Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-260/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)2286/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayonu, Ojakəran kənd ərazisində elektrik su nasosunun açarının və sayğacının, həmçinin mühafizə tikilisinin bərpasının təmin edilməsi, sadalananların bərpasının təmin edilmədiyi halda 1000 manal maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi, ayaqyolunun çirkab suyu üçün anbarın ləğv edilməsi, Cavabdeh Calal oğlunun qanunsuz hərəkətlərinə son qoyulması və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcmini artıraraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin əlavə cavabdeh qismində işə cəlb olunmasını və Cavabdeh Calal oğlunun adına verilən seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin (hakim Z.İbrahimov) xx xxxxxx 2018-ci il tarixli, 2(018)32/2018 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, X6 tərəfindən verilmiş xx xxxxxxxx 1991-ci il tarixli, 115 nömrəli texniki şərt əsasında mərhum X1 və onun ailə üzvlərinin istifadəsinə verilmiş elektrik su nasosunun açarına, sayğacına və mühafizə tikilisinə Cavabdeh Cala oğlu tərəfindən edilən maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması, X6 tərəfindən verilmiş xx xxxxxxxx 1991-ci il tarixli, 112 nömrəli texniki şərt əsasında mərhum X1 və onun ailə üzvlərinin istifadəsinə icazə verilmiş Astara rayonu, Ojakəran kəndi ərazisində su nasosunun açarının və sayğacının, həmçinin mühafizə tikilisinin əvvəlki yerinə bərpa edilməsi və bərpa işlərinin Cavabdeh Calal oğlunun hesabına həyata keçirilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Z.Babayev, hakimlər Q.Kərimov və N.Mirzəyev) xx xxxxxx 2018-ci il tarixli, 2(106)-3171/2018 nömrəli qətnaməsi ilə Cavabdeh Calal oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(018)-32/2018 nömrəli qətnaməsinin Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən X6 tərəfindən verilmiş xx xxxxxxxx 1991-ci il tarixli, 115 nömrəli texniki şərt əsasında mərhum X1 və onun ailə üzvlərinin istifadəsinə icazə verilmiş Astara rayonu, Ojakəran kəndi ərazisində su nasosunun açarı və sayğacı, həmçinin mühafizə tiki lisinin əvvəlki yerinə bərpa edilməsi və bərpa işlərinin Cavabdeh Calal oğlunun hesabına həyata keçirilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(106)-3171/2018 nömrəli qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ə.Nurməmmədov, hakimlər M.Əhmədova və Ə.Rüstəmov) xx xxxxx 2019-cu il tarixli, 2(102)2726/2019 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 20 18-ci il tarixli, 2(106)-3171/2018 nömrəli qətnaməsinin iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni iddia tələbinin elektrik su nasosunun açarına, sayğacına və mühafizə tikilisinə Cavabdeh Calal oğlu tərəfindən edilən maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması, su nasosunun açarının və sayğacının, həmçinin mühafizə tikilisinin əvvəlki yerinə bərpa edilməsi və bərpa işlərinin Cavabdeh Calal oğlunun hesabına həyata keçirilməsinin rədd edilməsi hissələrində ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)2286/2019 nömrəli qətnaməsi ilə (hakimlər M.K.Həsənov, İ.Q.Əsədov və Z.A.Zeynalov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(018)-32/2018 nömrəli qətnaməsi iddia tələbinin elektrik su nasosunun açarına, sayğacına və mühafizə tikilisinə Cavabdeh Cala oğlu tərəfindən edilən maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması, su nasosunun açarının və sayğacının, həmçinin mühafizə tikilisinin əvvəlki yerinə bərpa edilməsi və bərpa işlərinin Cavabdeh Calal oğlunun hesabına həyata keçirilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)2286/2019 nömrəli qətnaməsindən Cavabdeh Calal oğlu və vəkili Babayev Bəxtiyar Rəhim oğlu kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Calal oğlu və vəkili Babayev Bəxtiyar Rəhim oğlu kassasiya şikayəti verərək qətnaməni ləğv, iddia tələbinin rədd edilməsi və ya işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, tətbiq edilməli olan qanunun və digər normativ hüquqi aktın tətbiq edilməməsi və qanunun səhv təfsir edilməsi ilə qəbul edilmişdir. Belə ki, o, sözügeədn torpaq sahəsini 2014-cü ildə almış və fərdi yaşayış evi tikmişdir. O torpaq sahəsini larkən orada nə sayğac, nə su nasosu, nə də tikili görməmişdir. Sayğac, su nasosu və tikilinin əvvəllər mövcud olub-olmaması barədə məlumatı yoxdur. İddia edilən mövcud ti kilinin cavabdeh tərəfindən sökülməsi barədə işdə hər hansı sübut olmadığı halda həmin tikilinin onun hesabına bərpa edilməsi barədə məhkəmənin nəticəsi əsassızdır. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin etməyib, iş üzrə Astara Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(018)-32/2018 nömrəli qətnaməsini iddia tələbinin elektrik su nasosunun açarına, sayğacına və mühafizə tikilisinə Cavabdeh Cala oğlu tərəfindən edilən maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması, su nasosunun açarının və sayğacının, həmçinin mühafizə tikilisinin əvvəlki yerinə bərpa edilməsi və bərpa işlərinin Cavabdeh Calal oğlunun hesabına həyata keçirilməsi hissələrində dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, xx xxxxx xxx 1991 -ci il tarixli, 115 nömrəli texniki şərt barədə arayışa əsasən X6 tərəfindən Astara rayonu, Ojakəran kəndi ərazisində yerləşən su nasosunun açarının və sayğacının yerləşdiyi mühafizə tikilisindən X1 və onun ailə üzvlərinin istifadəsinə icazə verilmişdir. İşdə olan xx xxxxx 2015-ci il tarixli, AZ-İ 706370 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxx 2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan xx xxxx 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Astara rayonu, Ojakəran kəndində yerləşən 0,15 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 178,9 m2 olan iki mərtəbəli fərdi yaşayış evinə Cavabdeh Calal oğlunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2018-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin surətində qeyd edilmişdir ki, X6 tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 115 nömrəli texniki şərt əsasında X1 və onun ailə üzvlərinin istifadəsinə icazə verilmiş Astara rayonu, Ojakəran kəndi ərazisində yerləşən su nasosunun açarının və sayğacının yerləşdiyi mühafizə tikilisinin əhatə etdiyi torpaq sahəsi Cavabdeh Calal oğlu tərəfindən zəbt edilmişdir. X6 tərəfindən verilmiş xx xxxxxxxx 1991 -ci il tarixli, 115 nömrəli texniki şərt əsasında X1 və onun ailə üzvlərinin istifadəsinə icazə verilmiş Astara r ayonu, Ojakəran kəndi ərazisində yerləşən su nasosunun açarının və sayğacının yerləşdiyi mühafizə tikilisinin əhatə etdiyi torpaq sahəsi ilə xx xxxx 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Cavabdeh Calal oğluna məxsus Astara rayonu, Ojakəran kəndində yerləşən 0,15 hektar torpaq sahəsi üst-üstə düşmür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəz tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 13801 nömrəli ekspert rəyində qeyd edilmişdir ki X6 tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 115 nömrəli texniki şərt əsasında X1 və onun ailə üzvlərinin istifadəsinə icazə verilmiş Astara rayonu, Ojakəran kəndi ərazisində yerləşən su nasosunun açarının vs sayğac ının yerləşdiyi mühafizə tikilisinin əhatə etdiyi torpaq sahəsinin Cavabdeh Calal oğlu tərəfindən tutulduğu müəyyən edilmişdir. Torpaq sahəsində yerləşən su nasosunun açarının və sayğacının baxış zamanı olmadığı müəyyən olunmuşdur. X6 tərəfindən verilmiş xx xxxxxxxx 1991-ci il tarixli, 115 nömrəli texniki şərt əsasında X1 və onun ailə üzvlərinin istifadəsinə icaze verilmiş Astara rayonu, Ojakəran kəndi ərazisində yerləşən su nasosunun açarının və sayğacının yerləşdiyi mühafizə tikilisinin əhatə etdiyi torpaq sahəsi ilə xx xxxx 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Cavabdeh Calal oğluna məxsus Astara rayonu, Ojakəran kəndində yerləşən 0,15 hektar torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunur. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı və cavabdeh Əzizov X5 rayonu, Ojakəran kəndində yaşayırlar. İddiaçının əri X2 və ailə üzvlərinə X6 tərəfindən Astara rayonu, Ojakəran kəndi ərazisində yerləşən su nasosunun açarının və sayğacının yerləşdiyi mühafizə tikilisindən istifadəyə icazə və bununla bağlı müvafiq texniki şərt verilmişdir. X3 xx xxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Həmçinin müəyyən olunur ki, Astara rayonu, Ojakəran kəndində yerləşən 0,15 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh Calal oğlunun xüsusi mülkiyyətindədir. İddiaçı qeyd edir ki, X6 tərəfindən verilmiş xx xxxxxxxx 1991-ci il tarixli, 115 nömrəli texniki şərt əsasında onlara istifadəyə icazə verilən su nasosundan yaşadıqları evə su vurmaq məqsədi ilə istifadə edirlər. Həmin su nasosunun və açarının yerləşdiyi tikili (təxminən 3 m2 yer) keçmiş qonşuları olan Fazil Zülfüqarova məxsus olmuş torpaq sahəsinin sərhədində yerləşir. Qonşuları F.Zülfüqarov torpaq sahəsini Cavabdeh satmış, bundan sonra sonuncu ilə həmin su nasosundan istifadə ilə bağlı mübahisələr yaranmışdır. Belə ki, Cavabdeh torpaq sahəsinin çəpərini sürüşdürməklə su nasosunun yerləşdiyi yeri də öz torpaq sahəsinə qatmış, nasosun və açarın götürülməsi üçün onlara təyziqlər etmişdir. İddiaçının tələbinin faktiki əsası ondan ibarətdir ki, cavabdeh onların istifadəsinə icazə verilmiş su nasosunun açarını və sayğacını, həmçinin mühafizə tikilisini onların iradəsinə zidd olaraq sökmüşdür. Prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmi şdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76-cı maddəsinə əsasəı tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyə olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bı Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutla hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerinde müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edər şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsas ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübut-larla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda sadalanan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası nəticəsində müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan su nasosunun açarının və sayğacının yerləşdiyi mühafizə tikilisinin əhatə etdiyi torpaq sahəsi Cavabdeh Calal oğlu tərəfindən zəbt edilmişdir. Eyni zamanda, həmin torpaq sahəsi ilə cavabdehin mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahəsi üst-üstə düşmür. Həmçinin rəy verilməsi məqsədi ilə tədqiqat aparılarkən su nasosunun açarının və sayğacının sözgedən torpaq sahəsində olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi, ekspert rəyi ilə mübahisə edilən su nasosunun və açarının, onların yerləşdiyi mühafizə tikilisinin qanuni əsaslarla cavabdehə məxsus olan torpaq sahəsində yerləşməməsi, həmçinin su nasosunun və açarının yerləşdiyi sahənin mühafizə tikilisi cavabdeh tərəfindən tutulması halı müəyyən edilmişdir. Ekspert rəyi ilə mübahisəli ərazinin cavabdeh tərəfindən tutulması müəyyən edildiyindən həmin ərazidə yerləşən tikililərin sökülməsini sübut etmə yükü iddiaçının deyil, əksinə mübahisəli qurğuların sökülməməsini sübut etmə yükü cavabdehin üzərinə düşür. Çünki qe yd edilən ərazinin cavabdeh tərəfindən tutulması faktı aparılmış ekspertiza tədqiqi ilə müəyyən edilmişdir. Cavabdeh verdiyi izahatında iddia edilə ərazinin, yəni su nasosu və açarının, həmçinin tikilinin yerləşdiyi torpaq sahəsinin ərazisini ona məxsus olmasını bildirmiş, eyni zamanda həmin ərazini özünə aid hesab etdiyindən su nasosu və açarının götürülməsinin qanuni olduğunu göstərməklə dolayısı ilə faktı etiraf etmişdir. Cavabdeh apelyasiya şikayətində yenə də, həmin ərazinin ona məxsus olduğunu, iddiaçının həmin əraziyə dair hər hansı bir sənədinin olmamasını göstərmiş, lakin bu dəfə fərqli mövqe irəli sürərək həmin su nasosunun və açarının, eyni zamanda tikilinin onun tərəfindən sökülmədiyini irəli sürmüşdür. Cavabdehin bu mövqeyi birinci instansiya məhkəməsində verdiyi izahatla zi ddiyyət təşkil etmişdir. Eyni zamanda onun tərəfindən özbaşına tutulması müəyyən edilən ərazidə (cavabdeh özü də məhkəmə iclaslarında həmin mübahisəli torpaq sahəsinin özünə məxsusluğunu bildirmişdir) hər hansı bir tikilinin onun tərəfindən sökülmədiyini qeyd edən cavabdeh bu halı sübut etməlidir. Lakin cavabdeh bununla bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, cavabdeh iddiaya etirazında istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səl ahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-2286/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-260/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-260/2020
13.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver