Məhkəmə qərarları › İş №2(102)-2588/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2588/2024

30.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2588/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qazax rayon Notariat ofisinə qarşı iş üzrə QƏRARİ Kateqoriya: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr, mirasdan məcburi pay tələbi ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qazax rayon Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-325/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 məxsus Qazax şəhəri, M.Ə.Sabir küçəsi 117-də yerləşən fərdi yaşayış evinə X5 vərəsəliyi müəyyən edilmişdir.

2. X13 16 aprel 1979-cu ildə Qazax şəhərində ölmüşdür.

3. X17 28 dekabr 2002-ci ildə Qazax şəhərində ölmüşdür.

4. X19 16 may 2020-ci ildə Qazax şəhərində ölmüşdür.

5. X20 xx.xx.1978-ci il tarixdə ölmüş X18 irs qalmış əmlakı rəsmi və faktiki olaraq qəbul etmədiyini, etməyəcəyini bildirmiş, mər hum atasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X9 adına sənədləşməsinə və özəlləşdirilməsinə etiraz etməmişdir.

6. X21 xx.xx.1978-ci il tarixdə ölmüş X18 irs qalmış əmlakı rəsmi və faktiki olaraq qəbul etmədiyini, etməyəcəyini bildirmiş, Cavabdeh1 xeyrinə irsdən imtina etdiyini və həmin miras əmlakdan heç bir pay tələbi olmadığını, gələcəkdə həmin miras əmlakdan pay tələbi üzrə məhkəmə və digər orqanlar qarşısında müddətin bərpası üçün iddia və şikayət etməyəcəyini, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini bildirmişdir. 7. 02.02.2016-cı il tarixdə ölmüş əri X10 Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X21 xx.xx.1978-ci il tarixdə ölmüş X18 irs qalmış əmlakı rəsmi və faktiki olaraq qəbul etmədiyini, etməyəcəyini bildirmiş, Cavabdeh1 xeyrinə irsdən imtina etdiyini və həmin miras əmlakdan heç bir pay tələbi olmadığını, gələcəkdə həmin miras əmlakdan pay tələbi üzrə məhkəmə və digər orqanlar qarşısında müddətin bərpası üçün iddia və şikayət etməyəcəyini, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini bildirmişdir.

8. Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən fərdi yaşayış evi X22 adına reyestr kitabında 84 nömrə ilə qeydiyyata alınmışdır.

9. X23 vərəsələri X24 və X25 ona məxsus Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kv.m. torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərtəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kv.m., yaşayış sahəsi 77.5 kv.m., inventar qiyməti 9609 manatdan ibarət yaşayış evinə dair bərabər hissələrdə irs almalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 10.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon notariat kontorundan tərəfindən Şəkilova (Quluyeva) Rahilə İsa qızının əri və Cavabdeh2 atası X14 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1981-ci ildə mərhum X6 ilə evlənmişlər. Həmin vaxtdan etibarən ərinin valideynlərinə məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikilmiş ata evlərinə bitişik M.Ə.Sabir küçəsi 117 saylı evdə əri ilə birlikdə yaşamağa başlamışdır. X3 1978-ci ildə vəfat etdikdən sonra onun evində arvadı X15, övladları X17, X30, X26, X27 və X16 yaşamışlar. Onların yaşadıqları ev atalarından qalan miras əmlak bütün övladları tərəfindən faktiki olaraq qəbul edilmişdir. X1 vəfat etmişdir. Həmin evdə yaşayanlar ailə qurduqdan sonra ata evlərini tərk etmişlər. X19 yeni ailə quraraq ailəsi ilə birgə həmin evdə yaşamağa başlamışdır. Ərinin atasına məxsus olan 600 kvadrat metr torpaqda iki ailə heç bir mübahisə olmadan yaşamışlar. X6 2002-ci ildə vəfat etdikdən sonra onun vərəsəsi kimi ona məxsus olan Qazax şəhəri H.Əliyev 117 ünvanında olan ev qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona keçmişdir. Hər iki evə aid olan həyətyanı sahə kimi mərhum qaynatasından miras qalmış və Seymur Quluyevin ailəsi ilə birgə ümumi istifadədə olan torpaq sahəsinin bir h issəsindən faktiki sahiblik etməyə davam etmişdir. 2005-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona keçmiş, ev üzrə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq ona müvafiq qeydiyyat vərəqəsi verilmişdir. Sözügedən evlə bağlı 2022-ci ildə qeydiyyat vərəqəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əldə olunması üçün DƏDRX-nə müraciət edərkən ona məlum olmuşdur ki, Seymur Quluyev 1991-ci il tarixdə Qazax rayon notariat kontoruna müraciət edərək, qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mübahisəli əmlakın sahibi X37 1978-ci il tarixdə vəfat etdikdən sonra onun evində həyat yoldaşı yaşamışlar və mirası faktiki olaraq müştərək qaydada qəbul etmişlər. Notariat ofisindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirası faktiki q əbul etmiş bütün vərəsələr çağırılmalı idilər. 12.Bundan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə dair etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişlər. 13.Qazax Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(023)-766/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev), iddianın təmin edilməsi, Ağstafa rayon Notariat kontoru tərəfindən təsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli 7191 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.1978-ci il tarixdə vəfat etmiş X18 miras qalmış Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kv.m. torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərtəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kv.m., yaşayış sahəsi 77.5 kv.m. sahədən i barət fərdi yaşayış evinə dair vərəsəlikləri müəyyən edilməklə həmin evin 1/3 hissəsinə X11 vərəsələri Cavabdeh1, Cavabdeh2, 1/3 hissəsinə X7 vərəsəsi İddiaçı və 1/3 hissəsinə X12 payları müəyyən edilməsi qət edilmişdir. 14.Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı 1981-ci il də mərhum X6 ilə evlənmişdir. Həmin vaxtdan etibarən ərinin valideyinlərinə məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsində tikilmiş ata evlərinə bitişik M.Ə.Sabir küçəsi 117 saylı evdə əri ilə birlikdə yaşamağa başlamışdır. X4 ilə birgə təsərrüfatı idarə etmişlər. Onlarla birlikdə X25 da həmin evdə qeydiyyatda olmaqla mirası faktiki olaraq qəbul etmişdir. X38 13 fevral 1987-ci ildə Qazax şəhərində vəfat etmişdir. X38 vəfat etdikdən sonra 22 oktyabr 1991-ci il tarixdə X24 və X2 5 müraciət edərək, X28 məxsus Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kv.m. torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərətəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kv.m., yaşayış sahəsi 77.5 kv.m., inventar qiyməti 9609 manatdan ibarət yaşayış evinə dair bərabər hissələrdə irs almışdır. Lakin vərəsəlik şəhadətnaməsi verilən zaman digər vərəsələrin imtinası alınmamışdır. X2 faktiki olaraq X24 və X25 ilə birgə həmin evə dair birgə təsərrüfatı idarə etmişdir. Lakin buna baxmayaraq həmin evdə valideyinləri ilə birgə yaşamış, təsərrüfatı birgə idarə etmiş, İbrahim Quliyevin miras əmlaka payın müəyyən edilməmiş, nə də notariat ofisində onun razılığının alınmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Odur ki, Ağstafa rayon Notariat kontoru tərəfindən t əsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli 7191 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməli, xx.xx.1978-ci il tarixdə vəfat etmiş X18 miras qalmış Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kv.m. torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərtəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kv.m., yaşayış sahəsi 77.5 kv.m. sahədən ibarət fərdi yaşayış evinə X11 vərəsələri Cavabdeh1, Cavabdeh2, X7 vərəsəsi İddiaçı və X12 vərəsəlikləri müəyyən edilməli və həmin əmlaka dair 1/3 hissədə payları müəyyən edilməlidir. 15.Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2, 1246, 1248-cı maddələrinə, 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası M ülki Məcəlləsinin 528, 532 və 552-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 106.1, 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 16.Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qənaətə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1272-ci maddəsinin tələblərini gözardı etmiş, maddənin dispozisiyasında nəzərdə tutulmuş 2 aylıq müddəti nəzərə almamışdır. Maddi hüquq normasına əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçı isə iki aylıq müddəti ötürərək hazırki iddianı vermişdir. Belə ki, iddia ərizəsində qeyd edilir ki, iddiaçı 2005-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında qeydiyyat vərəqəsi almışdır. Belə olduqda İddiaçı, artıq 2005-ci il tarixdən etibarən miras əmlakda olan pay barədə məlumatlı olmuş, həmin andan 2 ay ərzində iddia qaldırmamışdır. 2 aylıq müddət kəsik müddət olduğundan aşkarlandığı an hakim tərəfindən tətbiq edilməli idi. Lakin, məhkəmə işin bu halını nəzərdən qaçırmışdır. Hətta cavabdeh tərəf indən iddia müddətinin tətbiqinə dair ərizə verilsə belə məhkəmə buna məhəl qoymadan hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı qeyd edir ki, 2005-ci il tarixdən etibarən miras əmlakdan olan pay barədə şəhadətnamə və qeydiyyat vəsiqəsi əldə etmişdir. Demək 2005-ci il tarixdən etibarən hüququnun hansı formada olduğu ona açıq-aşkar məlum idi və bununla kifayətlənmişdir. 2005-ci il tarixdən etibarən iddiaçı ona çatası pay barədə məlumatlı idi və susurdu, hansı müddətlərə əməl edərək 18 il sonra iddia qaldırır və məhkəmə iddianı təmin edir. Halbuki, tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Bundan başqa xüsusi ilə qeyd edilməlidir ki, iddiaçı ərindən qalan payı qəbul etməklə açıq-aşkar görüb və anlamışdır ki, mərhum ərinə atasından miras əmlak qalmamışdır. Bu barədə mübahisə etmək fikri var idisə qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan məhkəməyə müraciət etməli idi. Həmçinin qeyd edilməlidir ki, məhkəmənin İddiaçı hansı əsasla pay verməsi anlaşılan deyil. Belə ki, məhkəmən ilk öncə müəyyən etməli idi ki, Svetlana Dilənçiyevnanın mərhum əri atasından qalan miras əmlakı qəbul edib ya yox, bundan sonra transmissiya vasitəsi ilə Svetlana Dilənciyevanın mirası qəbul edib-etməməsinə baxılmalı idi. 2005-ci il tarixdə əldə edilmiş vərəsəlik şəhadətnaməsindən müəyyən edilir ki, Svetlana Dilənciyevanın mərhum əri ata payından irs almayıb. Transmisiya qaydasında irs bir xəttə keçdiyindən Svetlananın qayınatasından qalan mirasdan Svetlananın pay almaq hüququ yaranmamışdır. İddiaçı yalnız mərhum həyat yoldaşından qa lmış, yəni sağ ikən əldə etdiyi əmlakdan pay almaq hüququna malikdir. Məhkəmə isə işin bu halını araşdırmamış, iddiaçının həyat yoldaşının ata payını qəbul etməsinə dair sübut əldə etməmiş qətnamə qəbul etmişdir. Bundan başqa xüsusi ilə qeyd edilməli məsələlərdən biri də ondan ibarətdir ki, iddiaçının özünün qeyd etdiyinə əsaslanaraq hüququnun pozulmasını 2022-ci il tarixdə bilməsinə inansaq belə, həmin tarixdən etibarən 2 aylıq müddət yenə keçmiş olur. Hazırki iddia 5 may 2023-cü il tarixdə verilmişdir. 18.Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-325/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi),Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilm iş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. 19.Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. İddiaçının tələbi Ağstafa rayon Notariat kontoru tərəfindən təsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli 7191 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında isə payların yenidən vərəsələrin arasında bölünməsi ilə bağlıdır. Cavabdeh Rahilə Quliyeva istər iddia tələbinə dair etirazında, istərsə də apellyasiya şikayətinin dəlillərində iddiaçının bu tələbi irəli sürmək üçün müddətinin bitdiyini və buna görə də hazırki tələbə iddia müddətinin tətbiq edilməsini mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi isə apellyatorun bu dəlilini müzakirə etməmiş və qəbul etdiyi qətnamədə hüquqi qiymət verməmişdir. Belə ki, tərəflərin mübahisəli hüquq münasibətlərinin 1978-ci ildə yaranması, yəni X29 xx.xx.1978-ci il tarixdə ölməsi işin mübahisəsiz halıdır. İddiaçı isə məhz xx.xx.1991-ci il tarixli şəhadətnamənin etibarsız hesab olunmasını xahiş etmişdir. Belə olan halda, Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinin tələbinə görə mübahisənin həllinə Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin maddədə qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin, iddianı təmin edən birinci instansiyası məhkəməsi Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəlləsinin və 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəalarına istinad edərək mübahisəni həll etmişdir. (bax bənd 16) Məhkəmə sadəcə olaraq 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 528, 532 və 552-ci maddələrinin dispozisiyalarını qətnaməsinə köçürtməklə kifayətlənmiş, iddia müddətinin tətbiq edilməsinə dair əlaqəli maddələri hazırki işə mübahisəyə faktiki olaraq tətbiq edilibedilməməsi barədə hüquqi araşdırma aparmamışdır. İddiaçı 22 oktyabr 1991-ci il tarixdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarlılığını 10 may 2023-cü il tar ixə, yəni təxminən 30 ildən sonra mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının iddia olunan hüququnun pozulmasının nə vaxt bildiyini (bilməli olduğunu) araşdırmamış və bundan asılı olaraq tələbə iddia müddətinin tətbiq edilib-edilməməsi məsələsinə hüquqi qiymət verməmişdir. 20.İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğu barədə 30 ildən sonra məlumatının olmasına dair əsaslı və mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Həmin hal isə yalnız iddiaçının özünün subyektiv izahatları ilə təsdiq olunur. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilmişdir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsd iq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. 21.Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinə xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri baxımından (maddə 73, 76-82) iddia müddəti ötürüldüyündən iddia rədd olunmalıdır. 22.Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. 23.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş (xx.xx.2000-cı il tarıxədək qüvvədə olmu ş) Azərbaycan SSR Mülki Məcəlləsinin 73, 76, 77, 78.1, 82.1, 527, 528, 552-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 24.İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. 25.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Konstitusiyanın 13, 29.İİ, 29.İİİ, 29.Vİİ maddələrinə əsaslansa da, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçı tərəfindən miras əmlak faktiki qəbul edilməklə həmin əmlakın onun mülkiyyətində olduğunu və qanunla qorunduğunu nəzərə almamışdır. 26.Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən gö ründüyü kimi, məhkəmə iddia müddətinin keçməsi məsələsinə əsassız istinad etməklə kifayətlənmiş, həqiqətin müəyyən edilməsi üçün istinad etməli olduğu qanunvericiliyi tətbiq etməmiş, nəticədə maddi hüquq normasını pozmuşdur 27.Apellyasiya instansiya məhkəməsi tətbiq edilməli olan (xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR) Mülki Məcəlləsinin 85-ci maddəsini tətbiq etməmiş, miras əmlak iddiaçının mülkiyyəti ola-ola və mülkiyyət hüququnun pozulması ilə bağlı tələblərə iddia müddətinin tətbiq edilmədiyini bilə-bilə iddia müddətinin keçdiyini əsas gətirmiş, bununla da əsassız və qanunsuz qətnamə qəbul etmişdir. 28.Apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarına zidd olaraq, mirasın faktiki qəbulunu sübut edən sübutları qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan hal ları müəyyən etməməklə prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. 29.Məhkəmə qəbul etdiyi qətnamədə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına tam istinad etmədiyindən Mülki Prosessual Məcəllənin 217.2-ci maddə ilə müəyyən olunan prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 30.Cavabdeh tərəfindən kassasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-325/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 31.Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 32.Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. 33.Maddə

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 34.Maddə

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 35.Maddə

29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarix li qanunu ilə təsdiq edilmiş (xx.xx.2000-cı il tarıxədək qüvvədə olmuş) Azərbaycan SSR Mülki Məcəlləsi 36.Maddə

73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. 37.Maddə

76. İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. 38.Maddə

77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. 39.Maddə 78. 1-ci hissə. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnu pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. 40.Maddə 82. 1-ci hissə. İddia qaldırılana qədər iddia müddətnin keçməsi iddianı rədd etmək üçün əsasdır. 41.Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 42.Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan dilməsi ilə açılır. 43.Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hər əkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 44.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 46.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 47.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 48.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 49.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 50.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 51.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır 52.Maddə 418.3. Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 53.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 54.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 55.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 56.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 57.Belə ki, iddiaçı 22 oktyabr 1991-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmiş, lakin apellyasiya məhkəməsi haqlı olaraq iddianı təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri baxımından (maddə 73, 76-82) iddia müddəti ötürüldüyündən iddianın rədd olunması nəticəsinə gəlmişdir.

58. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. 59.Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyas ı məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 60.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 61.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-325/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar