Məhkəmə qərarları › İş №2(102)-2593/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2593/2020

12.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2593/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və x7 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı vəkili x3, Cavabdeh vəkili x8 və nümayəndəsi x1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma, tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpağın boşaldılaraq təhvil verilməsinə dair mülki iş üzrə Cavabdeh Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏ N ETDİ: Cavabdeh Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma, tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin 09 iyun 2016-ci il (qətnamədə səhvən 2015-ci il kimi qeyd olunmuşdur) tarixli qətnaməsi ilə (hakim Z.Əliyev, iş № 2(032)-1454/2016) İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri Heyranxanım küçəsindəki 11 saylı ünvanda yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh t ərəfindən aparılmış tikililərin cavabdehin hesabına sökülməsi və torpağın boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), N.Mirzəyev və Z.Babayev, iş № 2(106)32/2018) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər məhkəməsinin 09 iyun 2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia tələbinin təmin edilməsi, Cavabdeh Şirvan şəhəri Heyranxanım küçəsindəki 11 saylı ünvanda yerləşən torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən aparılmış tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət ed ilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili x12 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı vəkili x6 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırı lması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan SSR Nazirlər kabinetinin 08 oktyabr 1986-cı il tarixli 318 nömrəli «Respublikada fərdi yaşayış mənzillərinin tikintisi daha da genişləndirmək haqqında» qərarını və şəhər əhalisinin yaşayış sahəsinə tələbatını nəzərə alaraq Əli Bayramlı şəhər XDS İK-nin 30 sentyabr 1991-ci il tarixli 349 saylı qərarı ilə iddiaçıya Əli Bayramlı şəhər Heyranxanım küçəsi 11 saylı sahədən 6 sot torpaq sahəsi verilmiş, ona həmin torpaq saəsində yaşayış sahəsi 90 kv.m, yardımçı sahəsi 35 kv.m, eyvan hissəsi 18 kv.m olan fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. Maddi imkanı olmadığından torpaq sahəsində ev tikə bilməmişdir. Mülkiyyət hüququnu qeydiy yata aldırmaq istəyərkən həmin torpaq sahəsində Cavabdeh tərəfindən ev inşa olunduğu aşkar etmişdir. Cavabdeh torpağı boşaltmaqdan imtina etmiş, sonradan isə Cavabdeh adına Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 1992-ci il tarixli sərəncamının da olduğunu, evlə bağlı Cavabdeh torpağa dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdığını, beləliklə, dövlət reyestrindən çıxarış aldığını müəyyən etmişdir. Sonradan x14 tərəfindən bağışlama müqaviləsi əsasında sonuncunun dövlət reyestri orqanından 30.07.2016-cı il tarixli RX ******* saylı reyestrdən çıxarış əldə edildiyi müəyyən edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 13 saylı Ərazi idarəsinə, Şirvan şəhər Not ariat Kontoruna, x10 və x4 qarşı dövlət reyestrindən çıxarışların və bağışlama müqaviləsinin qanunsz hesab edilməklə ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şirvan şəhər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 13 saylı ərazi idarəsi tərəfindən x2 adına verilmiş RX seiylaı ******* nömrəli çıxarışın, x14 ilə cavabdeh x5 arasında bağlanmış 14 iyul 2016-cı tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin, həmin müqavilə üzrə verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamədən P.Əsədova apellyasiya şikayəti vermiş və onun apelyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 22 nyabr 2017-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanmışdır. Qətnamə qanuni qüvvəsini almış və 18.05.2018-ci tarixdə icra edilməsi üçün icra sənədi Şirvan şəhəri üzrə İcra şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 13.06.2018-ci il tarixli qərarına əsasən Şirvan Şəhər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2(032)-3218/2017 saylı icra sənədi icra olunduğu üçün xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Azərbaycan SSR Nazirlər Kabinetinin 08 oktyabr 1986-cı il tarixli 318 nömrəli “Respublikada fərdi yaşayış mənzillərinin tikintisi daha da genişləndirmək haqqında” qərarın və şəhər əhalisinin yaşayış sahəsinə tələbatını nəzərə alaraq Əli-Bayramlı XDS İK-nin 30 sentyabr 1991-ci il tarixli 349 nömrəli qərarı ilə ona Şirvan şəhəri, Heyranxanım küçəsi 11 nömr əli sahədən 6 sot torpaq sahəsi verilmiş və ona həmin torpaq sahəsində yaşayış sahəsi 90 kv.m, yardımçı sahəsi 35 kv.m, eyvan hissəsi 18 kv.m olan fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. Torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməklə torpaqda ev inşa olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlə dən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə rey estrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Apelyasiya məhkəməsi cavabdehin adına verilmiş hüquqmüəyyənedici sənədlərin artıq qüvvədə olmamasını, digər şəxslə iddiaçı arasında bağlanmış əqdin və çıxarışın ləğv edilməsini, torpaq sahəsi üzərində artıq iddiaçının sahiblik və istifadə hüququ bərpa olunduğunu nəzərə alaraq mübahisəli torpaq sahəsinin cavabdehin qanuni əsaslar olmadan istifadə etdiyini, cavabdehin qanuni əsaslar olmadan tikililər aparmasını və göstərilən faktların artıq qanuni qüvvədə olan məhkəmə aktları ilə təsdiq olunmasını müəyyən edərək iddiaçının torpaq sahəsində malik olduğu hüquqlarını həyata keçirilməsini təmin etmək məqsədi ilə haqlı olaraq tikil ilərin sökülərək torpaq sahəsinin iddiaçıya təhvil verilməli olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsinin mübahisələndirilən hazırkı qətnaməsi yalnız kassasiya şikayəti verən şəxsə münasibətdə yoxlanır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şah id ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kolleg iyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsini n ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar