Məhkəmə qərarları › İş №2(102)-259/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-259/2022

18.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-259/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, cavavbdehlər Cavabdeh1, X3 və onların vəkili Hacıyev Fəzail Hacı oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2980/2019 saylı, 12 avqust 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı2 və İddi açı3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək: 1) Cavabdeh4 tərəfindən İddiaçı3 adından X3 adına verilmiş 12 aprel 2011-ci il tarixli, 7E-03-1135 reyestr nömrəli etibarnamənin etibarsız sayılması; 2) X3 həmin etibarnamə əsasında Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsindəki 74 saylı evin 4 otaqlı, 33 saylı mənzilini İddiaçı3 Cavabdeh1 bağışlanmasına dair 13 iyun 2011-ci il tarixli müqavilənin etibarsız sayılması, müqavilənin nəticələrinin ləğv edilməsi; 3) Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsində ki 74 saylı evin, 33 saylı mənzilinin ½ hissəsində X1 miras qalmış əmlak kimi paylarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(051)-1111/2019 saylı qərardadına əsasən iddia tələbi İddiaçı4 aid hissədə baxılmamış saxlanılmışdır.

3. Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2019-cu il tаrixli, 2(051)-1111/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı3 adından X4 ilə Cavabdeh1 arasında Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda 13 iyun 2011-ci il tarixdə bağlanmış, AN - İ ******* nömrəli və reyestrdə 4Ə/2-410 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqı (mənzil bağışlama) müqaviləsinin etibarsız sayılması, Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsindəki 74 saylı evin 33 saylı mənzilindən v ə Ağdam rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1999-cu il tarixli, 22 saylı qərarı ilə JN 272-A KOD 60913048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.15 ha torpaq sahəsindən vəfat etmiş X2 payına düşən ½ hissədən İddiaçı1 payı 1/7 hissə, İddiaçı2 payı 1/7 hissə və İddiaçı3 payı 1/7 hissədə müəyyən edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və X4 tərəfindən apellyasiya şikаyəti verilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2019-cu il tarixli, 2(107)-2980/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və X3 apellyasiya şikayətləri təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2019-cu il tаrixli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddia tə ləbi təmin olunmamışdır.

6. Həmin qətnamədən iddiaçılar İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti vermişdir. Bundan əlavə iddiaçılar və onların vəkili Vəkil məhkəmə kollegiyasına ərizə verərək, apellyasiya məhkəməsinin qətnaməsini 05 iyul 2021-ci il tarixdə aldıqlarını diqqətə alaraq, kassasiya şikayəti vermə müddətinin ötmədiyinin nəzərə alınmasını və şikayətin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2980/2019 saylı, 12 avqust 2021-ci il tarixli qərardadı ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Həmçinin iddiaçılar İddiaçı2 və İddiaçı3 izah edi lmişdir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırılmaqla ümumi qaydada yenidən kassasiya şikayəti ilə müraciət etmək hüququ vardır.

8. Apellyasiya instansiyası məhkəməsi qərardadı onunla əsaslandırmışdır iş materialları ilə iddiaçıların Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2019-ci il tarixli, 2(107)-2980/2019 saylı qətnaməsini 22 noyabr 2019-cu il tarixdə şəxsən imza etməklə aldığı müəyyən olunur. İddiaçılar İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti 26 iyul 2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verilmiş, eyni zamanda ötürülmüş müddətin bərpası barədə vəsatət məhkəməyə göndərilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçılar İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı3 83 yaşlı qadındır, İddiaçı2 isə Rusiyanın Rostov şəhərində yaşayır. İddiaçı2 Azərbaycanda olmadığı halda qəbzi imzalaya bilməzdi. İddiaçı2 başqa heç kim məktubları İddiaçı3 vermir. Səbəb mübahisənin ailə üzvləri arasında getməsidir, onlar mübahisənin uzanmasında maraqlı deyillər. Əksinə, istəyirlər ki, bacı-qardaş barışsın. Lakin İddiaçı2 və anası ədalət yerini tutandan sonra barışmaq istəyirlər. İşə əlavə olunan poçt bildirişlərindəki imzalar iddiaçılara məxsus deyil. Bunu onlar hə min bildirişlərdəki imzaların yanına öz imzalarını qeyd etməklə sübut edirlər. İddiaçı2 Rostovdan gəldikdən sonra (pasportdakı möhürlər buna sübutdur) məhkəməyə müraciət edərək qətnaməni 05.07.2021-ci il tarixdə rəsmi şəkildə qəbzə imza atmaqla almışdır. Bu tarixdən sonrakı iki ay müddətində onun və qətnaməni yenicə gətirib verdiyi anasının kassasiya şikayəti vermə hüququ yaranır. Belə olan təqdirdə iddiaçıların müddətin bərpasına dair vəsatət verməsinə heç bir lüzum yoxdur. Lakin məhkəmə bunu əsas kimi göstərərək şikayəti geri qaytarmaq barədə qərardad çıxarmışdır. İddiaçı2 Rusiyada yaşadığına görə digər ailə üzvlərinin ona və qoca anasına məlumat vermədiyi üçün qətnaməni vaxtında almamışdır. Kimlərsə İddiaçı2 və anası Tamaranın əvəzinə məhkəmə bildirişinə imza ataraq qətnaməni götürmüş, lakin Elxana və anasına çatdırmamışdır. Bundan başqa, apellyasiya baxışı zamanı da eyni üsullardan istifadə edilmiş və İddiaçı2, o cümlədən anası Tamaraya normal məhkəmə çəkişməsində iştirak etmək və öz hüquqlarını müdafiə etmək şəraiti yaradılmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında cavavbdehlər Cavabdeh1, X4 və onların vəkili Hacıyev Fəzail Hacı oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən digər şəxslər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

13. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

14. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

15. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlan ılır. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə

134. Rəsmi qaydada verilən sənədlər 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0. 2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində. Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulm ası apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

19. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçi nin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

20. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətin in verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

21. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

22. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən qətnamə iddiaçılara 22 noyabr 2019-cu il tarixdə şəxsən imza etməklə verilmişdir.

23. Bu halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçıların kassasiya şikayəti vermə müddətinin axımı sonrakı gündən başlanmış və 2 ay davam etmişdir. Lakin iddiaçının kassasiya şikayəti müddət keçdikdən sonra, yəni 26 iyul 2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.

24. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin verilməməsi isə, MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normaya istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.

25. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığı ndan kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2980/2019 saylı, 12 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar