Məhkəmə qərarları › İş №2(102)-2591/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2591/2020

18.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2591/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin fərdi yaşayış evindən çıxarılması və özünün həmin evə köçürülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Oğuz Rаyоn Məhkəməsinin (hаkim K.Süleymanov) xx xxxxxxxx 2019-cu i l tаrixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin fərdi yaşayış evindən çıxarılması və özünün həmin evə köçürülməsi tələbi bаrədə iddiаsı təmin edilməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun məbləğinin İddiaçı aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və M.Hüseynov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyas ı məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək özbaşına olaraq X kəndində yerləşən evində yaşayan cavabdehin həmin evdən çıxarılması və onun evə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 2006-2010-cu illərdə oğlu T birlikdə X kəndində anası X2 məxsus təsərrüfatda yaşamışdır. Hal-hazırda oğlu T birlikdə X kəndində ayrı təsərrüfatda yaşayır. Həmin təsərrüfatda iddiaçı və oğlu T başqa hər hansı şəxs yoxdur. Təsərrüfatda 2017-ci ildə inşa edilmiş fərdi yaşayış evi var. Həmçinin iş materiallarından görünür ki, cavabdeh 2006-2010-cu illərdə digər ailə üzvləri (arvadı və uşaqları) ilə birlikdə X kəndində anası X2 məxsus olmuş evdə yaşamışdır. Hal-hzırda digər ailə üzvləri (ar vadı və uşaqları) ilə birlikdə X kəndində ayrı təsərrüfatda yaşayır. Həmin təsərrüfatda cavabdeh və ailə üzvlərindən (arvadı və uşaqları) başqa hər hansı şəxs yoxdur. Təsərrüfatda 1998-ci ildə inşa edilmiş fərdi yaşayış evi var. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin aşağıda qeyd olunan halları ilə əsaslandırmışdır. İddiaçı ilə cavabdeh bacı və qardaş olmaqla X kəndinin sakinləridirlər. Hazırda onların hər biri X İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyində ayrı-ayrı təsərrüfatlar kimi qeydə alınmışlar. Hazırkı iddianın predmetinə aid olan fərdi yaşayış evinin yerləşdiyi təsərrüfatda əvvəllər 1959-cu ildə inşa edilmiş, iddiaçının və cavabdehin valideynlərinə məxsus olan yaşayış sahəsi olmuş, 1998-ci ildə həmin həyətdə hazırkı ev tikilərkən əvvəlki ev sökülmüşdür. Həmi n fərdi yaşayış evində hazırda cavabdeh öz ailə üzvləri (arvadı və uşaqları) ilə birlikdə yaşayır və yaşadığı ərazinin İcra Nümayəndəliyində həmin evin yerləşdiyi təsərrüfatda qeydiyyatdadır. Qeyd olunan təsərrüfatda hazırda cavabdeh və ailə üzvlərindən (arvadı və uşaqları) başqa hər hansı şəxs yoxdur. İddiaçı 2006-2010-cu illərdə oğlu T birlikdə X kəndində anası X2 məxsus təsərrüfatda qeydiyyatda olsa da, hazırkı vəziyyətdə X kəndi üzrə 199 nömrəli təsərrüfatda öz oğlu T birlikdə qeydiyyatdadır və həmin təsərrüfatda 2017-ci ildə inşa edilmiş fərdi yaşayış evi qeydə alınmışdır Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X kəndində yerləşən, anası X2 məxsus olmuş təsərrüfatda qeydiyyatda olduğunu, valideynlərinə məxsus olmuş evin ona miras qaldığını iddia etsə də, bunu nla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, onun dəlilləri iş materialları və işin faktiki halları ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti tə min edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar