Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2600/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(103)-1132/2023 saylı qətnaməsindən Cavabdeh İstehsal Birliyi tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 23 yanvar 2008-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yaşayan X8 evinin arxasından divarın dibi ilə adsız küçə istiqaməti boyu keçən qaz kəmərindən evin zirzəmisinə, sonra isə yataq otağına təbii qaz sızmasından partlayış baş verərək yanğn olmuşdur. Hadisə zamanı Zaur Abbasov termiki yanğın təsirindən aldığı bədən xəsarətlərindən xx.xx.2008-ci il tarixdə, arvadı Günel Dadaşova termiki alov yanığın təsirindən aldığı bədən xəsarətlərindən xx.xx.2008-ci il tarixdə ölmüş, Arzu Abbaszadə bədən səthinin 12-14%, İddiaçı isə bədən səthinin 1820% hissəsinin 1-3 dərəcəli termiki yanıqları nəticəsində hər ikisi həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətləri almışdır.
2. Həmin hadisənin baş verməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı, 24 iyun 2009-cu il tarixli hökmünə əsasən X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
3. Hökmdə qeyd edilmişdir ki, X4 Qaz İstismar idarəsinin 3 saylı Qaz istismar sahəsinin ustası işlədiyi vaxt Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində yerləşən X8 evinin arxasındakı adsız küçədən keçən qaz kəmərinə dövri baxış keçirməmiş, onun cihazla texniki yoxlanmasını aparmamış, texniki vəziyyəti müayinə etməmiş, eləcə də qaz xəttinin dövrlər üçün cari və əsaslı təmirini yerinə yetirməmiş, yerüstü qaz xəttinin yoxlanılması zamanı qazın sızmasını, kəmərin əyilməsini, yastılanmasını, zədələnməsini aşkar etməmiş, kəmərin paslanmadan qabağını almaq üçün rənglənməsini təmin etməmiş, kəmərin torpağın altında olduğu təqdirdə kəmər boyu xarici əlamətlər üzrə və cihazlarla qaz sızmasını aşkar etməmiş, qaz kəmərinin yoxlanılmasının nəticələrini qeyd dəftərində yazılmasını təmin etməmiş, qaz kəmərində nasazlıqlar olduğu təqdirdə bu barədə müvafiq qaydaya uyğun aktlar tərtib etməmiş, yeraltı qaz kəmərinin cihazla texniki yoxlanılmasında zədələnmə və qazsızma yerlərini aşkar etməmiş, həmin qaz kəmərinin gələcək istismarının mümkünlüyü, onun yerdəyişməsi və ya təmir zərurəti, habelə müddəti haqqında qərar qəbul etməməklə 01 oktyabr 2005-ci il tarixdə təsdiq olunmuş «X1ydaları» nın 3.3.5, 3.3.6, 3.3.7, 3.3.8, 3.3.10, 3.3.12, 3.3.19 və 3.3.27-ci bəndlərinin tələblərini, 26 iyun 197 9-cu ildə təsdiq olunmuş «X3ydaları» nın 9.29, 9.30, 9.36, 9.44, 9.45, 9.47 və 9.50-ci bəndlərinin tələblərini, xx.xx.1987-ci il tarixdə təsdiq olunmuş «Tikinti norma və qaydalarının» 4.17 və 4.22-ci bəndlərinin tələblərini, 21 dekabr 2005-ci ildə təsdiq olunmuş «X9 İstismar qaydaları»nın 3.3-cü bəndlərinin tələblərini pozmuş, nəticədə 23 yanvar 2008-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yaşayan X8 evinin arxasından divarın dibi ilə adsız küçə istiqaməti boyu keçən qaz kəmərindən evin zirzəmisinə, sonra isə yataq otağına təbii qaz sızmasından partlayış baş verərək yanğın olmuş, Zaur Abbasov sifətinin, hər iki yuxarı və hər iki aşağı ətraflarının, gövdənin arxa səthinin 2-3 «a» və 4 «b» dərəcəli termiki yanğın təsirindən aldığı bədən xəsarətlə rindən xx.xx.2008-ci il tarixdə, arvadı Günel Dadaşova başın tüklü hissəsi və süd vəziləri istisna olmaqla bütün bədən səthinin 2-3 «a» və 4 «b» dərəcəli termiki alov yanığından aldığı bədən xəsarətlərindən xx.xx.2008-ci il tarixdə ölmüş, Arzu Abbaszadə bədən səthinin 1214%, İddiaçı isə bədən səthinin 18-20% hissəsinin 1-3 dərəcəli termiki yanıqları nəticəsində hər ikisi həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətləri almış, evin və müxtəlif təyinatlı əşyaların yanıb məhv olması nəticəsində zərərçəkmişlərə 7.000 manatdan artıq məbləğdə maddi ziyan dəymişdir.
4. Bakı Şəhəri Qaradağ Rayonu İcra Hakimiyyəti Başçısının 06 mart 2008-ci il tarixli, 116 nömrəli sərancamı ilə X15 2005-ci il təvəllüdlü X16 və 2007-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir.
5. X17 C avabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hadisə zamanı qızı Günel Dadaşova və kürəkəni Zaur Abbasovun ölməsinə görə mənəvi ziyanın əvəzi olaraq ******* manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5356 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək Cavabdehndən iddiaçının xeyrinə ödəniləcək mənəvi ziyanın məbləği 70000 manat müəyyən edilmişdir. sin. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (qəyyumu X18) Cavabdeh İB-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhhətinə yetirilmiş xəsarətlərə görə vurul muş mənəvi zərərin əvəzi olaraq 100.000 manat, valideynlərinin faciəvi şəkildə həlak olması nəticəsində vurulmuş mənəvi zərərə görə 400.000 manat, ümumilikdə 500.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılıb ki, cavabdehin işçisinin təqsiri üzündən iddiaçıya mənəvi zərər vurulmuşdur. Cavabdehin işçisi olmuş X7 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsi iddiaçının həyatı üçün təhlükəli olan ağır dərəcəli yanıq xəsarətləri almağına, valideynlərinin ölümünə, həmçinin evlərinin məhv olmasına səbəb olmuşdur. Partlayış və yanğın baş verərkən iddiaçı 4 ayı tamam olmamış bir körpə idi. Yanıq şoku ilə müşayiət olunan, ü zün, burunun, alt çənənin, boyunun, hər iki əlin üst səthlərinin geniş sahəli termiki yaraları, sağ əlin beşinci barmağının proksimal falanqadan və 4-cü barmağın distal falanqadan ayrılması ilə müşayiət olunan yanıq yaraları, yuxarı tənəffüs yollarının yanıqları, bədən səthinin 12-14% hissəsinin 2-3 dərəcəli termiki yanıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri ona davamlı iztirab yaşadır. Həmin xəsarətlərə görə başqa insanların ona qarşı münasibətlərini görəndə sarsılır, iztirab, əzab çəkir və hər gün valideynlərinin faciəvi şəkildə ölməsini xatırlayır. Bütün bunlar onu çox sarsıdır, yaşama həvəsini azaldır, mənəvi hüzurunu pozur.
8. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazlı l etiraz və mülahizə də bildirməmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 noyabr 2022-ci il tarixli, 2(011)-5368/2022 nömrəli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia qismən təmin edilərək, valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 70.000 manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində, cəmi 100.000 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdehndən 390 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının valideynlərinin ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən ed ilmişdir. Göstərilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən, bu məhkəmə üçün məcburidir.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İddiaçı anasının və atasının ölümü, habelə özünün sağlamlığın həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətini alması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Buna görə də, iddiaçının həm valideynlərinin ölümü, həm də xarici görünüşündə yaranan xəsarətin izləri ilə bağlı yaşanan stres, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının öz valideynlərini itirməsi onun üçün həyatındakı ən sarsıdıcı hadisədir. Onda kədər, xəyal qırıqlığı, q əzəb, mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaradır. Belə ki, valideynini, ələlxüsus hər iki valideynini itirən uşaqlarda güvən duyğusunun zədələnməsi, sevgi çatışmamazlığı, hüzn kimi bir sıra emosional problemlər yarana bilir. Çünki valideynlərin itkisi uşaq böyüdükçə və özünü dərk etməyə başladıqca onun həyatında daha çox boşluq hissinin yaşamasına səbəb olur. Həmçinin yanıq xəsarətləri nəticəsində iddiaçının xarici görünüşündə yaranan qüsurlar onun sosial həyatında daima sıxıntı yaşamasına səbəb olur. Şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən valideynlərinin ölümü və sağlamlığına vurulmuş xəsarətlərlə bağlı, onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəti cəyə gəlməyə tam əsas verir. Lakin mənəvi zərərin həcmi iddia tələbində göstərilən məbləğdə deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq baş vermiş hadisə zamanı ana və atasının vəfatı ilə əlaqədar mənəvi ziyana görə İddiaçı xeyrinə 70000 manat məbləğində, baş vermiş hadisə zamanı İddiaçı sağlamlığına vurulmuş xəsarətlərlə bağlı mənəvi ziyana görə onun xeyrinə 30000 manat məbləğində pul vəsaiti tutulmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1, 1099.2-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1(001)-149/2009 nömrəli cinayət işinin məhkəmə istint aqı zamanı ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi qismində iştirak etmiş və hazırki mülki iş üzrə də iddiaçı şəxs olan İddiaçı xx.xx.2008-ci il tarixindən etibarən qəyyumu təyin olunmuş babası X5 Rayon Məhkəməsində vermiş olduğu izahatının sonunda dəymiş maddi ziyan kimi 4.000 manat məbləğində ona pul ödənildiyini, Ruslan Piriyevə qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını qeyd etmişdir. Bu barədə məhkəməyə yazılı ərizəsini və xx.xx.2009-cu il tarixli qəbzi təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasınının xx.xx.2019-cu il tarixli, 2(102)-5356/2019 nömrəli qərarında müəyyən olunur ki, cavabdeh X7 təqsirli hərəkətləri nəticəsində ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi X17 Cavabdeh İB-yə qarşı mənəvi ziyanın ödənilməsi tələbi ilə əvvəllər ayrıc a olaraq məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin həmin qərarına əsasən iddiaçı X13 qızının və kürəkəninin həlak olması, nəvələrinin ağır dərəcəli bədən xəsarətləri alması, nəvələrini atasız və anasız böyütmək məcburiyyətində qalması, azyaşlı qız nəvələrinin ağır dərəcəli yanıq xəsarətləri almış olmaları səbəbindən Cavabdeh İB tərəfindən ödəniləcək mənəvi ziyanın məbləği 70.000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2008-ci il tarixində iddiaçının ailəsinə məxsus mənzildə baş vermiş yanğın nəticəsində ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi qismində cinayət işində iştirak etmiş və hazırki mülki iş üzrə də iddiaçı şəxs olan İddiaçı xx.xx.2008-ci il tarixindən etibarən qəyyumu təyin olunmuş babası X13 təqsirləndirilən şəxs tərəfindən (iş yeri Cavabdeh İB tərəfindən) dəymiş maddi zərə rin əvəzi qismində xx.xx.2009-cu il tarixində 4.000 manat pulun ödənilmiş olduğunu, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və iddiasının olmamasını, tərəflərin hələ 13 il bundan əvvəl razılıq əldə etməklə barışmalarını, habelə qızı və kürəkənin ölümü ilə barabər azyaşlı qız nəvələrinin yanıq xəsarətləri almış olmaları səbəbi ilə Cavabdeh İB- dən 70.000 manat mənəvi ziyan məbləğində ödənişin edilməsi kimi işin diqqətəlayiq və konkret hallarını məhkəmə nəzərə almamışdır. Nəticədə Xətai Rayon Məhkəməsi tərəfindən qanuni və əsaslı olmayan qətnamə qəbul etməklə iddiaçı tərəfin həddən artıq zənginləşməsinə, cavabdeh təşkilat Cavabdeh İB-nin isə maddi və əmlak vəziyyəti baxımından durumunun daha da pisləşməsinə səbəb olan yekun məhkəmə aktı qəbul edilmişdir. Xətai Rayon Məhkəməsi m üvafiq mülki iş üzrə bu kimi diqqətəlayiq və konkret halları da nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən “Azəriqaz İB”-nin üzərinə 100.000 manat kimi yüksək məbləğdə mənəvi zərər əvəzinin iddiaçı tərəfə ödənilməsi öhdəliyini qoyması düzgün və ədalətli deyildir. Zərər məbləğinin ağlabatan və ədalətli olmasını, eləcə də iddiaçının qanuni nümayəndəsi olan babasının Cavabdeh İBdən ayrı-ayrılıqda 4.000 manat məbləğində maddi və 70.000 manat məbləğində mənəvi zərərin əvəzini almış olduğunu nəzərə alsaq, bu baxımdan hazırki iş üzrə qəbul edilmiş qətnamə ədalətli deyil, qəbul edilmiş mənəvi zərərin məbləği də ağlabatan olmamışdır. İddiaçının qəyyumu təyin olunmuş babasının insani və vicdani hissləri, gərək ki, onun “Azəriqaz İB”-dən ümumilikdə aldığı 74.000 ma nat məbləğində pulun müəyyən bir qismini nəvəsi olan iddiaçının sağlamlığına xərcləməsini tələb edirdi. Lakin görünən odur ki, qanuni nümayəndə təyin olunmuş baba nəvəsinin sağlamlıq qeydinə qalmır və vicdansızcasına nəvəsinin adından təkrardan Cavabdeh İB-yə qarşı qanuni nümayəndə qismində iddia qaldırır. Müvafiq iş üzrə İddiaçı ailə üzvünə, qəyyumu təyin olunmuş babasına “Azəriqaz İB” tərəfindən kifayət qədər mənəvi zərər məbləğinin ödənilmiş olması səbəbindən iddiaçının yardım və digər qulluq növlərinə möhtac olması sübut olunmur. Baş vermiş hadisənin onda yaratmış olduğu psixoloji stresin aradan qaldırılması məqsədilə nə zamansa dövlət və ya özəl xəstəxanada, habelə ibtidai təhsil aldığı məktəbdə psixoloji qeydiyyatdan keçmiş, psixoloq müayinəsi almış və s. kimi hərəkətlər etmişdir. İd diaçı tərəfin 15 il müddət ərzində psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmiş olması, sözdə deyilənlərdən başqa hər hansı bir formada sübut olunmamışdır. Hərçənd ki, 15 il öncəsində iddiaçının qanuni nümayəndəsi olan babası X17 ilə cavabdeh təşkilatın təqsirləndirilən əməkdaşı arasında razılıq əldə edilib barışığa nail olunmuşdur.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində cinayət işinə baxılarkən təqsirləndirilən şəxsin təqsirinin nəticəsi olaraq 4000 manat müqabilində barışıq əldə olunmuşdur. Hal-hazırda isə mənəvi ziyan cavabdeh təşkilatdan tələb olunur. Bundan başqa, birinci dəfə Dadaşov Şahin ö zünə münasibətdə dəymiş mənəvi ziyanın tutulmasını xahiş etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 70000 manat məbləğində iddia qismən təmin olunmuşdur. Halhazırda İddiaçıdır və özünə münasibətdə dəymiş ziyanın ödənilməsini xahiş edir. Belə ki, iddiaçı hadisə nəticəsində valideynlərini itirməsi, sağalmayan xəsarətlər alması, səhhətində kobud olan yaraların əmələ gəlməsinə görə daimi olaraq mənəvi iztirab çəkməsinə əsaslanaraq iddia irəli sürmüşdür. İddiaçı qız uşağıdır, gələcək həyatı vardır və müəyyən maddi təminatı olmalıdır. Cavabdeh təşkilatın işçisinin təqsiri nəticəsində iddiaçının başına bu hadisə gəlmişdir və bu səbəbdən iddiaçının bu iddianı irəli sürməyə haqqı vardır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1132/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya çəhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 və 1099-cu maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması; bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi; qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri.
18. Bundan başqa, qanunvericilikdə zərərvuran şəxsin təq sirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da nəzərdə tutulmuşdur. Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı zərər vurmalı, yəni işçinin hərəkətlərində (hərəkətsizliyində) hüquqi və ya fizikişəxsin fəaliyyəti ifadə olunmalı, o, əmək müqaviləsi və ya mülki hüquqi müqavilə üzrə iş görməli və müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməlidir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən hüquqi və ya fiziki şəxsin işçisinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yar anması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin (işçisinin törətdiyi əmələ görə) qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Belə ki, hökmlə müəyyən edilmiş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz. İş materiallarından göründüyü kimi Cavabdeh İB-nin əməkdaşı X12 vəzifə öhdəliklərini düzgün icra etmədiyinə görə iddiaçının valideynləri vəfat etmiş, özü isə bədən səthinin 18-20% hissəsinin 1-3 dərəcəli termiki yanıqları, yəni həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətləri almışdır. İddiaçının baş vermiş ha disə nəticəsində valideynlərin ölməsi və dərisində aradan qaldırılması mümkün olmayan yara izlərinin mövcud olması ilə əlaqədar mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azya şlı, yaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən səmimi münasibətinin və mənəvi yaxınlığının olması, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraitinin nə dərəcədə dəyişmiş olması, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
20. Şərh olunanları məcmu halda nəzərə almaqla kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması nəticəsinə əsaslı olaraq gəlmişdir. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 100.000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağla batan, ədalətli və mütənasib əvəzi kimi qəbul edilə bilər. Belə ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.
21. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçının qanuni nümayəndəsi X10 “Azəriqaz İB”- dən ayrı-ayrılıqda 4.000 manat məbləğində maddi və 70.000 manat məbləği ndə mənəvi zərərin əvəzini almış olmasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cümaddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına istinadən qeyd etmişdir ki, vəfat edənin mənəvi sarsıntı keçirmiş hər bir ailə üzvü keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə (ölmüş şəxslə) yaxınlıq dərəcəsinə müvafiq olaraq digər ailə üzvləri ilə birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər. Belə ki, Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.
22. İddiaçının baş vermiş hadisə nəticəsində öz valideynlərini itirməsi və sağlamlığına dəymiş zərər ucbatından keçirdiyi mənəvi iztirablarla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri saymışdır ki, hazırda iddiaçı verdiyi iddiada hadisə ilə bağlı məhz onun keçirdiyi sarsıntı və iztirablar, fiziki əzab, fəal ictimai həyatının davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətini itirməsi, sağlamlığa zərər vurulması və s. nəticəsində yaranmış zərərin əvəzinin ödənilməsini tələb edir, bu tələb hüququ onun həmin hüquqların daşıyıcısı olmasına əsaslanır və bunun babasının bir valideyn və baba olaraq keçirdiyi mənəvi iztirablara, mənəvi zərər olaraq aldığı pul məbləğinə heç bir aidiyyəti yoxdur. Bu baxımdan da, cav abdehin apellyasiya şikayətində istinad etdiyi hallar hazırki iddianın qanuni əsasının mahiyyətinə ziddir və məhkəmə kollegiyası tərəfindən nəzərə alına bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının qəyyumu təyin olunmuş babasının Cavabdeh İB-dən ümumilikdə 74.000 manat məbləğində pul vəsaiti almış və həmin pul vəsaitinin alınmasına əsas olmuş səbəblərdən biri də elə iddiaçının sağlamlığının qeydinə qalması, onu himayə himayəyə götürməsi, iddiaçının ana və atasını itirməsi və s. hallar olmuşdur. Lakin görünən odur ki, qanuni nümayəndə təyin olunmuş baba nəvəsinin sağlamlıq qeydinə qalmır və vicdansızcasına nəvəsinin adından təkrardan “Azəriqaz İB”-yə qarşı qanuni nümayəndə qismində iddia qaldırır. Bundan əlavə, məhkəmə iddiaçının əmək qabiliyyətini itirməsini qeyd etsə də, bununla bağlı iş materiallarında hər hansı bir sübut yoxdur. Hadısə olan zaman isə iddiaçının özünündə qeyd etdiyi kimi 4 aylıq körpə olmuşdur ki, bu halda onun mənəvi olaraq valideynlərinin itirməsini anlaması, özünü qeyd etdiyi kimi “hər gün valideynlərinin faciəvi şəkildə ölməsini xatırlaması” belə mümkün deyildi. Çünki körpə uşaqlarda hafizə qeyri-ixtiyari xarakter daşıyır, hisslər isə 2-3 yaşdan inkişaf etməyə başlayır. Belə olan halda o istirab və sarsıntı keçirə bilməzdi. H əmçinin onun fəal ictimai həyatının davam etdirilməsinin qeyri-mümkünlüyü hansı formada məhkəmə tərəfindən müəyyən edildiyi isə sual doğurur. Yuxarıda qeyd edilən səbəblərdən iddia əsassızdir yuxarı instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Hesab edirik və iddiaçının babasının müraciətini əsassız varlanmağa yönəlmiş müraciət kimi qəbul etmək olar. Müvafiq iş üzrə isə İddiaçı ailə üzvünə, qəyyumu təyin olunmuş babasına “Azəriqaz İB” tərəfindən kifayət qədər mənəvi zərər məbləğinin ödənilmiş olması səbəbindən iddiaçının yardım və digər qulluq növlərinə möhtac olması sübut olunmur.
25. İddiaçının hazırda 15 yaşı vardır və hadisənin üzərindən də təxminən 15 il keçmişdir. Lakin bu müddət ərzində iddiaçı mənəvi istirab və sarsıntı keçirməsinə, baş vermiş hadisənin onda yaratmış olduğu psi xoloji stresin aradan qaldırılmasına dair hər hansı dövlət və ya özəl xəstəxanaya, habelə ibtidai təhsil aldığı məktəbə psixoloji vəziyyətinin müəyyən olunması və ya həmin qurumlardan birində qeydiyyata alınmasına, eyni zamanda psixoloq müayinəsi olumasına dair müraciət etməsilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı yalnız mülahizələrlə məhkəməyə müraciət etmişdir ki, bu halların isə sübut kimi qiymətləndirilməsi yolverilməzdir. İddiaçı tərəfin 15 il ərzində psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmiş olması, sözdə deyilənlərdən başqa hər hansı bir formada sübut olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəl ləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını p ozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
32. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
33. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılark ən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə” 70.000 manat məbləğində pulun ödənilməsi barədə nəticəyə gələrkən işin halları tam nəzərə alınmamışdır. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(103)1132/2023 saylı qətnaməsi “valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 70.000 (yetmiş min) manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində, cəmi 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməli, valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində, cəmi 40.000 (qırx min) manat məbləğində pul vəsaiti Cavabdehndən alı naraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdr.
45. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli olan və məhkəmələr tərəfindən müəyyn edilmiş halları bu qərarın 1-4-cü paraqraflarında əksini tapmışdır.
46. İddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.
47. İşə baxmış məhkəmələr də mübahisənin həllinə bu normaları tətbiq etmiş, işin hallarını bu normaların dispozisiya şərtləri əsasında təhlil edərək yuxarıdakı nəticəyə gəlmişlər.
48. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş iddia üzrə delikt hadisəsinin baş verməsi, bu hadisənin nəticəsində iddiaçının mənəvi zərərə uğraması, habelə mənəvi zərərin ödənilməsinə görə Cavabdehlik daşıması mübahisələndirilmir. Kassasiya şikayətinin dəlilləri mənəvi zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlıdır.
49. Nəzərə alınmalıdır ki, şəxsin ailə üzvlərinin ölməsi halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş o lur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.
50. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Lakin ümumi qaydaya görə zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik meyarlarına uyğun müəyyən etməlidirlər.
51. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zər ərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
52. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları və s. amillər nəzərə alınmalıdır. 53. “Mə nəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
54. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. B u növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.
55. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında mənəvi zərərlə bağlı məsələyə bu baxımdan yanaşaraq göstərmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkə mələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər.
56. Apelyasiya instansiyası məhkəməsi iddiaçının səhhətinə vurulmuş mənəvi zərərə görə iddiaçıya ödənilməli olan kompensasiyanın miqdarını müəyyən edərkən işin hallarını bu meyarlara uyğun təhlil edərək düzgün nəticəyə gəlmişdir.
57. Lakin valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 70.000 kompensasiyanın müəyyən edilməsi, işin halların uyğun olan nəticə deyildir. Belə ki, yuxarıda da bəhs olunduğu kimi mənəvi ziyan, hadisənin insanın şüuruna mənfi təsir etməsi səbəbindən məruz qaldığı iztirab və sarsıntının nəticəsidir. Başqa sözlə, mənəvi s arsıntı və iztirab, şəxsin hadisəyə psixi münasibəti, hadisəni təhlil edib çıxardığı nəticədən sonra onu neqativ qiymətləndirməsi, bundan sonra mənfi emosiya yaranması ilə mümkündür. Hadisəyə görə sarsıntı və iztirab keçirmə, bilavasitə hadisəyə şüurlu münasibətlə bağlıdır. Hər hansı səbəbdən (azyaşlı, kəmağıllıq, psixi inkişafdan qalma və s.) hadisənin aktiv şüurlu təhlilə məruz qalmaması, daha az sarsıntı və iztiraba səbəb olur (yaxud səbəb olmur). Bu baxımdan görünür ki, iddiaçı hadisə baş verən zaman 4 aylıq körpə olmuşdur və valideynlərinın ölməsinə həmin vaxt adekvat mənfi psixi münasibəti mümkün deyildi. Lakin böyüdükcə valideynlərinin yoxluğunu dərk edib bundan mənfi emosional təsirə məriz qalması, sarsıntı keçirib iztirab çəkməsi təbiidir və inkar olunmur. Bu naxımdan mənəvi zər ərin 10000 manat məbləğdə məyyən olunması ağlabatandır. Həmin məbləğ sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından mütənasib və ədalətli hesab olunur.
58. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada birinci apelyasiya instansiyası məhkəməsinin valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə müəyyənləşdirdiyi 70000 manat kompensasiya məbləği həmin meyara cavab vermir.
59. Kassatorun kasasiya şikayətində irəli sürdüyü digər dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılıb qiymət verilmişdir və məhkəmə kollegiyası həmin nəti cə ikə razılaşır.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(103)1132/2023 saylı qətnaməsi “valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 70.000 (yetmiş min) manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində, cəmi 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində, cəmi 40.000 (qırx min) manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.