Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2597/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi 21.10.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X3, İddiaçı: İddiaçı, Üçüncü şəxs: X2, Cavabdeh: Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)84/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 oktyabr 2025-c i il tarixdə Ali Məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 2ində 0,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır.
2. İddiaçı xx.xx.2021-ci il tarixli, 864308 nömrəli etibarnaməyə əsasən mülkiyyətində olan 0,5 ha torpaq sahəsi və onun üzərindəki 363,5 kv.m. əmlak kompleksi kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ əqdlərə imza atmağı, Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ, o cümlədən qeydiyyat işlərinin aparmağı, bağlanmış alqı-satqı müqavilənin ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.
3. Bakı şəhəri, 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və İddiaçı (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh2 imza etmişdir) ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisə ni və həmin ünvanda yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsini alıcı Cavabdeh1 160.000 manata satmışdır. 4. “Elektron notariat” X1 Çıxarışa əsasən, Gəncə şəhəri, 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən X7 birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus olan (xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən) ünvan 2ində yerləşən ümumi sahəsi 0,5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisənin satılmasına yazılı razılıq vermişdir. Eyni zamanda X7 bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. 5. ünvan 1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən, Cavabdeh1 notariat qaydasında təsdiq olunacaq alqı-satqı mü qaviləsi üzrə ödənilməli olan 160.000 manatı müvafiq müqavilə təsdiq edildikdən sonra əmlaka görə yaranmış 4.090 manat və torpaq sahəsinə görə yaranmış 1.375 manat vergi öhdəliklərini (borcu) əmlakın satış dəyərindən çıxaraq müvafiq hesab vasitəsilə dövlət xəzinədarlığına ödənilməsi, qalan 154.535 manatın Cavabdeh2 verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. 6. "xxxx" ASC-nin 5 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarının surətlərinə əsasən xx.xx.2021-ci il tarixli, 4Ə-546 nömrəli alqı-satqı müqaviləsinə əsasən 4.090 manat və 1.375 manat pul vəsaiti köçürülmüşdür. 7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən, Cavabdeh1 notariusun depozit hesabına 160.000 manat pul vəsaiti köç ürmüşdür. 8. 29 aprel 2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 2ində yerləşən ümumi sahəsi 0,5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.
9. Bakı şəhəri, Nəsimi rayon Pİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış materialda etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi, yəni qüvvədə olan Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. İş üzrə qəbul edilmi ş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (X2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri, 14 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan və xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə adına qeydə alınmış ünvan 2ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi”nin xx.xx.2021-ci il tarixli, 4Ə-546 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabde h1 adına verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan və xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən mülkiyyətində olan ünvan 2ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi” qanunsuz yolla özgəninkiləşdirilərək Cavabdeh1 adına özgəninkiləşdirilmiş və ona xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. O, bu hadisədən cari ilin yanvar ayında xəbərdar olmuş və faktiki olaraq aldadıldığını müəyyən etmişdir. Belə ki, 2021-ci ilin əvvəlində ona təcili pul lazım olduğundan, həmin əmlak kompleksini ucuz qiymətə olsa belə, 2.500.000 manata satmaq qərarına gəlmişdir. Qardaşının yaxın dostu Cavabdeh3 bu əmlaka satıcı t apacağına söz vermiş və bir müddət keçdikdən sonra ona bildirmişdir ki, yaxın dostu maklerdir, o həmin obyekti tez bir zamanda satacaqdır. Lakin həmin maklerin şərtlərinə görə onun adına etibarnamə verilməli, o, öz əmlakı kimi həmin obyekti istədiyi qiymətə satıb, alqı-satqı günü ona çatası 2 milyon 500 min manatı ödəməklə, artıq qalan məbləği də özünə götürəcəkdir. O, buna etiraz etməmiş və onun təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında Rəşad adlı şəxsin adına etibarnamə vermiş, eyni zamanda bir müddət keçdikdən sonra isə həyat yoldaşının adından da obyekin satışına etiraz etməməsi barədə notariusdan arayış da təqdim etmişdir. Həyat yoldaşının adından arayışı təqdim etdikdən bir gün sonra da alqı-satqının həyata keçirilməsi razılaşdırılsa da, Qədimdən səs çıxmamış, bir neçə gündən sonra o nunla əlaqə saxladıqda isə, o, bildirmişdir ki, alıcı ilə tam razılaşma əldə olunmadığından razılaşdırılmış gün gələ bilməmişlər, bir neçə günə, mütləq, razılıq əldə olunacaqdır. Beləliklə, bir neçə gündən sonra da, Qədimdən xəbər olmadıqda, onunla əlaqə yaradılmasına nail olmuş və tələb etmişdir ki, tərəfindən ona təqdim edilmiş bütün sənədləri qaytarsın. Lakin, həmin gündən Qədim faktiki olaraq yoxa çıxmış və onu tapmaq mümkün olmamışdır. Bir müddət keçdikdən sonra isə, qeyri-rəsmi də olsa, ona məlumat çatdırılmışdır ki, Qədimin ona təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında Rəşad adlı şəxsə verdiyi etibarnamə ilə, ona məxsus obyekt başqa şəxsin adına özgəninkiləşdirilmişdir. Bununla əlaqədar olaraq Qədimin axtarışlarına “çıxdılar” və məlum olmuşdur ki, o, Rusiya Federasiyasındadır, onu nla əlaqə yaratmış, əmlakın başqa şəxsin adına necə özgəninkiləşdirildiyini soruşmuş və bildirmişdir ki, inamından sui-istifadə etməklə ona məxsus əmlakın bu cür mənimsənilməsini həyata keçirdiyinə görə hüquq mühafizə orqanlarına müraciət etmiş, onun məsuliyyətə cəlb edilməsinə nəyin bahasına olursa olsun mütləq nail olacaq. Belə olduqda da, ona bildirmişdir ki, bundan onun xəbəri yoxdur, əmlakının başqa şəxsin adına keçirilməsi qanunsuz edilmiş, o, bunu sübut edəcəkdir və Respublikada olmadığından onun yaxın tanışı olan vəkilin adına etibarnamə verməsini xahiş etmişdir. İlk halda olduğu kimi, yaxın tanışı olan vəkilin şəxsiyyət vəsiqəsinin məlumatlarını ona göndərmiş və tərəfindən vəkil kimi ona etibarnamə verilmişdir. Beləliklə, öz növbəsində, Gəncə şəhəri 1 saylı vəkil bürosu vasitəsilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət odərək, ona məxsus əmlak barədə arayışın təqdim edilməsini xahiş edilmiş və həmin idarədə alınan xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, Bakı şəhəri, 14 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-546 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak bütövlükdə tərəfindən Cavabdeh1 satılmışdır. Alıcıya xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. Eyni zamanda, həmin cavab məktubundan o da müəyyən olunmuşdur ki, Samux rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülkün üzərinə qadağa qoyulmuşdur. Bu məsələlərlə əlaqədar olaraq o, Qədimlə əlaqə saxlamamış, qardaşının dostu olduğuna görə ona tapşırmışdır ki, onunla əlaqə saxlasın və məsələnin nə ilə əlaqədar olduğu na aydınlıq gətirsin. Məhz bundan sonra onlara məlum olmuşdur ki, Qədim onun adından etibarnamə verilmiş Rəşad adlı şəxsdən faizlə 130.000 manat məbləğində borc pul götürmüş, həmin borcun müqabilində 3.000.000 manatdan artıq dəyəri olan əmlak ilə bağlı sənədlərin ondan alınıb ona təqdim edilməsinə nail olmuşdur. Rəşad adlı şəxs isə Qədimə verdiyi 130.000 manat borcu 160.000 manat məbləğində dəyərləndirmiş, yəni verilən 130.000 manatın üzərinə faiz də əlavə etməklə onu 160.000 manat məbləğində dəyərləndirilmiş və Qədimin aldığı borcun zamanəti kimi də bu əmlakı Səlim adlı yaxın qohumunun adına özgəninkiləşdirmiş, bununla da xüsusilə külli miqdarında dəyəri olan əmlakının mənimsənilməsi həyata keçirilmişdir.
12. Cavabdeh3 vəkili Vəkil1 iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, təmsil etdiyi şəxs Cavabdeh3 iddiaya cavab verməli olmayan şəxsdir. İddia tələbindən və iş materiallarından da görünür ki, mübahisəli əmlakın mülkiyyətçisi İddiaçı olmuş, mübahisəli əmlakın alqı-salqısı isə cavabdəhlər Cavabdeh1 ilə Cavabdeh2 arasında baş vermişdir. Hazırda da əmlakın mülkiyyətçisi Cavabdeh1dur. İddiaçı iddia tələbində ona məxsus əmlak kompleksini pul lazım olduğu üçün satmaq istədiyini və bunun üçün Cavabdeh3 tanışı Rəşad adlı şəxsə etibarnamə verdiyini göstərmişdir. Lakin xx.xx.2021-ci il tarixli etibarnamə ilə mübahisəli əmlak üzərində sərəncam verilməsi hüququ barədə X4 etibarnamə ilə verilmişdir. Bundan başqa, iddiaçı ona məxsus əmlakın onun xəbəri olmadan başqa şəxsin adına özgəninkiləşdirildiyini cari ilin yanvar ayında məlumatı olduğunu bildirir. Lakin həmin əm lakın digər şəxsə satılması xəbərini 2021-ci ilin iyul ayında Cavabdeh3 iddiaçıya məlumat vermişdir. Bundan sonra Cavabdeh3 köməkliyi ilə hüququ yardım göstərilməsi üçün vəkil Rəşid Məhərrəmli ilə müqavilə bağlanmış və vəkilə xx.xx.2021-ci il tarixli etibarnamə verilmişdir. Bu halı iddiaçı özü də iddia tələbində etiraf etmişdir. İddiaçı iddia tələbində həmin vaxt Cavabdeh3 Rusiya Federasiyasında olduğunu və onunla əlaqə yaratdığını bildirmişdir. Əmlakın satılmasını iddiaçıya Cavabdeh3 xəbər vermiş və xx.xx.2021-ci il tarixdə vəkilə etibarnamə verərkən də İddiaçı Cavabdeh3la birlikdə Bakı şəhərində vəkillə görüşmüşdür. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə Azərbaycandan Rusiya Federasiyasına getmişdir. İddiaçı daha sonra iddia tələbində guya Cavabdeh3 Rəşada 130.000 manat borcu olduğunu və həm in borcun qarşılığında ona məxsus əmlakın sənədlərini ondan alıb Rəşada verdiyini göstərmişdir. Cavabdeh3 Rəşada 130.000 manat borcu yoxdur və bunu təsdiq edən hər hansı bir mötəbər subut yoxdur. Bunlar hamısı fərziyyədır və yalandır. İddiaçıya məxsus əmlakın Cavabdeh1 satılmasından Cavabdeh3 xəbəri olmamış, əmlakın satılmasında iştirak etməmiş və pulu əldə etməmişdir. İddia tələbindən də göründüyü kimi, Cavabdeh3 iddia tələbinə cavab verməli olmayan şəxsdir. Həmçinin Cavabdeh3 məsələ ilə dərindən heç bir əlaqəsi olmayıb, heç bir gəlir götürməyib. Bu hazırki məsələ ilə bağlı olaraq keçirilmiş ibtidai istintaq mərhələsində də sübuta yetirilmişdir. Odur ki, iddia tələbi Qədim Əbilova aid hissədə rədd olunmalıdır.
13. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsində yazılanlar həqiqətə uyğun deyil və heç bir sübuta soykənmir. İddiaçının iddia ərizəsində qaldırdığı dəlillər tam əsassızdır. Belə ki, cavabdeh artıq həmin əmlak kompleksinin xüsusi mülkiyyətçisidir, onun mülkiyyət huquqları qorunmalıdır. Notariat ofisində alqı-satqı müqaviləsi tam qanuni şəkildə həyata keçirilmişdir, alqı-satqı aparılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə olan halda alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz və Cavabdeh1 vicdanlı alıcıdır, qanuni şəkildə əmlak almışdır, o, mübahisə predmeti olan əmlakı tam qanuni yolla əldə etmiş və dəyərini tam məbləğdə ödəmişdir. Vicdanlı alıcı olaraq hərəkət etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2(006)2245/2022 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilərək, ünvan 2ində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 (İddiaçı əvəzinə) ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2021-ci il tarixli, 4Ə-546 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 29 aprel 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi, İddiaçı ünvan 2ində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə (torpaq sahəsi ilə birlikdə) münasibətdə əvvəlki hüquqi vəziyyətinin bərpa edilməsi, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 160.000 manatın Cavabdeh2 tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 500 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi və bu qətnamə ünvan 2ində yerləşən, ümumi sahəsi 363,5 kv.m.olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsas olması qət edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, qeyd olunan əmlak sahəsinin tərkibində dörd növ istehsalat sahələri mövcuddur, əvvəlki dövrlərdə kifayət qədər maliyyə dövriyyəsi etmiş və iddiaçının ilkin niyyəti əmlakı 2.500.000 manata satmağa razılıq vermişdir. Həmçinin cavabdeh tərəfinin təqdim etmiş olduğu mütəxə ssis rəyləri ilə müəyyən edilir ki, əmlak kompleksi dəyərindən aşağı qiymətə satılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qeyd olunan alğı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra ölkə xaricinə getmiş və hazıradək qayıtmamış və əmlak kompleksinin satışından əldə olunmuş 160.000 manatın belə iddiaçıya verilməsini sübuta yetirə bilməmişlər. (iddiaçı məhkəmə iclası zamanı puldan heç bir məbləğin ona verilməməsini bildirmişdir).
16. Həmçnin məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən vəd edilmiş pul məbləğinin verilməməsi iddiaçının aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlaması ilə nəticələnmişdir. Mülki Məcəllənin 339.2-ci maddəsinə normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam et məsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfind ə qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı, mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
17. Yekun olaraq məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 aldatma ilə hərəkət etdiyi və bu hallar iddiaçıya alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra məlum olduğu üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməli və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 339.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfind ən Cavabdeh2 verilmiş 09 aprel 2021ci il tarixdə notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında bağlanmış ünvan 2ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m olan əmlaka dair xx.xx.2021-ci il tarixli, 4Ə-546 saylı alqı-satqı müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun olaraq bağlanmışdır. Belə ki, Mülki Məcəllənin əqdin etibarlılığı ilə bağlı birinci tələbi hər iki tərəfin iradə ifadəsinin olması tələbidir ki, həmin tələb Mülki Məcəllənin 324.4-cü maddəsində normativləşmişdir. İddiaçının iddia ərizəsindən göründüyü kimi, verilmiş olan etibarnamə əsasında “əmlak kompleksi” adı ilə dövlət qeydiyyatına alınmış, ünvan 2ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m olan əmlakın bu və ya digər şəxsə satmaq niyyəti olmuşdur və müqavilə bağlanarkən iradə i fadəsini göstərmişdir. Oxşar müddəa Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə 01 dekabr 2020-ci il tarixli Qərarında göstərilmişdir. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bundan başqa, iddiaçı məhkəmə prosesi zamanı həqiqətə uyğun olmayan ifadə verərək özünün yalanlarını digər yalanlarla pərdələməyə də çalışmışdır. Belə ki, iddiaçı adıçəkilən “əmlak kompleksi”nin satışından cari ilin yanvar ayında xəbəradar olduğuna dair ifadə vermişdir. Lakin bu tamamilə yalan olmaqla, “əmlak kompleksi”nin satış ından peşman olması ilə bağlı məhkəməni aldatmaq məqsədilə söylənmişdir. Belə ki, iddiaçı “əmlak kompleksi”nin özgəninkiləşdirilməsindən, Cavabdeh1 sərəncamına verilməsindən 2021-ci il iyul ayında artıq xəbərdar idi və “əmlak kompleksi”nin Cavabdeh1 160.000 manata satılmasına hər hansı bir etiraz da bildirməmişdir. Narazılıq bildirməməsinə səbəb isə həmin dövrdə iddiaçının özünün də bildirdiyi kimi pula ehtiyacı olması və iddiaçının ümumiyyətlə pandemiya dövründə daşınmaz əmlakın dəyərinin aşağı olmasını, adı çəkilən əmlakın isə yararsız və faəliyyətsiz olmasını, bu səbəblərdə də “əmlak kompleksi”nin dəyərinin daha yüksək olmacağını özü də bilməsi olmuşdur. Bundan başqa iddiaçının 160.000 manatın ona verilmədiyini bildirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, 160.000 manatın verilmədiyinə əsaslanan iddia “əqdin etibarsızlığı” iddiası ilə əhatə oluna bilməz. Bundan başqa 160.000 manatın özünə verilmədiyini izahatında bildirən yeganə şəxs iddiaçıdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 bu faktı qətiyyətlə təkzib ediblər. Bu baxımdan 160.000 manatın özünə verilmədiyinin sübutetmə yükü məhz iddiaçının üzərinə düşməlidir. Lakin iddiaçı tərəfindən verdiyi ifadəni təsdiq edən hər hansı dəlil irəli sürülməmişdir. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Qeyd edilir ki, şikayətə əlavə edilən notarius orqanından aldığı çıxarışdan da göründüyü kimi, iddiaçı tərəfindən X5 heç bir əmlak etibar edilməmişdir. Belə ki, 09 aprel 2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş 864308 nömrəli etibarnamədə etibar edilmiş şəxs qismində Cavabdeh2 göstərilmişdir. Belə ki, iddiaçının ünvan 2ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi” kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ ərizələrə imza atmağı Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ ərizə yazmağı və imzalamağı, o cümlədən qeydiyyat işləri aparmağı, bağlanmış alqı-satqı müqaviləsini ləğ v etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 09 aprel 2021-ci ildə notarial qaydada təsdiq olunmuş etibarnamə ilə Cavabdeh2 etibar etmişdir. Daşınmaz əmlakın alqı-satqısını həyata keçirilən zamanı 09 aprel 2021-ci ildə notarial qaydada təsdiq olunmuş etibarnamə qüvvədə olmuşdur. Tamamilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, “Əmlak kompeksi”nin alqı-satqısı həyata keçirilmişdir. 09 aprel 2021-ci ildə notarial qaydada təsdiq olunmuş etibarnamə mülki qanunvericiyin tələblərinə uyğun olaraq verilmiş və təsdiq olunmuşdur, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Onun da əsasında daşınmaz əmlakın alqı-satqısı həyata keçirilmişdir. Ali Məhkəmənin də göstərdiyi mövqeyə əsasən, məhkəmələr tərəfindən etibarnamə ilə satılmış daşınmaz əmlakın al qı-satqı müqaviləsinin etibarsız hesab edilə bilməsi üçün ilk növbədə, həmin alqı-satqı müqaviləsinin bağlanmasının əsası kimi çıxış edən etibarnamənin özünün etibarsız olması müəyyən olunmalı idi. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi tərəfindən etibarnamənin verilməsi proseduru ilə bağlı hər hansı araşdırma aparılmadan, yalnız iddiaçının verdiyi yalan izahata əsasən, qətnamə qəbul etmiş və əsassız iddianı təmin etmişdir. Qanuni etibarnamə əsasında rəsmiləşdirilmiş olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qanunvericiliyin tələblərin ciddi şəkildə pozuntusudur. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi 19 aprel 2021-ci ildə Bakı şəhəri, 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsi tamamilə iddiaçının əmlak barəsində sərəncam vermək, Cavabdeh1 münasibətdə isə əmlakın əldə edilməsinə əsaslanır. Göründüyü kimi hər hansı yalan və ya uydurma əqd bağlamaq niyyəti olmamış, Cavabdeh2 münasibətdə isə niyyəti yalnız iddiaçının Cavabdeh2 verdiyi etibarnamə əsasında yalnız təmsilçilik fəaliyyətinin həyata keçirilməsi olmuşdur. Əvvəlcə niyyəti əmlakını satmaq olan iddiaçının Cavabdeh2 verdiyi etibarnamə əsasında əmlakının bağlanmış alqı-satqı müqaviləsinin hüquqi nəticəsinə görə Cavabdeh1 mülkiyyətinə verilməsindən peşman olması heç bir əsas olmadan bağlanan müqavilənin uydurma əqd olmasının iddia edilməsi tamamilə əsassız və hüquqları ciddi şəkildə pozulması ilə yanaşı, Cavabdeh1 da öz əmlakına münasibətdə hüquqlarını həyata keçirməsinə mane olur. Həmçinin qeyd edilir ki, faktlardan da göründüyü kimi, müqavilənin notarial qaydada bağlanması halı məlumdur ki, bu da əqdin uydurma əqd olmadığını isbat edir. Əqdin uydurna əqd olmasının iddia edilməsi isə bu halı təsdiq edən sübutların təqdim olunması zərurətini ortaya çıxarır. Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanmasına münasibətdə Cavabdeh2 isə təmsilçiliyin həyata keçirilməsinə münasibətdə vicdanlılıq nümayiş etdirmişdir. Yuxarıda göstərilənlərdən məlum olduğu kimi, Cavabdeh1 vicdanlı sahib hesab olunur və qanunun tələblərinə müvafiq əmlak onun mülkiyyətininə verilmişdir. Bu baxımdan bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi vicdanlı sahib olan Cavabdeh1 da hüquqlarını ciddi şəkildə pozulmasına səbəb olacaqdır. Belə ki, ifadələr arasında ciddi ziddiyətlər olsa da, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməs i yalnız iddiaçının izahatına əsasən qətnamə qəbul etmiş, sübutların hərtərəfli qiymətləndirilməsini aparmamışdır. Belə ki, iddiaçı izahatında bildirmişdir ki, Cavabdeh3 Cavabdeh2 130.000 manat borcu olduğundan “Əmlak kompleksi”ni dəyərindən aşağı olan məbləğə satdığı, özünə verilməli olan məbləğin isə ona verilmədiyini söyləmişdir. Lakin həm Cavabdeh3, həm də Cavabdeh2 məhkəmə prosesi zamanı verdikləri ifadəsində bu faktı təkzib edərək bildirmişdilər ki, Cavabdeh3 Cavabdeh2 heç bir borcu olmadığını, Cavabdeh2 isə Cavabdeh3 ona heç bir borcu olmadığını qətiyyətlə söyləmişdirlər. Göründüyü kimi, Cavabdeh2 və Cavabdeh3 izahatları arasında uyğunluq özünü göstərsə də, iddiaçının izahatı digər prosesdə bu və ya digər formada iştirak edən şəxslərin ifadələri arasında hər hansı uyğunluğun şahidi olunmur. İddiaçı “əmlak kompleksi”ni geri almaq məqsədilə yalan ifadə vermiş, bir neçə üst qurumlara şikayətlər verərək məhkəməyə təzyiq göstərməyə çalışmışdır. Bu kimi hallar Nəsimi rayon məhkəməsinin obyektiv araşdırma aparmasına və ədalətli qərar qəbul etməsinə əsaslı şübhələr yaratmışdır. "xxxx" MMC-nin eksperti tərəfindən verilən ekspert rəyinə əsasən, ünvan 2ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi”-nin dəyəri şişirdilərək 2.550.000 manat müəyyən olunmuşdur. Ekspert rəyi ilə bağlı əsaslı şübhələr yaranmasına səbəb, əlavə olaraq məhkəməyə təqdim olunmuş olan ekspert rəylərində müəyyən olunmuş məbləğlərin bir-birinə yaxın olması və mövcud bazar qiymətlərinə daha uyğun olmasıdır. xx.xx.2022-ci il tarixində tərəflərindən, o cümlədən Cavabdeh1 vəkili tərəfindən ekspert rəyinə qarşı əsaslandırılmış etirazı məhkəməyə təqdim etməsinə baxmayaraq, hakim tərəfindən təkrar ekspertiza keçirilməsinə dair qərardad qəbul edilməmişdir. Hal-hazırda da ekspert rəyi ilə razılaşmasa da, hakim tərəfindən qətnamə məhz bizim razılaşmadığımız ekspert rəyi ilə əsaslandırılmışdır. Bundan əlavə bildirmək istəyir ki, həmin “əmlak kompleksi” pandemiya dövründə satılmışdır. Həmin dövrdə Samux rayonunda əmlakın dəyərinin "xxxx" MMC-nin eksperti tərəfindən təqdim olunmuş ekpert rəyində göstərilən məbləğ qədər olması ağlabatan deyildir və onlarda əsaslı şübhələr doğurur. Həmçinin iddiaçı pula ehtiyacı olduğundan tez bir zamanda satmağa tələsmiş, obyektin satış qiymətini də özü müəyyən etmişdir. Həmçinin obyekt hal-hazırda da daşınmaz əmlakın alqı-satqısı h əyata keçirilən dövrdə olduğu kimi yararsız vəziyyətdədir və fəaliyyətsiz haldadır. Birinci instansiya məhkəməsi mülki iş üzrə tərəflərin etirazına və əsaslı şübhələrinə səbəb olan eskpert rəyini sübut kimi qiymətləndirməsi və qətnamənin əsaslandırılması kimi yalnız həmin ekspert rəyinə istinad etməsi tamamilə qanunsuzdur. Obyektivliyin təmin olunması məqsədilə ünvan 2ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi” nin dəyərinin müəyyən edilməsi məqsədilə təkrar ekspertizanın keçirilməsini zəruri hesab edir. Belə ki, həmin əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciətləri əsasında mütəxəssiləri tərəfindən əmlakın bazar dəyəri 270.000 manat, likvid dəyəri isə 216.000 manat müəyyənləşdirilmişdir. "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən müəyyə n olunmuş dəyər daşınmaz əmlakın mövcud bazar qiymətlərinə daha uyğun olmaqla yanaşı, reallığı və həqiqəti də özündə əks etdirir. Ekspert rəyləri arasında əsaslı ziddiyyətlərin olmasına baxmayaraq, Nəsimi rayon məhkəməsi tərəfindən əsassız iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsi hüquqlarını müdafiə etdiyi şəxsin hüquqlarını pozmaqla yanaşı, qanunvericiliyin tələblərini də ciddi şəkildə pozur. "xxxx" MMC-nin ekspertləri tərəfindən aparlmış qiymətləndirməyə əsasən isə adıçəkilən obyektin bazar dəyəri 250.000 manat, likvid dəyəri isə 199.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, hər iki təşkilat tərəfindən aparılan qiymətləndirmə bir-biri ilə uyğunluq təşkil edir və daşınmaz əmlakın mövcud bazar qiymətlərinə mütənasib xarakter daşıyır. Bu isə məhkəmənin öz təşəbbüsü ilə " xxxx" MMC-nin ekspertləri tərəfindən həyata keçirilən qiymətləndirməyə əsasən müəyyən olunmuş əmlak dəyərinin bazar qiymətlərinin qat-qat üstündə olmasına, o cümlədən ekspert rəyinin qeyri-obyektiv şəraitdə verilməsi əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur. Bu baxımdan Nəsimi rayon məhkəməsi tərəfindən yol verilmiş qanunsuzluğu aradan qaldırmaq məqsədilə təkrar ekspertizanın keçirilməsini ədalətli hesab edir. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Adı çəkilən alqısatqı müqaviləsi də Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq verilmiş və bunun əsasında da bağlanmış alqı-satqı müqaviləsi də Cavabdeh2 təmsilçisi olduğu X6 üçün də qanununa müvafiq hüquqi nəticələr doğurmuşdur. Bu baxımdan adı çəkilən alqısatqı müqaviləsinin etibarsız elan olunması özü q anunun tələblərini kobud surətdə pozmaqla, cavabdehlərin hüquqlarını həyata keçirməsinə mane olacaqdır. Bu səbəbdən cavabdehin “müqavilənin etibarsız hesab edilməsi” ilə bağlı iddiası əsassızdır və rədd edilməlidir. Etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmək tələbi öz-özlüyündə yanlışdır. Əgər tələb məhkəmə tərəfindən qəbul edilən hesab olunubsa da, Nəsimi rayon məhkəməsi tərəfindən 09 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 nömrəli etibarnamənin etibarsız olubolmaması faktı müəyyən olunmalı idi. Əgər etibarnamə etibarsız deyildirsə, qanunvericiliyin tələblərinə əsasən verilmiş və təsdiq olunmuşdursa, bu halda iddia məhkəmə tərəfindən rədd olunmalı idi.
21. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə biri nci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə istər maddi hüquq normalarının tətbiqi baxımından, istərsə prosessual hüquq normalarına riayət edilməsi səbəbindən qanunsuz və əsassızdır, buna görə apellyasiya qaydasında ləğv edilərək, iddia tələbi rədd olunmalıdır. Məhkəmə qətnaməsinin təhlili göstərir ki, işə baxmış hakim işin həqiqi hallarını deyil, iddiaçının heç bir mötəbər sübuta söykənməyən, iş üzrə toplanmış dəlillərlə öz təsdiqini tapmayan, nağıla bənzəyən iddia ərizəsinə və məhkəmə iclasında verdikləri izahatları əsasında məhkəmə aktı qəbul etmişdir. Belə ki, mülki işin müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən ünvan 2ində 0,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Həmin notariat işində olan Gəncə şəhəri, 5 saylı notariat ofisində təsdiq edilmiş 7E-8591 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən iddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2019-cu il tarixli ümumi sahəsi 0,5 ha olan torpaq sahəsi və ümumi sahəsi olan 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əq dləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ əqdlərə imza atmağı, Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ, o cümlədən qeydiyyat işlərinin aparmağı, bağlanmış alqı-satqı müqavilənin ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri ilə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Beləliklə müəyyən olunur ki, Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş qaydada əmlakın mülkiyyətçisi olan iddiaçının adından mübahisəsi gedən əmlakı satmaq üçün bütün hüquqlara (o cümlədən öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək) malik olmuşdur. Notariat icraatında olan Ba kı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və iddiaçı (etibarnamə əsasında onun əvəzinə Cavabdeh2 imza etmişdir) ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni alıcı Cavabdeh1 160.000 manata satmışdır. Göründüyü kimi, mübahisəsi gedən əmlakla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən olunmuş qaydalara uyğun olaraq əqd bağlanmış və bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əks halda əqdin notarial qaydasında təsdiq olunmasından imtina olunardı. Notariat icraatında olan «Elektron notariat» X1 Çıxarışından görünür ki, Gəncə şəhəri 5 saylı notariat ofisi tər əfindən təsdiq edilmiş və iddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus olan (xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən) ünvan 2ində yerləşən ümumi sahəsi 0,5 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m olan əmlak kompleksi kimi müəssisənin satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimi müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Notariat işində olan ünvan 3 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh1 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 160.000 manatı müvafiq müqavilə təsdiq edildikdən sonra əmlaka görə yaranmış 4.090 manat və torpaq sahəsinə görə yaranmış 1375 manat ve rgi öhdəliklərini (borcu) əmlakın satış dəyərindən çıxaraq müvafiq hesab vasitəsilə dövlət xəzinədarlığına ödənilməsi, qalan 154.535 manatını Cavabdeh2 verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Notariat işində olan "xxxx" ASC-nin 5 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqların surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixli, 4Ə-546 nömrəli alqısatqı müqaviləsinə əsasən 4.090 manat və 1.375 manat pul vəsaiti köçürülmüşdür. Notariat işində olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 notarius Elmar Əliyevin depozit hesabına 160.000 manat pul vəsaiti köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh1 qeyd olunan əmlakı vicdanlı olaraq əldə etmiş və aldığı əmlakla bağlı alqısat qı əməliyyatını da tam qanuni olaraq həyata keçirmişdir. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi, alqı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilmiş, mülki qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaqla bağlanmış, müqavilə təsdiq olunarkən satıcının əmlak üzərinə sərəncam vermək hüququ, etibarnamə üzrə nümayəndənin səlahiyyətlərinin olub-olmaması, əmlakın yüklü olubolmaması, əmlakın satılmasına razılıqlarının olması yoxlandıqdan sonra əmlaka dair alqısatqı müqaviləsi təsdiq edilmişdir. Belə olan halda işin mübahisəsiz müəyyən olunmuş həqiqi halları ola-ola işə baxmış birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi hesab edir kobud maddi və prosessual hüquq pozuntusudur və qəbul edilmiş məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə qətnaməsinin təhlili həmçinin onu göstərir ki, hakim öz qənaətini yalnız iddiaçı tərəfin təqdim etdiyi, mötəbərliyi cavabdehlər tərəfindən mübahisələndirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlak kompleksinin qiymətləndirilməsi barədə hesabatına əsasən formalaşdırmışdır. Qətnamənin əsaslandırıcı hissəsini konkret mübahisəyə aidiyyəti olmayan hüquq normaları, Konstitusiya Məhkəməsinin qərarları və hüquq ədəbiyyatından çıxarışlar təşkil edir. Belə ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsi öz qətnaməsində göstərir ki, hazırki mübahisə üzrə tərəflər arasında alğısatqı müqaviləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının əmlak kompleksinin alqısatqısı ilə bağlı iradə ifadəsi zədələnmişdir. Belə ki, məhkəmə iclasında izahatlarla və şahid ifad əsi ilə müəyyən edilmişdir ki, qeyd olunan əmlak sahəsinin tərkibində dörd növ istehsalat sahələri mövcuddur, əvvəlki dövrlərdə kifayət qədər maliyyə dövriyyəsi etmiş və iddiaçının ilkin niyyəti əmlakı 2,5 milyon manata satmağa razılıq vermişdir. Həmçinin cavabdeh tərəfinin təqdim etmiş olduğu mütəxəssis rəylərilə də müəyyən edilir ki, əmlak dəyərindən aşağı qiymətə satılmışdır. Belə maraqlı sual ortaya çıxır işə baxmış məhkəmə “iddiaçının ilkin niyyəti əmlakı 2,5 milyon manata satmağa razılıq vermişdir” deyərkən hansı mötəbər sübuta əsaslanmışdır. İddiaçının izahatınamı, iddia ərizəsinə görəmi?! Əgər izahat və ərizələrə əsasən məhkəmə aktı qəbul edilirsə, niyə görə cavabdehlərin etiraz ərizələri və izahatları qəbul olunmur?! Məgər bu işə birtərəfli yanaşma deyilmi?! Əgər iddianın təmin ol unması haqda məhkəmə aktı iddiaçının təqdim etdiyi mötəbərliyi cavabdehlər tərəfindən mübahisələndirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlak kompleksinin qiymətləndirilməsi barədə hesabatına əsasən qəbul edilirsə, niyə görə cavabdeh tərəfin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatı qəbul edilmir?! Məgər bu hal hakimin sübutlara qərəzli yanaşmasından xəbər vermirmi?! Belə olan halda, mülki mühakimə icraatının təməl prinsipləri (çəkişmə, bərabərlik, qanunçuluq və s.) pozulmurmu?! Bundan başqa, bəs Azərbaycan Respublikası Mülki Məcəlləsinin təməl prinsiplərindən olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı prinsipləri ilə nə edək?! Göstərilənlərdən başqa məhkəmə iddianı təmin edərkən qətnamədə göstərir ki, Cavab deh2 və Cavabdeh3 qeyd olunan alğı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra ölkə xaricinə getmiş və hazıradək qayıtmamışlar və satışdan əldə olunmuş 160.000 manat məbləğindəki pulun da iddiaçıya verilməsini sübuta yetirə bilməmişlər. Bu nə deməkdir, bunun tərəflər (İddiaçı ilə Cavabdeh1) arasında bağlanılmış xx.xx.2021ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarlığına nə aidiyyəti var?! Əmlakı alan şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada bank vasitəsilə əmlakın dəyərini ödəmişdirsə, kimin kimə pul veribverməməsinin mübahisəyə nə aidiyyəti var, getsinlər öz aralarında pul mübahisəsini həll etsinlər. Ən maraqlısı isə məhkəmə aktının 33-cü bəndində əks olunmuşdur. Belə ki, həmin bənddə hakim göstərir ki, “Cavabdeh2 tərəfindən vəd edilm iş pul məbləğinin verilməməsi iddiaçının aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlaması ilə nəticələnmişdir”. Yəni hakimin qənaətinə görə alqı-satqı müqaviləsinin ən son hərəkəti (pul məbləğinin verilməsi) əqdin ilk addımını (satmaq niyyətini, əmlakı satmaq iradəsini) formalaşdırır. Təbii ki, bu absurddur! Eyni zamanda iddianı təmin edən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 aldatma ilə hərəkət etdiyini qeyd etsə də, bunu da yalnız iddiaçı tərəfin ərizə və izahatları əsasında qurmuşdur. Halbuki, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı dələduzluq, yəni aldatma nəticəsində əmlakından məhrum olması faktı ilə bağlı ərizələri hüquq-mühafizə orqanları tərəfindən rədd edilmiş və ya cinayət tərkibi olmadığından xitam olunmuşdur. Lakin bütün bunlara baxmayaraq işə baxmış birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq öz qətnaməsində aldatma, yalan əsasında əqdin bağlanmasını qeyd edir. İşə birinci instansiya məhkəməsində qeyri-obyektiv və qərəzli baxılmasını həmçinin o hal təsdiq edir ki, baxmayaraq cavabdeh tərəflər iş üzrə qiymətləndirmə keçirilməsi haqda haqlı vəsatət verilmişdir, heç bir əsas olmadan təmin olunmamışdır. Halbuki, iddiaçı və cavabdeh tərəfindən mübahisəli əmlakla bağlı fərqli, bir-birinə zidd qiymətləndirmə hesabatları təqdim olunmuşdur. Hakim isə işin obyektiv tədqiqi üçün ekspertiza təyin edib bu halı müəyyən etmək əvəzinə birtərəfli yanaşma nümayiş etdirərək, iddiaçının təqdim etdiyi hesabatı qəbul etmişdir. İşə baxmış hakimin ümumiyyətlə Cavabdeh1 qərəzli münasibəti həmçinin məhkəmə aktının nəti cə hissəsinin "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 500 manat məbləğində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi” hissəsi ilə də müəyyən olunur. Belə ki, əqdin aldatma nəticəsində bağlanması halı qəbul edilsə belə, əgər Cavabdeh1 bu aldatmanın tərəfi olmayıbsa, əksinə, bundan zərər çəkmişdirsə, niyə görə qiymətləndirmə hesabatının dəyəri ondan tutulmalıdır?! Təbii ki, cavabdeh olaraq hər hansı aldatma, yalan nəticəsində əqd bağlandığını qəbul etmir, hesab edir ki, bağlanmış əqd qanunvericiliyin bütün tələblərinə riayət olunmaqla bağlanmışdır, lakin kiçik bu hal belə göstərir ki, işə baxılarkən mübahisəyə qeyri-obyektiv, birtərəfli və qərəzli yanaşılmışdır.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 11 yanvar 2023-cü il tarixli, 2(103)-885/2023 saylı qətnaməsi ilə (hakimlər Azad İmanov sədrlik edən, məruzəçi, Fuad Talışınski və Məmməd Məmmədov) apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2(006)-2245/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, iddianın təmin edilməsi üçün əsaslar olmamışdır. Belə ki, mübahisəli əmlak kompleksinə dair alqı-satqı müqaviləsi etibarlı əqd olmaqla mülki qanunverciliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Əqdin qiyməti tərəflərin razılaşması ilə müəyyən olunur və əqdin dəyərindən ucuz satılması o nun etibarsızılığı üçün əsas sayıla bilməz. Cavabdeh1 mübahisəli əmlakı əvəzi ödənilməklə vicdanlı əldə etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 140, 339.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki kollegiyasının 23 may 2023-cü il tarixli, 2(102)-2065/2023 saylı qərarı ilə (hakimlər Aqil Abbasov məruzəçi, Vidadi Məmmədov və Za ur Əliyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(103)-885/2023 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
28. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarına görə təmsil edilən iddiaçı və nümayəndəsi Cavabdeh2, etibarnamə verilənə qədər bir-birini tanımayıblar. Əmlakın, xüsusilə də daşınmaz əmlakın qiyməti satıcı və alıcı üçün mühüm əhəmiyyət daşıyır. Alqı-satqı predmeti olmuş əmlakın 0,50 ha torpaq sahəsi və üzərindəki istehsalat müəssisəsi olması işin mübahisə olunmayan halı kimi müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi mülkiyyətçinin (iddiaçının) öz əmlakını satmağı və ona çatmalı olan pulu almağı ağlabatan mühakiməyə görə tanımadığı şəxsə etibar etməməli olmamasına istinad etsə də, nə iddiaçının, nə də təmsil edən Cavabdeh2 bir-birini tanımamasına və bundan çıxış edərək əmlakın alqı-satqısı ilə bağlı şərtlərin, o cümlədən əmlakın satış dəyərinin onların özləri tərəfindən qarşılıqlı razılıq əsasında müəyyən edilməməsinə qiymət verməmişdir. Əmlakın satılması barədə yalnız iradə ifadəsinin olması analoji mübahisələrdə yeganə şərt deyil, bu qəbil işlərdə həm də əmlakın qiyməti ilə bağlı şərt də iradə ifadəsi ilə əhatə olunur. Apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının əmlakı satmaq niyyəti olmasına və təmsilçi Rəşad Əfənidyevin də bu niyyətdən çıxış edərək əmlakı satmasına istinad etsə də, iddiaçının satmaq istədiyi əmlakı hansı qiymətə satmasına yönələn iradə ifadəsinə əhəmiyyət verməmişdir. Halbuki işdə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş qiymətləndirmə rəyinə uyğun olaraq əmlakın rəyin verildiyi tarixə bazar dəyəri 2.550.000 manat, Cavabdeh1, vəkilinin sifarişi ilə təqdim edilən qiymətləndirmə rəyinə əsasən bazar dəyəri 270.000 manat, likvid dəyəri 216.000 manatdır. Lakin bir neçə istehsal sahəsindən ibarət olan həmin əmlak alqı-satqı müqaviləsinə əsasən 160.000 manata satılıb.
29. İşin müəyyən edilmiş hallarından təmsilçi olan Cavabdeh2 iddiaçının (təmsil edilənin) adından satdığı əmlaka baxş keçirməsi, həmin əmlakın nədən ibarət olması, onun həqiqi dəyəri barədə məlumatlı olması da görünmür. Belə olan halda, təmsilçi Cavabdeh2 görmədiyi əmlakın dəyərini iddiaçı ilə razılaşdırıb-razılaşd ırmamasına, əmlaka hansı meyarlar əsasında, kimin göstərişi ilə qiymət qoymasına aydınlıq gətirilmədən, yalnız iddiaçının əmlakı satmaq niyyəti olmasına və təmsilçi Rəşad Əfənidyevin də bu niyyətdən çıxış edərək əmlakı satmasına istinad edilməsi işə formal yanaşmanı göstərir.
30. Görünüyü kimi, qanunvercilik əqdin mübahisələndirilməsinin bir əsası kimi də bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsini nəzərdə tutub. İşin qeyd edilən halları göstərir ki, iddiaçının onu təmsil edən Cavabdeh2 əmlakı onun dəyərindən xeyli aşağı qiymətə satması barədə dəlillərinə Mülki Məcəllənin 339.1-ci maddəsinin tələbləri baxımından qiymət verməmişdir.
31. Nəzərə alınsa ki, iddiaçının verdiyi etibarnamə əsasında Cavabdeh2 iddiaçıya məxsus əmlakı sonuncunun dediyinə görə xeyli aşağı qiymətə Cavabdeh1 satıb, belə olan halda, etibarnamə verən iddiaçının etibarnamə verərkən həmin əmlakın qiyməti ilə bağlı həqiqi iradə ifadəsinin nəyə yönəlməsinin müəyyən edilməsi mübahisənin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının qeyd edilən etibarnamə ilə Cavabdeh2 hansı şərtlərlə əqdi bağlamaq barədə iradə ifadəsinin olmasını müəyyən etmədən iddianı rədd etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində iddiaçılar tərəfindən şahidlər dindirilsə də, apellyasiya instansiya məhkəməsi həmin şahidlərin ifadələrinə qiymət verməmiş, şahid ifadələrini nəyə görə qəbul etməməsini də əsaslandırmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
33. Göründüyü kimi, hazırki iddia üzrə işin halları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013cü il tarixli qərarında əks olunan hüquqi mövqe baxımından qiymətləndirilməyib.
34. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 vicdanlı alıcı olaraq, ona münasibtədə Mülki Məcəllənin 140-cı madddəsinə uyğun olaraq reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını qeyd etmişdir. Halbuki, əmlak birbaşa mülkiyyətçisinin adından satıldığı üçün reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının, başqa sözlə vicdanlı əldə edilənlik halının hazırki işə tətbiqi istisna edilir. Qeyd edilməlidir ki, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiy ası əldə edən üçüncü şəxslərin hüquq və mənafelərinin müdafiəsinə yönələn institutdir.
35. Həmçinin qeyd edilməlidir ki, işin müəyyən edilmiş hallarına görə Cavabdeh1 aldığı əmlaka baxış keçirməsi, onun hansı əmlakı almaq istəməsi barədə məlumatlı olması, aldıqdan sonra da əmlaka yiyələnməsi görünmür. Qeyd edilən hallar baxımından Cavabdeh1 təmsilçi vasitəsilə əldə etdiyi əmlakla bağlı lazımi ehtiyatlılıq nümayiş etdiribetdirməməsinə də qiymət verilməyib. Buna görə də əqdin Cavabdeh1 münasibətdə də bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi məsələsi açıq qalmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən 19 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan ünvan 2ində yerləşən, ümumi sahəsi 363,5 kv.m olan əmlak kompleksinin müqavilə bağlanan zaman mövcud olan bazar qiymətinin təqribən 92.700 manat; 19 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan ünvan 2ində yerləşən 0,50 ha topaq sahəsinin müqavilə bağlanan zaman mövcud olan bazar qiyməti təqribən 79.000 manat olduğu müəyyən edilmişdir.
37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)84/2025 saylı qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva, sədrlik edən, məruzəçi, Fuad Babayev və Fuad Abdıyev) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2(006)-2245/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (X2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi, kassasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş əsasla (əqdin bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanması) yoxlanılmasına dair göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının istinad etdiyi halların iddia ərizəsində göstərilən Mülki Məcəllənin 340.1-ci və 340.2 -ci maddələrinə əsasən dəyərləndirilməsinə zərurət qalmayıb. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsində əqdin təmsilçi vasitəsilə bağlanmasının mümkünlüyü təsbit edilmişdir. Bununla belə nəzərə alınmalıdır ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiyəyə malik olduğundan, onun qanuni maraqları təmin edilməlidir. Ona görə də bu kateqoriyadan olan işlərə baxılarkən, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına və əqdlərin bağlanmasını mümkün edən hansı şərtləri müyyən etməsinə yönələn iradə ifadəsinin olmasıdır.
39. İddiaçı, etibarnamənin verildiyi, həmin etibarnamə verilən zaman onun xüsusi mülkiyyətində olan ünvan 2ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m olan “əmlak kompleksi”nin altındakı t orpaq sahəsi ilə satmaq niyyətində olduğu, etibarnaməni də Cavabdeh2 məhz bu məqsəd ilə verdiyi faktlarını qəbul etmişdir. Yəni həmin etibarnaməni verməsində məqsədi mübahisəli əmlakı əvəzli qayadada özgəninkiləşdirmək niyyətindən ibarət olmuşdur. Lakin, o özünə məxsus əmlakı 2.500.000 manat məbləğində dəyərləndirmiş, əmlakı məhz bu məbləğə satmaq istəmiş, bu barədə Cavabdeh3 və qardaşını məlumatlandırmış, etibarnamə verdiyi Cavabdeh2 da şəxsən tanımadığını qeyd etmişdir. Müqavilə bağlandıqdan sonra isə Cavabdeh3 onun adından etibarnamə verilmiş Rəşad adlı şəxsdən faizlə 130.000 manat məbləğində borc pul götürdüyü, 3.000.000 manatdan artıq dəyəri olan əmlakının cavabdehlər tərəfindən 160.000 manat məbləğində dəyərləndirildiyi (130.000 manat borcu üzərinə faiz də əlavə etməklə), Cavabdeh3 Cavabdeh2 aldığı həmin borcun zamanəti kimi də bu əmlakı Cavabdeh1 adlı yaxın qohumunun adına özgəninkiləşdirdiyindən xəbər tutmuşdur.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirməsi, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməsidir. Təmsilçi, təmsil etdiyi şəxsin adından onun mənafeyi üçün hərəkət etməlidir. Odur ki, təmsil olunanın adından bağlanmış əqdin etibarsızlığına dair işə baxılarkən təmsilçinin müvafiq müqavilənin bağlanmasına dair lazımi səlahiyyətlərə malik olub-olmaması, əgər bu barədə etibarnamə varsa, oradakı səlahiyyətlər verilərkən təmsil olunanın niyyəti, bu niyyətin mübahisəli əmlakın özgəninkiləşdirilməsini əhatə edib-etmədiyi (zərur i olduqda etibarnamədəki iradə bəyanı təfsir edilməklə), etibarnamədən təmsil olunanın, yoxsa təmsilçinin özünün mənafeyinə istifadə olunması, əqd bağlanarkən təmsilçinin əqdin qarşı tərəfi ilə pis niyyətlə razılığa gəlib-gəlməməsi tam və hərtərəfli yoxlanılmalı, nəticəsindən asılı olaraq mübahisə həll edilməlidir.
41. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, bir şəxsin bütün əmlakının idarə olunması və ona hər cür sərəncam verilməsi haqqında səlahiyyətləri nəzərdə tutan (ümumi) etibarnamənin mövcudluğu yuxarıda qeyd olunan halların araşdırılmasını istisna etmir. Əks mövqe məsələyə formal yanaşılmasına, nəticə etibarilə təmsil olunanın haqlı mənafelərinin məhkəmədə təmin olunmamasına gətirib çıxara bilər. Odur ki, təmsil səlahiyyətinin yoxluğuna və ya bundan pis niyyətlə istifadə edilməsinə görə əqdin etibarsızlığı barədə məsələ hər bir işin konkret hallarından asılı olaraq həll edilməlidir.
42. İşdə olan sübutları araşdıraraq apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər – mübahisəli əmlakın 2.500.000 manata satılmalı olduğu, əmlakın onun razılığı olmadan satıldığı, cavabdehlərin onun müəyyən etdiyi şərtə əməl etməməklə onu aldatdıqlarını və s. yuxarıda göstərilən sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsi zamanı şahid ifadələrinə qiymət verərkən apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, iddiaçının qardaşının, sonuncunun dostunun və mülkiyyətçisi olduğu müəssisəsinin icraç ı direktorunun cavabdehlərlə olan gərgin, iddiaçı ilə olan səmimi münasibətlərindən dolayı şahid kimi ifadələrinin qərəzli olması ehtimalı yüksəkdir.
43. Ona görə də apellyasiya instansiyası məhkəməsi qeyd olunan şahid ifadələrinə tənqidi yanaşmaqla, mötəbər sübut olaraq qəbul edilməməsi qənaətinə gəlmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ki, məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin iş üzrə tərtib olunmuş rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, 03 aprel 2025-ci il tarixli rəyin məzmunu "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli və "xxxx" MMC-nin 14 iyul 2022-ci tarixli qiymətləndirmə rəylərinin məzmununa uyğundu r, bu nəticələrin arasında yaranmış nisbi fərq isə, mübahisəli əmlakın bazar dəyərinin müqavilə bağlanan zaman əmlakın mövcud olmuş orta bazar qiymətlərinə əsasən deyil, qiymətləndirmə rəylərinin tərtib olunan zaman mövcud olmuş orta bazar qiymətlərinə əsasən yoxlanılması və bunun nəticəsində daşınmaz əmlak bazarında qiymətlərində baş verən artım ilə əlaqəlidir.
45. Həmçinin tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasının pandemiya dövrünə düşdüyü, COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar daşınmaz əmlak bazarında aktivliyin aşağı düşdüyü, həmin dövrün daşınmaz əmlakla bağlı əməliyyatlar üçün əlverişli vaxt olmadığı, iddiaçının özünün bildirdiyinə görə pula ehtiyacı olduğu üçün özünə məxsus əmlakı tezliklə satmaq niyyətində olduğu nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən əmlak kompleksinin qiymətinin 2.500.000 manat olması barədə tərtib edilmiş 14 iyul 2022-ci il tarixli mütəxəssis rəyinin digər üç rəydən kəskin formada fərqləndiyi və faktiki olaraq həqiqəti əks etdirmədiyi üçün əsaslı olmadığı qənaətinə gəlmək mümkündür.
46. Bu səbəbdən Cavabdeh1 əmlakı alan zaman əraziyə baxış keçirdiyi, əmlakın nədən ibarət olduğunu bildiyi və iddiaçının faktiki istifadəsində olan 2,868 ha torpaq sahəsindən yalnız 0,5 ha torpaq sahəsi və onun üzərində olan əmlak kompleksini (qurğular istisna olmaqla), təklif olunan məbləğə uyğun olduğu üçün əldə etdiyi barədə izahatı inandırıcı gəlir.
47. Belə ki, iddiaçının sahibliyində olan digər tikililər və həmin tikililərin altında olan torpaq sahəsi tərəflə r arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olmamışdır. İddiaçının adına tərtib edilmiş Texniki Pasport”dan görünür ki, beton istehsal edən qurğu, daş qıran qurğu, asfalt istehsal edən qurğu və s, yəni dörd növ istehsalat sahəsi, o cümlədən altında olan torpaq sahəsi (0,1449 ha), habelə sərbəst torpaq sahəsi (2,431 ha) iddiaçının sahibliyində və istifadəsində qalmışdır.
48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə alqı-satqı müqaviləsinin bağlanmasında adından iştirak etmək üçün 09 aprel 2021-ci il tarixli, 864308 nömrəli etibarnamənin iddiaçı tərəfindən Cavabdeh2 verildiyi, mübahisəli 0,50 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksinin əvəzli əqdlə (alqı-satqı müqaviləsi ilə) özgəninkiləşdirilməsinin iddiaçının arzu etdiyi hüquqi nəticə olduğu, müqavilə bağl anan günü arvadının razılığının da rəsmi şəkildə alındığı, deməli iddiaçının müqavilənin bağlanmasından məlumatlı olduğu müəyyən edilmişdir.
49. Bundan başqa, işdə olan sübutlara əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, satış tarixində əmlakın bazar dəyəri ilə müqavilədəki dəyəri uyğun olmuşdur. Əmlakın satılmasından umulan faydanın iddiaçının istinad etdyi kimi 2.500.000 manat məbləğində olmasının ağlabatan olmadığı aşkardır. İddiaçının ona məxsus əmlakın əslində niyyətində tutduğu qiymətdən dəfələrlə aşağı qiymətə satıldığına, bununla da aldadıldığına dair dəlillərin əsaslı olmasını işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.
50. İddiaçı ilə nümayəndəsi olan Cavabdeh2 etibarnamə verilənə qədər bir-birini tanımaması da iddiaçıya özünün iddia ərizəsind ə təsdiq etdiyi kimi qardaşının dostu olan Cavabdeh3, daha sonra isə Cavabdeh2 şüurlu sürətdə adından özünə məxsus əmlakı özgəninkiləşdirmək üçün etibarnamə verməsinə maneçilik törətməmiş, belə olan halda da iddiaçının iddia ərizəsində bu dəlilə istinad etməsi onun qanunvericiliklə verilən hüquqlardan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir.
51. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, iddiaçı ilə Cavabdeh2 arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olduğu qənaətinə gələrək qeyd etməyi zəruri saymışdır ki, tapşırıq müqaviləsinin lazımi qaydada yerinə yetirilmədiyini sübut etmək vəzifəsi vəkalət verənin, hazırkı halda iddiaçının üzərinə düşür. O, vəkalət alanın tapşırığı düzgün yerinə yetirmədiyini və ya tam yerinə yetirmədiyini, bun un nəticəsində zərərə uğradığını və s. təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
52. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhz iddiaçı sübuta yetirməli idi ki, müqavilənin bağlanmasında onu təmsil edən cavabdeh etibarnamə verilən zaman ona ötürülmüş səlahiyyətlərə zidd olaraq və ya bu səlahiyyətləri aşaraq, həm də yalnız şəxsi maraqlarına uyğun şəkildə digər tərəflə razılığa gəlmişdir.
53. Göründüyü kimi həmin halların (Cavabdeh3 Cavabdeh2 faizlə 130.000 manat məbləğində borc pul götürdüyü, həmin borcun müqabilində də iddiaçıya məxsus əmlakı 160.000 manat məbləğində dəyərləndirdiyi və Cavabdeh1 adlı yaxın qohumunun adına borcun əvəzinə özgəninkiləşdirildiyi) mövcudluğunun işdə olan sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır.
54. Apellyasiya in stansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi əqdin etibarsız hesab edilməsi ilə yalnız o halda nəticələnə bilər ki, həmin razılaşma ilə təmsil olunan üçün mənfi nəticələr yaranmış olsun, o, zərərə düşmüş olsun. Əqdin bağlanması nəticəsində təmsil olunan üçün mənfi nəticələrin baş verməməsi isə onun nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi halının öz təsdiqini tapdığı təqdirdə belə əqdin etibarsız hesab edilməsi istisna edilir (mübahisəli əmlakın bazar dəyəri müqavilə bağlanan zaman əmlakın mövcud olmuş orta bazar qiymətlərinə uyğun olmuşdur).
55. Göründüyü kimi, işdə olan sübutlara əsasən mübahisə predmeti olan alqısatqı müqaviləsinin bağlanması ilə bağlı notariat əməliyyatlarının qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirildiyi, təmsil edilənin-iddiaçının iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olduğu, əqdin bağlanmasında iştirak edən nümayəndənin səlahiyyətli olduğu, əmlakın müqavilə bağlanan zaman mövcud olmuş bazar dəyərinə uyğun şəkildə satıldığı, həmin məbləğin 19 aprel 2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 tərəfindən notariusun depozit hesabına köçürüldüyü müəyyən edilmişdir. Müqavilə iddiaçının iradə ifadəsinə uyğun bağlanmış və həmin müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin bağlanması halları olmamışdır.
56. İşə baxmış birinci instansiya məhkəməsi tərəfindən isə yuxarıda sadalanan bu hallar nəzərə alınmamış, cavabdehləri n etirazlarının əsaslandırdığı halları müvafiq maddi hüquq normalarının tələblərinə riayət edilməklə lazımi qaydada qiymətləndirilməmişdir. Halbuki iddiaçının işdə olan sənədlərə əsasən, müqavilənin bağlanmasından məlumatsız olduğu, müqavilə bağlanan zaman aldadıldığı və s. barədə dəlillər öz təsdiqini tapmamışdır.
57. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 337.1, 337.2, 337.4, 339.1, 339.2, 339.3, 359.1, 359.3, 362.1, 364.1, 364.2, 567, 646.1, 646.2, 778.1-ci maddələrinə, “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013- cü il tarixli qərarına, habelə MPM-nin 14.2, 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
58. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
59. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin bu iş üzrə qəbul etdiyi qərara əsasən işin apellyasiya instansiyasına qaytarılaraq qeyd olunan maddənin tələblərinin pozulması faktına qiymət verilməsinə dair göstəriş verilmişdir. İşin görünən tərəfi odur ki, etibar edilən etibar edənin iradəsini n ziddinə olaraq əmlakı dəyərindən ucuz qiymətə satmışdır. İndiyə kimi olan məhkəmə proseslərində alqı-satqının predmeti 0.50 ha torpaq sahəsi, üzərində olan tikili və avadanlıqlarla birlikdə müəssisələrində satılması işin mübahisəsiz halı olması məhkəmə aktları ilə təsdiq olunur. Belə ki, təmsilçi məhkəmə iclasında əmlakın yalnız hüquq müəyyənedici sənəddə göstərilən hissəsini satmasını bildirməsi özü-özlüyündə etibar edənin maraqlarına zidd olduğu işin materialları ilə belə təsdiq olunduğu halda məhkəmə hesab etmişdir ki, təmsilçi haqlı olaraq əmlakı mülkiyyətçinin iradəsinin ziddinə, özü bildiyi kimi satmışdır. Ümumiyyətlə məhkəmədə belə bir fikir formalaşmışdır ki, təmsilçi sanki mübahisələndirilən müqavilənin bir tərəfidir və onu əmlakın sonrakı mülkiyyətçisi kimi sərbəst iradə ifadəs ini ortaya qoyaraq əmlakı öz istəyinə uyğun özgəninkiləşdirmişdir. Lakin məhkəmə müəyyən etməmişdir ki, iddiaçı satmaq istədiyi əmlak hansıdı, satılan əmlakın vəsaiti ona ödənilibmi, ümumiyyətlə etibar edənin iradə ifadəsi nədən ibarət olmuşdur. Nə səbəbdən yalnız hüquqmüəyyənedici sənəddə qeyd olunan əmlakı satıb, bəs reyestrdə qeydə alınmayan lakin iddiaçının istifadəsində və sərəncamında olan əmlakla bağlı iradə ifadəsi nədən ibarət olmuşdur. Bütün bu suallara cavab verilməmişdir. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Vəkalət alanın tapşırığı icra etməmişdir və vəkalət verənin manafeyini müdafiə etməmişdir. Qeyd olunduğu kimi, vəkalət alan sanki müqavilənin tərəfi kimi çıxış etmiş və məhkəmədə onun bu mövqeyi ilə ra zılaşmışdır. Hətta əmlakı alan tərəf belə onu müstəqil tərəf kimi qəbul edərək özünü vicdanlı alıcı kimi göstərməyə çalışır. Sual yaranır əgər əmlakı alan özünü vicdanlı alıcı olduğunu qəbul edirsə deməli alqı-satqı zamanı qanunsuzluğun olması faktını qəbul edir. Lakin özünün buna aidiyyatının və ya məlumatının olmamasını nümayiş etdirir. İşdə iştirak edən şəxslərin izahatları 60. 09 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə kollegiyasının iclasında İddiaçı, üçüncü şəxs X2, onların nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər.
61. Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 kassasiya instansiyası məhkəməsinin iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb eyni məzmunlu izahatlarında kassasiya şikayətinin təmin e dilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. 62. 09 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Nümayəndə3 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
63. Cavabdeh3 və üçüncü şəxslər DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi və Bakı şəhəri, 14 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
64. Maddə 140 reyest rin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
65. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
66. Maddə 337.2 əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçiril miş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
67. Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
68. Maddə 339.1 hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
69. Maddə 339.2 şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmad an bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
70. Maddə 339.3 aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
71. Maddə 359.1 əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
72. Maddə 359.3 əmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyn i zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
73. Maddə 362.1 bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
74. Maddə 364.1 etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
75. Maddə 364.2 səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiy yətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
76. Maddə 567 alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
77. Maddə 646.1 və 646.2 daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
78. Maddə 778.1 vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
85. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
86. Hazırkı iş üzrə apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
87. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
88. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın t əmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
89. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı, etibarnamənin verildiyi, həmin etibarnamə verilən zaman onun xüsusi mülkiyyətində olan ünvan 2ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m olan “əmlak kompleksi”nin altındakı torpaq sahəsi ilə satmaq niyyətində olduğu, etibarnaməni Cavabdeh2 məhz bu məqsəd ilə verdiyi faktlarını qəbul etmişdir. Yəni, həmin etibarnaməni verməkdə iddiaçının məqsədi mübahisəli əmlakı əvəzli qayadada özgəninkiləşdirmək niyyətindən ibarət olmuşdur. Lakin, iddiaçı əmlakı 2.500.000 manat məbləğdə dəyərləndirmiş, həmin əmlakı məhz həmin məbl əğə satmaq istəmiş, bu barədə Cavabdeh3 və qardaşını məlumatlandırmış, etibarnamə verdiyi Cavabdeh2 şəxsən tanımadığını qeyd etmişdir. Müqavilə bağlandıqdan sonra isə Cavabdeh3 onun adından etibarnamə verilmiş Rəşad adlı şəxsdən faizlə 130.000 manat məbləğində borc pul götürdüyü, 3.000.000 manatdan artıq dəyəri olan əmlakının cavabdehlər tərəfindən 160.000 manat dəyərləndirildiyi (130.000 manat borcu üzərinə faiz də əlavə etməklə), Cavabdeh3 Cavabdeh2 aldığı həmin borcun zamanəti kimi bu əmlakı Cavabdeh1 adlı yaxın qohumunun adına özgəninkiləşdirdiyindən xəbər tutmuşdur.
90. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbləri ilə razılaşmayaraq qeyd etmişdir ki, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və h esabına yerinə yetirməsi, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməsidir. Təmsilçi, təmsil etdiyi şəxsin adından onun mənafeyi üçün hərəkət etməlidir. Odur ki, təmsil olunanın adından bağlanmış əqdin etibarsızlığına dair işə baxılarkən təmsilçinin müvafiq müqavilənin bağlanmasına dair lazımi səlahiyyətlərə malik olub-olmaması, əgər bu barədə etibarnamə varsa, oradakı səlahiyyətlər verilərkən təmsil olunanın niyyəti, bu niyyətin mübahisəli əmlakın özgəninkiləşdirilməsini əhatə edib-etmədiyi (zəruri olduqda etibarnamədəki iradə bəyanı təfsir edilməklə), etibarnamədən təmsil olunanın, yoxsa təmsilçinin özünün mənafeyinə istifadə olunması, əqd bağlanarkən təmsilçinin əqdin qarşı tərəfi ilə pis niyyətlə razılığa gəlib-gəlməməsi tam və hərtərəfli yoxlanılmalı, nətic əsindən asılı olaraq mübahisə həll edilməlidir.
91. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları araşdıraq qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər, yəni mübahisəli əmlakın 2.500.000 manata satılmalı olduğu, əmlakın onun razılığı olmadan satıldığı, cavabdehlərin onun müəyyən etdiyi şərtə əməl etməməklə onu aldatdıqlarını və s. yuxarıda göstərilən sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.
92. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsi zamanı şahid ifadələrinə qiymət verərkən apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, iddiaçının qardaşının, sonuncunun dostunun və mülkiyyətçisi olduğu müəssisəsinin icraçı direktorunun cavabdehlərlə olan gərgin, iddiaçı ilə olan səmimi münasibətlərindən dolayı şahid kimi ifadələr inin qərəzli olması ehtimalı yüksəkdir. Ona görə də həmin şahid ifadələrinə tənqidi yanaşılmalıdır.
93. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş 03 aprel 2025-ci il tarixli ekspert rəyinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin rəyin məzmunu işə əlavə edilmiş "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il və "xxxx" MMC-nin 14 iyul 2022-ci tarixli qiymətləndirmə rəylərinin məzmununa uyğundur, bu nəticələrin arasında yaranmış nisbi fərq isə, mübahisəli əmlakın bazar dəyərinin müqavilə bağlanan zaman əmlakın mövcud olmuş orta bazar qiymətlərinə əsasən deyil, qiymətləndirmə rəylərinin tərtib olunan zaman mövcud olmuş orta bazar qiymətlərinə əsasən yoxlanılması və bunun nəticəsində daşınmaz əmlak bazarında qiymətlərində baş verən artım ilə əlaqəlidir.
94. Həmçinin tərəflər arasında alq ı-satqı müqaviləsinin bağlanmasının pandemiya dövrünə düşdüyü, COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar daşınmaz əmlak bazarında aktivliyin aşağı düşdüyü, həmin dövrün daşınmaz əmlakla bağlı əməliyyatlar üçün əlverişli vaxt olmadığı, iddiaçının özünün bildirdiyinə görə pula ehtiyacı olduğu üçün özünə məxsus əmlakı tezliklə satmaq niyyətində olduğu nəzərə alınmalıdır.
95. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən əmlak kompleksinin qiymətinin 2.500.000 manat olması barədə tərtib edilmiş 14 iyul 2022-ci il tarixli mütəxəssis rəyinin digər üç rəydən kəskin formada fərqləndiyi və faktiki olaraq həqiqəti əks etdirmədiyi üçün mötəbər sübut kimi qəbul oluna bilməz.
96. Bu səbəbdən də Cavabdeh1 mübahisəli əmlakı alan zaman əraziyə baxış keçirdiyi, əmlakın nədən ibarət olduğunu bildiyi və iddiaçının faktiki istifadəsində olan 2,868 ha torpaq sahəsindən yalnız 0,5 ha torpaq sahəsi və onun üzərində olan əmlak kompleksini (qurğular istisna olmaqla), təklif olunan məbləğə uyğun olduğu üçün əldə etdiyi barədə izahatı inandırıcı gəlir. Belə ki, iddiaçının sahibliyində olan digər tikililər və həmin tikililərin altında olan torpaq sahəsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olmamışdır. İddiaçının adına tərtib edilmiş Texniki Pasport”dan da görünür ki, beton istehsal edən qurğu, daş qıran qurğu, asfalt istehsal edən qurğu və s, yəni dörd növ istehsalat sahəsi, o cümlədən onların altında olan torpaq sahəsi (0,1449 ha), habelə sərbəst torpaq sahəsi (2,431 ha) iddiaçının sahibliyində və istifadəsində qalmışdı r.
97. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanması üçün 09 aprel 2021-ci il tarixli etibarnamənin iddiaçı tərəfindən Cavabdeh2 verildiyi, mübahisəli 0,50 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksinin əvəzli əqdlə (alqı-satqı müqaviləsi ilə) özgəninkiləşdirilməsinin iddiaçının arzu etdiyi hüquqi nəticə olduğu, müqavilə bağlanan günü arvadının razılığının da rəsmi şəkildə alındığı, deməli iddiaçının müqavilənin bağlanmasından məlumatlı olduğu müəyyən edilmişdir.
98. Bundan başqa, işdə olan sübutlara əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, satış tarixində əmlakın bazar dəyəri ilə müqavilədəki dəyəri uyğun olmuşdur. Əmlakın satılmasından umulan faydanın iddiaçının istinad etdyi kimi 2.500.000 manat olmas ının ağlabatan olmadığı aşkardır. İddiaçının ona məxsus əmlakın əslində niyyətində tutduğu qiymətdən dəfələrlə aşağı qiymətə satıldığına, bununla da aldadıldığına dair dəlillərin əsaslı olmasını işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.
99. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, iddiaçı ilə Cavabdeh2 arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olduğu qənaətinə gələrək qeyd etməyi zəruri saymışdır ki, tapşırıq müqaviləsinin lazımi qaydada yerinə yetirilmədiyini sübut etmək vəzifəsi vəkalət verənin, hazırkı halda iddiaçının üzərinə düşür. O, vəkalət alanın tapşırığı düzgün yerinə yetirmədiyini və ya tam yerinə yetirmədiyini, bunun nəticəsində zərərə uğradığını və s. təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
100. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhz iddiaçı sübuta yetirməli idi ki, müqavilənin bağlanmasında onu təmsil edən cavabdeh etibarnamə verilən zaman ona ötürülmüş səlahiyyətlərə zidd olaraq və ya bu səlahiyyətləri aşaraq, həm də yalnız şəxsi maraqlarına uyğun şəkildə digər tərəflə razılığa gəlmişdir.
101. Göründüyü kimi həmin halların (Cavabdeh3 Cavabdeh2 faizlə 130.000 manat borc pul götürdüyü, həmin borcun müqabilində iddiaçıya məxsus əmlakı 160.000 manat məbləğində dəyərləndirdiyi və Cavabdeh1 adlı yaxın qohumunun adına borcun əvəzinə özgəninkiləşdirildiyi) mövcudluğunun işdə olan sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır.
102. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razı lığa gəlməsi əqdin etibarsız hesab edilməsi ilə yalnız o halda nəticələnə bilər ki, həmin razılaşma ilə təmsil olunan üçün mənfi nəticələr yaranmış olsun, o, zərərə düşmüş olsun. Əqdin bağlanması nəticəsində təmsil olunan üçün mənfi nəticələrin baş verməməsi isə onun nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi halının öz təsdiqini tapdığı təqdirdə belə əqdin etibarsız hesab edilməsi istisna edilir (mübahisəli əmlakın bazar dəyəri müqavilə bağlanan zaman əmlakın mövcud olmuş orta bazar qiymətlərinə uyğun olmuşdur).
103. Göründüyü kimi, işdə olan sübutlara əsasən mübahisə predmeti olan alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı notariat əməliyyatlarının qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirildiyi, təmsil edilənin-iddiaçının iradə ifadəsi və onun bildir ilməsinin vahidliyi mövcud olduğu, əqdin bağlanmasında iştirak edən nümayəndənin səlahiyyətli olduğu, əmlakın müqavilə bağlanan zaman mövcud olmuş bazar dəyərinə uyğun şəkildə satıldığı, həmin məbləğin 19 aprel 2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 tərəfindən notariusun depozit hesabına köçürüldüyü müəyyən edilmişdir. Müqavilə iddiaçının iradə ifadəsinə uyğun bağlanmış və həmin müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin bağlanması halları olmamışdır.
104. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda gös tərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
105. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)-84/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.