Məhkəmə qərarları › İş №2(102)-2585/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2585/2025

03.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2585/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: evindən çıxarılma və evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 may 2025-ci il tarixli, 2(103)328/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 3 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)541/2021 saylı qətnaməsi ilə İddiaçı X23, X8 və X2 qarşı onun qeydiyyatda olmaqla aldığı ünvan 1 ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən istifadəsinə X4, X23 və X8 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması barədə iddiası rədd edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-541/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıx arılması, iddianın təmin edilməsi, İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, onun həmin yaşayış evindən istifadəsinə X4, X23 və X8 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2(102)-499/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(005)2275/2022 saylı qətnaməsi ilə Cavabdeh1 ünvan 1 ünvanın mövcud olması ilə bağlı 18 saylı MKİ Sa həsinin arayışının qanunsuz hesab edilməsi və 34 “V” saylı ünvanının ləğv edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu 18 saylı MKİ Sahəsi tərəfindən ünvan 3 ünvanının mövcud olması ilə bağlı İddiaçı verilmiş arayışın qanunsuz hesab edilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)1539/2023 saylı qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİ Sahəsi tərəfindən ünvan 3 ünvanının mövcud olması ilə bağlı İddiaçı verilmiş arayışın qanunsuz hesab edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Ca vabdeh1 qanunvericiliyin tələblərinə riayət etməklə ünvan 5 ünvanın qeydə alınması və İddiaçı pasport qeydiyyatının aparılması ilə bağlı aidiyyəti inzibati orqanların hərəkətlərindən (hərəkətsizliyindən) Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 iyun 2023-cü il tarixli, 2(102)-2772/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)-1539/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bakı Şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müavininin 06 fevral 2023-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanda qeydiyyatsız yaşaması ilə bağlı 18 saylı MKİ Sahəsinin rəisi Yusif İbrahimov tərəfindən arayışın verilməsi üçün əsas olan sənədlərin qeydiyyatda olan şəxslərin razılığı barədə notariat qaydasında təsdiq olunmuş aktı olmadan tərtib olunduğuna, bununla da vəzifə funksiyalarının icrası zamanı əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə X26 Məcəlləsinin 186-ci maddəsinə uyğun olaraq intizam məsuliyyətinə cəlb olunmuşdur. Həmçinin gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi nəzərinə çatdırılmış və bu barədə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Nərimanov Rayon Prokurorluğuna məlumat verilmişdir.

8. X8, Bakı Şəhəri, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru XX hərəkətlərindən, yəni İddiaçı yanlış olaraq 34 “V” saylı ünvanın əvəzinə 33 saylı ünvanına köçürülməsinin qanunsuz hesab edilməsi, yanlış köçürüldüyü 33 saylı ünvandan çıxarılması barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 8(005)-11/2024 saylı qərardadı ilə X8 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 8(103)- 141/2024 saylı qərardadı ilə Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 8(005)-11/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 10. 27 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının məhkəmə tərkibi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 iştirakları ilə Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (keçmiş Daş Karxanası) küçəsindəki evə yerli baxış keçirilmişdir.

11. Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)-4942/2024 saylı qərardadı ilə iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh1 (İddiaçı və 18 saylı MKİ Sahəsi üçüncü şəxs kimi cəlb olunmaqla) Nərimanov Rayon Polis İdarəsinə qarşı İddiaçı ünvan 8 ünvandan pasport qeydiyyatından çıxarılması, həmin ünvanın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.

12. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2-1(112)-3225/2025 saylı qərardadı ilə X17 tərəfindən verilmiş iddia ərizəsinin geri götürülməsi təmin edilmiş və onun Nərimanov Rayon Polis İdarəsinə qarşı “İddiaçı ünvan 8 ünvandan qeydiyyatdan çıxarılması, həmin ünvanın ləğv edilməsi” tələbinə dair iddiasının geri göt ürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyatda olmaqla aldığı ünvan 8 ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evində qanunsuz olaraq kirayədə yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və digər şəxslərin iki otaqlı evdən şəxsi əşyaları ilə birgə çıxarılaraq həmin yaşayış evinin tam boşaldılmaqla ona təhvil verilməsi və Cavabdeh1 və qeyriləri tərəfindən həmin iki otaqlı evindən rahat istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması, həmin evdə yaşamasına, ondan istifadə etməsinə cavabdehlər və ya hər hansı bir şəxs tərəfindən hər hansı bir maneələrin yaradılmasının onlara (cavabdehlərə) qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X ilə birgə Bakı şəhərinin küçələrini süpürüb təmizləməklə min cür əziyyət hesabına halalca qazandıqları 48.500 manata ünvan 9 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evini 2019-cu ilin dekabr ayında bu evin sahibi X18 almışdır. X13, onun dayıları X10 və X3 həmin özbaşına tikili olan fərdi yaşayış evinə köçüb yaşamasına və ondan istifadə etməsinə qanunsuz olaraq maneəçiliklər yaratmaqla qadağan edilmiş özbaşınalıq edirdilər. Odur ki, o həmin “yaşayış evinə köçürmə, yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhə ri, Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-541/2021 saylı qətnaməsi ilə iddiası təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)- 4666/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin edilməsi, onun- X6 qeydiyyatda olduğu ünvan 9 ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi və onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər X4, X23 və X8 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən cav abdeh tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmış və bu qərarın qəti və qəbul edildiyi andan qüvvəyə minməsi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında Bakı şəhəri 5 saylı “Asan Xidmət Mərkəzi”nin 11 dekabr 2019-cu il, 25 dekabr 2019-cu il, 28 dekabr 2019-cu il tarixli və DİN-nin MAPS şöbəsinin verdiyi 12 dekabr 2023-cü il tarixli arayışlara müvafiq olaraq ünvan 10 ünvandakı evlərin mövcud olması, Cavabdeh1 məhz 33 saylı evdə qeydiyyatda olması, 34 “V” saylı ünvanda onun qeydiyyatının olmaması, həmin ünvandakı evlə əlaqəda r onun heç bir hüququnun olmaması və bu özbaşına tikili ilə əlaqədar hər hansı bir subyektiv hüququnun olmaması aydın anlaşılır. Təkzib olunmaz faktdır ki, Cavabdeh1 bir neçə il bundan əvvəl ərə getdikdən sonra yaşadığı ünvandan çıxıb tamamilə şəhərin başqa hissəsinə köçmüş, bu ünvanda yaşamamış, öz ər evində yaşamışdır və həmin 34 “V” saylı ünvandakı evdə məhz X23 tək yaşamışdır. Sözügedən ünvanlardakı evlər, yəni həm 34 “V” saylı ev, həyət, həm də ki, 33 saylı ünvanda ev və həyətlər biri-birindən tam ayrı olmaqla, hər birinin ayrıca girişləri və çıxışları vardır. Lakin, cavabdeh tərəf məhkəməni və sağlam düşüncəli insanları aldatmaq məqsədi ilə 34 “V” saylı ünvan kimi olan həyətin - evin küçə tərəfdən olan divarına sonradan “33” nömrəsinin göstəricisini vurmuşdur. Nəhayət 2023-cü ilin no yabr ayında sözügedən məhkəmə qərarına əsasən uzun sürən mübahisələrdən sonra icra məmuru tərəfindən o, ünvan 8 ünvandakı iki otaqlı evinin bir otağına köçürülüb və həmin vaxt sözügedən evdə bir ailənin kirayədə yaşadığının şahidi olub. Bunlar Cavabdeh4, onun atası Cavabdeh2 və Cavabdeh3dır. Bundan əlavə, bu evi ona satmış X20 bacısı Cavabdeh1 da tez-tez bu evə gələrək, ona bu evdə yaşamağa imkan verməyəcəyini, müxtəlif maneəçilik, əngəllər yaradaraq, vaxtaşırı kirayə qalan şəxsləri müxtəlif şəxslərlə əvəzləyib dəyişməklə bu iki otaqlı fərdi yaşayış evinə rahatca köçüb yaşamasına, ondan istifadə etməsinə qanunsuz olaraq maneəçiliklər yaratmaqla qadağan edilmiş özbaşınalıq edirlər. Həmin ünvandakı 34 “V” saylı ev qanuni əsaslarla iddiaçı olaraq ona-X9 məxsusdur və həmin daşınmaz əmlak üzəri ndə onun hüquqları mübahisəsizdir. Həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasa da, onun həmin əmlak üzərində gözlənilən mülkiyyət hüquqları vardır. Bunları yuxarıda qeyd etdiyi məhkəmə aktları da təsdiq edir. Daha ədalətli olardı ki, sözügedən ünvandakı onun aldığı iki otaqlı evdə kirayədə yaşayan yuxarıdakı cavabdehlər və digər şəxslər həmin 2 otaqlı evdən şəxsi əşyaları ilə birgə çıxarılaraq yaşayış evi tam boşaldılmaqla ona təhvil verilməsi və Cavabdeh1 və qeyriləri tərəfindən həmin iki otaqlı evindən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması, həmin evdə yaşamasına, ondan istifadə etməsinə bu cavabdehlər və ya hər hansı bir şəxs tərəfindən hər hansı bir maneələrin yaradılmasının onlara (cavabdehlərə) qadağan edilməsi barədə qətnamə qəbu l olunsun. Onun qeyd etdiklərini həyat yoldaşı, iddia ərizəsinə əlavə etdiyi məhkəmə aktları, foto şəkillər də təsdiq edir. Bütün bunlar cavabdehlər tərəfindən edilən qanunsuzluq və özbaşnalıq, qanunlara, onun hüquqlarına hörmətsizlikdir. Bu haqda müvafiq qətnamənin qəbul edilməsini daha ədalətli hesab edir və bunu istəyir. Çünki cavabdehlər onu sözügedən yaşayış evində yaşamağa imkan vermir, şərait yaratmır və qanunlara, məhkəmə aktlarına hörmət etmirlər.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsində yerləşən 33 saylı ev ona rəhmətə getmiş valideynlərindən qalmışdır. Valideynləri tərəfindən inşa edilmiş və uşaqlıqdan həmin evdə yaşamışlar. Sonra qardaşı ilə birlikdə, MKİ Sahəsinin rəisini n qanunsuz hərəkətləri nəticəsində həmin evə saxta olaraq 34 “V” saylı ünvanı verilərək iddiaçını onun razılığı olmadan ona məxsus olan evə qeydiyyata saldırmışlar. Onlar iddiaçıya 34 “V” saylı ünvanla bağlı arayış verməklə eyni yaşayış yerinin fərqli ünvan kimi rəsmiləşdirilməsinə nail olmuşlar. Həmin sahənin rəisi etdiyi əməlinə görə cəzalandırılmışdır. Məhkəmə tərəfindən iddiaçı 34 “V” kimi göstərilsə də, ona məxsus 33 saylı mənzilə köçürülmüşdür. Çünki həmin ərazidə 34 “V” saylı ünvanı mövcud deyil. O da məhkəməyə müraciət edərək 34 “V” saylı ünvanının ləğv edilməsini xahiş etmiş, iddiası təmin edilmiş, lakin yuxarı instansiya məhkəməsi tərəfindən işinə inzibati məhkəmədə baxılmalı olması əsası ilə xitam verilmişdir. Cavabdehə həmin mənzildə yaşamasına hər hansı bir maneəçilik törətmir. Qısa müddətlik cavabdeh olan qohumları onlara qonaq gəlmişdi. Sonra çıxıb getdilər. Mənzil heç kimə kirayə verilməmişdi. Digər cavabdehlər onun yaxın qohumlarıdır. Mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsinə etiraz edir. Çünki həmin ev onlara atalarından qalmış mirasdır. Həmin evdə qeydiyyatdadır. Ailə qursa da həmin mənzilə tez-tez gedib-gəlirdi. Başqalarının qanunsuz hərəkətləri nəticəsində mənzilindən mərhum edilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan, iddiaçının orada yaşamasına etiraz etmir. Amma onun da o mənzildə haqqı vardır. İddianın təmin edilməməsini xahiş etmişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(005)1019/2024 saylı qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 8 ün vanda yerləşən iki otaqlı fərdi yaşayış evindən istifadəsinə, həmin evdə yaşamasına Cavabdeh1 və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və hər hansı bir maneələrin yaradılmasının qadağan edilməsi, iddianın ünvan 8 ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əşyaları ilə birlikdə çıxarılması, mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə, iddianı qismən təmin edərkən qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının mübahisəli tikili üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməsə də, həmin tikilidə yaşamaq hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsbit edilmişdir. Bu baxımdan cavabdehlər tərəfindən iddiaçının mənzildən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılmalıdır.

18. Məhkəmə daha sonra qeyd etmişdir ki, hazırki iş üzrə məhkəmə qətnamələrindən görünür ki, iddiaçının mübahisələndirilən mənzilə sahiblik hüququ deyil, həmin mənzilə köçürülərək orada yaşamaq hüququ tanınmışdır. Belə olan halda iddiaçının cavabdehlər Cavabdeh1 və digər cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsi tələblərinin qanuni və faktiki əsasları mövcud deyildir. İddiaçı sahibliyində olmayan əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqa malik deyildir. Belə olan halda isə cavabdehlərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi tələbi təmin edilə bilməz.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29, 43-cü, Mülki Məcəllənin 6.1.1, 157.2, 157.8, 158.1, 158.1.2, 180-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, habelə MPM-in 14.2, 77.1, 82.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ərazidə sözügedən ünvanlarda həm 33 saylı fərdi yaşayış evi, həm də 34 “V” saylı fərdi yaşayış evi ayrıayrılıqda mövcuddur və vardır. Məhkəmə işə baxarkən bütün tərəflərin iştirakı ilə həmin küçəyə gedərək oradakı sözügedən ünvanlardakı fərdi yaşayış evlərinin mövcud olubolmamasını yerində baxış keçirməklə obyektiv həqiqəti oradaca müəyyən edə bilərdi. Bu isə nəticə etibarı ilə ədalətsiz, qanunsuz və əsassız olan belə yarımçıq qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Lakin işə baxıb 20 may 2024-cü il tarixli həmin qətnaməni çıxarmış Bakı şəhəri, Nərimanov rayon məhkəməsi qeyd etdiyi bu məsələlərin heç birini etməmiş və çıxarmış olduğu qanunsuz və əsassız qətnaməsi ilə hüquqlarını və qanuni mənafeyini ciddi və kobud şəkildə pozmuşdur. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsi işə baxıb qətnamə çıxaran zaman maddi hüquq normalarını pozmaqla və düzgün tətbiq etməməklə bərabər, eyni zamanda bir sıra prosesual hüquq normalar ının tələb və göstərişlərini də pozmuşdur. Bakı şəhəri, Nərimanov rayon məhkəməsi tərəfindən hazırkı işə baxılıb qətnamə çıxarılan zaman MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Nərimanov rayon məhkəməsi sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, iddiaçı tərəfə qarşı tam qərəzli mövqe tutmuş, iddiaçı tərəfin dediklərini, verdiyi izahatları və izahatlar verərkən səsləndirdiyi fikirləri, izahatlar verən zaman istinad etdiyi fakt və sübutları, dəlilləri, təqdim etdiyi sənədləri tam qanunsuz və əsassız olaraq nəzərə almamış, nəzərə almaq istəməmiş, iddiaçıya qarşı tam qərəzli, qeyri-obyektiv, ədalətsiz mövqe tutmuş, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Bakı şəhəri, Nərimanov rayon məhkəməsi işə baxıb qətnamə çıxaran zaman cavabdeh tərəfə xüsusi himayədarlıq etmiş, yalnız iddiaçı tərəfin maraqları nöqteyi-nəzərdən hərəkət etmiş, iddiaçı tərəf olaraq mənim hüquq və qanuni mənafelərimi demək olar ki, nəzərə almamış, almaq istəməmiş və bu barədə heç düşünməmişdir. İşə baxan məhkəmə bu cür hərəkət etməklə qanunvericiliyin tələblərini ciddi və kobud şəkildə pozmuş və nəticədə iddiaçı tərəf olaraq hüquqlarına və qanuni mənafeyinə cavab verməyən, hüquq və mənafelərinin ciddi və kobud şəkildə pozulması ilə nəticələnən 20 may 2024-cü il tarixli qanunsuz və əsassız qətnaməni çıxarmışdır. Bu şəkildə çıxarılmış məhkəmə qətnaməsi isə heç v axt qanuni və əsaslı ola bilməz və ona görə də ləğv edilməlidir. Apellyasiya şikayətinin əvvəlində qeyd etdiyi kimi birinci instansiya məhkəməsi çıxarmış olduğu qətnamədə söylədiyi dəlillərin nəzərə alınmadan cavabdehin yalan sözlərinə əsaslanmaqla məsələni tam, hərtərəfli və obyektiv araşdırmadan işin sonlanmasına səbəb olan nəticəyə gəlmişdir. Bu isə yanlışdır. Lakin Bakı şəhəri, Nərimanov rayon məhkəməsi bu faktın müəyyən olunması üçün də heç bir tədbir görməmişdir. Ona görə də məhkəmənin bununla bağlı gəldiyi nəticə səhv və yalnış nəticə olmaqla işin faktiki hallarına uyğun deyildir. Halbuki, həmin ərazidə sözügedən ünvanda həm 33 saylı fərdi yaşayış evi, həm də 34 “V” saylı fərdi yaşayış evi ayrı-ayrılıqda mövcuddur və vardır. Eləcə də qətnamədə iddia tələbində adlarını qeyd etdiyi hə min ailənin üzvlərinin, həmdə qeyri-şəxslərin evindən çıxarılmalarını qeyd etməli idi. Lakin məhkəmə bunu qətnamədə qeyd etməmişdir. Bu isə ədalətsizlikdir. Təkzib olunmaz faktdır ki, Cavabdeh1 bir neçə il bundan əvvəl ərə getdikdən sonra yaşadığı ünvandan çıxıb tamamilə şəhərin başqa hissəsinə köçmüş, bu ünvanda yaşamamış, öz ər evində yaşamışdır və həmin 34 “V” saylı ünvandakı evdə məhz X23 tək yaşamışdır. Sözügedən ünvanlardakı evlər, yəni həm 34 “V” saylı ev, həyət, həm də ki, 33 saylı ünvandakı ev və həyət biri-birindən tam ayrı olmaqla hər birinin ayrıca girişləri və çıxışları vardır. Lakin cavabdeh tərəf məhkəməni və sağlam düşüncəli insanları aldatmaq məqsədi ilə 34 “V” saylı ünvanı kimi olan həyətin – evin küçə tərəfdən olan divarına sonradan “33” nömrəsinin göstəricisini vurmuşdu r. Məhz sonradan Cavabdeh1 iddiaçıya bu evə rahat köçüb yaşamağını əngəlləmək üçün oraya müxtəlif şəxsləri vaxtaşırı gətirib yerləşdirməklə evə köçüb yaşamasına maneələr yaradır və digər şəxslər də buna yardımçı olurlar.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 may 2025-ci il tarixli, 2(103)328/2025 saylı qətnaməsi ilə (hakimlər Azad İmanov sədrlik edən, məruzəçi, Məmməd Məmmədov və Fuad Talışinski) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(005)-1019/2024 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirilən mənzildə yaşamaq hüququnun mövcudluğu qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamə ilə iddiaçının mübahisələndirilən mənzilə sahiblik hüququ deyil, yalnız həmin mənzilə köçürülərək orada yaşamaq hüququ müəyyən edilmişdir. Lakin bu hüquq ona həmin mənzildə yaşamaq hüququ olan digər şəxslərin və ya onların yaxınlarının (qohumlarının) həmin mənzildən çıxarılmasını tələb etmək imkanı vermir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisəli tikili üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Nəticə etibarilə iddiaçı sahibliyində olmayan əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqa malik dey ildir.

25. Məhkəmə kollegiyası eyni zamanda mübahisələndirilən evin 34 “V” və ya 33 saylı ünvan olması ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflərin eyni evə iddia etmələri işin halları və icra hərəkətlərindən verilmiş şikayətə baxan məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı ilə təsbit edilmişdir.

26. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 14, 152, 157-ci, habelə MPM-in 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməyən hissəsində də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti, iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxaran zaman maddi hüquq normalarını pozmaqla və düzgün tətbiq etməməklə bərabər, eyni zamanda MPM-in 88-ci maddəsinin tələblərini də pozmuşdur. Məhkəmə işə baxarkən bütün tərəflərin iştirakı ilə həmin küçəyə gedərək sözügedən ünvanlardakı fərdi yaşayış evlərinin mövcud olub-olmamasını yerində baxış keçirməklə obyektiv həqiqəti oradada müəyyən edə bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi buna əhəmiyyət verməmişdir. Bu isə nəticə etibarı ilə ədalətsiz və qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh Abbasova Nilufer Letif qızı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, hər iki instansiya məhkəməsi iddianın təmin olunmayan hissəsində düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, iddiaçının mənzilin boşaldılması hissəsində subyektiv hüququ yoxdur. Buna görə də kassasiya şikayətinin təmin olunmaması, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.2. Sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

31. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

32. Maddə

160. Əgə r sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

33. Maddə 163.1. Sahiblik əşyanın verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

34. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır.

35. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

36. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

37. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

38. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası k imi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərində n asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

46. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyəti olan halları tam, hərtərəfli və obyektiv arışdırmayıb.

47. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunur ki, iddiaçının qeydiyyatda olduğu ünvan 11 ünvanında yerləşən, 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi, onun həmin evdən istifadəsinə X7, X23 və X8 tərəfindən yaradılan manelərin aradan qaldırılması, habelə gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilib.

48. Həmin məhkəmə aktları ilə həmçinin müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxa nası küçəsində yerləşən 33 saylı ev özbaşına tikili olmaqla, cavabdeh X11 valideynlərinə məxsus olub, həmin evə onun qardaşı X23 faktiki sahiblik edib və məhz onun, yəni faktiki sahib X1 və iradəsi ilə iddiaçı həmin yaşayış sahəsinə daimi yaşamaq məqsədilə yaşayış yeri üzrə qeydiyyata düşüb. Bu isə öz növbəsində iddiaçının 34 “V” saylı evə sahibliyi məhz əvvəlki faktiki sahib X20 iradəsi ilə əldə etdiyini göstərir. Beləliklə, mübahisəli evin özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, habelə iddiaçının həmin evi qanunverciliklə müəyyən edilmiş qaydalara uyğun şəkildə əldə etməməsi, onun həmin evə köçürülməsi və cavabdehlərin həmin evdən iddiaçının istifadəsinə maneçilik törətməsinin qadağan edilməsini istisna etmir.

49. Eyni zamanda, işdən görünür ki, mübahisələndirilən evin 33 və ya 34 “V” saylı ünvanda yerləşməsi ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olsa da, onların məhz eyni evə iddia etmələri işin mübahisə olunmayan halıdır və bu hal icra məmurunun hərəkətlərindən verilmiş şikayətə dair məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktında da təsbit olunub.

50. Göründüyü kimi, qeyd olunan faktlar iddiaçının bilavasitə iştirak etdiyi əvvəlki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilib və həmin faktlar, hazırkı işdə iştirak edən cavabdehlərə münasibətdə preyudsial əhəmiyyət daşımasa da, iddiaçının cavabdehlərə qarşı hazırkı iddia tələblərinə mübahisələndirilən hissədə düzgün hüquqi qiymət verilməsi və tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyır.

51. İddia ə rizəsindən görünür ki, iddiaçının cavabdehlərə qarşı hazırkı tələblərimübahisəli 34 “V” saylı 2 otaqlı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və digər şəxslərin şəxsi əşyaları ilə birlikdə çıxarılması, həmin evin ona təhvil verilməsi; Cavabdeh1 və digər şəxslər tərəfindən həmin 2 otaqlı evdən istifadəsinə yarıdılmış maneələrin aradan qaldırılması və evdə yaşamasına, ondan istifadə etməsinə cavabdehlər və digər şəxslər tərəfindən yaradılan maneələrin qadağan edilməsindən ibarətdir.

52. Apellyasiya instansiyası məhkəməsi, iddia tələbini mübahisələndirilən hissədə rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən, iddiaçının mübahisələndirilən evə sahiblik hüququ deyil, həmin evə köçərək orada yaşamaq hüququ təsbit edilib. Belə olan halda iddiaçının qeyd olunan cavabdehlərlərin və digər şəxslərin evdən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi barədə tələbinin qanuni və faktiki əsasları yoxdur. İddiaçı, sahibliyində olmayan evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqa malik deyil. Ona görə də iddia tələbi evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi hissəsində təmin edilə bilməz.

53. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin bu hüquqi əsaslandırması ilə razılaşmır və hesab edir ki, iddiaçının mübahisəli 2 otaqlı evi faktiki sahibliyə nail olmaqla əldə etməsi mülki iş materialları ilə istisna olunmur.

54. Belə ki, işdən, iddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, iddiaçı, məhz əvvəlki faktiki sahib X1 və onun iradəsi ilə daimi yaşamaq üçün mübahisəli 2 otaqlı evə qeydiyyata düşüb. Lakin cavabdehlər, iddiaçını mübahisəli 2 otaqlı evə buraxmadıqları üçün, o, həmin evə qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən köçürülüb. Bütün bu hallar isə onu deməyə əsas verir ki, iddiaçının mübahisəli 2 otaqlı evə faktiki sahibliyi, məhz əvvəlki faktiki sahib X20 iradəsi, razılığı ilə keçib.

55. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin mübahisələndirilən hissədə əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə sahiblik və sahibliyin qorunmasına dair normaların mahiyyəti və təyinatı nəzərdən keçirilməlidir.

56. Məlum olduğu kimi Mülki Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahi bliyə nail olmaqla əldə edilir. Sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

57. Sahiblik, bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq qazanması (məsələn, əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilməsi- Mülki Məcəllənin 159-cu maddəsi), yaxud başqası tərəfindən sahibliyin ona verilməsi (Mülki Məcəllənin 181.1-ci maddəsi) və ya vərəsəlik yolu ilə əldə edilə bilər (Mülki Məcəllənin 1255-ci maddəsi).

58. Sahiblik institutu- mülki hüquqi münasibətlərdə bir neçə əhəmiyyətli funksiyanı yerinə yetirir. Onlar aşağıdakılardan ibarətdir: əşya üzərindəki hüquqları üçüncü şəxslərə göstərən- açıqlığı təmin edən funksiya (Mülki Məcəllənin 166-cı maddəsi); əşya hüquqlarının bir şəxsdən digərinə verilməsini və ya qazanılmasını təmin edən funksiya (Mülki Məcəllənin 181.1-ci maddəsi); cəmiyyətdəki nizamı və sosial sülhü qoruma funksiyası (Mülki Məcəllənin 164 və 165-ci maddələri).

59. Hazırkı işin halları baxımından əşya hüquqlarının bir şəxsdən digərinə verilməsini və ya qazanılmasını təmin edən funksiya xüsusi önəm kəsb edir.

60. Heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahib liyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələr.

61. Bu səbəbdən Mülki Məcəllənin 164.1-ci maddəsində sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Normanın mahiyyətini və məqsədini nəzərə alsaq qeyd etmək olar ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya ü zərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir.

62. Hazırkı halda iddiaçı mübahisəli 2 otaqlı evə qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən köçürülüb, hazırkı iş üzrə cavabdehlər isə əvvəlki mülki iş üzrə tərəf olmamışlar və onlar həmin evə iddiaçının razılığı olmadan məhkəmə aktından sonra digər Cavabdeh1 tərəfindən ev boş qalmaması üçün köçürülmüşlər.

63. Apellyasiya instansiyası məhkəməsi bu hallara əhəmiyyət vermədən, məhz sözügedən məhkəmə aktının icrasından sonra iddiaçının mübahisəli ev üzərində faktiki sahibliyi əldə edib-etmədiyini, əvvəlki sahib X20 həmin ev üzərində faktiki sabliyini saxlayı b-saxlamadığını, məhkəmə aktından sonra cavabdehlərin həmin evə köçürülməsi nəticəsində iddiaçının faktiki sahibliyinin pozulub-pozulmadığını, cavabdehlərin həmin evə köçürülmələri nəticəsində iddiaçının evdən sərbəst və təyinatı üzrə istifadə edə bilibbilmədiyini, iddiaçının mübahisəli evdən faktiki sahibliyinə əngəl törədilib-törədilmədiyini araşdırmadan, başqa sözlə sahiblik və sahibliyin qorunması anlayışlarının mahiyyətinə varmadan, yalnız mübahisəli evin özbaşına tikinti olmasını əsas tutaraq, iddiaçının sahibliyində olmayan evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqa malik olmaması nəticəsinə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 159-cu maddəsinin mənasına görə, sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir.

64. Hazırkı halda iddiaçı da məh kəmə qətnaməsinə əsasən köçürülməklə evə faktiki sahibliyi əldə edib və belə yanaşma Mülki Məcəllənin “Özbaşına tikinti və onun nəticələrini” tənzimləyən 180-cı maddəsinin tələblərinə də zidd deyil. Çünki Mülki Məcəllənin 180.2-ci maddəsində özbaşına tikinti aparmış şəxsin ona sahiblik deyil, mülkiyyət hüququ əldə etməsi istisna olunur.

65. Eyni zamanda nəzərə alınmalıdır ki, özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır və müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Beləliklə, qanunverici, cəmiyyətdəki nizam və sosial sülhü qorumaq məqsədilə, əşya üzərində hüquq sahibi olsun və ya olmasın, hər bir şəxsə özbaşınalıqdan operativ şəkildə müdafiə olunmaq imkanı tanıyır. Hətta qanunsuz sahibin əşya üzərindəki sahibliyi özbaşınalıqdan qorunur. Bu baxımdan,qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək hüququnun kimlərə aid olduğunu göstərən Mülki Məcəllənin 164.2-ci maddəsində “hər bir sahib” ifadəsindən istifadə edilməsi təsadüfi deyil.

66. Özbaşınalıq edən tərəfin əşya üzərində hüququnun olması və ya təqsirin dərəcəsi iddianın həlli üçün əhəmiyyət kəsb etmir. Hətta əşyanın mülkiyyətçisi müdaxiləni ehtiyyatsızlıqdan etsə belə, yuxarıda göstərilən məqsədlər naminə özbaşınalığa məruz qalan tərəf müdafiə olunur.

67. Baxılan işdə iddiaçı, iddia ərizəsində açıq şəkildə bildirmişdir ki, mübahisəli 2 otaqlı evi əvvəlki faktiki sahib X18 əldə etdikdən və məhkəmə qətnaməsinə əsasən həmin evə köçürüldükdən sonra, qeyd olunan cavabdehlər onun iradəsinə zidd və özbaşına şəkildə digər Cavabdeh1 tərəfindən həmin evə boş qalmaması üçün köçürülüb və bununla da həmin ev üzərindəki faktiki sahibliyinə müdaxilə olunub. Belə olan halda iddiaçının açıqaşkar özbaşınalıqdan müdafiə olunmaq üçün sahiblik iddiasını irəli sürməyə müvafiq subyektiv hüququ olmuşdur. Buna baxmayaraq işə baxan məhkəmələr yuxarıda şərh olunan normaları tətbiq etməyərək iddiaya səhvən hüquq haqqında mübahisə kimi baxmışlar.

68. Ona görə də kassasiya instansiyası məhkəməsi, sahiblik iddialarının şərtləri və yoxlanılma ardıcıllığı barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən iddianın bu normalar əsasında təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) İddiaçı əvvəlki və ya mövcud sahib olmalı dır. Hansı şəxsin sahib hesab olunacağına bu qərarın yuxarıda göstərilən bənlərində aydınlıq gətirilib. Əvvəlki sahib dedikdə, əşya üzərindəki faktiki hakimiyyətdən tamamilə məhrum edilmiş, mövcud sahib dedikdə isə sahibliyini itirməsə də, əşyadan istifadəsinə maneçilik törədilən şəxs nəzərdə tutlur. 2) İddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməlidir. Özbaşınalıq əməli, sahibin iradəsi xaricində, qanunvericiliyə zidd şəkildə, insan tərəfindən edilən bir davranışdır. Başqa sözlə, sahiblikdən məhrum olmaq və ya sahibliyin pozulması sahibin iradəsi daxilində, qanuna uyğun şəkildə baş verdikdə özbaşınalıqdan söhbət gedə bilməz. 3) Cavabdehlərin hazırkı sahibliyi və ya təcavüzü qanunsuz olmalıdır. Əgər cavabdehin əşya üzərindəki sahibliyi qazanması və ya ona müdaxiləsi keçərli bir hü quqi əsasa söykənmirsə, özbaşınalıq onun tərəfindən edilmişdirsə, qanunsuz sayılır. 4) Sahiblik iddiasının təmin edilməsini istisna edən hallar olmamalıdır. Bu şərt Mülki Məcəllinin 164.2ci və 165.1-ci maddələrinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydaları özündə ehtiva edir. Belə ki, sahibliyinin pozulmasına istinad edən iddiaçının özü cavabdehə münasibətdə qüsurlu sahibdirsə (məsələn, iddiaçı həmin əşyanı daha əvvəl cavabdehdən özbaşına şəkildə qəsb etmişsə və bu hərəkətin törədilməsindən bir il müddət keçməyibsə) və ya iddiaçıya qarşı pozuntunun üzərindən bir ildən artıq müddət ötmüşsə, sahibiyin müdafiəsinə dair iddianın təmin edilməsi istisna olunur.

69. Sahibliyin müdafiəsi barədə iddialar yuxarıda göstərilən şərtlər əsasında və ardıcılıqla yoxlanılmaqla həll edilir. Bu şə rtlərin hər biri aşkar edildikdə iddia əsaslı sayılaraq təmin olunur. Onlardan hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın rədd edilməsinə əsas verir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır.

70. Beləliklə, kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri ümumiləşdirərək bu qənaətə gəlir ki, məhkəmələr hazırkı iş üzrə iddianın mahiyyətini və ona tətbiq edilməli olan hüququ düzgün müəyyən etməmiş, iddiaya yuxarıda göstərilən maddi hüquq normalarına uyğun hüquqi qiymət verməmiş, qətnaməni müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışlar. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququn un, İnsan Hüquqlarının və X15 X5 əks olunan ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.

71. Eyni zamanda, işdən görünür ki, iddiaçı sözügedən ünvanda yerləşən yalnız 2 otaqlı evə münasibətdə faktiki sahbiliyinin pozulduğunu iddia edir, cavabdehlər isə etiraz ərizəsində həmin ünvanda yerləşən evin 2 otaqdan ibarət olmadığını, evin valideynlərinə məxsus olduğunu və qeydiyyatda olmaqla həmin tikililərin onların faktiki sahibliyində oluduğunu göstərib, iddiaya etiraz etmişlər. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisəli 2 otaqlı evdən başqa, sözügedən ünvanda olan digər tikililər hazırkı məhkəmə baxışının obyektinə çevrilə və iddiaçının tələbi həmin tikililərə münasibətdə təmin oluna bilməz.

72. Qeyd edilənləri nəzərə alaraq kassasiya kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla işin hallarının araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 may 2025-ci il tarixli, 2(103)-328/2025 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar