməmişdir. (MPM, 408.1.3)
15. İddiaçının vəsatəti əsasında 29 aprel 2025-ci il tarixli qərardadla ona dövlət hesabına vəkil təyin edilmişdir.
16. İddiaçı 25 may 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardaddan kassasiya şikayəti verilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti, prosessual müddət ötürülməklə verildiyindən, geri qaytarılmışdır.
18. Bundan sonra, iddiaçının vək ili apellyasiya instansiyası məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadından kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Məhkəməyə müraciət edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2025-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2025-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün prosessual müddət bərpa edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçının (Vəkil) Bakı Apellyasiya Məhkəmkəsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-1442/2025 nömrəli qərardadından kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tə rəfindən iddiaçının kassasiya şikayətinin qaytarılması barədə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən kassasiya şikayəti ilə müraciət edə biləcəyi müddət müəyyən edilməmişdir. Apellyasiya şikayətini məhkəmə əsassız olaraq geri qaytarıb, məhkəmə MPM-in şikayətin 361-ci maddəsinə zidd olduğuna, “əlavə 2”-yə uyğun verilmədiyinə istinad etmişdir. Halbuki MPM-in 10-1.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin başqa cür verilməsi tələb oluna bilməz. İddiaçıdan isə bu, 2 ildir tələb olunur. MPM-in 363.4-cü maddəsinə əsasən “nöqsanı” düzəldib, xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti Səbail rayon Məhkəməsinə təqdim edilmişdir. Bu dəfə də məhkəmə tərəfindən müddətin üzürsüz ötürüldüyü bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsi də1442/2025 nömrəli qərardadı ilə həmin aktı qüvvədə saxlamışdır. Halbuki MPM-in 363.4-cü maddəsində konkret müddət göstərilməmişdir.
21. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəmkəsinin xx.xx.2025-ci il tarixli 2(103)-1442/2025 nömrəli qərardadının ləğv edilməsi, Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-1045/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdehin nümayəndəsi qismində Nümayəndə kassasiya şikayətinə etiraz təqdim etmişdir. Lakin Nümayəndə kimi səlahiyyəti 23 fevral 2024-cü il tarixdə bitdiyi üçün, başqa sözlə, onun cavabdehi təmsil etmək hüququ olmadığın üçün kollegiya həmin etirazı nəzərə almır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Maddə 408.1.3. Kassasiya şikayəti kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.1.4.Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadının ləğvini xahiş edib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadla kassasiya şikayətini qaytarmaqla qanuni nəticəyə gəlmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin həmin qərardad üzrə müəyyən etdiyi işin hallarından görünür ki, kassasiya şikayəti yalnız iddiaçı tərəfindən imzalanmışdır.
29. Qanunvericiliyin tələbinə görə isə kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil t ərəfindən imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir. Əks halda, şikayət geri qaytarılır. Hazırki işdən də görünür ki, qaytarılan kassasiya şikayətini vəkil tərtib etməyib, onun orderi şikayətə əlavə edilməyib.
30. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin kassasiya şikayətini qaytarması MPM-in 407.3, 407.4 və 408.1.3-cü maddələrinin tələblərinə uyğun olub.
31. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.
32. Bundan əlavə, məhkəmə kollegiyası onu da vurğulayır ki, barəsində kassasiya şikayəti verilən xx.xx.2025-ci il tarixli qərardad üzrə iddiaçı nöqsanları aradan qaldırmasına (vəkil təyin edilməsi barədə vəsatət verib, ona dövlət hesabına vəkil təyin edilib) baxmayaraq, yenə də həmin qərardaddan kassasi ya şikayəti verərək, vəkilsiz verdiyi şikayətin qanunsuz olaraq geri qaytarılmasını bildirir. Bu da o deməkdir ki, vəkillə təyin edilməsi barədə vəsatət verməklə, xx.xx.2025-ci il tarixli qərardadın qanuniliyini iddiaçı özü də qəbul edir.
33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1442/2025 nömrəli, 25 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.