Məhkəmə qərarları › İş №2(102)-2591/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2591/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2591/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-1805/2025 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cina yət işinin başlanılmasının rədd edilməsi xx.xx.2022-ci il tarixli barədə qərarla Cavabdeh ərizəsi əsasında toplanmış materialda cinayət işinin başlanılması rədd edilmişdir.

2. Cnayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarla İddiaçı ərizəsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar mübahisələndirilmişdir.

3. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Cavabdeh və X1 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumat verilmiş və İddiaçı yaranmış mübahisənin həll edilməsi üçün mülki qaydada məhkəməyə müraciət hüququ i zah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələblərinin artırılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) 29.400 ABŞ dolları, 100.000 manat pul vəsaitinin, 390 manat dövlət rüsumunun, 110 manat vəkilə ödənilmiş xərcin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh və onun əri ilə uzun zamandır ki, iddiaçının tanışdır və iddiaçının onlara sonsuz güvəni olmuşdur. Onların əvvəllər də aralarında şərikli pul qazanmaq barədə münasibətləri olduğundan və qazanc əldə edəcəklərini bildirdiyindən cavabdeh mebel ticarətini genişləndirmək üçün iddiaçıdan 30.000 ABŞ dolları mə bləğində pul istəmişdir. Cavabdehin bildirdiyinə görə həmin ticarətdən ay ərzində 20-30 min manat pul qazanacaq, həmin pulun da 20 faizini iddiaçıya verməli idi. İddiaçı da inanaraq bu dəfə də ümumilikdə 30.000 ABŞ dollarını cavabdehə vermişdir. Bir müddət aralarında narazılıq olmamış, əksinə, bir-birinə qarşı hörmət və güvəni olmuşdur. Bir-iki ay keçdikdən sonra cavabdehdən qazanc istədikdə, o həmin pulun 10000 dollarını əri Fuad Məmmədovla birlikdə kriptovalyutaya sərmayə kimi qoyduğunu və 20000 dollarını isə mebel ticarətinə yatırtdığını bildirmiş və bir az gözləməyini xahiş etmişdir. Daha sonra cavabdeh iddiaçıya zəng edərək qazanc verə bilməməsinin səbəbini şəriki Emilin onu aldatması nəticəsində baş verdiyini və Emildən Abşeron RPİ-nə şikayət etdiyini bildirmişdir. Həmin şikayət zama nı iddiaçının da şahid kimi izahat verməsini xahiş etmişdir. İddiaçı da cavabdehin bu xahişini yerinə yetirmişdir. Həmin araşdırma zamanı cavabdeh iddiaçıdan aldığı pulu inkar etməsə də, sonradan yenə iddiaçının pulunu verməmişdir. Bu səbəbdən iddiaçı şikayət etmiş bu dəfə cavabdeh əri ilə birlikdə hər şeyi inkar edərək iddiaçıdan pul almadığını bildirmişdir. Cavabdeh iddiaçıdan aldığı puldan cəmi 1.000 manat kartına atmışdır. Cavabdeh istifadəsində olan mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə pulu ondan götürməsini yazmış, səslər atmışdır. Lakin cavabdeh sonra iddiaçıya hər hansı qazanc verməmiş və aldığı pulu geri qaytarmamışdır. Cavabdehin əməllərindən Nərimanov Rayon Polis İdarəsinə şikayət etsə də, cavabdeh aralarında olan razılıqları inkar etdiyindən və onunla yazılı razılığı olmadığından, onu aldadaraq qazanc vermək niyyəti ilə pulu ondan aldığını inkar etdiyindən barəsində cinayət işi açılmamış, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin cavabdeh iddiaçının pulu ilə qazanc əldə etsə də, əsassız olaraq ona düşən qazancı verməmişdir. Belə olan təqdirdə isə iddiaçının qazancı əldən çıxmışdır.

6. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında mövcud münasibətlərin 2019-cu ildən əvvəl baş verdiyini nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-690/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia tələbinə görə iddiaçı ilə cavabdeh arasında olan şifahi razılığa əsasən iddiaçı 30000 ABŞ dolları pul vəsaitini cavabdehə vermiş və cavabdeh verilən pul vasitəsi ilə əldə edilən gəlirdən 20 faiz gəlir götürmək şərti ilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cinayət işinin başlanılmasının rədd olunması barədə qərarları və cavabdehin ona əlavə olunmuş izahatlarını təqdim edərək tərəflər arasında real olaraq borc müqaviləsi bağlandığını, həmin pulu müqavilədə nəzərdə tutulmuş qaydada borcalana verdiyini və həmin borcun bir hissəsinin (1000 manat) cavabdeh tərəfindən ona qaytarıldığını əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə polis idarəsində ilkin olaraq verdiyi izahatda biznesin qurulması üçün pulu iddiaçıdan alaraq başqa şəxsə verdiyini, daha sonra isə verdiyi izahatda tərəfləri tanış etməsini və pul vəsaitinin iddiaçının özü tərəfindən başqa şəxsə verilməsini qeyd edərək iddia müddətinin keçdiyini bildirməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı məhkəməyə cavabdehin polis idarəsində verdiyi izahatları təqdim edərək cavabdehlə onun arasında şifahi qaydada borc müqaviləsi bağlandığını və 30.000 ABŞ dolları pul vəsaitini cavabdehə verdiyini qeyd etmişdir. Lakin iş materiallarından görünür ki, cavabdehin polis idarəsində pul vəsaitinin ondan alınması ilə bağlı olaraq verdiyi həmin izahatlar arasında ziddiyyətlər vardır. Tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlansa belə, həmin borc müqa viləsi Mülki Məcəllənin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsinin mövcud olması qeyd edilsə də, həmin müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi ( imperativ) normaların tələblərinə uyğun olması vacibdir. Lakin iddiaçı tərəfindən təqdim olunmuş sübutlardan bu hal müəyyən olunmamışdır.

11. Bundan əlavə cavabdeh iddia müddətinin keçməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçının özünün iddia etdiyi kimi, tərəflər arasında şifahi borc müqaviləsinin bağlanması anı 2019-cu ilə təsadüf edir. Konstitutsiya Məhkəməsinin mövqeyinə görə iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Buna görə də iddia təmin edilə bilməz.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386, 389, 739, 740, 337, 354-cü, Mülki prosessual Məcəlləni 14.2, 77.1-ci maddələri, Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-690/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflərin şərikli pul qazanmaq barədə münasibətləri olmuş və cavabdeh qazanc əldə edəcəklərini bildirərək onun mebel ticarətini genişləndirmək üçün 30.000 ABŞ dolları məbləğində pul istəmişdir. Cavabdehin bildirməsinə görə həmin ticarətdən ay ərzində 20-30 min manat pul qazanmalı, həmin pulun da 20 faizini iddiaçıya verməli idi. İddiaçı inanaraq ümumilikdə cavabdehə 30.000 ABŞ dolları pul vermişdir. Göstərilən хüsusat cavabdеh (оnun nümayəndəsi) tərəfindən inkar еdilməmişdir. Bеlə ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkili) ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında mövcud münasibətlərin 2019-cu il tarixdən əvvəl baş verməsini bildirmişdir. Göründüyü kimi, tərəflər arasında mövcud münasibətlərin оlması cavabdеh (оnun nümayəndəsi) tərəfindən inkar еdilməm iş, əksinə, həmin fakt təsdiq еdilmiş, lakin iddia müddətinin ötürülməsinə əsaslanaraq iddianın rədd еdilməsi хahiş оlunmuşdur. Cavabdеhin (nümayəndəsinin) tərəflər arasında mövcud münasibətlərin 2019-cu il tarixdən əvvəl baş verdiyini nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunmasına dair dəlilləri əsassızdır. Оna görə ki, şərh оlunduğu kimi, cavabdеh 8 avqust 2022-ci il tariхdə Abşеrоn rayоn Pоlis İdarəsinə ərizə ilə müraciət еdərək, Еmil adlı şəхsin оndan еtibarnamə alaraq əmlakını ələ kеçirdiyi üçün оnun cinayət məsuliyyətinə cəlb оlunmasını хahiş еtmişdir. Həmin ərizə əsasında aparılan araşdırma zamanı cavabdeh vеrdiyi yazılı izahatında göstərmişdir ki, “tanışım Mеhdi adlı şəхsə dеdim ki, Еmil adlı şəхslə mеbеl sехi açmışam. Pulun varsa sən də bizimlə şərik оl. Mеhdi mənə dеdi ki, nə qədər pul lazımdır, mən də dеdim ki, təхminən 50.000-60.000 manat pul lazımdır. Mеhdi mənə dеdi ki, mənim 30.000 (оtuz min) ABŞ dоlları pulum var. Həmin vaхtı 30.000 (оtuz min) ABŞ dоlları 45.000 manat еdirdi. Mеhdi ilə razılaşıb həmin pulu alıb Еmilə vеrdim». Göründüyü kimi, cavabdеh 8 avqust 2022-ci il tariхdə Abşеrоn rayоn Pоlis İdarəsinə ərizə ilə müraciət еtdiyi zaman məndən 30.000 (оtuz min) ABŞ dоlları almasını inkar еtməmiş və həmin məbləği qaytarmaq niyyətində оlmamasını bildirməmiş, əksinə, həmin faktı təsdiq еdərək pulu qaytarmaq niyyətində оlmasını, lakin Еmil adlı şəхsin оnu aldadaraq pulunu aldığına görə pulunu qaytarmaq imkanının оlmamasını bildirmişdir. Hazırda cavabdеh iddiaçıdan aldığı 30.000 ABŞ dоllarından (kartına göndərdiyi 1.000 manat çıхıl dıqdan sоnra) 29.400 ABŞ dоllarını qaytarmamaqla iddiaçının hеsabına əsassız varlınmışdır. Göründüyü kimi, cavabdеhin iddiaçıdan aldığı 30.000 ABŞ dоllarından qaytarılmamış qalan 29.400 ABŞ dоllarını qaytarmaması sоnradan aradan qalхmış əsasa söykənir. Bеlə ki, cavabdehin şikayət ərizəsinin məzmunundan, dəfələrlə оnların aralarında üzbəüz və tеlеfоn danışıqlarından göründüyü kimi, cavabdeh iddiaçıdan aldığı pulu qaytarmamasını Еmilə vеrdiyi pulun Еmil tərəfindən qaytarılmaması ilə əlaqəli olduğunu demişdir. Bu hal isə cavabdеhi iddiaçıdan aldığı pulu qaytarmaq vəzifəsindən azad еtmir. Cavabdеh 8 avqust 2022-ci il tariхdə Abşеrоn rayоn Pоlis İdarəsinə vеrdiyi ərizəsi əsasında aparılan araşdırma zamanı vеrdiyi yazılı izahatında iddiaçıdan 30.000 ABŞ dоlları almasını еtiraf еtdiyindən, lakin Еmil adlı şəхsin оnu aldadaraq pulunu aldığını və buna görə ondan aldığı pulu qaytarmaq imkanı оlmadığını, lakin ondan aldığı pulu qaytarmaq niyyətində оlduğunu bildirdiyindən, iddiaçı cavabdеhin оnun şərik оlması adı ilə оndan 30.000 ABŞ dоlları məbləğində pulu alaraq əsassız varlanması faktını sübut еtmək vəzifəsindən azaddır.

15. Apellyasiya baxışında iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, sexə cəmi bir dəfə getmişdir, cavabdehlə şəriki arasında narazılıq yaranmışdı. Ona demişdilər ki, sən də gəl, o da bir dəfə sexə getmişdir. Cavabdeh ondan pul istəmiş, o da vermişdir. Cavabdehdən ancaq verdiyi pulu istəyir, onlardan xeyir istəmir. O, əvvəl də cavabdehə pul vermişdir. Cavabdeh özü ona qazanc verəcəyini demişdir. O, cavabdehin işi ilə maraqlanmamışdır. Belə çıxır ki, o, cavabdehə borc vermişdi. Cavabdehdən artıq pul istəmir, verdiyi pulunu istəyir. Mübahisələndirdiyi məbləğ 29.400 ABŞ dоllarıdır.

16. Apellyasiya baxışında iddiaçının nümayəndəsi (vəkil) Vəkil3 bildirmişdir ki, iş materiallarına əlavə edilmiş CD-dəki səs yazılardan da göründüyü kimi iddiaçı demir ki, onlar iş gördülər və batırdılar. Cavabdeh özü deyir ki, pulu batırdı. Pulun qaytarılması nəzərdə tutulmuşdu. Pulun qaytarılmasının müddəti nəzərdə tutulmamışdı. 8 sentyabr tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Dekabr tarixində iddiaçı qərarı almış və məhkəməyə müraciət etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)1805/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-690/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Fuad Abdıyev)

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı əvvəlcə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət edərək, hazırki iş üzrə cavabdehin onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu mənimsədiyini, ona qarşı dələduzluq cinayətini törətdiyini bildirmişdir. Müvafiq qurum tərəfindən aparılmış araşdırmanın yekununda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hazırda iddiaçı istintaq orqanına müraciəti ilə əlaqədar əldə etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023 -cü il tarixli qərara, cavabdehin X2 barəsində Abşeron rayon Polis İdarəsinə müraciəti zamanı verdiyi izahata, eləcə də cavabdeh ilə aralarındakı danışığı əks etdirən səs yazısına, “Whatsapp” yazışmalarına istinadla cavabdehin ondan alıb qaytarmadığını iddia etdiyi 29.400 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

19. Cavabdeh isə iddianı qəbul etməmiş, iddiaçıdan heç vaxt pul almadığını, Abşeron rayon Polis İdarəsinə müraciəti zamanı iddiaçının ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 30.000 ABŞ dolları məbləğində pulun verilməsi barədə qəsdən yalan ifadə verdiyinə istinad etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edilmiş, mübahisəyə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi xahi ş edilmişdir.

20. İddiaçının özünün iddia etdiyi kimi, tərəflər arasında şifahi borc müqaviləsinin bağlanması anı 2019-cu ilə təsadüf etdiyindən, Konstitutsiya Məhkəməsinin mövqeyinə görə iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanı xitam olmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, borc öhdəliyi müqavilə əsasında yaranır. Müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Mülki Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllədə borcun məblə ğindən asılı olaraq müqavilənin yazılı bağlanması tələb edilir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 389.1, 406.1 və 740.2-ci maddələri).

22. Cavabdehə qarşı irəli sürülmüş iddia tələbində borc məbləği 3000 manatdan çox olduğuna görə, onunla yazılı müqavilənin olması tələb edilir. Lakin bu cür müqavilənin olduğu müəyyən edilməyib.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığından, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır.

24. Əsassız varlanma çərçivəsind ə tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi; və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.

25. Baxılan işdə də cavabdehin əldə etdiyi əmlakı iddiaçının hesabına qazandığını sübut etmək yükünu bu halları iddia edən tərəfin üzərinə düşür. Belə ki, iddiaçı istinad etdiyi halı sübut etdiyi təqdirdə, cavabdehin mübahisə predmeti olan pulun qaytarılmış olduğunu sübut etmək vəzifəsi yaranır. İşdə olan sübutlara əsasən də 30000 ABŞ dolları məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi halı m əhkəmə tərəfindən müəyyən edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya tam qaytarılmasını təsdiq edə biləcək sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən ona verilmiş pulun iddiaçıya tam şəkildə qaytarılması halı sübuta yetirilməmişdir. Beləliklə də cavabdeh qaytarılmamış məbləğ həddində iddiaçının hesabına əsassız olaraq varlanmışdır.

27. Bununla belə, ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi əsası ilə iddianın rədd edilməli olması barədə gəldiyi qənaət ilə razılaşaraq, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında əks edilən hüquqi mövqeyə görə əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.

28. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varl anma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

29. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, göründüyü kimi əsassız varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz bu halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin geri qaytarılması barədə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir.

30. Apellyasiya instansiyası məhkəməsi onu da göstərmişdir ki, Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün iki illik iddia müddəti nəzərdə tutulsa da, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi həmin Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilir. Müddətin əvvəli isə müqavilənin bağlandığı tarixdən deyil, əqdin icrasına başlanıldığı gündən hesablanır.

31. Hazırkı halda da, cavabdehin istinad etdiyi iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi əhəmiyyətlidir. Belə ki, mübahisələndirilən qətnamədə iddia müddətinin axımının tələb olunan vəsaitin cavabdehə verildiyi, yəni əqdin icrasına başlanıldığı tarixdən (2019-cu ilin oktyabr ay ından) hesablanmalı olması göstərilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsinin mümkünlüyü, müddətin axımının başlanğıcı kimi müəyyən etdiyi tarixi, habelə məhkəməyə müraciət edərkən iddiaçının iddia müddətini ötürdüyü barədə qənaəti ilə razılaşaraq hesab etmişdir ki, hazırkı iddia üzrə qanuni və əsaslı qətnamənin qəbulu üçün zəruri olan bütün hallar məhkəmə tərəfindən müəyyən edilərək düzgün nəticəyə gəlinmişdir. Bu baxımdan qətnamənin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.1.5, 324.1, 324.2, 354.1, 372.1, 373.2, 375.2, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2-ci madd ələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslan dırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməməsinə dair gəldiyi nəticə əsassızdır. Belə ki, göründüyü kimi, iddiaçı cavabdеhin ondan 30000 ABŞ dоlları almasına, 1000 manat qaytarmasına, qalan 29400 ABŞ dоllarını qaytarmamasına əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüşdür. İddiaçının iddiasının əsası kimi istinad еtdiyi halı – cavabdеhin iddiaçıdan 30.000 ABŞ dоlları alması və qaytarmaması, cavabdеhin ərizələri, öz yazılı izahatları ilə, whatsapp yazışmaları ilə, həmçinin 1.000 manat mıbləğində pulun bank kartından digər bank kartına köçürməsinə dair çıxarışla və digər sübutlarla tam sübuta yеtirilmişdir. Göstərilən hal apellyasiya instansiyası məhkəməsi tərəfindən də müəyyən edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstəri lir ki, işdə olan sübutlara əsasən də 30.000 ABŞ dolları məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi halı məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının tələb olunan vəsaitin cavabdehə verildiyi, yəni əqdin icrasına başlanıldığı tarixdən (2019-cu ilin oktyabr ayından) hesablanmalı olması qənaətinə gəlməklə iddia müddətinin ötürülməsinə və bu əsasla iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən salanmasına dair nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmçinin iddia müddətinin kеçməsinə dair dəlilləri də əsassızdır. Bеlə ki, göründüyü kimi, cavabdеh 08 avqust 2022-ci il tariхdə Abşеrоn rayоn Pоlis İdarəsinə ərizə ilə müraciət еtdiyi zaman İddiaçı 30.000 (оtuz min) ABŞ dоlları almasını inkar еtməmiş və həmin məbləği qaytarmaq niyyətində оlmamasını bildirməmiş, əksinə həmin faktı təsdiq еdərək pulu qaytarmaq niyyətində оlmasını bildirmiş, lakin Еmil adlı şəхsin оnu aldadaraq pulunu aldığına görə İddiaçı pulunu qaytarmaq imkanının оlmamasını bildirmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsasları məhkəmədə təhqiq edilən sənədlərlə, izahatlarla, ifadələrlə təsdiq olunmasına, lakin cavabdehin iddiaya etirazlarının əsasları kimi istinad etdiyi halların sübut olunmamasına baxmayaraq sözügedən qətnamənin qəbul edilməsi ilə MPM-nin 88-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə kollegiyasının qətnaməsindən görünür ki, məhkəmə iş üzrə müəyyən edilən faktiki hallara obyektiv qiymət verməkdən uzaq olmuş və bu sə bəbdən də həm maddi, həm də prosessual hüququn təfsirində də səhvə yol vermişdir ki, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Apеllyasiya instansiyası məhkəməsi işin həqiqi hallarına düzgün hüquqi qiymət vеrməmiş, mübahisənin xaraktеri, mübahisənin mahiyyəti, tərəflərin hüquq və vəzifələrini düzgün müəyyən еdilməmiş, nəticədə əsassız olaraq iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair nəticəyə gəlinmiş və beləliklə də ədalətli və qanuni qərar qəbul edilməsi üzrə formalaşmış məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1.5.Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 354.1.Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yayerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarlabağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2.Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1.Əsass ız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instans iyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkə məsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin bütün dəlillərinə qiymət vermişdir.

42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsini və işin müəyyən edilmiş hallarına uyğun olaraq tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

43. Belə ki, iddiaçı özü tələbinin faktiki əsası kimi cavabdehə borc verməsinə istinad etmiş, apellyasiya məhkəməsi də iddia tələbinə tələbdə istinad edilən faktiki əsaslar üzrə hüquqi qiymət vermiş, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

44. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər iddia ərizəsinin və apellyasiya şikayətinin də dəlilləri olub və işə mahiyyəti üzrə sübutlar əsasında baxan hər iki instansiya məhkəməsi müvafiq olaraq öz səlahiyyətləri çərçivəsində həmin dəlilləri qiymətləndirməklə onlar ı qəbul etməyiblər.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1805/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar