Məhkəmə qərarları › İş №2(102)-2586/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2586/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2586/2021 07.04.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Nəcəf oğlunun cavabdehlər Cavabdeh1 oğlu və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının XXX-ci il tarixli qətnaməsindən İddiaçı Nəcəf oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları: N saylı mənzili 26 avqust 1997-ci il tarixdə İddiaçı oğlunun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, lakin Rusiya Federasiyasında yaşaması ilə əlaqədar mənzil onun tərəfindən Cavabdeh1 oğlunun əvəzsiz istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin fevral ayında İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işinə görə Rusiya Federasiyasında olması ilə əlaqədar mənzilə müntəzəm nəzarəti həyata keçirə bilmədiyi üçün mənzili qardaşı oğlu Cavabdeh1 oğluna əvəzsiz istifadəyə verməsini, lakin Cavabdeh6 onun icazəsi olmadan özünü və ailə üzvlərini ona məxsus mənzilə qeydiyyata aldırmasını, eləcə də mənzili ona təhvil verməkdən imtina etməsini əsas göstərməklə Cavabdeh6 və ailə üzvlər inin mənzildən çıxarılması və mənzilin onun mülkiyyətinə qaytarılması, hüquqi yardıma görə ödədiyi 250 manatın və dövlət rüsumuna görə ödədiyi 20 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 oğlu qarşılıqlı iddia verərək İddiaçı razılığı ilə ona məxsus mənzildə yaşayarkən mənzili əsaslı surətdə təmir etməklə həmin işin görülməsi üçün 50.000 manat məbləğində vəsait sərf etməsini əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı oğlundan onun xeyrinə 50.000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-5724/2017 saylı, 11 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim: F.H.Qasımov) ilkin iddia qism ən təmin edilərək Cavabdeh1 Fərman oğlu və qeyrilərinin N saylı mənzilindən çıxarılmaları və mənzilin Cavabdeh4 qaytarılması, hüquqi yardıma görə ödənilmiş 250 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı Nəcəf oğlundan Cavabdeh1 Fərman oğlunun xeyrinə 30.111 manat tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı oğlu apellyasiya şikayəti verərək mənzili qardaşı oğlu Cavabdeh1 xahişi ilə onun əvəzsiz istifadəsinə verməsini və bu zaman mənzildə təmir işlərini aparmasını xahiş etməməsini, əgər mənzilini 2009-cu ildən başqasına ayı 300 manata kirayə vermiş olsaydı 30.000 manatdan artıq qazanc əldə edə biləcəyini, göstərilən vəziy yətdə dəyəri şişirdilmiş yaxşılaşdırma işlərinə görə ondan 30.111 manatın tutulmasının qanunsuz olmasını əsas göstərməklə ilkin iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-177/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli, 2(011)-5727/2017 saylı qətnaməsi ləğv edilmiş, ilkin iddianın qismən təmin edilərək Cavabdeh1 Fərman oğlu və qeyrilərinin mənzildən çıxarılmaları, onların mənzildən istifadə hüququna xitam verilməsi hissəsində iddianın rədd olunması, hüquqi yardıma görə ödənilmiş 250 manatın Cavabdeh6 tutularaq Cavabdeh4 verilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək mənzildə aparılmış yenidənqurma və təmir işlərinə görə Cavabdeh4 Cavabdeh6 xeyrinə 26.785 manatın tutulması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı Nəcəf oğlu kassasiya şikayəti verərək Cavabdeh1 mənzildə yenidənqurma və təmir işləri aparmasını xahiş etməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən və qanunun qüvvəsinin düzgün tətbiq olunmadan çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh6 və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 732 Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 733.1 Əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzak irə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərkən mübahisəli mənzildə Cavabdeh1 tərəfindən mənzilin mülkiyyətçisi İddiaçı mənafeyinə və ehtimal olunan istəyinə uyğun bir sıra yaxşılaşdırma işlərinin görülməsini əsas göstərmiş və bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 734.1, 1087 və 1090-cı maddələrinə istinad etmişdir. İş materiallarından görünür ki, mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı 2009cu ildə mənzili qardaşı oğlu Cavabdeh1 əvəzsiz istifadəsinə vermiş və təxminən 8 ildən sonra-2017-ci ildə sonuncunun ailəsi ilə birlikdə mənzildən çıxa rılması barədə məhkəmədə iddia qaldırmışdır. Həmin tələb üzrə Cavabdeh1 isə mənzildə gördüyü yenidənqurma və təmir işlərinə çəkdiyi xərcin mülkiyyətçidən tutulub ona qaytarılması barədə qarşılıqlı tələb irəli sürmüşdür. Tərəflər arasında yaranmış həmin münasibət əvəzsiz istifadə müqaviləsinin müddəalarına uyğun olduğundan, kollegiya hesab edir ki, iddia tələbləri üzrə mübahisə məhz həmin müqavilənin tələbləri baxımından həll edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış mübahisənin əvəzsiz istifadə müqaviləsi olması barədə düzgün nəticəyə gəlsə də, mübahisəni həll edərkən qanunun həmin münasibəti tənzimləyən bütün normalarının tələblərini nəzərə almamış, gəldiyi nəticəni qanunun tələblərinə, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Azərbayca n Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə görə əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 733-cü maddəsinə əsasən əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır.(733.1) Əgər kirayəyə verən üçüncü şəxslərin hər hansı hüquqlarının və ya iddialarının olduğunu və ya əvəzsiz istifadəyə verilmiş əşyanın hər hansı qüsurunu qəsdən gizlədirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini kirayəçiyə ödəməyə borcludur.(733.2) Tərəflər öz a ralarında əvəzsiz istifadə müqaviləsinin bağlanması barədə razılığa gələrkən Mülki Məcəllənin 732-ci maddəsinin tələbinə müvafiq olaraq üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Mülkiyyətçi İddiaçı həmin müqaviləyə əsasən mənzili kirayəçi Cavabdeh1 əvəzsiz istifadəsinə vermək barədə, kirayəçi isə mənzili kirayəyə verənə qaytarmaq barədə öhdəliklər götürmüşlər. Mülki Məcəllənin 732.1-ci maddəsinin tələbinə görə müqavilənin hər iki tərəfi üzərlərinə götürdükləri öhdəlikləri əvəzsiz icra etməlidirlər. İşdən görünür ki, İddiaçı müqavilə öhdəliyinə əməl edərək mənzilini Cavabdeh1 əvəzsiz istifadəsinə vermiş və sonuncu təxminən 8 il ərzində ailəsi ilə birlikdə həmin mənzildən əvəzsiz istifadə etmişdir. Lakin müəyyən olunduğu kimi, kirayəçi Cavabdeh1 müqavilə öhdəliyinə əməl etməyər ək mənzili İddiaçı qaytarmaqdan imtina etmiş və sonuncu hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. İşdən göründüyü kimi Cavabdeh1 müqavilə öhdəliyini pozub mənzili qaytarmamaqla yanaşı həmçinin İddiaçı qarşı mənzildə gördüyü təmir işləri ilə bağlı ondan 50.000 manatın tutulması barədə qarşılıqlı tələb irəli sürmüşdür. Mülki Məcəllənin 733-cü maddəsi isə, onun məzmunundan göründüyü kimi, kirayəyə verənin kirayəçi qarşısında məsuliyyətini yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllərə və ya qüsurlara görə məsuliyyətini müəyyən etmişdir. Bu məsuliyyət qanunun mənasına görə o zaman kirayəyə verənin üzərinə qoyula bilər ki, yuxarıda göstərilən əməllər və ya qüsurlar nəticəsində kirayəçiyə zərər dəymiş olsun. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qanunun göstərilən normalarını ümumiyyətlə nəzərə almamış və həmin normaların tələbləri baxımından mübahisənin qanuni həlli imkanını araşdırmamışdır. Mülki Məcəllənin 734.1-ci maddəsinə görə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi həmin normanın qarşılıqlı iddia tələbinin əsaslı olmasını müəyyən edən norma kimi qəbul edərkən, kirayəyə verənin “digər xərc”lərin əvəzini ödəmək vəzifəsinin nədən ibarət olmasını, belə bir xərcin olubolmamasını və həmin xərci ödəmək barədə vəzifə daşımasını müəyyən et məmiş və həmin normanın mahiyyətinə və mənasına uyğun araşdırma aparmamışdır. İşdən görünür ki, Cavabdeh1 əvəzsiz istifadəsinə qəbul etdiyi mənzili mülkiyyətçinin müvafiq razılığı olmadan təmir etmiş və təmirli mənzildən uzun müddət ərzində istifadə etdikdən sonra onun dəyərini tələb etmişdir. İddiaçı izahatlarından görünür ki, mənzil orta təmirli vəziyyətdə olmuşdur, onun həmin mənzildən böyük xərc və vəsait tələb edən yenidənqurma və təmir işlərini həyata keçirmək niyyətinin olması və həmin işlərin görülməsinə çəkilən xərcləri ödəmək vəzifəsi daşıması iş materiallarından görünmədiyinə görə belə vəziyyətdə Mülki Məcəllənin 1087-ci maddəsinin qüvvəsinin tətbiqi imkanı əsaslandırılmalı idi. Mülki Məcəllənin 1087-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas o lmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.(1087.1) İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.(1087.2) İşdən görünür ki, İddiaçı mənzillə bağlı hər hansı bir işin görülməsini nəzərdə tutmamış, eləcə də, mənzildə təmir işlərinin aparılmasını bəyənməmişdir. Mülki Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 tərəfindən aparılan yenidən qurma və təmir işlərinin görülməsini İddiaçı mənafeyinə və ehtimal olunan istəyinə uyğun olması barədə gəldiyi nəticəni də qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçı mənzilində görülən işlərin onun mənafeyinə və ehtimal olunan istəyinə uyğun olmasını inkar etmişdir. İş üzrə aparılmış məhkəmə tikinti–texniki ekspertizasının 10 iyun 2020-ci il tarixli rəyindən görünür ki, mənzilin otaqları ilə eyvanları arasında olan arakəsmə divarın bir hissəsi sökülərək həmin tikililər birləşdirilmiş, eyvanlar kərpiclə hörülmüşdür. Sadalanan yenidənqurma işlərinin görülməsinə müvafiq icra hakimiyyəti orqanının razılığının tələb olunub-olunmaması və həmin işlərin mənzilin möhkəmliyinə təsiri, onların tikinti norma və qaydalarına nə dərəcədə uyğun olması araşdırılmadığı ndan Cavabdeh1 həmin işləri 1087.1-ci maddədə müəyyən olunmuş qaydada vicdanla aparması barədə nəticəyə gəlmək üçün əsaslar olmamışdır. Qeyd olunanlarla əlaqədar kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmış, mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması təmin olunmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı Nəcəf oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-177/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar