Məhkəmə qərarları › İş №2(102)-2596/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2596/2024

23.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2596/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh XXXnın Cavabdeha qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(103)2900/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. XXX nın “X7” şirkəti təşkilati-hüquqi forması “filial” olmaqla 10 noyabr 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış, İddiaçı ilə filial arasında bağlanmış 28 mart 2022-ci il tarixli, 01/22 saylı əmək müqaviləsinə əsasən o, filialda “Texnoloji-nəqliyyat sexi”nin rəisi vəzifəsinə işə qəbul olunmuşdur.

2. Həmin müqavilədə göstərilmişdir ki, “bu əmək müqaviləsi 29 mart 2022-ci il tarixdən qüvvəyə minir və 29 iyun 2022-ci il tarixədək qüvvədədir. İşəgötürən və ya işçi tərəfindən bu əmək müqaviləsinə və (və ya) qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilməyənə qədər qüvvədədir. İşin birinci 2 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl yazılı xəbərdar etməklə əmək müqaviləsinə birtərəfli qaydada xitam verə bilər. İşçi 29 mart 2022-ci il tar ixdən işə başlayır. İşəgötürən işçiyə işlədiyi hər təqvim ayı üçün 5.000 manat (yəni bütün vergilər, sosial sığorta və ödənişlər daxil olmaqla) əmək haqqı ödəyəcək. Zərərli və ağır əmək şəraitində çalışan işçi üçün zərərli və ağır əmək şəraitində işə görə 0 həcmində əmsal müəyyən olunur. Ödəniş ayda bir dəfə (hər ayın 10-dan gec olmayaraq) işçinin faktiki işləmiş ay əsasında onun bank hesabına elektron şəkildə köçürüləcək. İşəgötürən qeyd edilən əmək haqqından gəlir vergisini və sosial sığorta haqlarını dövlət büdcəsinə çıxacaq. Əmək haqqının ödənişi ilə bağlı bank əməliyyat xərcləri (bank haqları) işəgötürənin hesabına ödəniləcək”.

3. Əmək müqaviləsinin bir nüsxəsi 29 mart 2022-ci il tarixdə İddiaçı verilmiş, o, bu xüsusata, həmçinin vəzifə təlimatı ilə tanış olduğuna dair müvafiq qeyd ya zmışdır.

4. XXXnın Cavabdehın 03 iyul 2023-cü il tarixli, 23X-OK saylı əmrinə əsasən, İddiaçı ilə bağlanmış 28 mart 2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 03 iyul 2023-cü il tarixdən xitam verilmişdir.

5. Həmin əmrdə göstərilmişdir ki, “XXXnın Cavabdehın Texnoloji-Nəqliyyat sexinin rəisi vəzifəsində işləyən İddiaçı ilə imzalanmış əmək müqaviləsi 29 iyun 2022-ci il tarixdən müddətli olaraq bağlanmaqla, sonradan müvafiq qaydada müddəti uzadılaraq qüvvədə olma müddəti 28 iyun 2023-cü il tarixədək müəyyən edilmiş, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə 28 iyun 2023-cü il tarixdə xitam veriləcəyi barədə ona 12 may 2023-cü il tarixdə müvafiq bildiriş təqdim edilmiş, bildirişlə tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etdiyi üçün rəsmi qaydada poçt vasitəsi ilə bildiriş qeydiyyatda olduğu ünvana göndərilmiş, əmək müqaviləsində nəzərdə tutulan iş ilinə uyğun olaraq o, 22 may 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək əmək məzuniyyətində olmuş, əmək məzuniyyətindən sonra ilk iş günü hesab edilən 19 iyun 2023-cü ildən 25 iyun 2023-cü il tarixədək xəstəliklə bağlı iş yerində olmamış və bu barədə 03 iyul 2023-cü il tarixdə xəstəlik vərəqəsi təqdim etmiş, bundan sonra onunla bağlanmış 28 mart 2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən 03 iyul 2023-cü il tarixdən xitam verilmişdir.

6. Cavabdehı tərəfindən İddiaçı ünvanlanmış 03 iyul 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “filial ilə onun arasında imzalanmış 29 mart 2022-ci il tarixli əmək müqaviləsinə 03 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bu barədə ona məlumat verilməsinə baxmayaraq, Şirkətdən əmək müqaviləsinin xitam verilməsi ilə bağlı qanunvericiliyin tələbinə əsasən müvafiq sənədləri gəlib götürməmiş və götürməməsinin səbəbləri barədə Şirkətə məlumat verməmişdir. Əmək müqaviləsinin xitam edilməsi ilə bağlı son haqq-hesab ona ödənilmişdir. Belə olduğu təqdirdə hazırki məktubun qoşmasında əmək müqaviləsinin xitam verilməsi ilə bağlı sənədlər ona göndərilmiş və beləliklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin Şirkət tərəfindən yerinə yetirildiyi ona bildirilmişdir”.

7. XXXnın Cavabdehın qanuni tə msilçisi Rustem Qaifullin, hüquqi ünvanı- Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69 İSR Plaza; “X3 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni təmsilçisi Alexander Anokhin, hüquqi ünvanı- ünvan 2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni təmsilçisi X11, hüquqi Bakı şəhəri, Nəsimi rayon, Nizami küçəsi, ev 340-dır.

8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin tarixçəsində yer alan məlumatlara görə, XXXnın Cavabdehın qanuni təmsilçiləri- 15 aprel 2008-ci il tarixdən X1, 15 aprel 2008-ci il tarixdən X12, 25 oktyabr 2010-cu il tarixdən X1, 10 sentyabr 2012-ci il tarixdən Narbutovskix Aleksandr, 09 oktyabr 2012-ci il tarixdən X1, 23 oktyabr 2014-cü il tarixdən Gutuyev İqor, 23 oktyabr 2014-cü il tarixdən Narbuto vskix Aleksandr, 11 aprel 2014-cü il tarixdən Gutuyev İqor, 08 may 2017-ci il tarixdən Davlyatov Vladimir, 08 may 2017-ci il tarixdən Gutuyev İqor, 16 may 2017-ci il tarixdən Davlyatov Vladimir, 28 oktyabr 2017-ci il tarixdən Gayfullin Rustem, 28 oktyabr 2022-ci il tarixdən Davlyatov Vladimir olmuş, 05 noyabr 2022-ci il tarixdən hal-hazıra kimi Gaifullin Rustemdir.

9. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin tarixçəsində yer alan məlumatlara görə, “X3 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 04 oktyabr 2009-cu il tarixdən Garipov Nail, 15 aprel 2010-cu il tarixdən X4, 15 aprel 2010-cu il tarixdən Qaripov Nail, 18 sentyabr 2012-ci il tarixdən Davlyatov Vladimir, 18 sentyabr 2012-ci il tarixdən X4, 24 aprel 2014-cü il tarixdən Davlyatov Vladimi r, 04 noyabr 2022-ci il tarixdən hal-hazıra kimi Anokhin Alexander qanuni təmsilçisi kimi göstərilmişdir.

10. İddiaçı, Bakı şəhəri, X10 Urologiya şöbəsində 04 iyul 2023-cü ildən 11 iyul 2023-cü il tarixədək stasionar müalicə almış, ona “xroniki rieolonifrit, vahid sağ böyrəyin kistaları, xroniki böyrək çatmamazlığı, 3-cü mərhələ prostatın adenoması 1-ci dərəcə, renal anemiya, renal hiperteniya keçirilmiş insultun qalıq əlamətləri” diaqnozu qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh XXXnın Cavabdeha (bundan sonracavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 03 iyul 2023cü il tarixli, 23x-ok saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək ha qqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, XXXnın Cavabdehda “Texnoloji-nəqliyyat sexinin rəisi” vəzifəsində işləmiş və işəgötürənin 03 iyul 2023-cü il tarixli, 23x-ok saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Sözügedən əmri qanunsuz hesab edir. Əmrdə göstərilənlərə görə, əmək müqaviləsi 29 iyun 2022-ci il tarixdən müddətli olaraq bağlanmaqla, sonradan müvafiq qaydada müddəti uzadılaraq qüvvədə olma müddəti 28 iyun 2023-cü il tarixədək müəyyən edilmiş, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə 28 iyun 2023-cü il tarixdə xitam veriləcəyi barədə ona 12 may 2023cü il tarixdə müvafiq bildiriş təqdim edilmiş, bi ldirişlə tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etdiy üçün rəsmi qaydada poçt vasitəsi ilə bildiriş qeydiyyatda olduğu ünvana göndərilmiş, əmək müqaviləsində nəzərdə tutulan iş ilinə uyğun olaraq o, 22 may 2023-cü ildən 16 iyun 2023-cü il tarixədək əmək məzuniyyətində olmuş, əmək məzuniyyətindən sonra ilk iş günü hesab edilən 19 iyun 2023cü ildən 25 iyun 2023-cü il tarixədək xəstəliklə bağlı iş yerində olmamış və bu barədə 03 iyul 2023-cü il tarixdə xəstəlik vərəqəsi təqdim etmiş, bundan sonra onunla bağlanmış 28 mart 2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən 03 iyul 2023-cü il tarixdən xitam verilmişdir. Lakin, həqiqət işəgötürənin əmrində göstərildiyi kimi deyil. Belə ki, işəgötürənin əmrində qeyd edildiyi kimi əmək müqaviləsinə xitam veriləcəyi barədə ona heç bir bildiriş verilməyib, bundan başqa qeydiyyatda olduğu ünvan üzrə də bildiriş almamışdır. O, 03 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon X5 şöbəsində həkim müayinəsində olmuş, həmin gün müayinə üçün sistemdə qeydiyyata düşmüş, bir gün sonra, yəni 04 iyul 2023-cü il tarixdə xəstəxanada yatmaqla müalicə almağa başlamışdır. Müalicəsi 11 iyul 2023-cü il tarixdə qurtarmış və o, 12 iyul 2023-cü il tarixdə işə getmişdir. Sözügedən əmrlə o, 11 iyul 2023-cü il tarixdə Şirkətə işə getdiyində tanış olmuşdur. Yəni, sağlamlığı ilə əlaqədar xəstəxanada yatarkən iş yeri onu heç bir məlumat vermədən işdən çıxarıb. Məsələnin həlli ilə bağlı 14 iyul 2023cü il tarixdə mediasiya təklifi, on iş günü gözlədikdən sonra isə bu barədə Bakı şəhəri, 15 saylı Mediasiya Təşkilatına müraciət etmiş, 18 avqust 2023-cü il tarixdə mediasiya görüşü təyin olunsa da, cavabdeh görüşə gəlməmiş və həmin mediasiya təşkilatından müvafiq arayış ona təqdim olunmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri isə heç bir nəticə verməmişdir.

13. Sonradan iddiaçı iddia ərizəsinə əlavə verərək göstərmişdir ki, 30 noyabr 2016-cı il tarixdə “X6 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialına Sex rəisi vəzifəsinə qəbul edilmiş, həmin vəzifədə 5 ildən çox müddət işlədikdən sonra filialın rəhbərliyindən XXXnın Cavabdeha “Sex rəisi” vəzifəsinə keçəcəyi bildirilmiş və bunun üçün əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazması bildirilmişdir. İşəgötürənə güvənərək ərizəsini yazmış və 28 mart 2022-ci il tarixdə XXXnın Cavabdehı ilə 3 aylıq əmək müqaviləsi bağlamışdır. Müqavilənin müddəti bir neçə dəfə uzadılmasına baxmayaraq 03 iyul 2023-cü il tarixində əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Açıq-aşkar görünür ki, əvvəlki iş yeri – “X6 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı əmək müqaviləsinə xitam verilməsinin səbəbi onun həmin şirkətdə 5 ildən artıq işləməsi idi. Əmək Məcəlləsinin 45.5-ci maddəsinə görə “müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”. Göründüyü kimi işəgötürən onunla istədiyi vaxt heç bir əsas olmadan sağollaşa bilməyəcəyini düşünərək onu yeni şirkətə transfer etmək qərarına gəlmişdir. “X3 Lld” Şirkətin in Azərbaycan Respublikasındakı filialı ilə XXXnın Cavabdehı eyni şəxslər tərəfindən idarə olunur və bu şirkətlər arasında hər zaman belə “transferlər” olub. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında hər iki filialın hüquqi ünvanı eynidir: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ev

69. Belə olan halda isə “X3 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə arasındakı əmək müqaviləsinə faktiki olaraq xitam verilməsindən söhbət gedə bilməz. Hesab edir ki, işəgötürənin bu qondarma “transfer” siyasəti onun əmək münasibətlərinin fasiləsizliyinə mane olmamalı və əmək müqaviləsi müddəsiz hesab edilməlidir. Bundan başqa, XXXnın Cavabdehı onunla əmək müqaviləsini müddətli olaraq bağlamamalı idi. Şirkət, görünür Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad etməklə m üqaviləni müddətli bağlayıb. Ancaq həmin bənddə deyildiyinin əksinə olaraq burada tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib və razılığı olmamışdır. Müqaviləyə imza atması hüquq bərabərliyi prinsipinin təmin ediliməsi və onun razılığı mənasına gəlmir. O, müqaviləni imzalayarkən 3 aylıq müddət məsələsinə iradını bildirmişdir, ancaq qarşı tərəf müddət məsələsində israrlı olduğu üçün işini riskə atmayaraq imza atmışdır. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərkolunmuş maraqla) müəyyənləşdirilir. Onun bu müddətə (3 aya) münasibətdə motivi yox idi. Müqavilədəki imza isə müddətə (3 aya) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz, motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur.

14. Sonradan iddiaçı növbəti dəfə iddia ərizəsinə əlavə təqdim etmiş, ərizəsində aşağıdakıları göstərmişdir: Cavabdehı tərəfindən qanunsuz olaraq işdən çıxarılmışdır. İşlədiyi “X3 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdehı eyni rəhbərliyə tabe olmaqla vahid bir şirkətin tərkib hissələridir. O, “X3 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialında müddətsiz əmək müqaviləsi əsasında işlədiyi dövrdə rəhbərlik tərəfindən ona “X7” şirkətində işləməyə başlamalı olması bildirilmişdir. Rəhbərliyin sözündən çıxmasının sonradan onun üçün yaxşı nəticələnməyəcəyini anlandığı üçün məcburi olaraq onların bu tapşırığı ilə razılaşmış, 26 mart 2022-ci il tarixdə “X3 L td” şirkətinin Azərbaycan Respublikasındakı filialında işdən azad edilmiş, xx.xx.2022ci il tarixdə, yəni cəmi 1 gün sonra isə Cavabdehda isə başlamışdır. İnternet Vergi İdarəsi platformasında hər iki vergi ödəyicisinin tarixçəsinə diqqət yetirildikdə Davlyatov Vladimir adlı şəxsin hər iki şirkətdə fərqli tarixlərdə qanuni təmsilçi olması aydın görünür ki, bu da qeyd etdiyi kimi hər iki şirkətin işçilərini maneəsiz “transfer” etməsinin ən bariz göstəricisidir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında hər iki filialın hüquqi ünvanı eynidir- Bakı şəhəri, Nəsimi rayonu, Nizami ev 69. “X3 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialı və “X7” şirkəti “X8 Management Limited” Şirkətinin (VÖEN **********) strukturuna tabe olmaqla eyni şirkət kimi fəaliyyət göstərirlər. Bunu h ər iki şirkətin rəsmi blankında belə görmək mümkündür. Belə ki, hər ikı şirkətin blankının aşağı sol hissəsində “Subsidiary of X8” sözləri yazılmışdır. “Google” axtarış sistemində yoxladıqda belə nüfuzlu saytlarda həm “X3 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialı, həm də “X7” şirkətinin “X8 Management Limited” Şirkətinin strukturuna tabe olması haqqında məlumatlar çıxır ki, bu da qeyd edilən Şirkətlərin eyni rəhbərliyə tabe olmaqla faktiki olaraq bir şirkət formasında fəaliyyət göstərdiyini bir daha sübut edir. “X8 Management Limited” Şirkətinin strukturunda olan bir şirkətin ştat cədvəlində qeydiyyatda olub digər şirkətlərin işlərini icra edən işçilərin adları barədə məhkəməyə məlumat verir: Vüqar Həsənov - Binəqədi ƏŞ-nin (Global Energynin digər şirkəti) ştat cədvəlində qeydiy yatda olmasına baxmayaraq Şirvan ƏŞ və Karasu ƏŞ-də alqı-satqı işlərini icra edir; Elçin Maqsudlu - Şirvan ƏŞ-nin Texnoloji nəqliyyat sexinin rəisi olmasına baxmayaraq Neftçala ƏŞ-də (Global Energynin digər şirkəti) texnoloji nəqliyyat sexini idarə edir. Bu şirkətlər özlərini müstəqil huquqi şəxs kimi göstərsələr də, əslində hamısı eyni mərkəzdən idare olunur və işçilərini heç bir rəsmiləşdirmə olmadan qanunsuz şəkildə biri digərinə göndərir. Adıçəkilən müəssisələrdə nəinki onun, eyni zamanda yüzlərlə işçinin bu qaydada əmək hüquqları pozulur, lakin rəhbərliyə zidd getməmək üçün, dolayısıyla işini itirməkdən qorxduğu üçün heç kəs bu məsələni ictimailəşdirə və öz əmək hüquqlarını tələb edə bilmir. “X3 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialı və “X7” Şirkətində eyni və ya müxtəli f vəzifələrdə işləyən bir neçə işçi barədə məhkəməyə məlumat verir: Prezident X2, Təhlükəsizlik texnikası üzrə məsləhətçi - Mehrabov Musa, Baş energetik - Quliyev Vüsal, Kadrlar şöbəsinin rəisi - Əliyev Fərid, Mühafizə şöbəsinin rəisi Mikayılov Namiq, Karasu ƏŞ-də Əməyin təşkili və planlaşdırma şöbəsinin rəisi - Vəliyev Əlisətdar (daha əvvəl Şirvan ƏŞ-də Sosial işçilərə nəzarətçi işləyib). Aşağıdakı qaldırıcı qurğular “X3 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialının mülkiyyətində olmasına baxmayaraq o, işlədiyi dövrdə “X7” şirkətində aylarla istifadə edilmişdir: (QƏTS - Quyuların əsaslı təmir sexi) H025755 dövlət qeydiyyat nişanlı UPA-80 Qazmada, H025754 dövlət qeydiyyat nişanlı UPA60/80 QƏTS-də (Qeyd edilən qaldırıcı “X9” şirkətində işlədiyi vaxt H011843 dövlət qeydiyyat nişanl ı (sonradan maşının nömrəsi dəyişildi) Kraz-65101 markalı yanacaq doldurma avtomaşını qaldırıcıya yanacaq verməyə gələrkən həmin avtomaşını idarə edən və “X9” şirkətində sürucu işləyən Əlinin ehtiyatsızlığı üzündən qəza baş vermişdi. Nəticədə H025754 dövlət qeydiyyat nişanl qaldırıcının kabinəsinin sol qapısı əzilmişdi. Bu səbəblə sürücü Əliyə töhmət elən edilmişdi), H025770 dövlət qeydiyyat nişanlı A-40 QƏTS-də (Karasu ƏŞ-də işlədiyi vaxtda qaldırıcının mühərriki sıradan çıxmışdı, Şırvan ƏŞ-nin işçiləri 2022-ci ilin dekabr ayında mühərriki öz emalatxanalarında təmir edib Karasu ƏŞ-yə göndərmişdilər. 2023-cü ilin əvvəlində Şirvan ƏŞ-nın işçiləri tərəfindən mühərrik qaldırıcının üzərinə quraşdırılmışdır. Mühərrikin quraşdırılmasında Şirvan ƏŞ-nın Texnoloji nəqliyyat sexinin təmir sahəsinin rəisi Mübariz Həsənov, çılıngəri Saleh Hüseynov və digər işçilər iştirak ediblər. Mühərrik işə salındıqdan sonra texnikanı Şirvan ƏŞ-yə aparıblar), 18T064 dövlət qeydiyyat nişanlı UPT-32 QƏTS-də, Xüsusi texnikalar vaxtaşırı: H025841 dövlət qeydiyyat nişanlı Vakkum avtomaşını, H025620 dövlət qeydiyyat nişanlı Dərə qazan avtomaşın, 18T966 dövlət qeydiyyat nişanlı Ekskavator, Dərə qazan (Yamabur) H025 620 dövlət qeydiyyat nişanlı, maye yığan (Vakkum) H025 841 dövlət qeydiyyat nişanlı, maye yığan (Vakkum) H025 776 dövlət qeydiyyat nişanlı, sıxılmış hava yaradan (Kompressor) H025 757 dövlət qeydiyyat nişanlı. O, “X3 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialından işdən çıxdığı dövrdə müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərirdi. Bu zaman onun aldığı əməkhaqqı da Karasu ƏS-də işləyərkən aldıqları əmək haqqından daha yüksək idi. Həmin dövrdə onun 60 yaşı var idi. 60 yaşlı bir şəxsin müddətsiz əmək müqaviləsi əsasında işlədiyi və daha yüksək əmək haqqı aldığı bir müəssisədən müddətli əmək müqaviləsi əsasında daha aşağı əmək haqqı olan vəzifəyə işləməyə keçməsi nə qədər məntiqlidir? 5 ildən sonra onun pensiya huququ yaranırdı. Həmin müddətin onun üçün vacib olduğunu nəzərə alsalar, əvvəlki iş yerini könüllü şəkildə dəyişmədiyinin bir daha sübut olunduğunu görərlər. İş materiallarından göründüyü kimi cavabdeh onunla 3 aylıq müqavilə bağlamış, bir neçə dəfə müqaviləni yeniləmiş, ən sonda isə onu işdən kənarlaşdırmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-cı maddəsində müddətli əmək müqaviləsi bağlanan hallar müəyyən edilmişdir ki, həmin halların heç biri hazırkı halda mövcud deyildir. “X3 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi dövrdə rəhbərlik tərəfindən ona “X7” şirkətində işləməyə başlamalı olduğu bildirmişdir. Onun rəhbərliyin dediyi ilə razılaşmamaq kimi bir şansı yox idi. Uzun müddətdir işlədiyi iş yerini yalnız rəhbərliyin göstərişi ilə dəyişmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiyi faktlardan da göründüyü kimi “X3 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdehı eyni rəhbərliyə tabe olmaqla vahid bir şirkətin tərkib hissələridir və o, sadəcə onların birindən digərinə transfer edilmişdir. Cavabdeh tərəfindən mənimlə 3 aylıq müqavilənin bağlanaraq ardıcıl olaraq dəfələrlə uzadılması əmək huququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, əmək müqaviləsi işəg ötürən tərəfindən tərtib edilərək işçiyə imzalanması üçün təqdim edilmişdir və o, işini itirməmək üçün məcbur qalıb o müqaviləm imzalamışdır. Onun yerinə yetirdiyi iş daimi xarakterli iş olmuşdur. Cavabdeh 3 aylıq müqavilə bağlamaq ve onun uzadılması səlahiyyətini özündə saxlamaqla onu özündən asılı hala salmış, beləliklə də, isini itirməmək üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına etiraz etməməsinə məni məcbur qoymuşdur. Belə ki, cavabdehin müqavilə müddətini uzatmamasından ehtiyyat etdiyindən, hətta müqavilənin 3 aylıq bağlanmasına belə etiraz etməkdən çəkinmiş, məcbur qalaraq həmin müqaviləni imzalamışdır və bu da sonradan hazırkı fəsadlarını verərək işə bərpa mübahisəsinin yaranmasına səbəb olmuşdur. Cavabdeh hərəkətləri qanundan sui-istifadədir. Belə ki, cavabdeh qanunda müddə tli müqavilə bağlanması ilə bağlı müddəadan sui-istifadə etmiş, heç bir əsas olmadan onunla qanunsuz olaraq 3 aylıq müqavilə bağlayaraq onu dəfələrlə uzatmışlar. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək bildirir ki, cavabdeh tərəfindən onunla 3 aylıq müqavilənin bağlanaraq ardıcıl olaraq dəfələrlə uzadılması tamamilə qanunsuz olmuşdur və o, öz işinə bərpa edilməlidir”.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(006)341/2024 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında iddiaçının cavabdehdə “Texnoloji nəqliyyat sexinin rəisi vəzifəsinə” işə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş müddətli əmək müqaviləsi bağlanılmışdır. Qanunvericilik əmək müqavil əsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edib. Belə əsaslardan biri də Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Hazırkı mübahisə ilə əlaqədar vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilməlidir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır.

17. Məhkəmə qeyd etmişdir ki, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyil: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2.1-ci bəndi müqavilənin 3 ay müddətinə bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Bundan başqa, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə hazırki cavabdeh XXXnın Cavabdehı arasında hər hansı hüquqi bağlılığın olması müəyən edilməmişdir. Onların eyni hüquqi ünvanda yerləşmə sinə səbəb isə onların ünvan 6za-da biznes mərkəzində yerləşməsi olmuşdur. Məhkəməyə təqdim edilmiş müvafiq vergi məlumatlarına əsasən hər iki hüquqi şəxsin bir-birindən törəməsi, çevrilməsi, hüquqi varisliyi və sair müəyyən edilməmiş və bu barədə digər sübutları iddiaçı tərəf təqdim edə bilməmişdir. Hər iki hüquqi şəxsin hər hansı bir qarşılıqlı kommersiya məqsədləri ilə fəaliyyət göstərməsi (müqavilə münasibətləri çərçivəsində) onların eyni hüquqi şəxs olması demək deyildir.

19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 11, 42, 45, 47, 68, 73-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı (Vəkil) apel lyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və ona əlavələrin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-4 və 2-4cü hissələrinin Konstitusiyanın 35-ci maddəsinin İİİ və İV hissələrı ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında, habelə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci ma ddəsinin “f” bəndinin Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri nəzərə almadığını, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyini, sübutları təhrif etdiyini, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(103)2900/2024 saylı qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən, məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(006)341/2024 saylı qətnaməsi dəyişdirilməd ən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddia ərizəsində irəli sürülən dəlillərlə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və qətnamənin ləğvi üçün əsaslar yoxdur.

24. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, eyni şəxs(lər)in müxtəlif vaxtlarda müxtəlif kommersiya hüquqi şəxslərinə rəhbərlik etmələri, yaxud həmin hüquqi şəxslər (yaxud hüquqi şəxslərin filialları) arasında işgüzar münasibətlərin mövcudluğu, onların eyni hüquqi şəxs(lər), yaxud filiallar olmaları mənasına gəlmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə, 45, 47, 48.1, 73.1, 300-cü maddələrinə, “Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 fevral 2024-cü il tarixli Qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda, onunla əmək müqaviləsinin müddətli bağlanması qanunsuz olmuşdur. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, işəgötürən işçi ilə müddətli əmək müqaviləsi bağlaya bilməz. İşəgötürən iddiaçı ilə müddətli əmək müqaviləsini o vaxt bağlaya bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsinə nəzərdə tutulan hallar olmuş olsun. Əmək Məcəlləsinin 45cimaddəsinin 4-cü hissəsində müəyyən olunmuş məhdudiyyətlər işçini işəgötürəndən asılı edən, işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən BƏT-nin 02 iyun 1982-ci il tarixli “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı tövsiyəsinə də tam uyğundur. Eyni zamanda, Əmək Məcəlləsin əəlavə edilmiş Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasına dair verilən qeyddə “bütün hallarda işəgötürənin əmək müqaviləsinin məzmununu bu nümunədə göstərilən qaydada dolğun şəkildə tərtib etməyə borclu olması” göstərilmişdir. Həmin nümunənin 2.3-cü bəndində müddətli əmək müqaviləsinin səbəbinin göstərilməsi qeyd olunmuşdur. Tərəflə r arasında bağlanan müqavilədə isə sadəcə işin birinci 2 (iki) ayı sınaq müddəti hesab edilmiş və müddəti üç aylıq müəyyən edilmişdir. Həmçinin tərəflərdən hansısa birinin etirazı olmadığı təqdirdə müqavilənin eyni müddətə uzadılması göstərilmişdir. Lakin tərəflər arasında bağlanan əmək müqaviləsində həmin müqavilənin müddətli bağlanmasının səbəbi, hansı səbəbdən sonradan dəfələrlə üç ay müddətinə uzadılması göstərilməmişdir. Məhkəmə iclasında cavabdeh, tərəflər arasında belə müqavilə formasının bağlanmasının səbəbi kimi tərəflər arasında razılıq olmasına istinad etmiş, bunu təsdiq kimi iddiaçının müqaviləyə imza atarkən artıq bu barədə məlumatlı olmasını bildirmişdir. Halbuki iddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi həmin müqaviləyə imza atmasının səbəbi çıxılmaz vəziyyətdə qalması ol muşdur. Əgər işəgötürən tərəflərin qarşılıqlı razılığına istinad edirsə müqavilə bağlanarkən tərəflər arasında hüquq bərabərliyi prinsipinə əməl edilməsini də sübut etməlidir. Bundan başqa,tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanılmasının da səbəbi mütləq şəkildə göstərilməlidir. Məsələn, işin həcminin və davamiyyətinin qısamüddətli olduğu səbəbdən bu müqavilənin müddətli bağlanmasına tərəflər hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq verirlər. Şikayətdə prosessual hüquq normalarının pozulmasının əsası kimi qeyd edilmişdir ki, məhkəmə həqiqətə nail olmaq üçün, işi hərtərəfli araşdırmamış, işə əlavə edilmiş sübutlara mahiyyəti üzrə baxıb qiymət verməmiş, məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur.

28. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyanın 25, 60-cı maddələrinə, Əmək Məcəllənin 45, 47-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 13.7, 14.1, 217, 372.1-ci maddələrinə, vahid məhkəmə təcrübəsi kimi Ali Məhkəmənin 2(102)-301/2022; 2(102)-7007/2021; 2(102)-159/2022; 2(102)-1384/2022 saylı analoji mülki işlər üzrə məhkəmə aktlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

30. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

31. Maddə

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağla nılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

32. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prin sipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

33. Maddə 68, 1-ci hissə “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

34. Maddə 73, 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

35. Maddə 73, 2-ci hissə. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu m addəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

36. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. “Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 fevral 2024-cü il tarixli Qərarı: 37... Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğu n hesab edilsin; 38... Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qü vvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. İddiaçının kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

47. Kassasiya instansiyası məhkəməsi, k assasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparmayıb.

48. Əvvəla iddiaçı, iddia ərizəsində, apellyasiya şikayətində 30 noyabr 2016-cı il tarixli müddətli əmək müqaviləsinə əsasən “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına “Texnoloji-nəqliyyat sexi”nə rəis vəzifəsinə işə qəbul edildiyini; onunla 07 dekabr 2016-cı il; 03 fevral 2017-ci il; 23 yanvar 2018-ci il; 18 dekabr 2018-ci il; 15 yanvar 2019cu il; 28 iyun 2019-cu il; 21 yanvar 2021-ci il; 26 aprel 2021-ci il tarixli müddətli əmək müqavilələri bağlanaraq əmək müqaviləsinin müddətinin uzadıldığını və onunla bağlanmış əmək müqaviləsi fa siləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi üçün müddətsiz əmək müqaviləsi hesab edildiyini; lakin onunla müddətsiz əmək müqaviləsi bağlamamaq üçün işəgötürənin təklifi ilə məcburiyyət qarşısında qalaraq öz ərizəsinə əsasən “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağlanmış əmək müqaviləsinə 28 mart 2022-ci il tarixdən xitam veridldiyini, elə həmin gündə də onunla XXXnın Cavabdehı arasında müddətli əmək müqaviləsi bağlanaraq eyni vəzifəyə, yəni “Texnoloji-nəqliyyat sexi”nə rəis vəzifəsinə qəbul edildiyini, əslində “X3 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə XXXnın Cavabdehın “X8 Management Limited” Şirkətinin (VÖEN **********) strukturuna tabe olmaqla, eyni Şirkət kimi fəaliyyət göstərdiklərini və sair iddia etdiyi halda, apellyasiya instansiyas ı məhkəməsi ümumiyyətlə onun bu dəlilləri üzrə heç araşdırma aparmadan, sözügedən filialların hüquqi bağlılığını araşdırmadan, başqa sözlə qeyd olunan filialları təsis və təşkil edən hüquqi şəxsin kimliyinə aydınlıq gətirmədən, həmin filialların əsasnamələrinin lazımi qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən, yalnız cavabdehin irəli sürdüyü formal mülahizələrlə kifayətlənərək, həmin filalların eyni hüquqi şəxsə məxsus olmadığı və fərqli filiallar olduğu nəticəsinə gəlmişdir.

49. Əksinə, işdən görünür ki, hər iki filial eyni şəxslər tərəfindən idarə olunur və kommersiya qurumlarının dövlət reyestri məlumatına görə, hər iki filial eyni hüquqi ünvanda ünvan 7arəsi platformasında hər iki filialın vergi ödəyicisinin tarixçəsinə diqqət yetirdikdə Vladim ir Davlyatov adlı şəxs hər iki filialda fərqli tarixlərdə qanuni təmsilçi olub. Bundan başqa, hər iki filial “X8 Management Limited” Şirkətinin (VÖEN **********) strukturuna tabe olmaqla, eyni Şirkət kimi fəaliyyət göstərir. Bunu hər iki filialın rəsmi blankından da görmək mümkündür. Belə ki, hər ikı filiala aid blankın aşağı sol küncündə “Subsidiary of X8” sözləri yazılıb. “Google” axtarış sistemində yoxladıqda belə hər iki filialın “X8 Management Limited” Şirkətinin strukturuna tabe olması haqqında məlumatlar çıxır. Həmçinin hər iki filialda eyni şəxslərin müxtəlif vəzifələrdə işləmələri, habelə hər iki filalda eyni nəqliyyat vasitələrindən istifadə olunması və sair hallar, açıq-aşkar iddiaçının dəlillərinin əsassız olmaması nəticəsinə gəlməyə əsas verir.

50. Mülki Məcəllənin 53.2 və 53. 3-cü maddələrinin mənasına görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyasını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filillar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.

51. Ona görə də kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə hər iki filal arasında hüquq bağlılığın, habelə onların eyni hüquqi şəxsin ayrıca bölməsi olub-olmadığına aydınlıq gətirilməli, onların lazımi qaydada təsdiq edilmiş əsasnamələri işə əlavə edilməklə iddiaçının cavabdehə qarşı hazırkı tələblərinin əsaslılığına Əmək Məcəlləsinin 45 -ci maddəsinin 5-ci hissəsinin və həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.

52. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

53. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində isə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əql i, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir.

54. Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

55. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1 və 5-ci hissələrində göstərilir ki, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

56. Göründüyü kimi, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını özündə ehtiva edir.

57. Hazırkı halda sözügedən filallar arasında hüquqi bağlılıq müəyyən edilərsə, qeyd olunan normaların tələblərinə əsasən, İddiaçı “X6 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağladığı müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi üçün həmin müqavilə müddətsiz əmək müqaviləsi hesab ediləcəkdir. Belə olan halda isə işəgötürənin iddiaçı ilə müddətli əmək müqaviləsi bağlaması Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə, habelə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə görə yolverilməzdir.

58. Çünki, əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Belə tənzimetmə ilə qanunverici dövlətin Konstitusiyanın 35-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədini güdür.

59. Belə ki, əməyin, məşğulluğun fərdi və ictima i rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur.

60. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanılmasına imkan verən hallardan biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığıdır.

61. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və i radə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və sair kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respub likası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı).

62. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə mür aciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.

63. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda sadalanan normaların tələblərini pozaraq, iddiaçının apellyasiya şikayətində göstərilən işəgötürən tərəfindən müddətli əmək müqaviləsi bağlamağa məcbur edilməsinə dair dəlili üzrə heç bir araşdırma aparmadan, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda, onun la müddətli əmək müqaviləsinin bağlanmasının səbəblərini, habelə həmin müqavilənin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanıbbağlanmadığını tam, hərətərəfli və obyektiv araşdırmadan və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, sözügedən normada nəzərdə tutulan “razılıq” dedikdə işçinin iradə ifadəsi başa düşülür. İradə isə insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərkolunmuş maraqla) müəyyənləşdirilir.

64. Hazırkı halda hər ay 5.000 manat əmək haqqı alan, 60 yaşına çatmış iddiaçının 3 ay müddətinə müddətli əmək müqa viləsinin bağlanmasına razılıq verməsi və həmin müqavilənin bilavasitə onun iradəsini ifadə etməsi inandırıcı, ağlabatan görünmür və əslində onun bu müddətə (3 aya) münasibətdə motivi yox idi. Müddətli əmək müqavilədəki imza isə müddətə (3 aya) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz, motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə iddiaçının iradəsi də yoxdur.

65. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yal nız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub.

67. Digər tərəfdən, işdən görünür ki, işəgötürən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə 03 iyul 2023-cü il tarixli, 23x-ok saylı əmrlə 03 iyul 2023-cü il tarixdən xitam verərək Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini də nəzərə almayıb.

68. Həmin normada qeyd olunur ki, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə əmək müqaviləsinin ləğv olunması qadağan edilir.

69. Belə ki, işdən görünür ki, tərəflər arasında 29 iyun 2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanıb, sonradan müqavilənin müddəti 28 iyun 2023-cü il tarixədək müəyyən edilib. İşəgötürən tərəfindən müqaviləyə 28 iyun 2023-cü il tarixdə xitam veriləcəyi barədə iddiaçıya 12 may 2023-cü il tarixdə müvafiq bildiriş göndərilib. Əmək müqaviləsində nəzərdə tutulan iş ilinə uyğun olaraq iddiaçı, 22 may 2023-cü ildən 16 iyun 2023-cü il tarixədək əmək məzuniyyətində olub. Əmək məzuniyyətindən sonra ilk iş günü hesab edilən 19 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək xəstəliklə bağlı iddiaçı iş yerində olmayıb. Daha sonra 03 iyul 2023-cü il tarixdə iddiaçı, Bakı şəhəri, Sabunçu rayon X5 şöbəsində həkim müayinəsində olub və həmin gün müayinə üçün qeydiyyatdan keçib və 04 iyul 2 023-cü il tarixdən 11 iyul 2023-cü il tarixədək xəstəxanada stasionar müalicə alıb.

70. Bütün bu hallar işə əlavə edilmiş Bakı şəhəri, X13 Publik hüquqi şəxsin 26 avqust 2023-cü il tarixli arayışı və ona əlavə edilmiş tibbi sənədlərlə də təsdiq olunur.

71. Göründüyü kimi işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə xitam verib, bu isə qanunla yolverilməzdir.

72. Cavabdeh etiraz ərizəsində, 03 iyul 2023-cü il tarixli xəstəlik vərəqəsi təqdim olunduqdan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verdiyini göstərsə də, işdə bu barədə, yəni iddiaçının 03 iyul 2023-cü il tarixdə əmək qabiliyyətli olmaqla iş yerində olmasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Halbuki, MPM-in 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları özü sübut etməlidir.

73. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə qeyd olunan hallara diqqət yetirməyib və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən gün onun işdə və əmək qabiliyyətli olub-olmaması ilə bağlı işin hallar üzrə heç bir araşdırma aparmayıb.

74. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

75. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalar ının tələblərini nəzərə alıb, iddiaçının kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(103)-2900/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenid ən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar