Məhkəmə qərarları › İş №2(102)-2594/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2594/2024

24.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2594/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2594/2024 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2140/2024 nömrəli, 17 ma y 2024cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-də “tibb bacısı” vəzifəsinə, xx.xx.2020-ci il tarixdən “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə qəbul edilmişdir.

2. Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2023-cü il tarixli 633 nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2020-xx.xx.2021-ci illər üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə bitməklə əmək məzuniyyəti verilmişdir.

3. Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2023-cü il tarixli 113 nömrəli əmrinə əsasən, MMC-nin orta tibb heyəti üzrə bölməsinin 9 nəfər əməkdaşı, -

1. Süleyman Yılmaz – Fizoterapiya üzrə texnik,

2. Onur Cay - Fizoterapiya üzrə texnik,

3. X2 - Fizoterapiya üzrə texnik,

4. X11 – Koordinator,

5. X7 – tibb bacısı,

6. X6 – tibb bacısı,

7. X1 – tibb bacısı,

8. X8 -tibb bacısı və

9. X4 – kiçik tibb bacısı, xx.xx.2023-cü il tarixdə (28 may Müstəqillik gününün əvəzinə) qeyri iş günü işə cəlb olunmaları və təminatlarının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq təmin edilmələri əmr edilmişdir.

4. Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) rəhbərliyin göstərişi əsası ilə işdən azad edilmişdir. 5. “Bakı Baş Səhiyyə Mərkəzi” 38 nömrəli şəhər poliklinikasından verilmiş seriya SN00008 № ******* olan, xx.xx.2023-cü il tarixli “əmək qabiliyyətinin olmaması vərəqəsi”nə əsasən, İddiaçı “kəskin bronxit” diaqnozu ilə müəyyən edilmiş xəstəliyə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə Cavabdehnə (bundan sonra cavabdeh və ya MMC) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının işdən çıxarılmağı barədə MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 732 saylı əmrin ləğv olunması, onun işinə bərpa olunmağına, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının cavabdehdən tutulub iddiaçı ya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı 02 iyun 2023-cü il tarixdə heç bir tutarlı əsas göstərmədən işdən azad edilmiş, qeyd olunan əmr əsassız olaraq verilmişdir. Belə ki, iddiaçı əmək məzuniyyətindən qayıtdıqdan sonra yalnız bir gün işləmiş, səhhətində problem yaranmışdır. Bununla bağlı Bakı şəhəri 38 saylı şəhər poliklinikasına müraciət etmiş və 02 iyun 2023-cü il tarixdən ona əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. İddiaçının xəstəliyi ilə bağlı işdən azad edildiyi günlər xx.xx.2023-cü il tarixdən 13 iyun 2023-cü il tarixə kimi davam etmişdir. İddiaçının işə başladığı tarix isə xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Belə vəziyyətdə, yəni hansısa poliklinikada qeydiyyatda olduğu və iddiaçının adına əmək qabiliyyətinin olmaması vərəqəsi verildiyi halda onun 02 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması yol verilməzdir. Bülletendə olduğu müddət gözlənilməli və bundan sonra qərar qəbul oluna bilərdi. Eyni zamanda cavabdeh böyük bir təşkilatdır. Həmin təşkilatın həmkarlar ittifaqı olmalı və həmkarların rəyi alınmalı idi. Çünki işçini 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad olunması zamanı həmkarların rəyinin alınması şərtdir. Qeyd olunmalıdır ki, iddiaçıya ilk olaraq 02 iyundan ixtisara düşdüyünü bildirmişlər. Bundan sonra həmin tarixdə iddiaçıya iki aylıq əmək haqqı hesablanaraq ödənilmişdir. Bundan sonra əmri müraciət edərək aldığı zaman əmr in verilməsi gecikdirilmiş və iki həftədən sonra, yəni işdən azad olunduqdan bir ay 11 gün sonra iddiaçıya təqdim edilmişdir. Əmrin surəti rəsmi qaydada 13 iyul 2023-cü il tarixdə əmək kitabçası iddiaçıya təqdim edilmişdir. Bu zaman 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad edilməsini bilmişdir. Əmrin surəti iddiaçıya məqsədli şəkildə elan olunmamış, işdən çıxma əmri gizlədilmişdir. Halbuki, cavabdeh tərəf poçt vasitəsi ilə əmri və əmək kitabçasını göndərə bilərdi. Ancaq nədənsə etməmişlər. İddiaçının işlədiyi müəssisədə heç bir qanunsuz hərəkəti olmamış, bununla bağlı tənbeh edilməmişdir. Fasiləsiz olaraq beş ildən çox müddətə həmin müəssisədə işləmişdir. İddiaçının fıaliyyəti fərdi əmək müqavilə əsasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən, əmək müqaviləsi müddətsi z əmək müqaviləsi hesab edilməlidir. Cavabdeh qanunun tələbini pozmuş, iddiaçını aldatmış və ona əmək müqaviləsini imzalatmışdır.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(007)-2734/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın təmin edilməsi, “X17” MMC-nin xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının “məşğulluq təsnifatı üzrə: Tibb bacısı, klinika, əmək müqaviləsi üzrə: “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə bərpa olunması, cavabdeh tərəfindən işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək hər ay üçün 1.161 manat məcburi işburaxmaya görə əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh MMC-nin xx.xx.2 023-cü il tarixli 732 nömrəli əmrinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.

10. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Əmrdən görünür ki, işdən azad edilmə əsası “rəhbərliyin göstərişi” qeyd olunmuşdur.

11. İlk növbədə məhkəmə iddiaçının işdən azad edilmə əsasına münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, Əmək Məcəlləsinə əsasən sadəcə rəhbərliyin göstərişi ilə işçi izdən azad edilə bilməz. Qanunvericiliyin tələbinə əsasən işəgötürən Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

12. Məhkəmə onu da qeyd etmişdir ki, müqavilənin xitam verilməsinə istinad olunan maddi hüquq norm ası isə “əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi” qeyd olunmuşdur.

13. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, İddiaçı “Fizioterapiya” şöbəsinin işçilərinə xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan işə gəlməmələrini bildirmiş və klinikanın fəaliyyətinə və büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vurmuşdur.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 635 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyəti verilmişdir. Belə olan halda, iddiaçı işə xx.xx.2023-cü ildə çıxmalı idi. Belə ki, xx.xx.2023-cü il qeyri-iş günü bazar gününə təsadüf etdiyindən xx.xx.2023-cü il də iş günü deyildir. İddiaçı işdə olmadığı halda şöbənin işçilərinə xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsi mümkün deyildir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi təqdim etdiyi sübutlar işin faktiki halları ilə uyğun gəlmir. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin surətindən göründüyü kimi, iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir və onun işçilərin işə çıxma qrafikini tərtib etmək kimi vəzifəsi müəyyən olunmamışdır.

16. Eyni zamanda hamıya məlum olan hal ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin K ollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə təsdiqlənmiş 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən 2023-cü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq 29 may istirahət günüdür.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli 113 nömrəli əmrdən görünür ki, xx.xx.2023-cü il tarixdə qeyri-iş günü işə cəlb olunmalı işçilərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Faktiki olaraq İddiaçı məzuniyyətdə olsa da cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iddiaçının işdə olmasını və işçilərə xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini dediyini bildirmişdir. Dediklərinin təsdiqi olaraq işçilərin xx.xx.2023-cü il tarixli izahatlarını təqdim etsə də iddi açının işdə olmasını sübuta yetirə bilməmişdir.

18. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrdən görünür ki, əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) qeyd olunsa da əmrdə işçinin konkret hansı hüquq pozuntularına yol verməsi qeyd olunmamışdır. Halbuki, Əmək Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa sözügedən əmrin verilməsinin əsası rəhbərliyin göstərişi qeyd olunmuşdur. Bundan belə nəticəyə g əlmək olar ki, iddiaçının işdən azad olunmasına ciddi səbəb olmamış, sadəcə rəhbərliyin göstərişi ilə Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş ən ağır maddəsi ilə iddiaçının karyerasına son qoyulmuşdur.

19. Həmçinin məhkəmə sözügedən əmrin verilmə tarixinə münasibətdə bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək bülletendə olmuşdur. Əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdən işə başlamalıdır. Buna münasibətdə cavabdehin vəkili və nümayəndəsi İddiaçı xx.xx.2023-cü il tarixdə işdə olduğunu sübut edən kamera görüntülərinin olmasını, 732 nömrəli əmrin iddiaçıya elan olunduqdan sonra işdən gedərək bülleten aldığını bildirmişdir. Lakin İddiaçı həmin tarixdə işdə olmasını təsdiq edən videogörüntülər yaxud digər sübütlar məhkəməyə təqdim olunmamışdır.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbi kobud şəkildə pozulmuş və iddiaçı xəstə olduğu gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

21. Məhkəmə iddia tələbinin “iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmağı, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə də tamamilə əsaslı olmuşdur.

22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 42, 44, 45, 68, 70, 71.2, 71.3, 73, 79, 83.1, 110, 111, 296-cı maddənin 2 və 3-cü hissələri, 296.3-cü maddəl ərinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

23. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli əmrdə “rəhbərliyin göstərişi” başlıq olaraq qeyd edilmişdir. Əmrin əsası isə iddiaçı tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticə sində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi olmuşdur. Daha doğrusu iddiaçı “Fizioterapiya” şöbəsinin işçilərinə xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan işə gəlməmələrini bildirmiş və klinikanın fəaliyyətinə və büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vurmuşdur.

25. Həmçinin məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli əmrdən də görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyəti verilmişdir. Belə ki, qanunvericiliyə əsasən xx.xx.2023-cü il qeyri-iş günü bazar gününə təsadüf etdiyindən xx.xx.2023-cü il də iş günü olmamışdır. Lakin Cavabdeh Beynəlxalq Hospital ölkədə fasiləsiz olaraq tibbi xidmətlər göstərir. Belə olan halda bayram və qeyri iş günlərində işçilərin işə cəlb olunması normal haldır və İddiaçı da mə zuniyyəti bitdiyindən işə cəlb olunmuşdur. Bundan əlavə iddiaçı ilə Cavabdeh Beynəlxalq Hospitalın həkimləri arasında “WhatsApp” proqramı üzərindən məlumatların paylaşması qrupu mövcud olmuşdur. Həmin qrupda iddiaçının səs yazısı mövcud olmuşdur ki, (səs yazısında konkret olaraq həmin gün iş olmayacagını israrla bildirmişdir) o da həkimlərin işə gəlməməsi ilə nəticələnmişdir. Eyni zamanda “Fizioterapiya üzrə böyük tibb bacısı” kimi onun əmək funksiyalarından da biri həkimlərin işə cəlb olunması qrafikinin təşkil etməsi olmuşdur. Bununla bağlı qeyd edilmişdir ki, iddiaçının əmək funksiyalarının konkret dairəsi əmək müqaviləsində göstərilməsə belə, əlavə işlərin görülməsi yəni həkimlərin işə cəlb olunması qrafikinin təşkil etməsi iki tərəfin razılığı əsasında olmuşdur ki, bunun da iddiaçı öh dəsindən layiqincə gələ bilməmişdir. Digər tərəfdən xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrin verilmə tarixi ilə iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək bülletendə olmasını təsdiq edən əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqənin tarixlərindən açıq-aydın görünür ki, iddiaçı həmin tarixdə əmək qabiliyyətli olaraq işdə olmuşdur. Ona xx.xx.2023-cü il tarixli 732 nömrəli əmri elan etdikdən sonra belə bir addım atmışdır, yəni özünə saxta yolla əmək qabiliyyətinin olmaması barədə vərəqə açdırmışdır. Əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqənin olmasından məhkəmədə məlumatlı olmuşlar. İddiaçının belə bir vərəqənin təqdim edilməsi barədə hər hansı bir sübutu olmamışdır. Daha doğrusu belə bir vərəqə mövcud olsa idi belə, iddiaçı vərəqəni poçt vasitəsi ilə onlara təqdim edərdi. Məhkəməyə yalan məlumat verərək məhkəməni yanıltmışdır. Bununla yanaşı qeyd edilmişdir ki, Cavabdeh Beynəlxalq Hospitalı olaraq araşdırma aparılmış və məlum olmuşdur ki, iddiaçı “Fizioterapiya” şöbəsinin işçilərinə xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan işə gəlməmələrini bildirmiş və klinikanın fəaliyyətinə və büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vurmuşdur. Bu kimi halların mövcud olması isə cavabdehin imicinə ziyan vurmuşdur.Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tələbinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2140/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərd anova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Azad İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdeh MMC-yə qarşı iddia tələbi rədd edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işi kifayət qədər araşdırmamış, eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi əmrin verilməsinin əsası olaraq “rəhbərliyin göstərişi”nin verilməsi kimi göstərilməsinin Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olmamasını göstərsə də, işin faktiki halları, eləcə də iddiaya olan etirazın dəlillərinin əsaslılığı baxımından bu gö stərişin nədən yaranması səbəblərini araşdırmayaraq iddiaçı barəsində iş materiallarında olan müəyyən diqqətəlayiq məqamlara qiymət verməmişdir.

29. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 635 nömrəli əmrlə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyətində olmuş, xx.xx.2023-cü ildə işə çıxmalı idi. Belə ki, xx.xx.2023-cü il qeyri-iş günü bazar gününə təsadüf etdiyindən xx.xx.2023-cü il də iş günü deyildir. Birinci instansiya məhkəməsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə təsdiqlənmiş 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən 2023-cü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq 29 may istirahət günü olmamasına istinad etmişdir.

30. Daha sonra müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 113 nömrəli əmrdə xx.xx.2023-cü il tarixdə qeyri-iş günü işə cəlb olunmalı işçilərin siyahısında İddiaçı adı qeyd edilməmişdir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh Beynəlxalq Hospital ölkədə fasiləsiz olaraq tibbi xidmətlər göstərdiyindən, bayram və qeyri iş günlərində işçilərin işə cəlb olunması müəssisənin daxili işi olmaqla qanunvericiliyin tələblərinə zidd olmamışdır.

32. Göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olmamasını bildiyi halda fasiləsiz olaraq tibbi xidmətlər göstərilməsi baxımından işçilərinin işə çıxmasına dair əvvəldən əmr işçilərə elan etmişdir və kollegiyanın qənaətinə görə bu həm də adı siyahıda olmayan iddiaçıya da birbaşa şamil olunmasa da digər işçilərə aid idi.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının işlədiyi “Fizioterapiya” şöbəsinin əməkdaşları, o cümlədən iddiaçı xx.xx.2023-cü ildə işə çıxmamışlar və bunun səbəblərinin araşdırılması ilə əlaqədar işçilərin xx.xx.2023cü il tarixli izahatları alınmışdır. İzahatlardan açıq aydın görünür ki, iddiaçı şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirmişdir.

34. Qeyd edilən faktı birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi təsdiq etməsə də, apellyasiya instansiyası məhkəməsinin iclasında bu faktı təsdiq etmiş və bunun hər hansı şəxsin göstərişi ilə deyil, iddiaçının özünün fikri kimi, yəni, 28-i bazar günü olduğu üçün 29-u da iş günü olmaması ilə əsaslandırmışdır.

35. Həmçinin müəyyən edilmişdir ki, bu məsələ ilə bağlı müvafiq araşdırma aparılmış və MMC-nin böyük tibb bacısı Saygın Demirel cavabdehin rəhbərliyinə raportla müraciət edərək göstərmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə iş günü olmağına baxmayaraq müdiriyyətə bildirmədən bütün komandanın çalışma saatını ləğv edərək xəstələrin seanslarını digər günlərə keçirmişdir. Xəstəxana büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vermişdir. Bu məsələ məlum olduqda isə etdiyi xətanı qətiyyən qəbul etməyərək inkar etmişdir.

36. Göründüyü kimi, raport müəllifi işçilərinin, o cümlədən də İddiaçı işçi kimi xx.xx.2023-cü il tarixdə, müəssisədə iş günü sayılan gündə işdə olmamaqları ilə bağlı iddiaçı ilə həmin vaxtı şifahi araşdırma aparmış, lakin iddiaçı cavabdehin xəta h esab etdiyi halı inkar etmişdir.

37. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, hətta iş materiallarından görünür ki, iddiaçıdan bu araşdırma davam edən müddətdə, yəni xx.xx.2023-cü ildə izahat verilməsi təklif edilsə də, bundan imtina etmiş və bu hal aktlaşdırılmışdır.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsi faktı həm nümayəndəsinin etirafı, həm də göstərilən tarixdə işə çıxmayan işçilərin verdiyi izahatlarının məzmunu ilə təsdiqləndiyindən artıq işin mübahisəsiz halıdır.

39. Belə olan halda birinci instansiya məhkəməsinin şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsini əks etdirən CD diskini məhkəmə baxışında təqdi m edilməsi əsası ilə qəbul etməməsi göstərilən halın mövcud olmaması kimi qiymətləndirilməməli və məhkəmə kollegiyasının qənaətinə görə həmin disk məhkəmə baxışının hansı mərhələsində verilməsindən asılı olmayaraq məhkəmə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə ən azından verilən iddianın və ona edilən etirazın dəlillərinin əsaslı olub-olmaması ilə bağlı daxili inamın formalaşdırılması nöqteyi nəzərdən onu dinləyib məzmununda iş üçün əhəmiyyətli olub olmamasına müəyyən mənada qiymət verməli idi.

40. Müəyyən edilmişdir ki, iddiaçının şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsi ilə işçilərin həmin tarixdə işə çıxmaması nəticəsində özünü maliyyəşdirilən müəssisə olan MMC-nin xəstələrin seanslarını digər gün lərə keçirilməsi ilə xəstəxana büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vurulması ilə cavabdeh tərəfin etirazlarının dəlillərinin ağlabatan və inandırıcı olmasını təsdiq edir və məhkəmə kollegiyası hesab etmişdir ki, bu halda cavabdehin iddiaçının yuxarıda sadalanan konkret hərəkətlərinin (digər işçilərin işə çıxmamalı olmasını bildirməsi) onun barəsində əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi qiymətləndirilməsi üçün kifayət qədər hüquqi zəmin yaratmışdır.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsində iddiaçının əmək funskiyalarının konkret dairəsinin müəyyənləşdirilməsi və onun işçilərin işə çıxma qrafikini tərtib etmək k imi vəzifəsi müəyyən olunmamasına dair qənaəti ilə bağlı qeyd etmişdir ki, iddiaçının əmək funksiyalarının konkret dairəsi əmək müqaviləsində göstərilməsə belə, əlavə işlərin görülməsi, yəni işlədiyi şöbənin işçilərinə işə cəlb olunması qrafikinin təşkil edilməsi iki tərəfin razılığı əsasında olmuşdur. Bu hal apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsinin izahatı və şahid ifadələrinin məzmunu ilə təsdiqini tapmışdır.

42. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu hissədə mövqeyi iddiaçının işlədiyi şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda onların xx.xx.2023-cü il tarixdə işə gəlməmələri barədə ona cavabdehin rəhbərliyi tərəfindən rəsmi qaydada və ya digər formada bildirməsi faktı öz təsdiqini tapdığı halda əhəmiyyətli olardı. Hazırki halda isə iddiaçının işlədiyi şöbənin işçilərinə işə gəlməməklərinə dair bildirməsi tam qanunsuz və özbaşınalıq olmuşdur.

43. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin əmrin əsası kimi “rəhbərliyin göstərişinin” göstərilməsinin tam qanunazidd olmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmamış və məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tam haqlı olaraq iddiaçı ilə bağlanmış müqavilənin xitam verilməsinə istinad olunan əmək qanunvericiliyinin normasını düzgün tətbiq etmişdir. Başqa sözlə, iddiaçının işdən azad olunmasına ciddi səbəb olduğundan cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanuni olmaqla, əsas kimi təqdim etdiyi sübutlar da işin faktiki halları ilə uyğunluq təşkil etmişdir.

44. Göründüyü kimi iddiaçı tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində cavabdeh müəssisənin qanuni mənafeyinə ciddi xələl gəlmişdir və məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə “rəhbərliyin göstərişi” əsası göstərilsə də, bu göstərişin iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi hərəkətlərin nəticəsində verilməsi işin araşdırılmış halları ilə tam öz təsdiqini tapmışdır.

45. Məhkəmə kollegiyası daha sonra hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticənin digər əsası kimi İddiaç ı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilməsini təsdiq edən əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqəsinə istinad etsə də, cavabdehin nümayəndəsi və vəkili iddiaçının xx.xx.2023-cü il tarixdə işdə olduğunu sübutu kimi 732 nömrəli əmrin iddiaçıya elan olunduqdan sonra işdən gedərək bülleten aldığını və onun həmin tarixdə işdə olmasını təsdiq edən sübütlara diqqət yetirməyərək düzgün hüquqi qiymət verməmişdir.

46. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçıdan şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsi ilə bağlı araşdırma davam edən müddətdə, yəni xx.xx.2023-cü ildə izahat verilməsi təklif edilsə də, bundan imtina etməsini təsdiq edən akt tərtib edilmişdir.

47. Birinci instansiya məhkəmə si isə bu aktla bağlı ümumiyyətlə araşdırma aparmamışdır.

48. Belə ki, məhkəmə işçi xəstə olduğu dövrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qadağan olunmasına istinad etməklə bunu cavabdeh tərəfindən qanunvericiliyin tələbi kobud şəkildə pozulması kimi qiymətləndirməzdən əvvəl, iddiaçının işdə olmasını göstərən və sübut əhəmiyyətli ola bilməsi istisna edilməyən xx.xx.2023-cü il tarixli aktı qətnamədə göstərməsinə baxmayaraq, onun mötəbər sübut növü kimi qəbul edilməli olub-olmasına qiymətləndirilməmişdir. Bunun üçün ən azından həmin aktı tərtib edən və imzalayan şəxslərin dindirilməsinin təklif edilməsini göstərmək olar.

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən akta münasibətdə araşdırma aparmaması ilə əlaqədar iddiaya etir azın digər dəlilllərinin də əsaslı olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə sözügedən aktı imzalayan şəxslərin dindirilməsini zəruri və məqsədə uyğun saymışdır.

50. Apellyasiya instansiyası məhkəməsinin iclasında ifadə vermiş xx.xx.2023-cü il tarixli aktı imzalayan MMC-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri X3 ifadəsində aktın məzmununda göstərilənləri təsdiq edərək xx.xx.2023-cü il tarixdə iddiaçının işdə olmasını, işçilərə xx.xx.2023-cü il tarixinin qeyri-iş günü olduğunu bildirməsi və işçilər işə gəlməməsi ilə bağlı işçilərin verdiyi izahatlarla əlaqədar onun işdən çıxarılması məsələsinin müzakirə olunmasına görə baş verən hadisəyə onun da izahat verməli olmasını bildirəndən sonra izahat verməkdən imtina edərək işdən çıxıb getməsini göstərmişdir. Həmçinin şahid verilə n suallarla əlaqədar əlavə olaraq bildirmişdir ki, həmin vaxt kamera görüntüləri olsa da, bu 1 ay müddətində kameranın yaddaşında qalır. Keçən müddət ərzində isə MMC-də aparılan video müşahidələrlə və barmaq izlərini qeydə alan turniketlər üzrə yeni sistemə, yəni digital sistemə keçildiyi üçün yenidənqurma işləri ilə əlaqədar artıq bu görüntüləri təqdim etmək mümkün deyildir. Lakin bu o demək deyildir ki, iddiaçı həqiqətən də xx.xx.2023-cü il tarixdə işdə olmamışdır. Həmçinin də, iddiaçının xx.xx.2023-cü il tarixdə işdə olarkən izahat verməkdən imtina edərək işdən gedəndən sonra həmin tarixdən də bülletenə çıxması barədə MMC-nin məlumatı olmamış, bu barədə məhkəməyə iddia veriləndən sonra xəbərdar olmuşlar.

51. Apellyasiya instansiyası məhkəməsinin iclasında dindirilmiş cavabdeh MMC-də işl əyən Süleyman Yılmaz ifadəsində iddiaçının xx.xx.2023-cü ildə işdə olmasını dəqiq bilməsə də, məzuniyyətdən sonra 1 həftə ərzində işdə olmasını təsdiq etmiş, eləcə də, işə çıxmamasının səbəbinin iddiaçının “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsini təsdiq etmişdir.

52. İddiaçı iddia ərizəsində məzuniyyətdən sonra yalnız 1 gün işdə olmasını qeyd etsə də, 31 may və 1 iyun tarixlərdə işə çıxıb-çıxmaması barədə heç nə qeyd etməmişdir. Yəni, aydın deyildir ki, məzuniyyətdən sonra yalnız 30 may tarixində işdə olduğunu təsdiq etdiyi halda, xx.xx.2023-cü il tarixə kimi 31 may və 1 iyun tarixlərdə işdə olmamasının səbəblərini göstərməmişdir. Əgər qeyd edilən tarixlərdə işdə olmamasının səbəbi iddia ərizəsində göstərdiyi kimi səhhətində problemlərin yaranması olmuşdu rsa, qeyd edilən tarixlərdə işə çıxmadığı halda həmin günlərdə deyil, məhz xx.xx.2023-cü il tarixdə poliklinikaya müraciət etməsinin səbəblərini iddia ərizəsində açıqlamamışdır.

53. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı hesab etmişdir ki, iddiaçının xx.xx.2023-cü ildə əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqə açılması ilə bağlı ən azından işlədiyi MMC-yə məlumat vermək imkanı olsa da, bunu etməmişdir. İddiaçı ərizəsində 02 iyundan ixtisara düşdüyünün ona bildirməsini və bundan sonra həmin tarixdə ona iki aylıq əmək haqqı hesablanaraq ödənilməsini, eləcə də, əmrin surətini rəsmi qaydada 13 iyul 2023-cü il tarixdə ona verilməsini göstərsə də, məhkəmə kollegiyası bu dəlilləri inandırıcı hesab etməmişdir.

54. Belə ki, iddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixlər də daxil olmaqla işdə olduğu halda və həmin tarixlərdə “whatsapp” qrupunda işçilərə xx.xx.2023-cü il tarixdə işə gəlməmələrini bildirməsi ilə bağlı MMC-də daxili araşdırma aparılaraq işə çıxmayaraq işçilərdən izahatlar alınmasını bilməməsi inandırıcı olmamışdır.

55. Məhkəmə kollegiyası bundan sonra qeyd etmişdir ki, 31 may və 1 iyun tarixlərdə səhhətində yaranmış problemlərlə əlaqədar iddiaçnın işə çıxmadığı halda bu barədə MMC-yə məlumat verməsinə dair sübutlar yoxdur. Bu isə bu qənaətə gəlməyə kifayət qədər əsas verir ki, şahidlər iddiaçının məzuniyyətdə sonra xx.xx.2023-cü il tarix də daxil olmaqla işdə olmasına dair ifadələri həqiqət olmaqla və işin faktiki hallarına tam uyğundur.

56. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ərizəsində ixtisarla bağlı xx.xx.2023-cü il tar ixdən işdən azad edilməsini göstərsə də, bu da işin halları ilə uzlaşmır.

57. Belə ki, qanunveiriciliyin tələbinə görə belə olan halda ixtisara düşmüş işçiyə bu barədə əvvəlcədən rəsmi xəbərdarlıq verilir. Lakin iddiaçı tərəf belə bir xəbərdarlığın olmasını nəinki iddiasında göstərməmiş, buna dair, həmçinin ona iki aylıq əmək haqqı hesablanaraq ödənilməsi ilə bağlı heç bir sübut da təqdim etməmişdir. xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, əmrdə ona istifadə edilməmiş məzuniyyət günləri dövrləri göstərilmişdir ki, bu da həmin əmrə əsasən göstərilən günlər üçün pul ödənilməsinə əsas vermişdir.

58. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının bülletendə olduğu müddət gözlənilməli və bundan sonra qərar qəbul oluna bilməsini göstərməsi ilə ona 02 iyundan ixtisara düşdüyünü b ildirməsi kimi dəlilləri də ziddiyyətlidir. Başqa sözlə, 02 iyundan ixtisara düşdüyünün ona bildirilməklə, hətta həmin tarixdə ona iki aylıq əmək haqqı hesablanaraq ödənilməsini göstərən iddiaçı özünün dediyinə görə bülletenə çıxması, yəni, xəstəliyi ilə əlaqədar işə çıxa bilməyəcəyi barədə cavabdehə məhz həmin tarixdə məlumat verməsini sübut etməli idi.

59. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, iddiaçı məhz əmək qabiliyyəti olduğu dövrdə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə ləğv olunması qanunla qadağan edilməsini bildiyi halda, qanunla bu kateqoriyada olan şəxslərə verilmiş bu hüququndan sui-istifadə edərək məhz cavabdeh tərəfin nümayəndəsinin izahatında və təqdim etdiyi sənədlərdə göstərildiyi kimi əmək intizamını və üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsi kimi hallara yol verməsini, bununla bağlı araşdırma aparılmasını və hətta ondan bununla bağlı izahat tələb edilməklə sonda ona bu hərəkətlərinə görə barəsində intizam tənbehi verilməsi ehtimalının yüksək olmasını yəqin edərək etik normalara və müəssisədaxili intizam qaydalarına riayət etməyərək, iş yerindən icazəsiz çıxıb həkimə xəstəliyi ilə müraciət etməklə əmək qanunvericiliyinin, icra intizamının normal ahəngini pozmaqdan belə çəkinməmişdir.

60. Hətta iddiaçı işlədiyi MMC-də həmkarlar ittifaqının olmamasını bildiyi halda belə, iddiaçı iddiasını əsaslandırmaq üçün həmin MMC-də belə bir ittifaqın olmasını və həmkarların rəyinin alınmalı olması kimi mövcud olmayan hallara əsaslanmışdır.

61. Daha sonra iddiaçı tələbində 2018-ci ildən işlədiyi MMC ilə b ağladığı əmək müqaviləsinin qanuniliyini mübahisələndirmədiyi halda, buna dair iddia tələbi sürməyərək MMC-ni qanunun tələbini pozaraq hökmran mövqeyindən istifadə edərək, onu aldadaraq əmək müqaviləsini imzalatdırmalarını göstərmişdir ki, bu halın da hazırki işlə heç bir hüquqi əlaqəsi olmamıdır.

62. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hüquqdan sui-istifadə hallarına yol verməsi kimi halların mövcudluğu cavabdeh tərəfin iddiaya olan etirazlarının əsası kimi istinad etdiyi halların doğru və inandarıcı olması qənaətinə gəlməsinə tam hüquqi əsas verir. Başqa sözlə, iddianın əsaslı olması işin araşdırılmış halları ilə öz təsdiqini tapmamışdır.

63. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli 732 nömrəli əmrinin ləğv ed ilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz.

64. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bununla yanaşı iddia tələbi qeyd olunan hissədə əsassız olduğundan digər hissələrdə, yəni “işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməsi” hissəsində də təmin edilməsi üçün əsaslar olmamışdır.

65. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz.

66. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 9, 42, 44, 44.1, 45, 68, 70, 71.2, 71.3, 73, 74.2, 79, 83.1, 110, 111, 132.1, 154, 156, 294.4, 296.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.. Kas sasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

67. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

68. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsini n onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfin sübutları məhkəmə yekunlaşanda yəni sonuncu baxış iclasında təqdim etmiş və nəhayət apellyasiya baxışında dördüncü iclas zamanı şahidləri məhkəmənin tələbi ilə təqdim etmişdir. Bu isə qanunun tələbinin pozulmasıdır.

69. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsində cavabdeh tərəf vəkillə təmsil olunurdu. Sübutları təqdim etmək üçün kifayət qədər vaxtı var idi. Məhkəmə iclasları dəfələrlə təxirə salınmışdır. Lakin cavabdeh tərəf nədən sə sübutlarını apellyasiya məhkəməsində təqdim etmiş və məhkəmə də bu sübutları qəbul edərək tədqiq etmişdir. İddiaçı bütün bunları yolverilməz hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

70. Maddə 35 (İ hissə). Əmək fərdi və ictimai rifahın əsasıdır. (İİ hissə). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;

71. Maddə 36 (İİİ hissə). Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

72. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin m ünasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

73. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

74. Maddə

42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

75. Maddə 14 (1-ci hissə). Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

76. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

77. Maddə 68 (2-ci hissə, “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

78. Maddə 70 (bənd “ç”). Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını v ə ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

79. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

80. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edil miş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

81. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsa rət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

82. Maddə 74 (2-ci hissə). Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət ed ərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.

83. Maddə 79 (1-ci hissə). İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

84. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsini n sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

85. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət ve rmək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

86. Maddə 189 (3-cü hissə). İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

87. Maddə 192.

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin maddənin 2-ci hissəsinə əsasən isə tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

88. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı. 89.... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata k eçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi.

90. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

91. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

92. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

93. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin ç əkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

94. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

95. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

96. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəx slərin izahatları ilə müəyyən edilir.

97. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

98. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

99. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

100. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məh kəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

101. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

102. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

103. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

104. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

105. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

106. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

107. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsas ında yeni qərar qəbul edə bilər.

108. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

109. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

110. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

111. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

112. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını məqsədəuyğun hesab edir.

113. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-də “tibb bacısı” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdən “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsində çalışmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə bitməklə əmək məzuniyyətində olmuş, növbəti gün işə başlamalı olduğu halda, xx.xx.2023-cü il tarix bayram günü olmaqla qeyri-iş günü, bazar gününə təsadüf etdiyindən xx.xx.2023-cü il tarix də iş günü olmamış, iddiaçı mə zuniyyətdən sonra xx.xx.2023-cü il tarixdə işə başlamalı olmuşdur. Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2023-cü il tarixli əmrinə əsasən, MMC-nin orta tibb heyəti üzrə bölməsinin 9 nəfər əməkdaşının, xx.xx.2023-cü il tarixdə (28 may Müstəqillik gününün əvəzinə) qeyri iş günü işə cəlb olunmaları əmr edilmişdir. İddiaçının adı qeyri iş günü olan xx.xx.2023-cü il tarixdə işə çıxmalı olan şəxslərin siyahısına daxil edilməmişdir. Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2023-cü il tarixli 732 saylı əmri ilə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) “rəhbərliyin göstərişi” əsası ilə işdən azad edilmişdir. “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nə əsasən idd iaçı “kəskin bronxit” diaqnozu ilə müəyyən edilmiş xəstəliyə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işdən azad olunmuşdur.

114. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrinin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun MMC-dən tutulmasını xahiş etmişdir.

115. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sos ial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

116. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.

117. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək dən ibarətdir.

118. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır.

119. Eyni zamanda Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə n əzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;... e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək;... və sairdən ibarətdir.

120. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın rədd edilməsi haqqında qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

121. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin nəticə hiss əsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin məzmunu göstərilərək, işdən azad edilmə əsası kimi “rəhbərliyin göstərişi” qeyd olunsa da, iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə oluması əmrdə konkret göstərilməmiş, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi Əmək Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əsaslandırılmamışdır.

122. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həlli zamanı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda nəzərdə tutulmayan hallara istinad oluna bilməz, həmin əmrin genişləndirici təfsiri yolverilməzdir.

123. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər.

124. Qeyd olunan normanın məzmunundan göründüyü kimi Əmək Məcəlləsinin 10-cu maddəsində, eləcə də işçi ilə bağlanmış əmək müqaviləsinin şərtlərində işçinin vəzifə öhdəlikləri nəzərdə tutulmuşdur.

125. Əmrdə hansı səbəbdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslandırılmadığı halda, cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçı “Fizioterapiya” şöbəsinin işçilərinə xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan işə gəlməmələrini bildirmiş, bununla klinikanın fəaliyyətinə və büdcəsinə bi r günlük xəstə itkisi səbəbi ilə ziyan vurmuşdur. Göründüyü kimi iddiaçıya əmrdə qeyd olmayan intizam pozuntusuna görə intizam tənbehi vermişdir.

126. Əmək Məcəlləsinin 71-ci maddəsində qeyd olunmuşdur ki,

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

2. Bu Məcəllənin 70ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

127. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərlimişdir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs oldu qda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

128. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmrində MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvanı göstərilməmiş, eləcə də işçinin Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə o cümlədən 72-ci maddəsinə əsasən işdən azad olu nması qeyd edilsə də, işçinin hansı əmək funksiyasını və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilməmiş, eləcə də işçinin 72-ci maddədə nəzərdə tutulmuş “e” bəndinə istinad edilərək “əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi” qeyd olunsa da, həmin halın nəyi ehtiva etməsi əmrdə əsaslandırmamışdır. Həmçinin işəgötürən əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərə istinad etməmiş, əsas kimi yalnız “rəhbərliyin göstərişi” qeyd olunmuşdur.

129. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə t ərəfindən etibarsız hesab edilə bilər.

130. Məhkəmə kollegiyası hesab edir ki, Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduğundan, bununla da cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmri qanun pozuntusu ilə verildiyindən etibarlı hesab oluna bilməz və ləğv edilməlidir.

131. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbinə qarşı cavabdehin etirazının əsasını təşkil edən hallar mötəbər sübutlarla təsdiq olunmamaqla, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi təqdim etdiyi sübutlar işin faktiki halları ilə də uzlaşmır.

132. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında bildirdiyi, “iddiaçının “Fizioterapiya” şöbəsin in işçilərinə xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan işə gəlməmələrini bildirməsi, bununla klinikanın fəaliyyətinə və büdcəsinə bir günlük xəstə itkisinə səbəbi ilə ziyan vurması” barədə fikirlərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2023-cü il tarixdə işçilərin işə gəlməmələrini “bildirdiyi” “whatsapp” qrupuna istinad edilərək, baş direktorun əmrinə uyğun olaraq işə çıxmalı olan işçilərin, həmin qrupda yayılmış məlumata əsasən işə çıxmadıqları vurğulanmaqla, adı çəkilən “qrupun” əhəmiyyəti şişirdilsə də, qeyd olunan qrupun işəgötürən tərəfindən təsis edilməsi, qrupda yayılan məlumatların, baş direktorun əmrinə görə qeyri-iş günü işə çıxmalı olan işçilər üçün məcburi qüvvə daşıması və mühüm əhəmiyyət kəsb etməsi barədə işdə hər hansı sübut mö vcud deyildir. Həmçinin qeyri iş günü işə çıxmalı olan işçilər üçün qrupda yayılan məlumatın hətta baş direktorun qeyri-iş günü olan xx.xx.2023-cü il tarixin iş günü elan edilməsi barədə xx.xx.2023-cü il tarixdə imzaladığı əmrdən də əhəmiyyətli olması barədə hər hansı sübut cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

133. Bundan başqa işin müəyyən edilmiş halına görə, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olmamasını bildiyi halda fasiləsiz olaraq tibbi xidmətlər göstərilməsi baxımından işçilərinin işə çıxmasına dair əvvəldən əmr verilərək işçilərə elan edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, baş direktorun əmrinə görə qeyri-iş günü işə çıxmalı olan işçilər, iddiaçının adının həmin siyahıda olmadığını bildiklərinə görə, iddiaçının “whatsapp” qrupunda söy lədiyi subyektiv fikirlərinə deyil, baş direktorun əmrinə əməl etməli idilər.

134. Bundan başqa məhkəmələrə təqdim edilmiş SD diskdə olan məlumat iddiaçı tərəfindən “Səhər” adlı şəxsə ünvanlanmaqla həmin məlumat “whatsapp” qrupunda yayılmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən baxış keçirilmiş SD diskin məzmununda olan, iddiaçıya məxsus səs yazısında o, göstərmişdir ki, “yox Səhər iş yoxdu, mən danışmışdım o vaxtı, saatlarını da ayarlamışdım, düzəltmişdim, 29 deyəsən birinci gündür, həmin günü iş yoxdur, həkimlərə də deyə bilərsən, yəni gəlirlərsə özləri bilərlər, amma işçilər gəlməyəcəklər.”

135. Göründüyü kimi, qeyd olunan SD diskin məzmununda olan, səs yazısındakı məlumat iddiaçının xx.xx.2023-cü il tarixdə işçilərin işə gəlməmələrini bəyan etdiyi açıq çağırışı kimi qiymətlən dirilə bilməz. Belə ki, həmin tarixdə iddiaçı məzuniyyətdə olduğuna görə, baş direktorun xx.xx.2023-cü il tarixi iş günü elan etməsi barədə xx.xx.2023-cü il tarixdə imzaladığı əmrdən məlumatı olmamış, qeyri-iş günü işə cəlb olunmalı işçilərin siyahısında iddiaçının adı qeyd olunmamışdır. Həm də iddiaçı səs yazısında “o vaxtı danışmışdım” sözünü işlədirsə, bu onun məzuniyyətə çıxdığı xx.xx.2023-cü il tarixdən əvvəlki tarixi əks etdirə bilər ki, bu hal özü-özlüyündə iddiaçının xx.xx.2023-cü il tarixli əmrdən məlumatlı olmadığını təsdiq edir.

136. Məhkəmə kollegiyası onu da qeyd edir ki, xx.xx.2018-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsindən də göründüyü kimi, iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir və onun işçilərin işə çıxma qrafik ini tərtib etmək kimi vəzifəsi müəyyən olunmamışdır. İddiaçının üzərinə işəgötürən tərəfindən əlavə işlərin görülməsi, yəni işlədiyi şöbənin işçilərinin işə cəlb olunması qrafikini tərtib etmək vəzifəsinin həvalə edilməsi belə özlüyündə, iddiaçının işçiləri işə cəlb etmək, yaxud onlara işə gəlməmək barədə sərəncam vermək səlahiyyətinin verilməsi kimi qiymətləndirilə bilməz. Odur ki, iddiaçının şöbənin işçilərinin olduğu “whatsapp” qrupunda xx.xx.2023-cü il tarixdə işçilərin işə gəlməmələrini bildirməsi, habelə onun qeyd olunan tarixdə işi təşkil etmək səlahiyyətinə malik olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır.

137. Apellyasiya məhkəməsi həmçinin bu məsələ ilə bağlı müvafiq araşdırma aparılmasını və MMC-nin böyük tibb bacısı Saygın Demirelin MMC-nin rəhb ərliyinə raportla müraciət etdiyini qeyd etsə də, işin həmin hallarına da düzgün hüquqi qiymət verməmişdir. Belə ki, həmin məsələ ilə bağlı aparılmış araşdırma barəsində işdə hər hansı sübut mövcud deyildir. Tibb bacısı Saygın Demirelin rəhbərliyə ünvanlanmış raportunda isə işin hallarına uyğun gəlməyən, həqiqəti əks etdirməyən məlumatlar qeyd olunmuşdur. Belə ki, həmin raportda iddiaçının xx.xx.2023-cü il tarixdə iş günü olmağına baxmayaraq müdiriyyətə bildirmədən bütün komandanın çalışma saatını ləğv edərək xəstələrin seanslarını digər günlərə keçirməsi qeyd olunsa da, məlumatın nəyə əsaslanması barədə işdə hər hansı sübut yoxdur. Raport müəllifi həmin məlumatı “whatsapp” qrupunda iddiaçının söylədiyi fikirlərinə əsasən tərtib edibsə, bu halda da qeyd olunan məlumatda iddiaçının “bütün k omandanın çalışma saatını ləğv edərək xəstələrin seanslarını digər günlərə keçirməsi” barədə heç bir qeyd yoxdur. Göründüyü kimi iddiaçının “Fizioterapiya” şöbəsinin işçilərinə xx.xx.2023-cü il tarixdə qeyri-iş günü olduğundan işə gəlməmələrini bildirməsi, bununla klinikanın fəaliyyətinə və büdcəsinə bir günlük xəstə itkisi səbəbi ilə ziyan vurması halı da işin halları ilə təsdiqini tapmır.

138. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, əmək qabiliyyətinin olmaması barədə ******* nömrəli vərəqəyə əsasən iddiaçı “kəskin bronxit” diaqnozu ilə müəyyən edilmiş xəstəliyə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işdən azad edilmiş, xx.xx.2023-cü il tarixdən işə başlamalı olması göstərilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi əmək qabiliyyətinin olmaması barədə v ərəqəyə, xüsusilə iddiaçının xx.xx.2023-cü il tarixdə “kəskin bronxit” diaqnozu ilə müəyyən edilmiş xəstəliyə yoluxmasına şübhə ilə yanaşsa da, qeyd olunan əmək qabiliyyətinin olmaması barədə vərəqənin mötəbərliliyini şübhə altına alan hər hansı sübuta əsaslanmamışdır.

139. Birinci instansiya məhkəməsində cavabdeh MMC-nin vəkili və nümayəndəsi iddiaçının xx.xx.2023-cü il tarixdə işdə olduğunu bildirərək, bunu sübut edən kamera görüntülərinin olmasını, 732 nömrəli əmrin iddiaçıya elan olunduqdan sonra işdən gedərək bülleten aldığını bildirsə də, iddiaçının həmin tarixdə işdə olmasını təsdiq edən videogörüntüləri, yaxud başqa sübütları məhkəmələrə təqdim edə bilməmişdir. Bundan başqa apellyasiya məhkəməsinin iclasında cavabdeh MMC-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri X3 şahid qismində ifadə verərək xx.xx.2023-cü il tarixdə iddiaçının işdə olmasını, işçilərə xx.xx.2023-cü il tarixin qeyri-iş günü olduğunu bildirməsi və işçilərin işə gəlməmələri ilə bağlı, həmin şəxslərin verdikləri izahatlarla əlaqədar onun işdən çıxarılması məsələsinin müzakirə olunmasına görə baş verən hadisəyə görə onun da izahat verməli olmasını bildirəndən sonra izahat verməkdən imtina edərək işdən çıxıb getməsini göstərsə də, həmin halı təsdiq edən sübut kimi yalnız xx.xx.2023-cü il tarixdə özü və cavabdehin digər iki əməkdaşı tərəfindən tərtib edilmiş akta istinad etmişdir. Halbuki istinad olunan şahidin ifadəsində göstərdikləri həmin aktda əksini tapmamışdır. Adı çəkilən xx.xx.2023-cü il tarixli aktda “İddiaçı əmək funksiyalarını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmə si və əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları zamanı klinikanın nüfuzuna ziyan vurması barədə İnsan resurslarının idarə edilməsi şöbəsinə daxil olmuş Raport əsasında xx.xx.2023-cü il tarixdə izahat verməyə dəvət olunsa da izahat verməkdən imtina etdi”yi göstərilmiş, iddiaçının həmin günü işdə olması, məhz iş yerini tərk edib getməsi aktda qeyd olunmamışdır. Həmçinin şahid Aydın Cabbarov da apellyasiya məhkəməsində verdiyi ifadəsində aktda qeyd olunanları dəqiqləşdirməmiş, iddiaçının həmin günü haradan, hansı qaydada dəvət edilməsini (telefon vasitəsilə, yaxud şəxsən), hansı qaydada izahat verməkdən imtina etməsini açıqlamamışdır. Apellyasiya instansiya məhkəməsində ifadə vermiş digər şahid Süleyman Yılmaz isə iyunun 2-də iddiaçının işdə olub-olmamasının onun yadında olmadığını bildirmişdir. Apellyasiya məhkəməsi isə ikinci şahidin ifadəsini təhrif edərək, ümumi şəkildə “şahidlər iddiaçının məzuniyyətdə sonra xx.xx.2023-cü il tarix də daxil olmaqla işdə olmasına dair ifadələrinin həqiqət olmaqla və işin faktiki hallarına tam uyğun” olması barədə əsassız və yanlış nəticəyə gəlmişdir. Odur ki, qeyd olunan şahid ifadələri və xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt iddiaçının xx.xx.2023-cü il tarixdə işdə olmasını təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Göründüyü kimi iddiaçının xx.xx.2023-cü il tarixdə işdə olması cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

140. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, Əmək Məcəlləsinin 79cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəl lənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edildiyi halda, əmək qabiliyyətini müvəqqəti itirdiyi gün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanunsuz olaraq xitam verilmişdir.

141. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

142. Məhkəmə kollegiyası qeyd edir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf k imi çıxış etməsi xarakterik haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverci səlahiyyətlərə mali k olur.

143. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində ilk olaraq ona 02 iyundan ixtisara düşdüyünü bildirmələrini, bundan sonra həmin tarixdə iki aylıq əmək haqqı hesablanaraq ödənilməsini göstərmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddiaçıya “işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” hissəsində də əsaslı olduğundan təmin edilməli, iddiaçıya sonradan ödənilmiş əmək haqqı nəzərə alınmaqla cavabdeh tərəfindən işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək olan dövr üçün məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ona ödənilməlidir.

144. Məhkəmə kollegiyası onu da qeyd edir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə, yaxud qismən ləğv edilməsi üçün əsasdır.

145. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməli, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Cavabdeh baş direktorunun xx.xx.2023-cü il tarixli 732 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə işə bərpa olunmalı, Cavabdeh MMC tərəfindən işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək olan dövr üçün məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq İddiaçı ödənilməli, Cavabdeh MMCdən 50 manat mediasiya xərci tutularaq İddi açı ödənilməli, həmçinin məhkəmə xərclərinə aid olan 150 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir.

146. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2140/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Cavabdeh baş direktorunun xx.xx.2023-cü il tarixli 732 nömrəli əmri ləğv edilsi n. İddiaçı Cavabdehnə “Fizioterapiya üzrə böyük tibb bacısı” vəzifəsinə işə bərpa olunsun. Cavabdeh MMC tərəfindən işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək olan dövr üçün məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınıb dövlət büdcəsinə ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar