Məhkəmə qərarları › İş №2(102)-2593/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2593/2025

13.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2593/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn öhdəliklər, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-785/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi izahata əsasən o, Faizəni rəfiqəsi vasitəsilə tanıyıb. Aralarında qızıl-zinət əşyalarının alış-verişi ilə əlaqədar münasibətləri yaranıb. İlk öncə hər şey yaxşı olsa da, sonradan öz biznesində yaranmış problemlərlə əlaqədar olaraq Faizədən aldığı qızılın pulunu verə bilməmişdir. Hal-hazırda Faizəyə 10.000 manat və 1 ədəd 20 qram qızıl üzük borcu var.

2. X4 (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 398787 nömrəli girov biletinə əsasən Cavabdeh 1 ədəd 750 əyyarlı qızıldan, 20 qram çəkisi olan üzüyü girov qoymuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavab deh ona borclu olduğu 14.000 manat pulun, 1 ədəd 21 qramlıq italyan qızılı üzük, 1 cüt 750 əyyar ağ qızıl sırğa və dövlət rüsumu kimi ödədiyi 150 manat pulun tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehi bir yaxın rəfiqəsi vasitəsilə tanımışdır. Maddi vəziyyəti çətin olduğundan, cavabdeh ona məxsus qızıl əşyalarını satmaqda köməklik edəcəyini bildirmişdir. Əvvəllər bir neçə dəfə bu işdə köməklik göstərmişdir. Lakin sonuncu dəfə ona olan etibarından sui-istifadə edərək, 14.000 manat məbləğində qızıl əşyalarını, 1 cüt 750 əyyar ağ qızıl sırğa, 1 ədəd 21 qramlıq italyan qızılı üzüyü satmış və satışdan əldə etdiyi pulu geri ödəməmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edərək, qızılların satışından əldə etdiyi pulu qaytarmasını tələb etmiş, cavabdeh isə hər dəfəsində müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Sonuncu dəfə Türkiyəyə müalicəyə getmişdir. Ondan sonra iddiaçı ilə bütün əlaqəsini kəsmişdir. Belə olduğu halda iddiaçı çıxılmaz vəziyyətdə qalaraq hüquq mühafizə orqanına müraciət etmişdir. Polisdə iş araşdırılan zaman polis əməkdaşları Cavabdeh tapıb gətirib izahatını almışlar. Polisə verdiyi izahatında borcu olduğunu, qızıl sırğa və üzüyün onda olmasını etiraf etmiş və borclu olduğu pulu bir il müddətində qaytaracağını bildirmişdir.

5. Məhkəmə iclasına dəvət edilmiş ekspert Mətanət Muradovanın izahatına əsasən yalnız “Axundova” yazısı və imzalar cavabdehə aiddir. Lakin mətn deyil, çünki xətt nümunələri təqdim edilməmişdir. Cəmilə xanımın xətt nümunələrini iş materia llarında mövcud olan şəxsiyyət vəsiqəsi və etibarnamə ilə müəyyən etmişdir. 147-ci vərəqdə mövcud olan xətt nümunələri ilə digər iki vərəqdəki xətt nümunələrinə şübhə etmir, lakin hər ikisindəki xətt nümunələri bir-birindən fərqlidir. Bu səbəbdən də tədqiqat aparmaq mümkün olmamışdır. Ümumi və xüsusi hallara əsasən müqayisəli tədqiqata əsasən, qarşılaşdırılma üsulu ilə ekspertiza aparılaraq və imzanın cavabdehə məxsus olduğu ortaya çıxmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/2060/2070 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim edilmiş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı ışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərində “Q1” kimi işarə o lunmuş diktorun səsi və nitqi İddiaçı deyil, digər şəxsə məxsusdur. Adından eyniləşdirici tədqiqat tələb olunan Cavabdeh eksperimental səs və nitq nümunəsi ekspertiza tədqiqatına təqdim olunmadığından mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqinin Cavabdeh məxsus olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlarda situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorun emosional- psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqlarda sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmamışdır. La kin mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/897 nömrəli ekspert rəyinə əsasən mülki işin 113-cü vərəqində Cavabdeh adından olan tarixsiz izahatda “imza: /” qrafalarındakı imzalar və ”Aхундова” əlyazmaları – Cavabdeh tərəfindən icra edilmişdir.

8. Şahid Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polissahə rəisi Şahid ifadəsində bildirmişdir ki, izahatı o yazdırmışdır. Faizə xanımı əvvəl tanımamışdır. Borcla bağlı ərizə yazdıqdan sonra tanımışdır. Cavabdeh keçirdiyi avtoqəza nəticəsində şöbəyə gələ bilməmiş və bu səbəbdən onun izahatının alınması üçün Leyla Şıxlinski adına xəstəxananın arxa qapısı ilə üzbəüz restoranın birinci mərtəbəsindən içəri daxil olan zaman sağ tərəfdə əyləşmişlər. İzahatını almış, imzanı özü çəkmişdir. Lakin izahatı Nümayəndə1 yazmışdır. Faizə xanımın ərizə il bağlı izahatı isə şöbədə olmuşdur. İzahatın alınma tarixini xatırlamır. Cavabdeh izahat verən zaman borcunun olduğunu etiraf edərək, bir ildən sonra hissə-hissə ödəyəcəyini bildirmişdir. Boyunbağını Yasamal ərazisində kiminlə görüşərək götürdüyünü bilmir. İddiaçı ilə cavabdeh arasında qızıl alışverişi olmuşdur. Cavabdeh izahat verərkən orada iş yoldaşı Amur Məmmədli, sürücü Fərid bəy, o və Nümayəndə1 olmuşdur. Həmin vaxt o, xidməti formada olmuşdur. Nümayəndə1la olan söhbətin məzmununu xatırlamır. İzahatdakı imza və Axundova sözü Cəmilə xanıma məxsusdur. İzahatın məzmununu Nümayəndə1 yazmışdır. Cəmilə xanım səhhəti ilə bağlı izahat yaza bilməyəcəyini bildirmişdir. Nümayəndə1 özünü Cəmilə xanımın yaxını kimi təqdim etmişdir.

9. Şahid X2 ifadəsində bildirmişdir ki, İddiaçı ilə 18 yaşından rəfiqədirlər. Faizə xanımın sahibliyində olan paltar mağazasında birlikdə işləyiblər. Cavabdeh Faizə xanım mağazasına gəlib-gedirdi. Təxminən 9-10 ildir ki, cavabdehi tanıyır. Cavabdeh müştəri kimi gəlmişdi. Rusiyadan gəldiyini və qızıl işi ilə məşğul olduğunu bildirmişdir. Cəmiləni iddiaçı ilə o tanış etmişdir. Cəmiləni ilk öncə müştəri kimi tanımışdır. O və Faizə xanım qızıl biznesi ilə məşğul olmamışlar. Cəmilənin Faizəyə pul verməsini görmüşdür. Faizə xanım cavabdehə qızılı onların mağazasında verirdi. Hansı məbləğdə olmasını xatırlamır. Fai zə Cəmiləyə sırğa, üzük və sepini taxmaq üçün vermişdi. Faizə xanım üzüyü mağazada verdi. Üzük 21 qram idi. Hadisə 2022-ci ilin mart və ya aprel ayında olmuşdur. Ağ qaşlı üzüyü Cəmiləyə taxmağa vermişdi. Təxminən 2-3 il əvvəl olardı. Həmin vaxt o və işçilər də orada idi. Sırğa və üzüyü Cəmiləyə toya taxmaq üçün vermişdir. Qızılı satış və istifadə üçün verirdi. Daha sonra Cəmilənin telefonuna zəng çatmadı. Cavabdeh mağaza tərəfdə “Zoğal” restoranının arxasında kirayədə qalırdı. Cəmilə qızılı lombarda onun iştirakı olmadan qoymuşdu. X1 yanında yerləşirdi və Cəmilə ilə birlikdə gedib sepi lombarddan çıxarmışlar. Cəmilə xanımın pasportunun şəklini orada çəkmişdir. Lombarda iki və ya üç dəfə getmişdir. Üzük və sırğa lombardda qalmışdır. Daha sonra Cəmilə xanım Türkiyəyə getdi. Lombarddakı şəkil ləri o, çəkmişdir. Cavabdeh Faizə xanıma qızıl alış-verişindən qalan borcu 14 min manat və toy zamanı müvəqqəti istifadə edilməsi üçün verdiyi qızıl üzük və bir cüt sırğa olmuşdur.

10. Şahid X3 ifadəsində bildirmişdir ki, 2015-ci il tarixdən Faizə xanımın yanında işləmişdir. O, 2 ildir ki, moda evində işləyir. Faizə xanım qadın paltarı satır, o, sahibkardır. Cəmiləni Çiçək xanım tanıyırdı. Cəmilə 2016-2017-ci il tarixdən gəlib-gedirdi. Cəmilənin ən çox Çiçəklə əlaqəsi olurdu. Cəmilə onların işlədiyi mağazadan paltar alırdı. Cəmilə 20162017-ci il tarixlərdən mağazaya qızıl ilə gəlib-gedirdi. O, son vaxtlar Faizənin qızıllarını satırdı. Daha sonra isə Faizənin qızıllarını taxmaq adı ilə alırdı. Yanında qızıl alğı-satqısı olmuşdur. Cəmilə onlardan nisyə mal alırdı. Faizə Cəmilədən pulunu gücl ə alırdı. Cəmilənin Faizəyə borcu var. Lakin pulun miqdarını bilmir. Sep lombarddan götürüləndə orada iştirak etməmişdir. Üzük və sırğanı taxmaq üçün almışdı.

11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)206/2024 nömrəli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 10.000 manat məbləğində pul və 1 ədəd 21 qramlıq italyan qızılı üzüyünün alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

12. Məhkəmə ilk növbədə iddia ərizəsinin pul tələbi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbində 14.000 manat məbləğində pul tələb etsə də, həmin məbləğin həqiqətən də 14.000 manat olmasına dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Lakin məhkəmə iş materiallarını araşdırmış, tə rəflərin, şahidlərin ifadələrini almış və nəticədə həmin məbləğin 10.000 manat olması qənaətinə gəlmişdir. Belə ki, Cavabdeh Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi izahatına əsasən o, öz biznesində yaranmış problemlərlə əlaqədar olaraq Faizədən aldığı qızılın pulunu verə bilməmişdir. Hal-hazırda Faizəyə 10.000 manat və 1 ədəd 20 qram qızıl üzük borcu var. Beləliklə, cavabdeh iddiaçıya 10.000 manat borcunun olmasını etiraf etmişdir.

13. Ekspert rəyi ilə mülki işin 113-cü vərəqində Cavabdeh adından olan tarixsiz izahatda “imza: /” qrafalarındakı imzalar və ”Aхундова” əlyazmalarının – Cavabdeh tərəfindən icra edildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddia çı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə gedişatında iddiaçı tərəfindən polis şöbəsində verilmiş izahatın cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən yazıldığını bildirmişdir. Cavabdeh bu səbəbdən də məhkəmə tərəfindən xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksə kdir.

15. Məhkəmə iclaslarında dindirilmiş şahid ifadələrindən göründüyü kimi onlar ifadələrində 1 ədəd 21 qramlıq italyan qızılı üzüyün cavabdehə verildiyini gördüklərini təsdiq etmişlər. Lakin iddiaçıya olan borc pulla bağlı heç bir məlumatlarının olmadığını bildirmişlər.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh ona borclu olduğu 14.000 manat pulun, 1 ədəd 21 qramlıq italyan qızılı üzük və 1 cüt 750 əyyar ağ qızıl sırğanı tələb etsə də, iddiasını təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Lakin cavabdehin iddiaçıya 10.000 manat pulun borclu olduğunu etiraf etməsi iddiaçını bu faktı sübut etmə vəzifəsindən azad etmişdir. Lakin qalan 4.000 manat hissədə iddiaçının heç bir sübutu olmadığından iddia ərizəsi pul tələbinin yalnız 10.000 manat hissəsində təmin edilm əlidir.

17. İddia tələbinin digər hissəsi, yəni 1 ədəd 21 qramlıq italyan qızılı üzük və 1 cüt 750 əyyar ağ qızıl sırğa tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı bu hissədə də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Lakin cavabdehin iddiaçıya 1 ədəd 21 qramlıq üzük borclu olduğunu etiraf etməsi iddiaçını bu faktı da sübut etmə vəzifəsindən azad etmişdir. Digər qızıla (1 cüt 750 əyyar ağ qızıl sırğa) münasibətdə iddiaçının heç bir sübutu olmadığından iddia ərizəsi 1 ədəd 21 qramlıq italyan qızılı üzüyün iddiaçıya qaytarılması hissəsində təmin edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 442, 449.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim sübut kimi yalnız Cavabdeh guya Nərimanov RPİ-nin 18-ci PŞ-nə verdiyi izahatı əsas götürmüşdür. Halbuki, məhkəmə araşdırması zamanı da aydın oldu ki, Cavabdeh əslində 18-ci PŞ-də olmamış, onun adından saxta yolla izahat hazırlanmış və imza edilmişdir. İzahatın mətninin guya Nümayəndə1 tərəfindən yazılması da öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tərəfindən Nümayəndə1 alınmış sərbəst xətt nümunəsi məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardada əsasən Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmiş və həmin xəttin kimə məxsusluğu barədə rəy verə bilməmişdir. Lakin Cav abdeh məxsus iş materiallarındakı etibarnamədəki imza nümunəsi ilə həmin izahatdakı imza nümunəsi qarşılaşdırılaraq rəy verilmişdir ki, imza Cavabdeh məxsusdur. Bu hal özü-özlüyündə qərəz və marağın olmasının açıq-aşkar nümunəsidir. Bundan başqa, iş materiallarında olan, xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/2060/2070 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim edilmiş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı ışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi İddiaçı deyil, digər şəxsə məxsusdur. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iclasında dindirilmiş şahidlər Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis-sahə rəisi Şahid izahatı harada, hansı şər aitdə və kimdən almasını sübut edə bilməmişdir. Digər şahidlər X2 və X3 da dindiriləndə məhkəmə baxışı zamanı aydın oldu ki, İddiaçı yaxın adamları olmaqla iddiaçının təkidi ilə ifadə vermişdirlər. Ümumilikdə götürdükdə iddia ərizəsinin sübut olunması barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə yalnız formal mülahizələrə əsasən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bütün bunlara əsasən, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməlidir.

21. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, birinci instansiyada bu iş təxminən iki il məhkəmənin icraatında olmuşdur və məhkəmə tərəfindən kifayət qədər geniş araşdırılmışdır. Belə ki, iş üzrə təyin edilmiş xəttşünaslıq ekspertizasından əldə edi lmiş rəyə əsasən borcun etirafına dair izahatın sonunda atılmış imza Cavabdeh məxsusdur. Baxmayaraq ki, Cavabdeh hər vəchlə ekspertiza idarəsinə getməkdən və xətt nümunələri təqdim etməkdən yayınmağa çalışmışdır və bununla belə işin içində olan və onun nümayəndəsi Nümayəndə1 verdiyi etibarnamədə atdığı imza ilə izahatın sonunda atdığı imza nümunəsi üst-üstə düşmüşdür. Bu da özlüyündə sübut edir ki, hər iki imza eyni şəxs yəni Cavabdeh tərəfindən icra edilib. Hətta məhkəmə prosesinə dəvət olunmuş ekspert Mətanət Mahmudova da iclasda iştirak edərək onun tərəfindən tərtib edilmiş müvafiq rəyi təsdiq etmişdir. Məhkəmə prosesinə şahid qismində cəlb edilmiş 18-ci polis bölməsinin sahə rəisi polis-serjantı Şahid bildirmişdir ki, borcun etirafına dair izahat cavabdeh tərəfindən götürülmüşdür. Əlav ə olaraq bildirmişdir ki, Cavabdeh ağır avtomobil qəzası keçirdiyindən onun dediyi yerdə onunla görüşərək məlum izahatı götürmüşlər. Cəmilə xanım qonşusu və nümayəndəsi kimi təqdim etdiyi Nümayəndə1 ilə gəlmişdir və yazı yaza bilmədiyindən izahatın məzmununu onun yerinə Zamiq müəllim yazmış və xanım özü soyad yazaraq imza etmişdir. Cavabdeh tərəfin polis əməkdaşının bu cür izahatına şübhəsi var idisə, əksini sübut etmək vəzifəsi onun üzərinə düşür. Lakin iş materiallarında da göründüyü kimi cavabdeh məhkəməyə bu izahatın əksini sübut edəcək hər hansı bir dəlil təqdim etməmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində fonoskopik ekspertiza rəyi ilə də razılaşmayaraq bildirmişdir ki, orada olan səs nümunələri İddiaçı aid deyil digər şəxsə məxsusdur. Rəy düzgün tərtib edilib. Belə ki, iddiaçı tərəfindən təqdim edilən səs yazılarından ibarət diskdə olan səslər yalnız Cavabdeh iddiaçıya atdığı səslərdir. O, materiallarda İddiaçı aid hər hansı bir səs yazısı mövcud deyil. Cavabdeh digər ekspertiza rəyinin verilməsində olduğu kimi bu dəfə də ekspertin vəsatətinə əməl etməkdən yayındı, səs nümunələri təqdim etmək üçün cəhd etmədi. İddiaçı tərəf olaraq dəfələrlə onun nümayəndəsi və vəkili ilə əlaqə saxlayıb səs nümunəsini təqdim etməsini xahiş etdilər. Lakin heç bir nəticə əldə olunmadı. İddiaçı özü ekspertin dəvətinə getmişdir və öz səs nümunələrini ekspertə təqdim etmişdir. O, səs nümunələrinin ona məxsus olmadığı, digər şəxsə yəni cavabdehə məxsusluğu aşkar olmuşdur. Məhkəmə prosesinə dəvət edilmiş, izahatları alınmış şahidlər Qəribova Çiçək və Məmmədova Gülnar cavabdehlə iddiaçı nın ortaq tanışlarıdır. Hətta onlardan X5 Cəmiləni iddiaçıya yaxşı insan kimi tanıtdıran, onları tanış edən insandır. Qəribova Çiçək iddiaçıdan çox cavabdehə yaxın bir insan olmuşdur. Çünki Cavabdeh tez-tez onların işlədiyi yerə gələr, söhbət edər, onlarla birlikdə xeyli vaxt keçirərdi. İddiaçı isə Axunodovanı bu şahid xanımların sayəsində tanıyıb və ara- sıra onu mağazada onların yanında görürmüş. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, bu apellyasiya şikayəti yalınız vaxt qazanmaq üçün atılmış bir addımdır, heç bir əsası yoxdur, ümumi sözlər əsasında tərtib edilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/795 nömrəli rəyinə əsasən, ekspertiza təyini haqqında qərardadda qeyd edilən zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 5740,00 manat müəyyən edilmişdir. Həmin zərgərlik məmulatlarının ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, 1 ədəd 21 qram çəkisi olan 750 əyar italyan qızılı üzük – 1 qramı 140 manat olmaqla 2.940 manat, 1 ədəd 20 qram çəkisi olan 750 əyar italyan qızılı üzük isə 2.800 manat qiymətləndirilmişdir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-785/2025 nömrəli mülki iş üzrə 19 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), A kif İsgəndərov və Səadət Səlimova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-206/2024 nömrəli qətnaməsinin “1 ədəd 21 qram italyan qızılı üzüyün qaytarılması” hissəsində dəyişdirilməsi, 1 ədəd 20 qramlıq italyan qızılı üzük, üzüyün qaytarılması mümkün olmadığı halda onun dəyərini təşkil edən 2.800 manat Cavabdeh tutularaq İddiaçı verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının bildirdiklərindən və şahid ifadələrindən müəyyən olunmuşdur ki, iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını satış məqsədilə cavabdehə vermiş, cavabdeh onların bir qismini özgəninkiləşdirmiş, lakin bunun nəticəsində əldə edilmiş vəsaiti iddiaçıya ödəməmiş, həmçinin bir ədəd iddiaçıya məxsus qızıl üzüyü ona qaytarmamışdır. Cavabdeh Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi izahatında iddiaçıdan aldığı qızılın pulunu verə bilmədiyini və hal-hazırda iddiaçıya 10.000 manat və 1 ədəd 20 qram qızıl üzük borcu olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-4/897 nömrəli ekspert rəyi ilə mülki işin 113-cü vərəqində Cavabdeh adından olan tarixsiz izahatda “imza: /” qrafalarındakı imzaların və ”Aхундова” əlyazmalarının – Cavabdeh tərəfindən icra edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş ekspert rəydə göstərilənləri təsdiq etmişdir.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin 10.000 manat hissəsində təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Belə ki, cavabdeh iddiaçının tapşırığını yerinə yetirdikdən sonra əldə olunan həmin məbləği ona ödəməmişdir. İşdən həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus 1 ədəd qızıl üzüyü satmamış, onu iddiaçıya qaytarmaq əvəzinə lombardda girov qoymuşdur.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan sübutlarla cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan 1 ədəd qızıl üzüyün çəkisinin 20 qram olması müəyyən edilsə də, birinci instansiya məhkəməsi yanlış olaraq 21 qram çəkisi olan qızıl üzüyün qaytarılması qənaətinə gəlmişdir. Belə ki, işdə olan cavabdehin adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Girov bileti”n ə əsasən sözügedən qızıl üzüyün çəkisi 20 qram qeyd edilmişdir. Şahid X2 da ifadəsində sözügedən üzüyün lombardda olduğunu təsdiq etmişdir. Həmçinin, cavabdeh tərəfindən polis orqanına verilmiş izahatda da 1 ədəd 20 qram qızıl üzük borclu olduğu göstərilmişdir.

27. Kollegiya onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qızıl üzüyün qaytarılması ilə bağlı məsələ həll edilsə də, Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, həmin maddəyə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərir. Kollegiyanın xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq eksper tizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/795 nömrəli ekspert rəyinə əsasən, 1 ədəd 20 qram çəkisi olan 750 əyar italyan qızılı üzük - 1 qramı 140 manat olmaqla, 2.800 manat qiymətləndirilmişdir.

28. Kollegiya iş materiallarını və ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, 1 ədəd 20 qramlıq italyan qızılı üzük, üzüyün qaytarılması mümkün olmadığı halda onun dəyərini təşkil edən 2.800 manat Cavabdeh tutularaq İddiaçı verilməlidir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd etmişdir ki, izahatın cavabdeh tərəfindən imzalanmasını iş üzrə şahid qismində ifadə vermiş həmin izahatı alan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polissahə rəisi Şahid da təsdiq etmiş, yuxarıda qeyd olunduğu kimi, ekspert rəyi ilə də bu hal təsdiq olunmuşdur. Bundan başqa, işdə olan xx.xx.2024-cü il tarixli məhkəmə-fonoskopik ekspertizası üzrə rəydən müəyyən olunmuşdur ki, cavabdeh ekspertizada iştirak etməmiş, bu səbəbdən fonoqramdakı səsin və nitqin cavabdehə məxsus olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Rəydə göstərilən fonoqramların mətnlərinə əsasən müəyyən edilmişdir ki, müraciət müəllifi iddiaçının adını çəkməklə ona müraciət edir və belə olan halda həmin səs və nitqin iddiaçıya məxsus olmaması aşkardır.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 772.2, 778.1, 779.1, 782.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.3, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində göstərilən qızıl-zinət əşyalarının cavabdehlərdə olması ilə bağlı iddiaçı heç bir sübut təqdim etməmişdir. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Buna məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Lakin iddiaçı heç bir sübut təqdim etməmişdir. İşə baxan məhkəmə sübut kimi yalnız Cavabdeh guya Nərimanov RPİnin 18-ci PŞ-nə verdiyi izahatını əsas götürmüşdür. Halbuki, məhkəmə araşdırması zamanı da aydın oldu ki, Cavabdeh əslində 18-ci PŞ-də olmamış, onun adından saxta yolla izahat hazırlanmış və imza edilmişdir. İzahatın mətninin guya Nümayəndə1 tərəfindən yazılması da öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tərəfindən Nümayəndə1 sərbəst xətt nümunəsi məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardada əsasən Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmiş və həmin xəttin kimə məxsusluğu barədə rəy verə bilməmişdir. Lakin Cavabdeh məxsus iş materiallarındakı etibarnamədəki imza nümunəsi ilə həmin izahatdak ı imza nümunəsi qarşılaşdırılaraq rəy verilmişdir ki, imza Cavabdeh məxsusdur. Bu hal özü-özlüyündə qərəz və marağın olmasının açıq-aşkar nümunəsidir. Bundan başqa, iş materiallarında olan, xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/2060/2070 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim edilmiş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı ışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi İddiaçı deyil, digər şəxsə məxsusdur.

33. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2ci, Mülki Prosessual Məcəlləsinin 76, 77.1, 88 və 89-cu maddələrinə istinad edilərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı et iraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

36. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

37. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

38. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məs uliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

39. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

44. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiy mət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməs inin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Bu səbəbdən, kassasiya şikay əti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-785/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar