Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-260/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank “xxxx” ASC cavabdeh xxxxx və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-260/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh xxxxx oğlunun vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)206/2020 saylı qətnaməsindən cavabdeh Qaziyev Tahir Həsən oğlunun verdiyi kasasiya şikayəti ü zrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 12 saylı evin, 3 saylı mənzilindən cavabdehlərin istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması barədə iddia qaldırıb və tələblərini belə əsaslandırıb ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə “xxxx” ASC iddiası qismən təmin edilərək, Cavabdeh5 xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə 40.821 manat əsas, 1.400 manat faiz borcunun, 50 manat cərimə olmaqla, cəmi 42.271 manat kredit borcunun tutulub “xxxx” ASC ödənilməsi, tutmanın Tahir Qazıyevin mülkiyyətində olan ipoteka qoyulmuş Sumqayıt şəhəri, 18-ci mikrorayon, 12 saylı evin, 3 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilib. xx xxxx 2016-cı il tarixdə X2 Palatasının qərarına əsasən “xxxx” ASC bank fəaliyyətinə dair lisenziyası ləğv edilib. Azərbaycan İpoteka Fondu ASC ilə Bank “xxxx” ASC arasında imzalanmış xx xxx 2011-ci il tarixli xidmət müqaviləsinə əlavə olaraq xx xxxx 2016-cı il tarixli ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxx” ASC Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank “xxxx” ASC təhkim edilib. Bu barədə borclu Cavabdeh5 dəfələrlə şifahi, yazılı məlumat verilib. “X1 Mərkəzi” MMC xx xxxxxx 2017-ci il tarixli “Hərracına nəticələr i haqqında yekun” protokola əsasən Tahir Qaziyevə məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 12 saylı evin, 3 saylı mənzili iddiaçının balansına keçib. Hərracın yekunları üzrə iddiaçı ilə “X1 Mərkəzi” MMC arasında xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb. xx xxxxxx 2018-ci il tarixli Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb, Lakin cavabdehlər həmin mənzildə formal qeydiyyatda qalıblar. Bu isə mülkiyyətçi kimi iddiaçının hüququnu pozur. Ona görə də cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməli və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Cavabdehlər xxxxx və Cavabdeh5 Bank “xxxx” ASC və “X1 Mərkəzi” MMC qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, Bank “xxxx” ASC ilə “X1 Mərkəzi” MMC arasında hərracın nəticələrinə dair yekun protokol əsasında xx xxxxxx 2017-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, 12 saylı evin, 3 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi barədə iddia qaldırıb və tələblərini belə əsaslandırıblar ki, sözügedən mənzilin qiymətləndirməsindən, hərracın keçirilməsindən məlumatları olmayıb və onlara bu barədə hər hansı məktub göndərilməyib və mənzil onlara təklif edilməyib. Bundan başqa, hərracın nəticələrinə dair xx xxxxxx 2017-ci il tarixdə protokol tərtib edilməklə həmin gün “X1 Mərkəzi” MMC ilə alqı-satqı müqaviləsi bağlanıb. Mənzil kredit götürülən vaxt “xxxx” ASC xeyrinə ipoteka hüquqi ilə yüklü edilib. Sonradan ipoteka hüququnun və kredit borcunun Bank “xxxx” ASC təhkim edilməsindən xəbərləri olmayıb. Alqı-satqı müqaviləsi bağlanarkən mülkiyyətçi kimi Tahir Qaziyevin və ailə üzvlərinin razılığı alınmayıb, onlar bununla bağlı dəvət edilməyib və həmin mənzilin hansı qiymətə satılmasından məlumatsız olublar. Əksinə bu müqavilədən sonra onlar tərəfindən banka 4.000 manata yaxın ödənişlər edilib. Bank “xxxx” ASC mənzili qanunsuz olaraq öz adına rəsmiləşdirdikdən sonra onlardan pul almaqda davam edib və hazırda böyük bir ailənin mənzilə olan istifadə hüququna xitam verilməsini tələb edir. Mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi onların hüquqlarını pozulmaqla bağlanıb. Bu səbədən də alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və Çıxarış ləğv edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsin də icraat Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi A.M.Süleymanova) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, cavabdehlər1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Sumqayıt şəhəri, 18-ci mikrorayon, 12 saylı evin 3 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin onlar tərəfindən boşaldılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzil üzərində iddiaçının qanuni əsaslarla mülkiyyət hüququ əmələ gəlib, cavabdehlər həmin mənzilə olan istifadə hüquqlarını itiriblər. Beləliklə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi üçün əsaslar vardır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin, Mülki Məcəllənin 146.1, 146.2, 152.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər 1 və Cavabdeh5 qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.G.Rəhimov sədrlik edən və məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ilk iddianın təmin, qarşılıqlı i ddianın rədd edilməsi üçün əsaslar vardır. Birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 146.1, 152.5, 178.1, 203.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh xxxx kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rəd d, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Tahir Qaziyevin vəkili Vəkil məhkəmə iclasında kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı Bank “xxxx” ASC, cavabdehlər1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 Mərkəzi MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansi yası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, Mülki Məcəllənin 146.1, 152.5, 178.1, 203.1-ci maddələrinin, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.2 və 59.3-cü maddələrinin tələblərinə istinad edərək qeyd etmişdir ki, apelyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş m ateriallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh Elçin Kərimov tərəfindən tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və pr osessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, cavabdeh Tahir Qaziyev kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş xx xxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh5 xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 40.821 manat əsas, 1.400 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 42.271 manat kredit borcunun tutulub “xxxx” ASC hesabına ödənilməsi, tutmanın Tahir Qazıyevin mülkiyyətində olan ipoteka qoyulmuş Sumqayıt şəhəri, 18-ci mikrorayon, 12 saylı evin, 3 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh5 “xxxx” ASC olan kredit borcunun ödənilməsi və mənzil satıldıqdan sonra boşaldılaraq “xxxx” ASC təhvil verilməsi qət edilib. Bundan sonra, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx xxxxx 2017-ci il tarixli sifariş məktubuna əsasən, Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli icra vərəqəsi üzrə Tahir Qazıyevin mülkiyyətində olan sözügedən mənzilin açıq hərracdan satılmas ı “X1 Mərkəzi” MMC sifariş edilib və bu barədə icra sənədi üzrə borculara və tələbkara məlumat verilib. “X1 Mərkəzi” MMC xx xxx 2017-ci il və xx xxxx 2017-ci il tarixli bildirişlərindən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişinə əsasən qeyd olunan mənzil satılmaq üçün açıq hərraca çıxarılıb və mənzilin ilkin satış qiyməti 63.000 manat müəyyən edilib, hərracın keçirilməsi xx xxxx 2017-ci il tarixə, saat 11.00-a təyin edilib. Hərracın keçirilməsi barədə tələbkar Bank “xxxx” ASC və borclular Cavabdeh5 və Tahir Qazıyevə rəsmi qaydada bildiriş göndərilib və onlara hərracın keçirilmə vaxtı, yeri və mənzilin qiyməti barədə məlumat verilib. “X1 Mərkəzi” MMC xx xxxx 2017-ci il və xx xxxx 2017-ci il tarixli bildirişlərindən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi nə əsasən sözügedən mənzil satılmaq üçün açıq hərraca çıxarılıb, mənzilin satış qiyməti 53.550 manat müəyyən edilib. Hərracın keçirilməsi xx xxxx 2017-ci il tarixə, saat 11.00-a təyin edilib. Hərracın keçirilməsi barədə tələbkar Bank “xxxx” ASC və borclular Cavabdeh5 və Tahir Qazıyevə rəsmi qaydada bildiriş göndərilib, hərracın keçirilmə vaxtı, yeri və mənzilin qiyməti barədə məlumat verilib. Həmçinin poçt xəbərnamələrindən görünür ki, borclulara göndərilmiş bildirişlər xx xxxx 2017-ci il və xx xxxx 2017-ci il tarixlərdə rəsmi qaydada qəbul edilib. “Birja” qəzetinin 19-xx xxx 2017-ci il, 02-xx xxxx 2017-ci il, 07-xx xxxx 2017-ci il və xx xxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixli saylarında verilmiş elanlardan görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişinə əsasən qeyd ola nan mənzilə dair ilkin və təkrar hərracların keçirilməsi, habelə ilkin hərracın baş tutmaması barədə məlumatlar dərc olunub. xx xxxxxx 2018-ci il tarixli Çıxarışa əsasən sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Bank “xxxx” ASC adına qeydə alınıb. 19 saylı MKS-nin xx xxxxxx 2019-cu il tarixli 2 saylı formada arayışından görünür ki, Tahir Qaziyev, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 sözügedən mənzildə daimi qeydiyyatdadırlar. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları tədqiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini arışdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən mənzil xx xxxx 2011-ci il tarix li kredit müqaviləsi üzrə borclu Cavabdeh5 öhdəliklərinin təminatı olaraq “xxxx” ASC xeyrinə ipoteka hüquqi ilə yüklü edilib. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə borclu Cavabdeh5 tələbkar “xxxx” ASC xeyrinə cəmi 42.271 manat kredit borcunun tutulması və tutmanın Tahir Qazıyevin mülkiyyətində olan sözügedən mənzilə yönəldilməsi qət edilib. Bundan sonra qətnamə icraya yönəldilərək Sumqayıt şəhəri üzrə İcra İdarəsinin müvafiq qərarı ilə icra sənədi üzrə icraata başlanılıb və mənzilin açıq hərracdan satılmasına dair “X1 Mərkəzi” MMC sifariş verilib. İlkin açıq hərrac baş tutmayıb və təkrar keçirilmiş hərracda mənzil iddiaçı tərəfindən satın alınıb və mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Apelyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən hərrac qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilib və mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılıb. Cavabdeh Tahir Qaziyev kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində hərracın keçirilməsi barədə poçt bildirişlərindəki imzanın ona məxsus olmadığını, bu faktın ekspertin rəyi ilə öz təsdiqini tapdığını göstərsə də, apelyasiya instansiyası məhkəməsi bununla razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, bu hal ilk iddanın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, əvvəla, qanuni qüvvəyə minmiş Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinin ötən müddət ərzində icra olunmaması işin mübahisə olunmayan halıdır və cavabdehlərin həmin qətnamənin mövcudluğundan məlumatsız olmaları mülki iş materialları ilə istisna edilir. Bundan başqa cavabdehlər ötən müddət ərzində kredit borcunun tam məbləğdə ödənilməsinə dair ümumiyyətlə heç bir təşəbbüs göstərməyiblər, əksinə xx xxxxxx 2018-ci il tarixdən mənzil iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq orada yaşayırlar. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 101.3 və 103.1-ci maddələrinin mənasına görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi də məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi xx xxxx 2020-ci il tarixli ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və həmin rəydə göstərilən məlumatlar məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil. Çünki qeyd olunan prosessual normaların mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də kasasiya instansiyası məhkəməsi cavabdeh Tahir Qaziyevin kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara, o cümlədən ekspert rəyinə sadalanan prosessual normaların tələbləri baxımından düzgün hüquqi qiymət verib. Daha sonra “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağl anarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Həmin Qanunun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməs i üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 42.6-cı bəndinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmçinin Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb duzg ün olaraq qeyd etmişdir ki, “X1 Mərkəzi” MMC ilə Bank “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli “Hərracın nəticələri haqqında” yekun protokola və eyni tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli icra vərəsi üzrə cavabdeh Tahir Qazıyevə məxsus olan sözügedən mənzil hərraca çıxarılıb və mənzilin ilkin satış qiyməti 63.000 manat müəyyən edilib, lakin keçirilən ilk hərrac baş tutmadığı üçün həmin mənzil 40.613 manata ipoteka saxlayan Bank “xxxx” ASC təqdim edilib. Göründüyü kimi “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə “X1 Mərkəzi” MMC ilə Bank “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli “Hərracı n nəticələri haqqında” yekun protokola əsasən həyata keçirilib. Lakin, qarşılıqlı iddia ərizəsində “Hərracın nəticələri haqqında” yekun protokol ümumiyyətlə məhkəmə qaydasında mübahisələndirilməyib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdeh Tahir Qaziyevin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Qaziyev Tahir Həsən oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-206/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-260/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-260/2021
02.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver