Məhkəmə qərarları › İş №2(102)-2585/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2585/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2585/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-398/2*24 nömrəli, *6 mart 2*24-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 avqust 2*24-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraa t qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Nizami Rayon məhkəməsinin 2(*44)3499/2*15 nömrəli, *2.11.2*15-ci il tarixli, qətnaməsi ilə İddiaçı əsas borc üzrə 229*8*,74 manat, faiz borcu üzrə 45449,88 manat, cərimə (dəbbə) 3** (üç yüz) manat, cəmi 27483*,62 manat, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması, tutma öhdəliyin təminatı kimi “Bank Technique" ASC-nə ipoteka qoyulmuş İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin yaşayış evinin açıq hərracda satılması, ilkin satış qiyməti 38**** manat dəyərində qiymətləndirilmiş həmin evin dəyərindən 27483*,62 manat borc, 3* manat ödənilmiş dövlə t rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqının “Bank Technique" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-1*54/2*23 nömrəli, 24.*1.2*23-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nərimanov Rayon məhkəməsinin 2(**5)-16*2/2*22 nömrəli, 16 sentyabr 2*22-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu, Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC və Gəncə şəhəri üzrə İcra Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab e dilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 2 fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Xammal və X8 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi “Külək’' MMC tərəfindən 27.11.2*2*-ci il tarixli, 52/*1-*1 nömrəli ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokol və 27.11.2*2*-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə etibarsız hesab edilmiş, Əmanətlərin Sığortalanması fondu LPO Cavabdeh1 ASC-nin adına qeydiyyata alınmış *8.1*.2*21-ci il tarixli, 2*1*13**3481- 1*3*1 reyestr nömrəli, 1521*2363* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları b)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-ilə arasında bağlanmış 27.12.2*12-ci il tarixli ipoteka müqaviləsi və *7.*1.2*13-cü il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Külək" MMC-nin 27.11.2*2*-ci il tarixli, 52/*1-*1 nömrəli ipoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə Protokoluna və 27.11.2*2*-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ipoteka predmeti 24225* manata Ləğv prosesində olan “Texnikabank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna satılmışdır. Bunun əsasında həmin cavabdehin adına *8.1*.2*21-ci il tarixli, 2 *1*13**3481-1*3*1 reyestr nömrəli, 1521*2363* qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlər tərəfindən qanunvericiliyin tələbləri pozularaq qanunsuz hərrac keçirilmişdir. Hərracın keçirilməsi barədə iddiaçıya hər hansı məlumat verilməmiş, hərrac iki dəfə keçirilməli olduğu halda bir neçə dəfə keçirilmişdir. Hərracın iki dəfədən artıq keçirilməsində məqsəd ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan əmlakı ucuz qiymətə alsınlar. İpoteka predmeti olan Gəncə şəhəri, Cavadxan küçəsində *.*328 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilkin olaraq hərracda qiyməti 38**** manat, İpoteka predmetinin təkrar satış qiyməti 323*** manat, sonuncu satış qiyməti isə 24225* manat olmuşdur. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş *2.11.2*15-ci il tarixli 2(*44)3499/2 *15 saylı icra vərəqəsinə əsasən İddiaçı əsas borc üzrə 229*8*,74 manat, faiz borcu üzrə 45449,88 manat, cərimə (dəbbə) üzrə 3** manat, cəmi 27483*,62 manat, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqı iddiaçı "Bank Technique” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma öhdəliyin təminatı kimi "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməli və həmin yaşayış evi açıq hərracdan satılmalı, ilkin satış qiyməti 38**** manat dəyərində qiymətləndirilməli, həmin evin dəyərindən qeyd edilən tələb üzrə məbləğ iddiaçı "Bank Technique” ASC-nin xeyrinə ödənilməli, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi İddiaçı qaytarılmalı və Gəncə şəhəri Nizami rayonu, Cavadxan küçəsi, 61 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan bir ay sonra X2, X1, X3, X4 həmin yaşayış evindən çıxarılmalı və yaşayış evi boşaldılmalıdır.

5. Cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddia tələbi əsassızdır, belə ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə 2 dəfədən artıq hərracın keçirilməsi əsası ilə hərracın nəticələri etibarsız hesab edilmişdir. Həmin qətnamənin yaratdığı hüquqi nəticələrə görə isə yenidən hərrac keçirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)1*54/2*23 nömrəli, 24.*1.2*23-cü il tarixli qətnaməsi icraya yönələcəyi tə qdirdə yenidən qanunvericiliyin tələblərinə uyğun hərrac keçirilməlidir. Bundan başqa 3*.*3.2*16-cı il və 11.*5.2*16-cı il tarixlərində keçirilən hərracların nəticəsi olaraq, *6.*6.2*16-cı il tarixində "xxxx" MMC-yə ünvanlanmış *1/2*22 saylı məktubda ipoteka predmeti olan əmlakın alınmasına razılıq bildirilmişdir. Lakin hərracın hərəkətsizliyi nəticəsində Bank əmlak hüquqlarından məhrum edilmişdir. Xüsusilə qanunvericiliyin qeyd olunan 3* gün müddətinin tətbiq olunmasında əsas meyar kimi bunun kökündə duran ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olubolmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsində vaxt itkisi ilə üzləşməyinin qarşısını almaqdan ibarətdir. Onlar tərəfindən əmlakın alınmasına dair bildiriş ünvanlansa da, hərrac təşkilatı tərəfindən baxılmamış qalmışdır. Bank sonuncu hərracın keçirilməsindən 3* təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyən etdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdir. Bankın əmlakı qəbul etmək istəyini bildirməkdən başqa daha hansı addımları atması barədə qanunvericilikdə hansısa bir müddəa nəzərdə tutulmamışdır. Belə ki, vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edilmiş, qanunla müəyyən olunmuş müddətdə hərrac təşkilatına müraciət olunmuşdur. Lakin onlar üçün anlaşılmaz olaraq qalır ki, bank hansı addımlar, hüquqi hərəkətlər və tədbirlər görməli idi ki, Bankın əmlak hüquqları pozulmasın, 2* ildir verdiyi kredit məbləği qaytarılsın, qətnamə üzrə tutma yönəldilm iş əmlak satılsın və ən əsası tərəf olduğu hərracla bağlı müqavilələr etibarsız hesab edilməsin. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmumunu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflərarasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bu halda hərracın nəticələrinin etibarsızlığı münasibətlərin əvvələ qayıtmasını, yəni hərracın yenidən təşkilinə əsas yaradır. Əgər məhkəmə hərracın nəticələrini etibarsız hesab edirsə, o zaman yenidən hərracın keçirilməsi zərurəti yaranır. Bu halda ipoteka xitam verilməsi və ipoteka predmetinin ipotekadan azad edilməsi üçün əsaslar yaranmır. Əgər doğrudan da hərracın nəticələrinə dair əqd qanunun tələblərini pozaraq bağlanmışdırsa, deməli bu əqd etibarsızdır. Bu cür əqd bağlandığı andan etibarsızdır. Odur ki, iddia tələbi rədd edilməlidir.

6. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(125)-4238/2*23 nömrəli, 14 sentyabr 2*23-cü il tarixli qətnaməsi (hakim Fuad Fərhadov) ilə, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış 27.12.2*12-ci il tarixli ipoteka müqaviləsi və *7.*1.2*13-cü il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi, cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir.

7. Mülki işin məhkəmə iclasında müəyyən edilmişdirki, ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hərrac təşkilatı tərəfindən 16.1*.2*2* və *2.11.2*2*-ci il tarixlərdə yenidən hərrac təşkil olunmaqla, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələbləri pozulmuş, iki dəfədən artıq hərrac keçirilmişdir. Həmçinin, həmin ipoteka predmeti üzrə 3*.*3.2*16-cı il və 11.*5.2*16-cı il tarixlərdə keçirilmiş ilk və təkrar hərracdan sonra ipoteka saxla yan tərəfindən ipoteka predmetinin əldə edilməsi üzrə hərrac təşkilatına ünvanlanmış razılıq məktubundan başqa, ipoteka predmetinin əldə edilməsi üçün hər hansı bir hərəkət olmamışdır. Yəni hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 3* günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia ilə məhkəməyə müraciət etməmişdir.

8. Məhkəmə qeyd olunan hallara hüquqi qiymət verərək hesab etmişdir ki, ipoteka saxlayan hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən iddia təmin edilməli, cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 27.12.2*12-ci il tarix li ipoteka müqaviləsi və *7.*1.2*13-cü il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməlidir.

9. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə *4/2*22 nömrəli, 14 dekabr 2*22-ci il qərardadının 22-ci bəndinə, habelə Mülki-Prosessual Məcəllənin 14.2, 82.3, 119.1, 216-22*, 227 və 36*-cı maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh1 ASC ləğvedicisi ƏSF apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş e tmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *2.11.2*15-ci il tarixli, 2(*44)3499/2*15 nömrəli qətnaməsi qanuni qüvvəyə mindiyi üçün bu barədə icra vərəqəsi yazılmışdır. İcra vərəqəsini icrası ilə əlaqədar 3*.*3.2*16-ci il və 11.*5.2*16-cı il tarixlərində keçirilən hərracların nəticəsi olaraq, Bank tərəfindən *6.*6.2*16-cı il tarixində "xxxx" MMC-yə ünvanlanmış *1/2*22 saylı məktubda ipoteka predmeti olan əmlakın alınmasına razılıq bildirilmişdir. Lakin, hərracın hərəkətsizliyi nəticəsində Bank əmlak hüquqlarından məhrum edilmişdir. Qanunvericiliyin qeyd olunan 3* gün müddətinin tətbi q olunmasında əsas meyar kimi ipotekasaxlayanın ipoteka predmetini almaq niyyətinin olub-olmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsin də vaxt itkisi ilə üzləşməyinin qarşısını almağdan ibarətdir. Bank tərəfindən ipoteka predmeti olan əmlakın alınmasına dair bildiriş ünvanlansa da hərrac təşkilatı tərəfindən həmin müraciət baxılmamış qalmışdır. Bank sonuncu hərracın keçirilməsindən 3* təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyən etdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(1*4)-398/2*24 nömrəli, *6 mart 2*24-cü il tari xli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Rəşad Mamedov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-4238/2*23 nömrəli, 14 sentyabr 2*23-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *2.11.2*15-ci il tarixli, 2(*44)-3499/2*15 nömrəli qətnaməsi ilə, iddiaçıdan əsas borc üzrə 229*8 *,74 manat, faiz borcu üzrə 45449,88 manat, cərimə 3** manat, cəmi 27483*,62 manat, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqının cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamənin qanuni qüvvəyə minməsinə baxmayaraq, keçən müddət ərzində həmin mülki iş üzrə cavabdeh İddiaçı tərəfindən kredit borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Nəticədə qətnamə 2*15-ci ildən heç bir əsas olmadan icrasız qalmışdır. Beləliklə, Məhkəmə Kollegiyası hesab etmişdir ki, kredit borcunun ödənilməməsi məsələsinə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmişdir.

14. Məhkəmə mövqeyini Mülki Məcəllənin 269.1, 269.4-cü maddələrə, “İpot eka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7, 43.7-1, 43.8, 48.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası ba rəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

19. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlaya nların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

21. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 3* təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

22. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

23. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digə r hallarda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2*22-ci il tarixli Qərarı

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetininyüklülükdən azad olmasına səbəb olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəmə si işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və h esab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

38. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən olunmuş və iş üçün əhəmiyyəti olan bütün halları araşdırmamışdır.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Gəncə şəhəri, Nizami Rayon məhkəməsinin *2.11.2*15-ci il tarixli, 2(*44)-3499/2*15 nömrəli qətnaməsi ilə İddiaçı əsas borc üzrə 229*8*,74 manat, faiz borcu üzrə 45449,88 manat, cərimə üzrə 3** manat, cəmi 27483*,62 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamənin qanuni qüvvəyə minməsinə baxmayaraq, keçən müddət ərzində həmin mülki iş üzrə İddiaçı tərəfindən kredit borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmiş və nəticədə qətnamə 2*15-ci ildən heç bir əsas olmadan icrasız qalmışdır.

40. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hərracın nəticələrinin etibarsız sayılması ipotekaya xitam verilməsi üçün əsas hesab edilə bilməz. Çünki borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə Banka ödənilməmiş borcu vardır. Həmçinin, ipoteka saxlayan Bankın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi və bu barədə hərəkətsizlik nümayiş etdirməsi mülki iş materialları ilə istisna olunur.

41. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının iddia ərizəsinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmə dən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *6 mart 2*24cü il tarixli, 2(1*4)-398/2*24 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar