Məhkəmə qərarları › İş №2(102)-2592/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2592/2024

01.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2592/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (azyaşlı X2 qəyyumu) Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs, X1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı (azyaşlı X2 qəyyumu) Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs, X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Emma Məmmədovanın mərhum atası Məmmədova Bayraməli Nadir oğlunun vəsiyyət üzrə vərəsəsi kimi tanınması və yaşayış evinin onun mülkiyyətinə verilməsi” tələbin ə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-860/2014 nömrəli, 24 may 2024-cü il tarixli qərardadından maraqlı şəxs Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 1 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı (azyaşlı X2 qəyyumu qismində) Göygöl Rayon Məhkəməsində iddia qaldırıb Emma Məmmədovanın mərhum atası X3 vəsiyyət üzrə vərəsəsi tanınması və Göygöl şəhəri, Heydər Əliyev prospekti, 40 №-li ünvanda yerləşən yaşayış evinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir.

2. Göygöl Rayon Məhkəməsinin 2(066)-09/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək X2 X3 vəsiyyət üzrə vərəsəsi tanınması, Göygöl şəh əri, Heydər Əliyev prospekti, 40 №-li ünvanda 916,0 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 211 kv.m, o cümlədən 67,8 kv.m 3 yaşayış otağından, 7,8 və 6,1 kv.m mətbəxlərdən, 4,1 kv.m açıq eyvandan, 5,2 və 5,5 kv.m hamamlardan, 10,6 kv.m dəhlizdən, 31,2 kv.m əl damından, 70,5 kv.m çardaqdan, 31,2 kv.m əl damından ibarət olan yaşayış evinin X2 mülkiyyətinə verilməsi qət edilmişdir (hakim E.Həsənova).

3. Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs, X4, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, bütün miras əmlakdan məcburi paylarının ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2014 nömrəli, 22 iyul 2014-cü il tarixli 2(104)-8 60/2014 nömrəli qətnaməsi ilə Cavabdeh1, Maraqlı şəxs, X4, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin iş üzrə 28 yanvar 2014-cü il tarixli 2(066)- 09/2014 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ş.Rzaquliyev - sədrlik edən və məruzəçi, F.Mehtiyev, R.Muradov).

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2014-cü il qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 19 yanvar 2024-cü il tarixdə kassasiya şikayəti vermişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (hakimlər Ş.Rzaquliyev - sədrlik edən və məruzəçi, L.Süleymanov, A.Hüseynzadə).

7. Apell yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, maraqlı şəxs Cavabdeh2, həmçinin cavabdeh – maraqlı şəxs Cavabdeh2 qardaşı oğlu Cavabdeh1, digər maraqlı şəxslər - Cavabdeh2 qardaşı Maraqlı şəxs, bacıları X4 və Cavabdeh3 keçirilmiş məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar heç bir məhkəmə iclasında iştirak etməmiş və onların iştirakı olmadan qətnamə qəbul edilmişdir. Qəbul edilmiş qətnamənin surətinin maraqlı şəxs Cavabdeh2 rəsmi qaydada verilməsi barədə işdə sənəd olmasa da (Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs qətnamənin surətini almışlar), lakin hazırkı işin vəziyyəti, kassasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər ətraflı araşdırma aparılmasını tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə kassasiya şikayətinin müm künlüyünün qəbul olunması onu ehtiva etmiş olar ki, ötən 9 il ərzində qətnamə qanuni qüvvəyə minməmişdir. Halbuki kassasiya şikayətinin mümkünlüyü ağlabatanlıq meyarları əsasında təhlil olunduqda qətnaməni Cavabdeh2 almasa da onun bacı-qardaşları aldığı, qətnamədən məlumatlı olduğu, lakin işin həllinə maraq göstərmədiyi qeyd edilmişdir.

8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1514/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-860/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdiri lmədən saxlanılmışdır.

10. Müstəqil tələb irəli sürməyən Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin ləğv edilərək yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-860/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə müstəqil tələb irəli sürməyən Cavabdeh3 kassasiya şikayəti təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh və maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti dörd dəfə məhkəmə baxışına təyin edilməsinə baxmayaraq nə cavabdehin özü, nə də maraqlı şəxslər heç bir məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbədən məhkəmə kollegiyası apellyasiya şi kayətinə baxaraq 22 iyul 2014-cü il tarixli qətnaməni çıxarmışdır. Həmin tarixdən 9 ildən artıq müddət keçdikdən sonra maraqlı şəxs Cavabdeh2 kassasiya şikayəti vermişdir.

13. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, maraqlı şəxs Cavabdeh2, həmçinin cavabdeh – maraqlı şəxs Cavabdeh2 qardaşı oğlu Cavabdeh1, digər maraqlı şəxslər - Cavabdeh2 qardaşı Maraqlı şəxs, bacıları X4 və Cavabdeh3 keçirilmiş məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar heç bir məhkəmə iclasında iştirak etməmiş və onların iştirakı olmadan qətnamə qəbul edilmişdir. Qəbul edilmiş qətnamənin surətinin maraqlı şəxs Cavabdeh2 rəsmi qaydada verilməsi barədə işdə sənəd olmasa da (Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs qətnamənin surətini almışlar), lakin hazırkı işin vəziyyəti, kassasiya ş ikayətinin verilməsində müddətlərin həllində bir qədər ətraflı araşdırma aparılmasını tələb etmişdir.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Mülki Məcəlləsinin 128, 129, 130-cu, Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Maraqlı şəxs Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında “qətnamə Cavabdeh3 almasa da onun bacı-qardaşları almış, qətnamədən məlumatlı olması, lakin işin həllinə maraq göstərməməsi”-ni yazmışdır. Bununla bağlı məhkəmənin arqumentinə cavab olaraq bildirmişdirlər ki, həmin dövrdən bu yana qohumlar arasında münasibətin hansı səviyyədə olması, onların bir-biri ilə münasibətlərinin olub-olmaması ehtimalıdır, bunu təsdiq edəcək hər hansı bir sənəd mövcud olmamışdır. Qohumlar arasında belə bir məlumatın olması məhkəmə qətnaməsinin Cavabdeh3 verilməsi anlamına gəlməməlidir. Məhkəmənin dolayı yolla bu qənaətə gəlməsi isə tamamilə əsassız və qanunsuzdur. Məhkəmənin öz qərardadında qeyd etdiyi kimi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2014-cü il tarixli 2(104)-860/2014 nömrəli qətnaməsinin Cavabdeh3 tərəfindən rəsmi qaydada alınmasını və ya ona verilməsini təsdiq edən qəbz iş materiallarında mövcud olmamışdır. Bu isə bir vərəsə kimi onun pozulmuş hüquqları ilə yuxarı məhkəmə qaydasında mübahisələndirmək h üququnu məhdudlaşdırmışdır. Məhkəmənin öz qərardadında qeyd etdiyi nüanslardan biri də “müddətin bərpa edilməsi barədə ərizənin verilməməsi”-dir. Bu məsələ ilə bağlı qeyd etmişdir ki, müddətin bərpası məhkəmə qətnaməsi tərəfə rəsmi qaydada verildikdən sonra şəxs şikayət vermə müddətini ötürərkən tətbiq olunan prosessual hərəkətdir. Lakin iş materiallarında məhkəmə qətnamənin verilməsini təsdiq edən sənəd olmadığından kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş sayıla bilməz. Buna görə də müddətin tətbiqi barədə ərizə verilməsinə zərurət qalmamalıdır.

17. Maraqlı şəxs Cavabdeh3 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 408, 418.1, 418.3-cü maddələrinə şikayətini istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

20. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı maraqlı şəxs Cavabdeh3 şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz.

27. Belə ki, məhkəmə müdafiəsi hüququndan istifadə etmənin prosessual qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində həyata keçirmək prosess iştirakçılarının vəzifəsidir.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(104)-860/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar