Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2595/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC, Abşeron rayon İcra şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 nömrəli Abşeron ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC, Abşeron rayon İcra şöbəsi və Azərbaycan Respublik ası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 nömrəli Abşeron ərazi idarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1857/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-XXX/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 8.000 manatın Cavabdeh2 xeyrinə tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində o lan ünvanndə yerləşən 0,04 ha torpaq sahəsinə yönəldilərək ilkin satış qiyməti 14.000 manat müəyyən edilməklə açıq hərracdan satılması qət edilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-XXX/2022 nömrəli icra sənədi üzrə xx/xx-107971/5 nömrəli icra işinin materiallarına görə, icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı bildiriş iddiaçıya göndərilmişdir. Borclu icra şöbəsinə gəlmədiyindən icra məmuru ona xx.xx.2022-ci il tarixli çağırış vərəqəsi göndərərək icra şöbəsinə gəlməyi tələb etmişdir. Borclu - İddiaçı xx.xx.2022-ci il tarixdə icra şöbəsinə gələrək, bildirişi imzalamaqla tanış olmuşdur. 3. 13.07.2022-ci il tarixli 1346/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 1481/2022 nömrəli bildirişlərə ə sasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-XXX/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Cavabdeh3 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:00-a ilkin satış qiyməti 14.000 manat, xx.xx.2022-ci il tarixdə saat 11:00-a ilkin satış qiyməti 11.900 manat müəyyən edilməklə, hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər Cavabdeh2, Abşeron rayon İcra şöbəsi və İddiaçı göndərilmişdir.
4. Cavabdeh3 MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hərracın baş tutmaması barədə protokolun surətinə görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-XXX/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli icra sənədi ilə əlaqədar xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixə təyin edilmiş açıq hərraclar iştirakçısı olmaması səbəbind ən baş tutmamışdır. 5. “Birjanews.az” saytının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məlumatlarına əsasən, ünvanndə yerləşən 0,04 ha torpaq sahəsi üzrə hərracın keçirilməsi barədə məlumatlar saytda dərc olunmuşdur.
6. Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli 1604/2022 nömrəli ipoteka predmetinin əldə edilməsi barədə təklifinə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)XXX/2022 nömrəli icra sənədi ilə əlaqədar Abşeron rayon İcra şöbəsinin sifarişi üzrə İddiaçı məxsus ünvanndə yerləşən 0,04 ha torpaq sahəsinin təkrar hərracdakı satış qiymətindən (11.900 manat) 25% az olmayan qiymətə əldə edilməsi Cavabdeh2 təklif edilmişdir. Təklifin surəti Abşeron rayon İcra şöbəsi və İddiaçı göndərilmişdir.
7. Cavabdeh3 MMC-nin hərracın nəticələri haqqında xx.xx.2022-ci il tarixl i 159/22 nömrəli protokoluna görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-XXX/2022 nömrəli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan ünvanndə yerləşən 0,04 ha torpaq sahəsi hərracdan 8.925 manata Cavabdeh2 satılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra şöbəsinin XXX nömrəli xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişinə əsasən aparılmış açıq hərracın, həmin hərracın nəticəsi olaraq ünvanndə yerləşən 0,04 ha torpaq sahəsinə dair bağlanmış 159/22 nömrəli xx.xx.2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş açıq hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və X2 a dına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddianın əsaslarına görə, qətnamə ilə ipoteka ilə yüklü edilmiş torpaq sahəsi real dəyərdən və ipoteka müqaviləsində göstərilən qiymətindən çox aşağı dəyərləndirilmişdir. İddiaçı həmin vəsaiti yenidən qaytarmaq niyyətində olduğu üçün qətnamədən apellyasiya şikayəti verməmişdir. Bundan sonra, icra işinin icra mərhələsinə daxil olmasından sonra borcun ödənilməsini gözləmişdir. Buna baxmayaraq, icra məmuru İddiaçı icra hərəkətləri barəsində məlumatlandırmamış, icra məmuru "İpoteka haqqında" Qanununun 41.2-ci maddəsinin tələblərini, yəni ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata göndərilməsi barədə razılığının olub-olmaması barədə qərarını nəzərə almadan İddiaçı ipoteka qoyulmuş əmlakını onun xəbəri olmadan icra işini açıq hərraca göndərmiş, açıq hərracı keçirən "xxxx" MMC-nin XXX nömrəli xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, borclu İddiaçı açıq hərracın keçirilməsi barədə bildirişlərin icra məmuru tərəfindən göndərilən sifarişdə göstərilən ünvanda yaşamaması səbəbindən çatdırılmayaraq geri qaytarılmış, bununla bağlı "xxxx" MMC tədbir görərək sifarişçi Abşeron rayon İcra Şöbəsini məlumatlandırmış və borclunun yeni ünvanları barədə məlumat verilməsini tələb etmiş, buna baxmayaraq həmin məktuba cavab gözləmədən təkrar hərracı təyin etmiş, yenə borclunun yaşamadığı ünvan üzrə açıq hərracın keçirilməsi barədə bildiriş göndərilmiş, yenidən həmin bildiriş geri qaytarılmış, icra məmuru isə öz növbəsində portal vasitəsi ilə borclunun yeni ünvanı və əlaqə telefonları barədə məlumatı açıq hərracı keçirən quruma təqdim etməmiş, bundan başqa, açıq hərracı keçirən təşkilat hərracın baş tutmaması barədə elanları internet informasiya portalına yerləşdirsə də, açıq hərracının keçirilməsi barədə məlumatları (elanları) internet informasiya portalına yerləşdirməmiş, bununla açıq hərracı keçirən təşkilat "İpoteka haqqında" Qanunun 42.2-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, borclunun açıq hərracda iştirakı təmin olunacağı tədqirdə borclunun açıq hərracda iştirak edəcəyi təqdirdə əmlakın ilkin qiymətinin düşməmə ehtimalı var idi. Bununla da, icra məmuru və açıq hərracı keçirən təşkilatı İddiaçı hüquqlarını pozmaqla keçirilmiş açıq hərracın nəticəsində ona məxsu s torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə keçməsinə şərait yaratmışlar. Cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, icra məmuru bildirişi iddiaçıya xx.xx.2022-ci il tarixdə vermişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5235/2022 nömrəli iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1857/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E. Kazımov (sədrlik edən və məruzəçi), R.Həsənov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli torpaq sahəsinin ilkin satış qiyməti 14000(on dörd min) manat müəyyən edilmişdir. İddiaçı bu qiymətdən yaxud digər hallardan narazı idisə həmin işdə bunu mübahisələndirə bilərdi, ancaq mübahisələndirməmiş, ilkin satış qiyməti ilə razılaşmışdır. Həmin məhkəmə aktı ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Çünki, mübahisələndirilən torpaq sahəsinin ilkin satış qiymətinin qanuniliyi həmin məhkəmə aktı ilə təsdiq olunmuşdur. Mülki Pro sessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada iddiaçının yaşadığı və qeydə alındığı ünvana bildiriş göndərilmiş və bildirişlər üzərinə “qapı bağlı” qeydi yazılmaqla geri qaytarılmışdır (bax.i.v.16-47). İpoteka qoyanın həmin bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki,... bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyy ətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Buna baxmayaraq, hərrac təşkilatı tərəfindən “Birjanyus” X1 və özünün internet səhifəsində hərracın keçirilmə yeri və vaxtı barədə məlumatlar yerləşdirilmişdir. Bundan əlavə, iş materiallarından, o cümlədən cavabdehin apellyasiya şikayətinə yazılı etirazda göstərilənlərlə də açıq-aşkar təsdiq olunur ki, iddiaçının keçirilən hərraclardan məlumatı olmuşdur. Ona görə hərracın nəticəsi olaraq ipoteka predmeti olan torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçməsi iddiaçının hüququna və mənafeyinə zid d hesab edilə bilməz. İddiaçının “Birjanyus” X1 və hərrac təşkilatının internet səhifəsinin mövcudluğundan xəbəri olmaması, oradakı məlumatları və elanları görə bilməməsi də da iddianın əsaslı olmasına dəlalət etmir. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış torpaq sahəsinin təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin torpaq sahəsini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin əmlakı hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına da səbəb olur. Göründüyü kimi, iddiaçının dörd il yarım əvvəl qaytarmalı ollduğu, çox da yüksək olmayan borc məbləğini bugünədək qaytarmaması yaxud qaytarmaq istəməməsi də onun iddiasının və şikayətinin əsassız olduğuna və dövlətin adından çıxarılmış məhkəmə aktını da qərəzli olaraq icra etmək niyyətinin olmadığına dəlalət edir. Yasamal rayon İcra şöbəsinin 16 fevral 2023-cü il tarixli məktubundan da bəlli olur ki, idd iaçının çoxnömrəli məhkəmə qətnamələri ilə ayrı-ayrı şəxslər qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmə iddiaçının ünvanına açıq hərracı keçirən təşkilatın göndərmiş olduğu bildirişlərin poçt qəbzinin üzərində “qapı bağlıdır” kimi qeyd olunmasını əsas gətirməsinə baxmayaraq, iş materillarında olan Cavabdeh3 MMC-nin XXX nömrəli 08 sentyabr 2022-ci il tarixli məktubu ilə isə reallıqda iddiaçının ünvanına açıq hərracı keçirən tə şkilatın göndərmiş olduğu bildirişlərin geri qaytarılmasının əsas səbəbi onun həmin ünvanda yaşamaması olmuşdur. Əgər alıcı açıq hərracda alıcı qismində iştirak etsə idi, təkrar hərracda əmlakın dəyəri 15 faiz aşağı salınmayacaqdı. Bununla da, iş üzrə iddiaçının mülkiyyətində olan əmlakın qiymətini süni şəkildə aşağı salmaqla hərracın keçirilməsi qaydaları nəticəsində iddiaçının həm də mülkiyyət hüquqları da pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
1. Kassasiya şikayətinə qarşı Cavabdeh2 etirazının dəlilləri apellyasiya şikayətinə qarşı onun etirazının dəlilləri ilə eyni olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 2. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
41. İpoteka predmetinin satış üsulları 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yö nəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir; 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir; M a d d ə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş g öndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; M a d d ə
43. Hərracın baş tutmamış elan edilməsi 43.4. İpoteka predmetinin ipoteka saxl ayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; Maddə
44. Hərr acın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxs lərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və form ası, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
6. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
7. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
8. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
10. Kassasiya şikayətinə gəldikdə, şikayətin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Belə ki, iddiaçının hərracdan məlumatlı olmasına baxmayaraq, prosesləri süni surətdə uzatması, hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət ed ir. Bu cür hallar isə ipoteka saxlayanın mənafeyinə zərər vurmaqla, icra sənədinin uzun müddət icra olunmamasına, bu da öz növbəsində ədalət mühakiməsinin yüksək nüfuzunun zədələnməsinə səbəb olur. İddiaçının dörd il yarım əvvəl qaytarmalı olduğu borc məbləğini indiyədək qaytarmaması yaxud qaytarmaq istəməməsi onun həm iddiasının, həm də şikayətinin əsassız olduğunun və dövlətin adından çıxarılmış məhkəmə aktını qərəzli olaraq icra etmək niyyətinin olmadığının göstəricisidir.
11. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
12. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1857/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.