Məhkəmə qərarları › İş №2(102)-260/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-260/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-260/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızına, Cavabdeh3 və Rzayev İsmət Abdul oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2268/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları 1. 17.03.2009-cu il tarixli, 09L000000308 saylı kredit xətti müqaviləsinə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.05.2016-cı il tarixli 09L000000308S saylı Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişə əsasən, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 500.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Bu müqavilə bankın kredit verilmə vədini ifadə etmir. Sazişin 1.2-ci bəndinə görə bu müqavilə ilə kredit razılaşmaları əsasında istənilən məbləğ 206 ay müddətinə 17 may 2026-cı il tarixdən gec olmayaraq verilməlidir. 3. 31.01.2014-cü il tarixli, 09R000010301 kredit r azılaşmasına əsasən, Cavabdeh1 oğluna 36 ay müddətinə, aylıq 1,75 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 65.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

4. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.05.2016-cı il tarixli 09R000010301SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən, Bank ilə kredit alan arasında 17.03.2009-cu il tarixli 09L000000308 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31.01.2014-cü il tarixdə bağlanmış 09R000010301 Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 20.04.2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir.

5. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27.02.2017-ci il tarixli 09R000010301SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən, Bank ilə kredit alan arasında 17.03.2009-cu il tarixli 09L000000308 Kredit xətti müqaviləsi üzrə 31.01.2014-cü il tarixdə bağlanmış 09R000010301 saylı kredit razılaşması əsasında Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 27.02.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir.

6. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 01.06.2017-ci il tarixli 09R000010301SC saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən, Bank ilə kredit alan arasında 17.03.2009-cu il tarixli 09L000000308 Kredit xətti müqaviləsi üzrə 31.01.2014-cü il tarixdə bağlanmış 09R000010301 saylı kredit razılaşması əsasında Kredit razılaşması üzrə götürdüyü kreditin qalığın ı və hesablanmış faizləri bu Sazişə əlavə olunan 01.06.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. 7. 27.02.2017-ci il tarixli, 009R********** kredit razılaşmasına əsasən, Cavabdeh1 oğluna 36 ay müddətinə, aylıq 1,9167 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3150 ABŞ dolları məbləğində kredit verilmişdir.

8. AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış 01.06.2017-ci il tarixli 009R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən, Bank ilə kredit alan arasında 17.03.2009-cu il tarixli 09L000000308 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 27.02.2017-ci il tarixdə bağlanmış 009R********** Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 01.06.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir.

9. Borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh2, Cavabdeh3, habelə Cavabdeh4 arasında 19.03.2009-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır.

10. İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3, habelə Cavabdeh4 arasında bağlanmış Zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında 17.05.2016-cı il tarixli sazişlərə əsasən, Bank ilə Zaminlər arasında 19.03.2009-cu il tarixdə bağlanmış Zaminlik müqavilələrinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500.000 ABŞ dolları və kredit xəttinin müddəti 206 ay müəyyən edilmişdir.

11. Cavabdeh2 19.03.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən, müvafiq olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. Şərq y/sahəsi 2704 küçəsində istifadədə olan 0.01271 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 86.1 kv.m yaşayış, 79.6 kv.m köməkçi sahədən sahəsindən ibarət otaqlı 33 nömrəli mənzili ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. 12. 17.05.2016-cı il tarixli 09M000000271S saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən, 19.03.2009-cu il tarixli 09M000000271 saylı İpoteka müqaviləsinə dəyişiklik edilmiş həmin ipoteka predmeti 500 000 ABŞ dolları həddinə müəyyənləşdirilmişdir.

13. Buna baxmayaraq, əsas borclu borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predme tinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

14. Bank 12.02.2018-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

15. Cavabdeh2 02.10.2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızına, Cavabdeh3 və Rzayev İsmət Abdul oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 17.03.2009-cü il tarixli 09L000000308 saylı kredit xətti müqaviləsinə, 17.05.2016-cu il tarixli 09L000000308S saylı sazişə, 31.01.2014cü il tarixli 09R000010301 saylı kredit razılaşmasına, 17.05.2016-cı il tarixli 09R000010301SA saylı, 27.02.2017- ci il tarixli 09R000010301SB saylı, 01.06.2017-ci il tarixli 09R000010301SC saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000010301 saylı kredit razılaşması üzrə 34000.59 ABŞ dolları məbləğində kredit borcu, 12323,42 ABŞ dolları məbləğində faiz borcu və 30923.74 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 77247.75 ABŞ dolları borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının tutulması, tələbin Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 77247.75 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması və Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

17. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-13) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.

18. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinin 08.01.2020-ci il tarixli iclasında bildirmişdir ki, iddia tələbində göstərilən məbləğ şişirdilmişdir. 19. "xxxx" MMC-nin 30.07.2018-ci il tarixli 0628/18/AB nömrəli Rəyi ilə müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 04.04.2018-ci il tarixli, 2(008)-3432/2018 saylı Qərardadına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq 2704 küçəsi, ev 33 bazar dəyərinə uyğun qiymətləndirilmiş və mənzilin orta bazar dəyəri 100.000 manat təşkil edir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17621 nömrəli 04.09.2019-cu il tarixli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 17.01.2018-ci il tarixinə İddiaçı QSC-yə əsas borcu 38445,10 ABŞ dolları, faiz borcu üzrə 10806,66 ABŞ dolları təşkil edir. 31.01.2014-cü il tarixli, 09R000010301 saylı kredit razılaşması üzrə 17.01.2018-ci il tarixə borclunun İddiaçı QSC-yə olan borcu əsas borcu üzrə 2860,18 ABŞ dolları, faiz borcu üzrə 276,63 ABŞ dolları təşkil edir. 2

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4941 nömrəli 02.03.2020-ci il tarixli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 31.01.2014-cü il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə əsas borcu 38395,63 ABŞ dolları, faiz borcu üzrə 23489,75 ABŞ dolları təşkil edir. 27.02.2017-cü il tarixli, 009R********** saylı kredit razılaşması üzrə borclunun İddiaçı QSC-yə olan borcu əsas borcu üzrə 2860,18 ABŞ dolları, faiz borcu üzrə 1674,55 ABŞ dolları təşkil edir.

22. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Paşayeva) 07 oktyabr 2020-ci il tarixli, 2(008)-140/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 17.03.2009-cü il tarixli 09L000000308 saylı kredit xətti müqaviləsinə, 17.05.2016-cu i l tarixli 09L000000308S saylı sazişə, 31.01.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşmasına, 17.05.2016-cı il tarixli 09R000010301SA saylı, 27.02.2017-ci il tarixli 09R000010301SB saylı, 01.06.2017-ci il tarixli 09R000010301SC saylı sazişlərə xitam verilməsi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 09R000010301 saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızından, Cavabdeh3 və Rzayev İsmət Abdul oğlundan müştərək qaydada 34000,59 ABŞ dolları əsas, 12323,42 ABŞ dolları faiz borcu, 3400 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 49724 (qırx doqquz min yeddi yüz iyirmi dörd) ABŞ dolları, 01 (bir) sent məbləğində pul (ödəniş gününə olan manat məzənnəsi ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə t utmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsumu, 21 (iyirmi bir) manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin hesabına köçürülməsi, tələb Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 saylı evə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsait İddiaçı QSC-nin hesabına ödənilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 saylı evin ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızı, Cavabdeh3 və Rzayev İsmət Abdul oğluna qaytarılması, hərracdan əldə olunmuş vəsait bor cun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızı, Cavabdeh3 və Rzayev İsmət Abdul oğlundan İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızı, Cavabdeh3 və Rzayev İsmət Abdul oğlundan müştərək qaydada ekspert rəyləri üzrə cəmi 240 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbi qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

23. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini Cavabdeh1 vermiş, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin qismində bank qarşısında borclu ilə birlikdə məsuliyyət daşımış, bunun nəticəsində bankın cavabdehlərə müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Əsas borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehlərin bank qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehlər həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri idd iaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən veilmiş 16.10.2020-ci il tarixli “Ölüm haqqında Şəhadətnamə”yə əsasən Cavabdeh2 02.10.2020-ci il tarixdə vəfat etdiyindən (Qətnamə 07.10.2020-ci il tarixdə qəbul edilmişdir.) və ipoteka predmeti olan ev mərhum Cavabdeh2 mülkiyyəti olduğundan vərəsələr müəyyən edilənə kimi Bakı Apell yasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixdə mülki iş üzrə icraat dayandırılmış, keçən müddət ərzində mərhumun adına heç bir vərəsəlik açılmadığı “Elektron informasiya sistemi” vasitəsi ilə müəyyən edildiyindən iş üzrə icraat təzələnmişdir və iş üzrə cavabdehlər –mərhumun oğlu və əri Cavabdeh3 və Rzayev İsmət Abdul oğlu hüquqi varislər olaraq tanınmışlar.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məmmədova (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski) 28 iyul 2021-ci il tarixli, 2(103)-2268/21 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(008)- 2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin e dilməsi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 17.03.2009-cü il tarixli 09L000000308 saylı kredit xətti müqaviləsinə, 17.05.2016-cu il tarixli 09L000000308S saylı sazişə, 31.01.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşmasına, 17.05.2016-cı il tarixli 09R000010301SA saylı, 27.02.2017-ci il tarixli 09R000010301SB saylı, 01.06.2017-ci il tarixli 09R000010301SC saylı sazişlərə xitam verilməsi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 09R000010301 saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Rzayev İsmət Abdul oğlundan müştərək qaydada 34000,59 ABŞ dolları əsas, 12323,42 ABŞ dolları faiz borcu, 3400 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 49724 (qırx doqquz min yeddi yüz iyirmi dörd) ABŞ dolları, 01 (bir) sent məbləğində pul (ödəniş gününə olan manat məzənnəsi ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsumu, 21 (iyirmi bir) manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin hesabına köçürülməsi, tələb Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 saylı evə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına İddiaçı QSC-nin borcu ödənilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 saylı evin ilkin satış qiyməti 100.000,0 (bir yüz min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 sa ylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 həmin evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi cavabdeh Rzayev İsmət Abdul oğluna qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Rzayev İsmət Abdul oğlundan İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Rzayev İsmət Abdul oğlundan müştərək qaydada ekspert rəyləri üzrə cəmi 240 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşaraq qeyd etmişdir ki, məhkəmə kollegiyası ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasının təmin edilməməsi barədə 1-ci instansiya məhkəməsinin qənaətini əsaslı saymayaraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə zamin Cavabdeh2 məhkəmə baxışı müddətində 02.10.2020-ci il tarixində ö lmüşdür. Elektron məhkəmə sistemində şəxsin ölüm faktı görünsə də, lakin qətnamə qəbul edərkən məhkəmə bu halı ətraflı araşdırmamış, iddianın təmin edilməsi üçün tələbi Cavabdeh2 Sofiyaddin qızının mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi “Şərq” y/s, sahəsi 2704 küçəsində yerləşən 33saylı evə yönəldilərək həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsini qət etmişdir. Halbuki, AR MPM-nin 261.0.7-ci maddəsinə əsasən i üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

31. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

32. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

33. Maddə 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəm əli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

36. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

37. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

38. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

45. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh1 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağı ipoteka müqaviləsi ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması, habelə ipoteka predmetinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 30-38).

46. Eyni zamanda cavabdehin etirazları iddianı aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddia tələblərinin təmin edilməsi qanuni və əsaslıd ır.

47. Kollegiya kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, apellyasiya məhkəməsi tərəfindən Cavabdeh2 prosessual hüquq varisi tanınmaqla iş üzrə qətnamə çıxarılmışdır.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2268/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar