Məhkəmə qərarları › İş №2(102)-2595/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2595/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2595/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 İddia tələbi: müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi Açar sözlər: vicdanlı alıcı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1, Kassator Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2, İddiaçının vəkili və nümayəndə si X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdehlərin kassasiya şikayətlərinə dair işə 14 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası “xxxx” Firmasının mülkiyyətində olmuş, həmin əmlak 2009-cu ilin avqust ayında İddiaçı xeyrinə əvəzli qaydada özgəninkiləşdirilmişdir. 2012-ci ildə Cavabdeh1 arvadı Olqa Qasımova həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. barədə məhkəmədə iddia qaldırmış, Səbail Rayon Məhkəməsinin 24 dekabr 2012-ci il tarixli qətnaməsi ilə Olqa Qasımovanın iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2013-cü il tarix li qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, satıcı Cavabdeh1la alıcı İddiaçı arasında bağlanmış «xxxx» firmasının alqı-satqısına dair 11.06.2009-cu il tarixli alqı-satqı müqaviləsinin, İddiaçı adına 04.10.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış «xxxx» firmasına dair hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və s. qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2013-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 may 2014-cü il tarixli qərarı ilə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair İddiaçı ərizəsi təmin edilmiş, yuxarıda qeyd olunan hər üç məhkəmə aktı ləğv edilərək, mülki iş yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra işə yenidən baxılaraq, Səbail Rayon Məhkəməsinin 16 mart 2015-ci il tarixli qətnaməsi ilə Olqa Qasımovanın iddiası rədd olunmuş və həmin qətnamənin qüvvədə saxlanılması barədə yekun məhkəmə aktı 24 avqust 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. 02 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, “xxxx” Firmasının təsisçisi Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 149.7 kv.m olan qeyri-yaşayış binasını 50.000 manata Cavabdeh2 satmışdır. a) Birinci instansiya məhkəməsində icraat 21 y anvar 2019-cu il tarixdə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təsisçisi olduğu “xxxx” Firmasının ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 02.07.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi,“xxxx” Firmasının adına çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh1, X2 və Cavabdeh2 əməllərində cinayət tərkibi olması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “xxxx” firmasının daşınmaz əmlakı mülkiyyətçi kimi, onun məlumatı olmadan, ondan xəbərsiz, dələduzluq yolu ilə Cavabdeh1 tərəfindən 02.07.2016-cı il tarixdə digər Cavab deh2 satılmışdır. Belə ki, onun mülkiyyətçisi olduğu "xxxx” firmasının ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı olmuşdur. Cavabdeh1 bilərəkdən “xxxx” firmasının mülkiyyətində olan ünvan 4 ünvanındakı daşınmaz əmlaka dair saxta çıxarışı 9 saylı notariat kontoruna təqdim edərək əmlaka dair 02.07.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 daşınmaz əmlakı real dəyərindən dəfələrlə ucuz qiymətə, 50 000 manata digər cavabdehə satmışdır. Cavabdeh1 saxtakarlığını əvvəlcədən planlaşdırmış və bu səbəbə görədə əmlakın tezliklə satılması üçün dəyərindən dəfələrlə ucuz qiymətə satmaqla, digər Cavabdeh2lə əlaqəyə girmişdir. Cavabdeh2 də əvvəlcədən məlum olmuşdur ki, əmlak dəyərindən dəfələrlə ucuz qiymətə satılır. Bakı şəhəri Səbail Rayon Mə hkəməsinin 2(009)-848/2019 nömrəli iş üzrə 22 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 149.7 kv. metr olan qeyri-yaşayış binasına dair 9 saylı notariat kontorunda 02.07.2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni evin yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş, satıcının əmlaka dair olan mülkiyyət hüququ yoxlanılmış və yalnız bundan sonra alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bu səbəbdən, alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına əsas yoxdur. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı həmin qətnamədən apellyasiya şikayət verərək, şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10969/2019 nömrəli iş üzrə 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, “xxxx” Firmasının adından təsisçi kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 149.7 kv.m olan qeyri-yaşayış binasına dair Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış 02.07.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış binasına dair Cavabdeh2 adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat) ləğv edilməsi, etibarsızlığın nəticələri tətbiq olunmaqla 02.07.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması, 50000 manat pulun Cavabdeh1 alınaraq Cavabdeh2 qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış binasının alqı-satqısı baş tutarkən əmlakın balansında olduğu “xxxx” Firmasının təsisçisi, eyni zamanda qanuni təmsilçilik funksiyasına malik direktoru alqı-satqı müqaviləsi bağlanan vaxt, yəni 02 iyu l 2016-cı il tarixdə Cavabdeh1 olduğundan onun mülkiyyətçi kimi həmin əmlak barəsində sərəncam vermək hüququ olduğunu göstərsə də, bu qənaət əsassız olmuşdur. Çünki, Cavabdeh1 təsisçi və direktoru olmadığını bilə-bilə, yalnız ləğv edilmiş məhkəmə aktına əsasən vergi reyestrində formal olaraq “xxxx” Firmasının təsisçisi və direktoru kimi adının qalması ona qətiyyən mübahisəli qeyri-yaşayış sahəsi üzərində sərəncam verməyə əsas verməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış, 02.07.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində Mülki Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulan uydurma əqdin əlamətləri də mövcud olmuşdur. Çünki, bu əqdin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün də bağland ığı təsdiq olunur. Cavabdeh1 həm özünün, həmdə arvadı Olqa Qasımovanın iddiaları üzrə məhkəmə qaydasında “xxxx” Firması barəsində iddiaçı ilə bağlanmış 11 iyun 2009-cu il tarixli alqısatqı müqaviləsinin etibarsızlığına nail ola bilmədiyini görüb və hiss edərək 02.07.2016cı il tarixli əhəmiyyətsiz, yalnız görünüş üçün alqı-satqı müqaviləsi bağlaması da işin halları ilə təsdiq olunmaqla yanaşı, həm də tam inandırıcı və ağlabatandır. Ona görə, bu alqı-satqı müqaviləsi də etibarlı əqd hesab edilə bilməz. Çünki, qeyd olunduğu kimi “xxxx” Firması həmin vaxt nə qanuni əsaslarla onun mülkiyyətində olmuş (təsisçisi olmamış), nə də ki həmin firmanın mülkiyyətində olan qeyri- yaşayış sahəsi üzərində onun sərəncam vermək səlahiyyəti olmamış, eləcə də səlahiyyətli şəxs tərəfindən ona bu cür icazə ver ilməmişdir. Bundan əlavə, mübahisəli qeyri-yaşayış sahəsinin, daşınmaz əmlak bazarında mövcud olan real bazar dəyərindən bir neçə dəfə ucuz qiymətə, yəni 50000 manata satılması da alqı-satqı müqaviləsinin etibarlı müqavilə olmasını istisna edən hallardandır. Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsini əldə edərkən vicdanlı olsa belə, bu vəziyyət “xxxx” Firmasının həqiqi mülkiyyətçisi olan iddiaçının iradəsi ilə əhatə olunmadığından alqı-satqı müqaviləsinin də etibarsızlığını labüd edir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1180/2020 saylı iş üzrə 28 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev, A.K.Kalbalıyev və V.Ə.İbayev) Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, mübahisəli əmlaka dair müqavilə bağlanan vaxt reyestrdə olan məlumatlara əsasən Cavabdeh1 əmlakın mülkiyyətçisi olmaqla, həmin əmlak üzərində sərəncam vermək səlahiyyətinə malik olmuş və Cavabdeh2 reyestrdəki məlumatların həqiqiliyi və tamlığı prezumsiyasına inanaraq alqı-satqı müqaviləsini bağlamışdır. Yəni göstərilən hallar onu təsbit edir ki, Cavabdeh2 mübahisə predmeti olan əmlaka münasibətdə vicdanlı alıcı olmuşdur. Digər tərəfdən iddiaçının mübahisəli əmlakın bazar dəyərindən aşağı qiymətə satılması ilə bağlı dəlilinə münasibətdə qeyd edilmişdir ki, əmlakın qiyməti tərəflər arasındakı razılaşma ilə müəyyən edilir. Ona görə də alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə əmlakın qiymətinin bazar dəyərindən aşağı müəyyən edilməsi vicdanlılıq institutuna təsir etmir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5088/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov, Q.A.Əsgərov, A.N.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, “xxxx” Firmasının adından təsisçi kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 149,7 kv.m olan qeyri-yaşayış binasına dair Bakı şəhəri 9 saylı Notariat kontorunda bağlanmış 02.07.2016-cı il tarixli alqı-satqı m üqaviləsi etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış binasına dair Cavabdeh2 adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat) ləğv edilməsi, “xxxx” Firmasının adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat) bərpa edilməsi, Cavabdeh1 50000 manat məbləğində pulun alınaraq Cavabdeh2 qaytarılması qət edilmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxs o halda vicdanlı alıcı hesab edilir ki, əmlakı əldə etdiyi zaman onda bağladığı əqdin legitimsizliyi şübhə yaratmasın, həmin əmlaka başqa şəxslərin mümkün iddalarından xəbəri olmasın. Əmlakı əldə edən xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməlidir. Hazırki işin hallarından isə göstərilənlər müəyyən olunmur. Cavabde h1 həm özünün, həm də arvadı Olqa Qasımovanın iddiaları üzrə məhkəmə qaydasında “xxxx” Firması barəsində iddiaçı ilə bağlanmış 11 iyun 2009-cu il tarixli alqısatqı müqaviləsinin etibarsızlığına nail ola bilmədiyini görüb həmin firmanın mülkiyyətində olan mübahisəli obyekti dəyərindən beş dəfəyə qədər ucuz qiymətə özgəninkiləşdirməklə məsuliyyətdən yayınmaq məqsədini güdmüş, Cavabdeh2 isə bu mübahisədən məlumatlı olduğu halda həmin əqdin bağlanmasına razı olmuşdur. Belə ki, İddiaçı icazəsi ilə mübahisəli obyektdə işləyən və yaşayan şahid Şəhla İbadullayevanın əvvəlki apellyasiya baxışında verdiyi ifadəsindən müəyyən olunur ki, mübahisəli obyektə baxmağa gəldikdə o, Cavabdeh2 obyektə buraxmamışdır, yəni sonuncu ən azı həmin vaxt obyektin faktik olaraq İddiaçı sahibliyində olduğunu bilmişdi r. Cavabdeh2 mübahisəli obyekti açıq elan vasitəsi ilə vicdanlılığın tələb etdiyi tərzdə yox, obyektə heç bir baxış keçirmədən və uzun sürən məhkəmə mübahisələrinin olmasına əhəmiyyət vermədən əldə etmişdir. Bu isə onu deməyə əsas verir ki, X4 Haqverdiyev əvvəldən tanış olmuşlar və sonuncu məhkəmə mübahisələrindən məlumatlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdehlər ayrı-ayrılıqda kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorların vəkilləri kassasiya şikayətlərini müdafiə edərək təmin edilm ələrini, iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçının tələbinin əsasını təsisçisi olduğu hüquqi şəxsə məxsus qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrini ləğv edilməsi təşkil edir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş, apellyasiya instansiya mə hkəməsi həmin qətnaməni ləğv edərək, iddianı təmin etmişdir. Cavabdehlərdən Cavabdeh2 kassasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə kassasiya instansiyası məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisəyə Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından düzgün qiymət verilməmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi və mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, əmlak üzərində iddiaçının mül kiyyət hüququnun bərpa edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişlərinin işə yenidən baxan məhkəmə üçün məcburiliyi barədə Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərinə tam riayət edilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Qeyd edilən normalarda təsbit edilmişdir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasın da özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallard a da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqları nın pozulması səbəbini təşkil etməməlidir Apellyasiya məhkəməsi Cavabdeh2 vicdanlı alıcı olmaması barədə qənaətinin əsası kimi mübahisəli obyektdə işləyən və yaşayan şahid Şəhla İbadullayevanın ifadəsinə istinad etmişdir. Sonuncu bildirmişdir ki, mübahisəli obyektə baxmağa gəldikdə o, Cavabdeh2 obyektə buraxmamışdır, yəni sonuncu ən azı həmin vaxt obyektin faktik olaraq İddiaçı sahibliyində olduğunu bilmişdir. Bir daha vurğulanmalıdır ki, əmlakı əldə edən şəxsin yalnız əqd bağlanana qədər əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olduğu hallarda vicdanlı alıcı kimi hesab edilməsi istisna edilir, bu barədə məlumatları əqd bağlandıqdan sonra əldə etməsi isə alıcının vicdanlılığına təsir etmir. Əks yanaşma, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmiş mülki hüquq subyektlərinin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər Apellyasiya məhkəməsinin istinad etdiyi şahid ifadəsində Cavabdeh2 əmlaka dair mübahisə olması barədə məlumatı nə vaxt öyrəndiyi müəyyən edilmir. Apellyasiya məhkəməsi mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən halı – Cavabdeh2 qeyd olunan əmlaka dair mübahisə barədə məlumatı əqd bağlandıqdan əvvəl və ya sonra əldə etməsini müəyyən etmədən onun vicdanlı alıcı kimi hesab edilməsinin istisna edilməsi nəticəsinə gəlməklə, maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu halda, kassasiya şikayətləri qismən təmin edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nö qsanları aradan qaldırmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar