Məhkəmə qərarları › İş №2(102)-2600/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2600/2025

04.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2600/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 51 saylı notariat ofisi, DƏDKR Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə, Qazax Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilənin bağlanması üçün əsas olan hüquqverici sənədlərin, çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabd eh4, Bakı şəhəri 51 saylı notariat ofisi, DƏDKR Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi və Qazax Bələdiyyəsinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilənin bağlanması üçün əsas olan hüquqverici sənədlərin, çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-11/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Torpaq sahəsinin satılmasına dair Qazax Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarına, torpaqların alqı-satqısına dair akta, torpaq sahəsinin yerquruluşu plana əsasən, Qazax şəhəri N.Tusi küçəsind ə yerləşən, Qazax Bələdiyyəsinə məxsus torpaq sahəsindən 120 kv.m ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 86,40 manat pula X3, xx.xx.2006-cı il tarixli 05 saylı kassa mədaxil orderinin qəbzi alınmışdır.

2. Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən, X18 və X7 meşəbəyliyinin 10-cu kvartalının 1-ci bölməsindən yeni meşələr salmaq və onları meşə ilə örtülü sahəyə çevirmək məqsədi ilə cari ildə və ya yaxın 2 ildə meşə mühafizəsi və bərpası tərəfindən meşə əkilməsi nəzərdə tutulmuş 0,04 ha meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarından İddiaçı (icarədara) 99 il müddətinə torpaq sahəsi ayrılmışdır. 3. ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2017-ci il tari xli çıxarışa əsasən, X12 adına qeydiyyata alınmışdır.

4. Bakı İstintaq Təcridxanasında xx.xx.2020-ci il tarixdə 38-532 reyestr nömrə ilə təsdiq edilmiş etibarnaməyə əsasən, Bakı İstintaq Təcridxanasında cəza çəkən məhkum X15 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, o cümlədən vərəsəlikdən irəli gələn bütün hüquqlarından istifadə etməyi, imtina etməyi və ya onları onun mülkiyyətinə qəbul etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 01 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək Cavabdeh4 etibar etmişdir.

5. Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Ca vabdeh4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 38-532 reyestr nömrəli etibarnamə əsasında X12 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsini 2500 manat pula X1. 6. ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, X4 adına qeydiyyata alınmışdır.

7. Ağstafa rayon notariat ofisində xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X9 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini oğlu Cavabdeh3 bağışlamışdır. 8. ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı Notariat Ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilənin bağlanması üçün əsas olmuş bütün hüquqverici sənədlərin (bələdiyyənin alqı-satqı sənədləri və sonrakı digər hüquqverici sənədlər), qeyd olunan alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin Cavabdeh3 adına qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli **********20 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı n ləğv edilməsi, mübahisəli torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə, habelə Bakı şəhəri 51 saylı notariat ofisinin notariusunun, Cavabdeh4 və Cavabdeh3 barələrində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayon Məhkəməsinin icraatında hazırkı iş üzrə cavabdeh olan Cavabdeh3 iddiaçıya və qeyrilərinə qarşı “ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, materialların öz hesabına çıxarılması, tikinti aparılmasına edilən qadağanın, maneənin götürülməsi və maneə törətməyin qadağan edilməsi” tələbinə dair mülki iş vardır. Cavabdeh3 həmin iddia tələbi üzrə mübahisələndirdiyi torpaq sahəsi iddiaçının arvadı X3 120 kv.m torpaq sahəsi, eyni zamanda yaşadıqları evin qarşısında yerləşm əklə uzun müddət istifadəsində olan, həmçinin X18 və Bərpası Müəssisəsi ilə onun arasında bağlanmış xx.xx.2008-ci il tarixli meşə fondu torpaqlarının icarəyə verilməsi barədə müqaviləyə əsasən 99 il müddətinə icarəyə götürdüyü torpaq sahəsidir. Həmin torpaq sahəsinə sahiblik və iştifadə etdiyi vaxtdan oranı öz şəxsi vəsaiti hesabına kol-kosdan, məişət və zibil tullantılarından təmizləyərək, ərazini kənd təsərrüfatı texnikası və yük maşınlarının köməkliyi ilə hamarlatmış, sözügedən torpaq sahəsində bağ sahəsi saldırmış və vaxtı-vaxtında torpaq sahəsinin icarə haqqını ödəmişdir. Buna baxmayaraq, həmin torpaq sahəsi iddiaçının məlumatı və razılığı olmadan, xüsusən də həmin torpaq sahəsinə dair icarə müqaviləsinə istər həmin müqavilə tərəflərinin təşəbbüsü ilə, istərsə də, məhkəmə qərarı ilə x itam verilmədiyi halda qanunsuz olaraq başqa şəxsə satılmış, bununla da iddiaçının həmin torpaq sahəsi üzərindəki mülki qanunvericilikdə nəzərdə tutulmuş sahiblik və istifadə hüququ kobud şəkildə pozulmuşdur. Mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən satıldıqdan sonra Qazax şəhər sakini X10 adına rəsmiləşdirilmişdir. Nəriman Əhmədov 2020-ci ilin dekabr ayında vəfat etməsinə baxmayaraq, sağlığında oğlu Cavabdeh4 vermiş etibarnamə əsasında xx.xx.2021-ci il tarixdə, yəni Nəriman Əhmədovun ölümündən sonra Bakı şəhəri 51 saylı Notariat Ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Nəticədə Cavabdeh3 adına xx.xx.2021-ci il tarixli **********20 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri ndən çıxarış verilməklə mülkiyyəti kimi qeydiyyata alınmışdır.

11. Birinci instansiya məhkəməsində Cavabdeh4 bildirmişdir ki, atası X6 şəhəri, N.Tusi küçəsi döngə 1, sahə 1 ünvanından 0,10 ha həyətyanı torpaq sahəsi almış və həmin torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında öz adına rəsmiləşdirmişdir. Bundan sonra atası həmin torpaq sahəsini iki bərabər hissəyə ayrılmaqla onun uşaqlarına bağışlamışdır. Torpaq sahəsinin satılması barədə elan vurduqdan sonra iddiaçı ona zəng edərək torpağı ona satmasını bildirmişdir. O, həmin torpaq sahəsini Bakı şəhərində Cavabdeh3 və başqa şəxsə satmışdır. Odur ki, iddia əsassızdır.

12. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddiya etiraz edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini atası X9 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X11 2500 manat pula almışdır. Bundan sonra atası həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlamışdır. Həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əməkdaşı ölçmək istəyərkən, iddiaçı buna imkan verməmişdir. Sözügedən torpaq sahəsini qanunamüvafiq qaydada əldə etdiyindən, iddianın təmin edilməməsini xahiş edir.

13. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-302/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Fəxri Məmmədov)

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mübahisələndirdiyi ünvan 2 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xx.xx.2017-ci il tarixli çıxarışa əsasən X12 xüsusi mülk iyyətində olub. Həmin torpaq sahəsini Cavabdeh4 ona verilmiş 25 dekabr 2020-ci il tarixli etibarnamə əsasında 31 mart 2021-ci il traixdə X1. Mehman Abdullayev də qeyd edilən torpaq sahəsini 07 aprel 2021-ci il tarixdə bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh3a bağışlamışdır.

15. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onların cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı isə hazırkı tələri irəli sürmək üçün subyektiv hüquqa malik deyildi r.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 146.1, 146.2, 146.3, 157.2, 157.4, 158.4-cü və Mülki-Prosessual Məcəllənin 14.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ilkin olaraq mübahisəli torpaq sahəsinin kimə məxsus olması, hansı şəkildə cavabdehlərin adına sənədləşmənin aparılması, ümumiyyətlə, bələdiyyənin həmin torpaq sahəsi üzər ində sərəncam vermək hüququnun olub-olmaması araşdırılmamışdır. Hətta həmin torpaq sahəsinin 30 ildən artıq müddətə iddiaçının istifadəsində olması, həmin torpaq sahəsi üçün torpaq vergisinin ödənilməsi və həmin torpaq sahəsindən onun səmərəli istifadə etməyi, həmin mübahisəli torpaq sahəsinin nə zaman hərraca çıxarılması, hansı şəkildə satılması araşdırılmadan qətnamə qəbul edilmişdir. Həmin iş üzrə “X18 və Bərpası Müəssiəsi” ilə aralarında bağlanmış olan icarə müqaviləsinin etibarlılığı yoxlanılmadan, ümumiyyətlə həmin idarəni maraqlı tərəf olaraq işə cəlb etmədən, onların fikirləri öyrənilmədən qərar qəbul edilmişdir. 30 ildən artıq olmuş olan torpaq sahəsi hansı ki, arada olan icarə müqaviləsi ləğv edilmədən, ilkin olaraq iddiaçıya təklif edilmədən hərracın keçirilməsinin saxta olduğun u məhkəmə nəzərə almamışdır. Həmçinin qanunvericiliyin tələbinə əsasən vəfat etmiş şəxsin vermiş olduğu etibarnaməyə onun vəfatı ilə xitam verilməsinə baxmayaraq, həmin alqı-satqı müqaviləsini vəfat etmiş şəxsin vermiş olduğu etibarnamə əsasında aparılmışdır. İş materiallarında olan meşə fondu torpaqlarının icarəyə verilməsi barədə xx.xx.2008-ci il tarixli müqavilədə göstərilmişdir ki, X18 və X8 meşəbəyiliyinin 10-cu kvartalının 1-ci bölməsindən yeni meşələr salmaq və onları meşə örtülü sahəyə çevirmək məqsədilə cari ildə və ya yaxın 2 ildə meşə mühafizəsi və bərpası tərəfindən meşə əkilməsi nəzərdə tutulmuş 0,04 ha meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarından iddiaçıya 99 il müddətinə torpaq sahəsi ayrılmışdır. Həmin yerə yerli baxış keçirilməmiş, ümumiyyətlə, işin tam olaraq araşdırılmaması göz önündədir.

19. Apellyasiya baxışında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini atası X9 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X11 2500 manat pula almışdır. Bundan sonra atası həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlamışdır. Həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əməkdaşı ölçmək istəyərkən, iddiaçı buna imkan verməmişdir. Sözügedən torpaq sahəsini qanuna müvafiq qaydada əldə etmişlər.

20. Apellyasiya baxışında tikinti-texniki ekspertizası təyin edilmişdir.

21. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/1098 nömrəli eks pert rəyinə **********20 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.05 ha mübahisəli torpaq sahəsinin 30 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə qədər X12 mülkiyyətində olduğu müəyyən edilir. Mübahisəli torpaq sahəsinin X18 və bərpası müəssisəsinə və ya Qazax bələdiyyəsinə aid olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Sözügedən torpaq sahəsində tikili yoxdur.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-11/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Mustafa Mustafayev)

23. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etm işdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə müvafiq olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı diqqətə çatdırmışdır ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

25. İşin hallarına görə iddiaçının cavabdehlərə qarşı hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur. Qeyd edilməlidir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. İddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququ yoxdur.

26. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İş materiallarından görünür ki, iddiaçı sözügedən torpaq sahəsinin Qazax Bələdiyyəsinin müvafiq qərarına əsasən X3 120 kv.m torpaq sahəsi, eyni zamanda uzun müddət onun istifadəsində olan, X18 və Bərpası Müəssisəsinin xx.xx.2008-ci il tarixli icarə müqaviləsi əsasında 99 il müddətinə icarəyə götürdüyü torpaq sahəsi olduğunu qeyd edərək, həmin torpaq sahəsinə dair cavabdehin və digər şəxslərin adlarına qeydə alınmış sənədlərin etibarsız hesab edilməsini tələb etmişdir.

27. Qazax Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarının, torpaqların alqısatqısına dair aktın, torpaq sahəsinin yerquruluşu planı və x x.xx.2006-cı il tarixli 05 saylı kassa mədaxil orderinin qəbzinin surətlərindən görünür ki, Qazax şəhəri, N.Tusi küçəsində verləşən, Qazax Bələdiyyəsinə məxsus torpaq sahəsindən 120 kv.m ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 86,40 manat pula X2.

28. İş materiallarından göründüyü kimi, iddiaçı mübahisəli ərazinin ona məxsus olmasını və mülkiyyət hüquqlarını pozduğunu bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

30. Apellyasiya i nstansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 324, 337-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli və “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil Muşaviq oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçının təqdim etdiyi çoxsaylı sübutlara qiymət verməmişdir. Bundan əlavə, Qazax rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh3 ona və qeyrilərinə qarşı " ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, materialların öz hesabına çıxarılması, tikinti aparılmasına edilən qadağanın, maneənin götürülməsi və maneə törətməyin qadağan edilməsi " tələbinə dair mülki iş vardır. Cavabdeh3 həmin iddia tələbi üzrə mübahisələndirdiyi torpaq sahəsi iddiaçının arvadı X3 olan 120 kv.m torpaq sahəsi, eyni zamanda yaşadıqları evin qarşısında yerləşməklə uzun müddət iddiaçının istifadəsində olan, həmçinin X18 və Bərpası Müəssiəsi ilə iddiaçı arasında bağlanmış olan xx.xx.2 008-ci il tarixli müşə fondu torpaqlarının icarəyə verilməsi barədə 99 illik müddətinə icarəyə götürmüş olduğum torpaq sahəsidir. Həmin torpaq sahəsinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə etməklə, həmin torpaq sahəsi üçün icarə haqqını ödəmişdir. Həmin icarə müqaviləsi ləğv edilməmişdir, bu səbəbdən də həmin torpaq sahəsi üçün hər hansısa bir qərar qəbul edilməsi qanunvericiliyə ziddir. Bələdiyyə mübahisə olunan torpaq sahəsini satmaq, istifadə etmək kimi heç bir səlahiyyəti olmamasına baxmayaraq, qanunsuzluq edərək həmin torpaq sahəsinin qanundan kənar şəkildə satmaqla Normativ hüququ aktlara zidd getmişdir. Torpaq sahəsi X10 adına sənədləşmişdir. X16 2020-ci ilin dekabr ayında vəfat etməsinə baxmayaraq, sağlığında oğlu Cavabdeh4 vermiş etibarnamə əsasında xx.xx.2021-ci il tarixdə, Nəriman Əhmədovun ölümündən sonra Bakı şəhəri 51 saylı Notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır.

33. İddiaçı həmşinin elektorn kabinet vasitəsilə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, hazırkı mülki iş üzrə icraatın Gəncə İnzibati məhkəməsində baxılan 21(114)-1857/2025 nömrəli iş üzrə yekun qərar qəbul edilənədək dayandırılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurma q niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prose ssual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu bax ımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin bütün dəlillərinə qiymət vermişdir.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi üzrə hüquqi dəyərləndirməsini və işin müəyyən edilmiş hallarına uyğun olaraq tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

41. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tə ləblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

42. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia ərizəsinin və apellyasiya şikayətinin də dəlilləri olub və işə mahiyyəti üzrə sübutlar əsasında baxan hər iki instansiya məhkəməsi müvafiq olaraq öz səlahiyyətləri çərçivəsində həmin dəlilləri qiymətləndirməklə onları qəbul etməyiblər.

43. Kassasiya icraatının dayandırılması barədə vəsatətlə isə bağlı qeyd edilməlidir ki, iddiaçı vəsatətinə Gəncə İnzibati Məhkəməsinin bildirişini əlavə etmişdir. Bildirişə əsasən iddiaçının Qazax Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə məhkəmə iclası təyin edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edilən halı MPM-in 254.1.4-cü maddəsinin tələbləri baxımından hazırkı k assasiya baxışının dayandırılması üçün əsas hesab etmir.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-11/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar