Məhkəmə qərarları › İş №2(102)-2592/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2592/2025

27.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2592/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-658/2025 nömrəli, 8 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəf indən verilmiş kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 2, mənzil 255 (Yeni qaydalarla AZ1008, ünvan 1 Cavabdeh X2, o da öz növbəsində İddiaçı satmışdır. 2. xx.xx.2021-ci il tarixli çıxarışa, habelə elektron məhkəmə informasiya sistemindən çıxarılmış İddiaçı əmlak məlumatlarına əsasən, ünvan 2, mənzil 255 (Yeni qaydalarla AZ1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M11, mənzil 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787 ci məhəllə, ev 38, mənzil 255 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787 ci məhəllə, ev 38, mənzil 255 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, "xxxx" MTK tərəfindən inşa edilən, ünvan 2, mə nzil 255 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanında yerləşən təmirli mənzili (əşyaları ilə birlikdə) X1 15 oktyabr 2019-cu il tarixdə almışdır. X5 isə həmin mənzili hazırkı Cavabdeh almışdır. Həmin dövrdə mənzilin çıxarışı olmadığından Mənzil hüquqların ötürülməsinə dair Notarial qaydada təsdiq edilmiş mənzil sertifikatı ilə rəsmiləşdirilmişdir. Sözügedən mənzili alarkən Cavabdeh həmin mənzildə ailə üzvləri ilə birlikdə kirayədə qaldığından və iddiaçıdan kirayə haqqı ödəməklə mənzildə müvəqqəti kirayəçi qismində qalmağı xahiş etmişdir. Həmin dövrdə iddiaçının yaşayışını təmin etmək üçün digər mənzili olduğundan, cavabdehlə razılaşaraq kirayə haqqı ödəməklə mənzildə müvəqqəti yaşamasına icazə vermişdir. Sözügedən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021 ci il tarixli *** ******* qeydiyyat №-li Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən sözügedən Bakı şəhəri, Nəsimi rayonu, Xətai Prospekti, 787- ci məhəllə, ev 38, mənzil 255 (Yeni qaydalarla AZ1008, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Cavabdeh artıq bir ilə yaxın müddətdir ki, heç bir kirayə haqqı ödəmir. Dəfələrlə cavabdehə mülkiyyətində olan mənzilini boşaldaraq təhvil verməsini tələb etsə də, cavabdeh onu mənzilinə buraxmır və mənzilindən çıxmaqdan yayınır. O, mülkiyyətində olan mənzilinin və mənzildə olan əmlaklarının (yaşayış üçün tələb olunan məişət əşyalarının) hansı vəziyyətdə saxlanmasından məlumatsızdır. Cavabdehin bu qanunsuz hərəkətləri onun mənzilindən istifadə, sahiblik bir sözlə Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozur.

6. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmiş və iddiaya etiraz verməmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(006)-3411/2024 saylı qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddianın təmin edilməsi, Cavabdeh ünvan 2, mənzil 255 (Yeni qaydalarla AZ1008, ünvan 1 ünvanından çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. İşdən görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və onun həmin evdən tam istifadə etmək hüququ vardır. Mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ Cavabdeh tərəfindən pozulduğundan o, cavabdehin mülkiyyətində olan mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaçının iradəsinə zidd mənzildə yaşamaqla onun mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən cavabdehin mübahisəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair iddia tələbi məhkəmə tərəfindən əsaslı hesab edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, Azərbaycan Respublikası Prezidenti X4 üzrə Dövlət Komitəsində Qeydiyyata alınmış MS-N seriyalı 000280 saylı xx.xx.2007-ci il tarixli mənzil sertifikatına əsasən, ünvan 2 ünvanında yerləşən 255 nömrəli mənzilin sahibi olmuşdur. xx.xx.2019-cu il tarixdə 8i/3626 reyestr nömrə ilə qeydə alınmış indossomentə əsasən, ünvan 2 ünvanında yerləşən 255 nömrəli mənzili xx.xx.2019-cu il tarixdə mənzil sertifikatı üzrə tələblərini X2 vermişdir. Belə ki, Rusiyada işlədiyi dövrdə Vaqif Əsədovun qardaşına borcu yaranmış və həmin mənzili müvəqqəti olaraq borc əvəzinə X2 vermişdir. Aralarında olan razılığa əsasən borcu qaytardığı zaman mənzil cavabdehin sahibliyinə qayıtmalıdır. Vaqif Əsədovun qardaşına olan borcu borcu qaytarmış, lakin mənzili Vaqifin sahibliyində qalmışdır. Bundan iki ay keçdikdən sonra isə borc pula ehtiyacı yaranmış və tanışı İddiaçı 130000 manat borca pul istəmişdir. O, isə həmin pulun müqabilində mənzili onun adına rəsmiləşdirməyi və borcu qaytaracağı halda mənzili də qaytaracağını bildirmişdir. Beləliklə də mənzilin Vaqif Əsədovun sahibliyindən İddiaçı sahibliyinə keçməsi barədə razılığa gəlmişlər. Lakin sonradan İddiaçı mənzilə mülkiyyət hüququnun qeydə alınmasından onun xəbəri olmamışdır. Onların razılaşması mənzili onun sahibliyinə ve rməyi və pulu qaytardığı zaman mənzili cavabdehə geri qaytarması barədə olmuşdur. Həmin mənzildə ailəsi ilə birlikdə yaşamış və hazırda da yaşayır. İddiaçıla cavabdehin arasında mənzilə dair icarə müqaviləsi bağlanmamış, mənzilə dair kirayə haqqı ödəyəcəyi barədə razılaşmaları olmamış və mənzildə yerləşən əşyalar Vaqif Əsədova və ya İddiaçı verilməmişdir. Həmin əşyalar girov predmeti də olmamışdır. Qeyd edir ki, həmin mənzilin hazırda real bazar dəyəri 380000 manatdır. Lakin, cavabdeh ondan 130000 manat pul almış və mənzili də girov qismində ona vermişdir. Girov müqaviləsinin bağlanmaması isə mənzilə dair mülkiyyət hüququnun olmaması ilə əlaqədardır. Göründüyü kimi iş üzrə araşdırılmalı olan kifayət qədər mübahisəli məqamlar vardır. Lakin həmin halları məhkəmə araşdırmamış və düzgün olmaya n əsassız qətnamə qəbul etmişdir. Həmçinin hesab edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərini də pozmuşdur. Maddi və prosessual hüquq normalarının tələblərinin pozulması isə qətnamənin ləğv edilməsi üçün əsasdır. Qətnamədə işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarını təhrif edir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Göründüyü kimi məhkəmə onun hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının nümayəndəsinin verdiyi izahatı əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə hüquq b ərabərliyi prinsipi pozulmuşdur. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olsa da mən və ailə üzvlərim həmin mənzildə yaşayırıq. Həmin mənzilin iddiaçının mülkiyyətinə keçməsi mənim həmin əmlaka olan digər hüquqlarımın xitamına səbəb deyildir. Bundan başqa mənzildə yerləşən bütün əşyalar cavabdehə məxsusdur. İddiaçı mənzilə dair mülkiyyət hüququnu əldə edən zaman həmin mənzili ona girov qoyduğunu bilirdi. Buna əsas olaraq onu qeyd edir ki, cavabdeh ondan 130000 manat pul almış və mənzilin hazırda bazar dəyəri isə 380000 manatdır. Əgər cavabdeh mənzili satırdısa real bazar dəyərinə uy ğun qiymətə sata bilərdi. Lakin cavabdehin həmin mənzili satmaq niyyəti olmamışdır. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar biri-birini inkar edir. Məhkəmə yalnız iddiaçının şişirdilmiş və əsassız məlumatlarına əsaslanmaqla nəticəyə gəlmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-658/2025 nömrəli mülki iş üzrə 07 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), G.Axundova və F.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd e tmişdir ki, hazırkı halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi (Vindikasiya) təşkil edir. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədən kənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin ə şyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədən kənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə birbiri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, həmin mənzil hazırda Cavabdeh qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Cavabdeh hal-hazıradək mənzildən çıxmayaraq, həmin mənzili təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. İddiaçının Cavabdeh mənzildən çıxarılma ilə bağlı irəli sürdüyü faktiki hallar, onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır.

16. Apellyasiya məhkəməsi qeyd olunan mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla, hesab etmişdir ki, Cavabdeh həmin mənzilə istifadə hüququ olmadığından, onun iddiaçıya məxsus mənzildən çıxarılması ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir.

17. Apellyasiya məhkəməsi iddiaçının həmin mənzil üzərində sahiblik hüququnu iddiaçıdan aldığı borc müqabilində girov kimi iddiaçıya verməsi və sair kimi dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Bununla belə, cavabdeh tərəfindən həmin ehtimalların əksi iddia və sübut oluna bilər ki, cavabdeh tərəfindən bununla bağlı iddia tələbi irəli sürülməmişdir.

18. Göründüyü kimi, müqavilə azadlığı şəklində mənzli iddiaçıya satılmışdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmaqla, iddiaçı hal-hazırda mülkiyyətçi olmaqla, mülkiyyətdən irəli gələn hüquqlarının pozulması ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinc i instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 140, 148.2, 152.1, 152.2, 152.3, 152.5, 157.2, 178.1 və 203.1-ci, Mənzil Məcəlləsinin 34.1-ci, MPM-in 14.2, 77.1, 217.4 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil3) kassa siya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71 və 127-ci, Mülki Məcəllənin 739.1, 740.1, 740.2, 1091.1 və 1092.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 24 noyabr 2005-ci il tarixli Qərarına, MPM-in 14 və 77-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsində işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materialları ilə üst-üstə düşmür. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı mənzil aldığını bildirsə də, həmin mənzilin əldə edilmə əsaslarını gizlətmiş və həqiqi halları təhrif edərək əqdi pərdələmişdir. Borcun müqabilində girov kimi saxlanılan əmlaka digər hüquqi yanaşma ortaya qoyulmuşdur. Bu hala isə apelyasiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə həqiqi halları ortaya çıxarmamış, cavabdehin hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının nümayəndəsinin verdiyi izahatı əsas tutaraq qətnamə qəbul etmişdir. Lakin verdiyi iddia ərizələri ilə işin həqiqi halları arasında maddi və prosessual normaları aydınlaşdırmamış və fərqli maddi normaya istinad edərək yanlış qənaətə gəlmişdir. Nəticədə hü quq bərabərliyi prinsipi pozulmuş nəticədə isə işə baxan məhkəmə bu halı araşdırmamış və sonda bu maddi hüquq normasının pozulması ilə qətnamə çıxarmışdır. Toplanmış və tədqiq edilmiş sübutlar iddiaçının cavabdehə borc verilməsini ortaya qoysa da, lakin işə baxan məhkəmə borc məbləğinin borcalana verilməsini təsdiq edən heç bir sübut olmadığını əsas gətirərək formal mülahizələr əsasında, digər cavabdehin etirafını nəzərə almadan təmin edilmiş iddia tələbinə dair qətnaməni ləğv etmişdir. Bununla da göstərilən maddi hüquq normasının tələbini pozmuşdur. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin məcəllənin 740.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğind ən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi müqavilə yazılı və şifahi bağlanıla bilər. Cavabdehlərin yaşlı və xəstə iddiaçıdan pulu alaraq şəxsi məqsədləri üçün xərcləməsini məhkəmə araşdırmamış bu hala uyğun qiymət verməyərək yazılı müqavilə ilə tənzimlənməli olan normanı əsas götürmüşdür. Lakin işə baxan məhkəmə iddiaçı ilə cavabdehlərin münasibətlərini aydınlaşdırmamış və onların qohumluq münasibətlərini nəzərə almamışdır. Bununla da maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İşə baxan məhkəmə əvvəllər cavabdehlərin izahat və etiraflarını, həmçinin məhkəmə iclasında suallara verdiyi cavabları, o cümlədən araşdırma zamanı təqdim edilmiş sübutlara qiymət verməyərək bu normanın göstərişlərini pozmuşdur. Məhk əmə iclaslarında araşdırılan hallar və tərəflərin təqdim etdikləri sübutlar məhkəmə qətnaməsində öz əksini tam şəkildə tapmamışdır. Bu halı isə apellyasiya məhkəməsi nəzərə almamışdır. b)

23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. M addə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. Maddə 148.2.Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Ma ddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

30. Maddə 152.3.İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

31. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

36. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

37. Maddə 34.1. Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-658/2025 nömrəli iş üzrə 8 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar