Məhkəmə qərarları › İş №2(102)-2605/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2605/2022

14.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2605/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)-11498/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 06 saylı bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində cavabdehin mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, cavabdehin ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması, hasarın əvvəlki vəziyyətə gətirilməsi və boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.H.Xəzri) iddia təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 06 saylı bağ evinin yan tərəfindən iddiaçıya məxsus torpaq sahəsində mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasarın sökülərək, 208.78 kv.metr torpaq sahəsindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması, hasarın əvvəlki vəziyyətə gətirilməsi, habelə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 06 saylı bağ evinin arxa tərəfində boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun cavabdehin vəsaiti hesabına qapadılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 27 sentyabr 2017-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 06 saylı bağ evi iddiaçının, 15 yanvar 2010-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 07 “a” saylı bağ evi isə cavabdehin mülkiyyətindədir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2021-ci il tarixli ekspert rəyinə görə, iddiaçının mülkiyyətində olan bağ evinin torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi üst-üstə düşür. İddiaçıya məxsus bağ torpaq sahəsindən cavabdeh istifadə etmir. Mübahisə predmeti olan daş hasarın uzunluğu 15 metr, hündürlüyü 2.80 metrdir. Sözügedən daş hasar faktiki olaraq tərəflərin istifadə etdikləri torpaq sahələrini biri-birindən ayırır. Daş hasar layihə sənədi olmadan inşa edilib. İddiaçıya məxsus bağ evinin arxasında yerləşən kanalizasiya quyusu iddiaçıya öz əmlakından istifadəsinə hər hansı maneə yaratmır. Sözügedən bağ sahələrinin hər birinin ayrıca giriş-çıxış qapıları vardır. İddiaçıya məxsus bağ evinin arxasında yerləşən 208.78 kv.metr torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçıya məxsus bağ evinin arxasında yerləşən kanalizasi ya quyusu həmin bağ evinə 3.5 metr məsafədə yerləşir. Həmin kanalizasiya həyətyanı torpaq sahəsində qazılmış və çirkab suların axıdılması üçün istifadə olunur. Az.DTN 2.6-1-in və 4.13-cü bəndinin qeyd hissəsində göstərilir ki, həyətyanı sahəsi olan tikililər rayonda yaşayış evinin pəncərələrindən, otaqlarından, mətbəxindən və şüşəbənddən qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla, 6 metrdən az olmamalıdır. Qeyd olunan faktlar tərəflərə məxsus bağ evlərinə yerli baxış keçirilərkən də öz təsdiqini tapıb. Qanuna görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündür lüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. Göründüyü kimi iddiaçıya məxsus bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində cavabdeh mişar daşından 15 metr uzunluğunda 2.80 metr hündürlüyündə hasar inşa edib və sözügedən hasar tikinti norma və qaydalarını pozmaqla, nəzərdə tutulmuş hündürlükdən artıq inşa edilib. Həmin hasar hər iki qonşunun tələbatlarına uyğun olmamaqla, iddiaçının öz əmlakından sərbəst istifadə hüququnu pozması mülki iş materialları ilə istisna edilmir. Bundan əlavə, iddiaçıya məxsus bağ evinin arxasında bağ evinə 3.5 metr məsafədə cavabdeh tərəfindən 6 metrlik ara məsafəsi pozulmaqla kanalizasiya quyusu inşa edilib. Bu isə iddiaçının qanunla qorunan hüququnu pozur. Eyni zamanda, cavabdehin mübahisə predmeti olan hasarı və kanalizasiya quyusunu inşa etməyə hüququ olmayıb və həmin tikili iddiaçının maraqlarına toxunur və hüququnu pozur. Ona görə də hasar sökülərək əvvəlki vəziyyətə gətirilməli və cavabdeh ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılmalı, boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normaları nın tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaydatılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyəçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona məns ub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Həmin Məcəllənin 57.2.2-ci maddəsinə görə, tikinti obyekti sanitariyagigiyena norma və qaydalarına uğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən, ortaq divarlar şəhərsalma və tikntiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun təlabatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarın hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Həmin Məcəllənin 55-ci maddəsində göstərilir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyənin qərarları və onlarla bağlanan müqavilələr və sair və qanunverciliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaybaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, iddianın- iddiaçıya məxsus bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində cavabdehin mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, cavabdehin ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması, hasarın əvvəlki vəziyyətə gətirilməsi hissələrində istisna olmaqla, boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi n əticə Mülki Məcəllənin 152.1, 152.5, 170.2ci maddələrinin, habelə Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2.2-ci maddəsinin tələblərinə tam uğundur. Ona görə də, kassasiya instansiyası məhkəməsi, boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənatə gəlir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Digər tələblərə- yəni iddiaçıya məxsus bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində cavabdehin mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, cavabdehin ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gə tirilməsi hissələrinə gəlincə isə, kassasiya instansiyası məhkəməsi bu hissələrdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər qonşudurlar və 27 sentyabr 2017-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 06 saylı bağ evi iddiaçının, 15 yanvar 2010-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 07 “a” saylı bağ evi isə cavabdehin mülkiyyətindədir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2021-ci il tarixli ekspert rəyinə görə, iddiaçının mülkiyyətində olan bağ evinin torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi üst-üstə düşür. İddiaçıya məxsus bağ torpaq sahəsindən cavabdeh is tifadə etmir. Mübahisə predmeti olan daş hasarın uzunluğu 15 metr, hündürlüyü 2.80 metrdir. Sözügedən daş hasar faktiki olaraq tərəflərin istifadə etdikləri torpaq sahələrini biri-birindən ayırır. Sözügedən bağ sahələrinin hər birinin ayrıca giriş-çıxış qapıları vardır. İddiaçıya məxsus bağ evinin arxasında yerləşən 208.78 kv.metr torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Qanuna görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, ortaq divarlar şəhərsalma və tikntiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun təlabatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarın hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Sadalanan normaların mənasına görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılsa da, qonşunun inşa etdiyi ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun təlabatlarına uyğun tikilməlidir. Ortaq divarın-hasarın hündürlüyü isə 2 metr 20 santimertdən çox olmamalıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, qonşu torpaq sahəsinin mülkiyyətçisi digər qo nşunun özbaşına inşa etdiyi tikilinin, daş hasarın sökülməsini, habelə torpaq sahəsindən çıxarılmasını o, vaxt tələb edə bilər ki, qonşunun özbaşına inşa etdiyi tikili və ya daş hasar onun hər hansı hüququnu və qanunla qorunan mənafeyini pozmuş olsun və onun torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada hər hansı hüququ əmələ gəlmiş olsun. Hazırki halda, cavabdehin ümumiyyətlə iddiaçıya məxsus bağ torpaq sahəsindən istifadə etməməsi, mübahisə predmeti olan daş hasarın uzunluğunun 15 metr, hündürlüyünün 2.80 metr, tərəflərin mülkiyyətində olan bağ torpaq sahələrinin hər birinin ayrıca giriş-çıxış qapısının olması, iddiaçıya məxsus bağ evinin arxasında yerləşən 208.78 kv.metr torpaq sahəsindən faktiki olaraq uzun müddət cavabdehin istifadə etməsi, başqa sözlə iddiaçının həmin torpaq sahəsi üzərində hər hansı hüququnun əmələ gəlməməsi mülki iş materialları və ekspertin rəyi ilə istisna edilmir. Torpaq Məcəlləsinin 55-ci maddəsində göstərilir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyənin qərarları və onlarla bağlanan müqavilələr və sair və qanunverciliklə müəyyən edilmiş digər yollarla yaranır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, cavabdehin inşa etdiyi tikililərin, o cümlədən daş hasarın iddiaçının qanunla qorunan hər hansı hüququnu, mənafeyini pozub-pozmadığını kifayət qədər yoxlamadan, həmin tikililərin saxlanılmasının iddiaçının həyatı və sağlamlığı üçün real təhlükə yaradıb-yaratmadığını aydınlaşdırmadan, ortaq divarın, hasarın hündürlüyünün 2 metr 20 sa ntimetrdən çox olmamasını qanunun özünün də istisna etmədiyini və ümumiyyətlə “mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasarın sökülməsi, cavabdehin ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gətirilməsi” barədə iddia qaldırmış iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını araşdırmadan, birinci instansiya məhkəməsinin bu hissələrdə gəldiyi səhv nəticə ilə razılaşmışdır. Halbuki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarın da hüquqi mövqeyi on dan ibarət olub ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamadığını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Nəzərə almalıdır ki, iddia irəli sürməyə imkan verən subyektiv mülki h üququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olmaqla, qanuni hesab edilə bilməz. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, hər bir kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əl aqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən t əmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddiaçıya məxsus bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində cavabdehin mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, cavabdehin ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gətirilməsi hissələrində ləğv edilməli, mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2021ci il tarixli, 2(103)-11498/2021 saylı qətnaməsi qismən- İddiaçı məxsus bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində Cavabdeh mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gətirilməsi hissələrində ləğv edilsin, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın və qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar