Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2605/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti olmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1975/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 7 aprel 2015-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdehndə xəzinədar vəzifəsinə işə qəbul edilmiş, 1 aprel 2019-cu il tarixdə orkestrin artisti vəzifəsinə keçirilmişdir; 3. 30 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia və iddia tələbinin dəyiş dirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, 51 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, işdən azad edilməsi barədə əmri qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, 2015-ci ildə əmək müqaviləsinə əsasən işə qəbul olmuş, beş ildən sonra isə onun əmək müqaviləsi daimi olmuşdur. Buna baxmayaraq, işəgötürən onu qanunsuz olaraq, müqavilə müddətinin bitməsini göstərməklə 2020-ci ilin sonunda işdən azad etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, əmrin surəti və digər haqq-hesab sənədləri ona verilməmişdir. Əmək Müfəttişliyinə müraciət etmək məcburiyyətində qalm ışdır. Əmək Müfəttişliyinin qərarına əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində müraciət etsə də cavabdeh ona əmrin surətini və digər sənədləri verməmişdir. Əlavə olunmuş Əmək Müfəttişliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən cavabdehin inzibati məsuliyyətə cəlb olunduğu təsdiq olunur.
6. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
7. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı işdən azad edildikdən 3 il sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Anar İbadzadə) xx.xx.2023-cü il tarixli, 2(006)- 3303/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli, 51 saylı əmrin ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı əvvəlki işinə - orkestr artisti – böyük baraban vəzifəsinə bərpa edilməsi qət edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli 51 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, göstərilən əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsin ə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə, yəni müqavilə müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir.
10. Məhkəmə bildirmişdir ki, iş materiallarında olan əmək kitabçasından görünür ki, əmək müqaviləsi 7 aprel 2015-ci il tarixdə bağlanmışdır ki, bu halda həmin müqavilənin müddətinin qurtarması ilə əlaqədar xitam verilməsi üçün əsas 7 aprel 2020-ci il tarixədək olmuşdur, göstərilən müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin müqavilə müddətsiz bağlanmış əmək müqaviləsi hesab olunur. Cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar xitam verilməsi nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə və 73-cü maddəsinin 1-ci bəndinə tələblərinin pozulması halı baş vermişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci, 68-ci və 73-cü maddələrində nəzərdə tutulmuş ləğv edilmə əsaslarını və qaydalarını pozaraq iddiaçı ilə əmək münasibətlərinə xitam verdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinin tələbinə əsasən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçı orkestr artisti – böyük baraban vəzifəsinə bərpa edilməlidir.
12. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiy i gün isə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür ki, cavabdeh tərəfindən göstərilən sənədlər iddiaçıya məhkəmə iclasında təqdim edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyindən hazırki mübahisəyə münasibətdə iddia müddəti tətbiq oluna bilməz.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü, 43-cü, 45-ci, 68-ci maddəsinin “b” bəndinə, 73-cü, 296-cı, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddi anın rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun əsaslandırılmış və bir sıra Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinad edilərək qeyd edilmişdir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsinin əsasını Əmək Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi işçinin hüququnun pozulduğunu bildiyi tarixi müəyyən edilməsini mümkün olmadığı hallara aiddir. Göründüyü kimi, işəgötürən əmrin və əmək kitabçasının işçiyə tə qdim olunması üçün zəruri addımları atmış, sonuncu isə bu sənədlərin qəbulundan imtina etmişdir. İşəgötürənin vəzifəli şəxslərinin bu zaman davranışı və işçinin sənədlərin qəbulundan imtinanın motivləri iddia müddətinin axımının hesablanması üçün əhəmiyyət kəsb etmir. İddiaçıya əmr, əmək kitabçası və digər sənədlər təqdim edilmiş və ondan “qəbul etdim” yazılaraq imza atması tələb olunmuşdur. İddiaçı sənədləri qəbul etdiyini yazaraq imzalamaqdan imtina etmişdir. İddiaçı məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona əmək müqaviləsi və əmr təqdim edilərkən ondan tələb olunmuşdur ki, o, yazsın ki, heç bir şikayət və tələbi yoxdur. O, isə bunu yazıb imzalamadığı üçün əmr və əmək kitabçasını ona təqdim etməmişlər. O, isə onun qanunsuz olaraq işdən azad olunması barədə Əmək Müfəttişliyinə şikayət etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin nümayəndəsi X1 cavab olaraq iddiaçının 2020-ci il tarixdə qanunsuz olaraq müqavilə müddətinin bitməsi əsası ilə işdən çıxarılması barədə müraciət etməsini bildirmişdir. Göründüyü kimi, hər bir halda həm iddiaçının özünün, həm də üçüncü şəxsin nümayəndəsinin ifadəsindən açıq aydın bəlli olur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad olunmasını və onun barəsində bu barədə əmrin çıxarılmasını bilmişdir. Onun işdən azad olunmasını bilməməsi mümkün də deyildir, çünki əks halda işə çıxmalı olardı. Belə olan halda iddia müddətinin axımı həmin vaxtdan başlanmalıdır və göründüyü kimi şəxs iddia müddətini ötürmüşdür. Əks halda hüquqi balans pozulmuş olar və iddiaçının hüquqdan sui-istifadəsi haqlı olardı. Çünki hazırki işdə olduğu kimi, iddiaçı əmək müqaviləsini götürməkdən imtina edər və iddia qaldırmaq prosesini illərlə uzadar və nəhayətində işləmədiyi halda uzun illəri əhatə edən aylıq maaşı alardı. Belə olan halda, iddia müddətinin axımının başlanğıcının iddiaçının istədiyi tarixdən hesablanması Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının barəsində qəbul edilmiş əmrdən xəbərdar olunduğu halda, işəgötürənin qeyd etdiyi zaman olmasa da, bundan sonra qısa müddətdə müraciət edərək müvafiq sənədləri tələb etmək və hüquqların müdafiəsi üçün elementar addımları atmaq imkanı olmuşdur. Digər tərəfdən müvafiq sənədlərin iddiaçıya lazımi qaydada təqd im olunmaması qəbul olunduğu halda da, iddia müddətinin hesablanması ilə bağlı hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmaması müəyyən olunur. Belə ki, iş materiallarına əsasən iddiaçı əmək hüquqlarının müdafiəsi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 5 iyun 2022-ci il tarixdə ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Yəni, “Mediasiya haqqında” Qanunun 35-ci maddəsi tətbiq edilməklə, iddia müddəti azı həmin tarixdən hesablanmalıdır. Belə ki, iddiaçının mediasiya təşkilatına müraciət etdiyi tarixədək iddia müddətinin hesablanmamasını qəbul etsək də belə, artıq mediasiya təşkilatının bu arayışı aldıqdan sonra iddia müddətinin axımı başlanmışdır. Lakin, iddiaçı hazırki iddia ilə ilkin ola raq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə 2022-ci ilin dekabr ayında müraciət etməklə, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini buraxması ehtimal olunur. Belə ki, mediasiya təşkilatının arayışının iddiaçıya hansı tarixdə təqdim olunması ilə bağlı sübutlar iş materiallarına əlavə olunmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Abdıyev – sədrlik edən və məruzəçi, Xəyal Sarıyev və Fərrux Qasımov) 2(103)-1975/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(006)-3303/2023 nömrəli qətnaməsinin cavabdehin apellyasiya şikayəti üzrə ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması və iddianın rədd edilməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq, bundan təxminən 1 il 6 ay sonra mediasiya təşkilatına müraciət etmişdir. Halbuki, 2021-ci ilin əvvəllərindən iddiaçı hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir. Digər tərəfdən şikayəti üzrə aparılmış araşdırmaya uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda əmək müqaviləsinə xitam verilməsinin səbəbləri barədə ona ətraflı məlumat verilmişdir. Bununla belə, iddiaçı hüququnun pozulduğunu ehtimal etdiyindən pozulmuş hüquqlarının bər pası məqsədi ilə həmin quruma müraciət etmiş və əldə etdiyi cavab məktubunda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası barədə ona ətraflı məlumat verilmişdir. Bu da öz növbəsində onun həmin cavab məktubunu əldə etdiyi tarixdən hazırda mübahisələndirdiyi hüquqlarının pozulması, o cümlədən həmin əmrin məzmunu barədə tam məlumatlı olmasını birmənalı şəkildə təsdiq edir. Buna baxmayaraq, iddiaçı bu tarixdən də təxminən 1 il 3 ay sonra mediasiya təşkilatına müraciət etmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iddiaya iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçı mediasiya təşkilatına müraciət etmiş və müəyyən edilmiş prosedurun nəticəsi olaraq 6 iyun 2022-ci il tarixdə həmin qurumun arayışını əldə etdikdən bir neçə ay sonra ilk öncə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin onun iddia ərizəsi 2023-cü ilin yanvar ayında məhkəmənin müvafiq qərardadı ilə ərazi aidiyyəti qaydalarının pozulması səbəbindən geri qaytarılmasına və bu qərardaddan verilmiş şikayətin Bakı Apellyasiya Məhkəməsi tərəfindən elə həmin ayda da təmin edilməməsinə baxmayaraq, iddiaçı hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə bir neçə aydan sonra, yəni yalnız 2023-cü ilin iyul ayında müraciət etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında iddiaçının iş yerinə gəlməməsi və iş vaxtında iş yerində olmaması ilə bağlı sənədlər də (cavabdehin X7 Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubu, orkestrin dirijor assistentinin təqdimatı, Azərbaycan Dövlət Nəfəsi Alətləri Orkestri üzrə yaradılmış xüsusi komissiyanın xx.xx.2021-ci il tarixli aktı) mövcuddur. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verildiyindən, məhkəmə kollegiyası bu məsələyə hüquqi qiymət verilməsinə hər hansı əsas görməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı iddia tələbinin predmetini təşkil edən əsaslar üzrə əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Cavabdeh də iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Bu da öz növbəsində hazırkı iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini şərtləndirir. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq hazırki iddiaya iddia müddətinin tətbiq edilməli olmaması qənaətinə gəlmiş və nəticədə hüquq normal arının tətbiqində səhvə yol vermişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 87-ci maddəsinin 3-cü hissəsinə, 296.2, 296.3, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2, 377.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi işə baxılmasında yol verilmiş maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, bununla da bu pozuntu apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələndiyindən Azərbaycan Respublikası MPM-nin 418.1, 418.3-cü maddələrinin tələblərinə əsasən ləğv edilməli, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmalıdır. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçı olaraq onu hər tərəfli olaraq anlamamış, birinci instansiya məhkəməsinin əleyhinə olaraq guya iddia müddətinin buraxmağı ilə əsaslandıraraq əleyhinə qətnamə çıxarmışdır. Əslində Nəsimi Rayon Məhkəməsi iddiaçının iddiasına düzgün qiymət vermiş, Əmək Məcəlləsinin müddəalarını tətbiq edərək düzgün nəticəyə gəlmişdir. Əmək Məcəlləsinin tələbinə görə işçi işdən çıxarılan gün əmək kitabçasını aldıqd an bir ay müddətində məhkəməyə müraciət edə bilər. İddiaçı əmək kitabçasını və əmrini müraciətlərinə baxmayaraq ala bilməmiş, hüquqları pozulduqdan sonra, müxtəlif instansiyalara, o cümlədən əmək müfəttişliyinə müraciət də etmişdir. Apellyasiya məhkəməsi tərəflərin iradə ifadəsini nəzərə almamışdır və buna düzgün qiymət verməmişdir. Bu əsaslarla da məhkəmə səhv nəticəyə gəlmiş, bütün bunlar da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. KMQ23
26. Maddə 372.2. Hüququ poz ulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
27. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
28. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə 68.Bənd “b”. Əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır.
30. Maddə 296.2.Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək müb ahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
31. Maddə 296.3.Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənziml əyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı hazırkı tələbini qanunla müəyyən olunmuş iddia müddətini ötürdükdən sonra irəli sürmüşdür. Cavabdeh isə iddia müddətinin tətbiqi haqqında ərizə verərək tələbin rədd olunmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı təmin etməmişdir.
41. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız müb ahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşk il etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MP M-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1975/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.