Məhkəmə qərarları › İş №2(102)-2606/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2606/2025

03.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2606/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma 03.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-31/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 3 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən, Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 0,0513 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus olan Ağdam rayon, Zəngişalı kəndində yerləşən 0.0513 ha torpaq sahəsinin 0.02 ha hissəsindən çıxarılmaqla torpaq sahəsinin cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Reyestr Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən, Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 0.0513 ha torpaq sahəsinin onun mülkiyyəti ndə olduğunu, qeyd olunan torpaq sahəsinin 0.02 ha hissəsinin cavabdehlər tərəfindən zəbt edildiyini, cavabdehlərdən zəbt etdikləri torpaq sahəsindən çıxmalarını tələb etsə də, lakin onlar qanuni tələblərinə əməl etməmişlər.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianın əsassız olduğunu, iddiaçıya məxsus torpaq sahəsinin onun tərəfindən zəbt olunmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2023-cü il tarixli ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixli Çıxarışla mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmış 0.0513 ha torpaq sahəsinin 04 kv.metr hissəsindən Cavabdeh1, 46 kv.metr hissəsindən isə Cavabdeh2 istifadə edir.

6. Ağdam Rayon Məhkəməsinin 31 mart 2023- cü il tarixli, 2(013)-197/2023 saylı qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan 17.0.2020-ci il tarixli Çıxarışda göstərilmiş Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 0.0513 ha torpaq sahəsinin 04 kv.metr hissəsindən Cavabdeh1, 46 kv.metr hissəsindən isə Cavabdeh2 çıxarılması qət edilmişdir.

7. Məhkəməsi iddianı qismən təmin edərkən, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iş üzrə əldə edilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020ci il tarixli Çıxarışa əsasən, mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmış 0,0513 ha torpaq sahəsinin 04 kv.metr hissəsindən Cavabdeh1, 46 kv.metr hissəsindən isə Cavabdeh2 istifadə edir. Ona görə də iddiaçın ın mülkiyyətində olan 0513 ha torpaq sahəsinin 04 kv.metr hissəsindən Cavabdeh1, 46 kv.metr hissəsindən isə Cavabdeh2 çıxarılmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 152.1ci, habelə Mülki Prosessual Məcəllənin 77.1, 216-220, 227 və 360-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş, əksinə iddiaçı hazırda ona məxsus torpaq sahə sindən istifadə edir. Birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, iş üzrə mütəxəssis baxışı zamanı və ekspertiza keçirilən zaman iştirakları təmin edilməmiş, eyni zamanda ona məxsus torpaq sahəsinin koordinatları çixarılmamış, ərazi hesablanmamışdır. Torpaq sahəsinə birtərəfli qaydada baxış keçirilmiş, yalnız iddidaçının təqdim etdiyi məlumatlara əsasən rəy verilmiş və torpaq sahəsinə mütəxxəssis və ekspert tərəfindən baxış keçirilərkən onların iştirakları təmin edilməmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-31/2025 nömrəli mülki iş üzrə 13 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən, məruzəçi), Günay Cavadova və İslam Həsənov) Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Ağdam Rayon Məhkə məsinin 31 mart 2023-cü il tarixli, 2(013)197/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegmyası qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 apellyasiya şikayəti verdiyi üçün, qətnamənin əsaslığı ona münasibətdə yoxlanılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş ekspert rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmış 0,0513 ha torpaq sahəsinin 04 kv.metr hissəsindən Cavabdeh1, 46 kv.metr hissəsindən isə Cavabdeh2 istifadə edir. Əldə edilmiş ekseprt rəyinin mötəbərliyi məhkəmə kollegiyası tərəfindən şübhə doğurmur.

14. Digər t ərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi İnziabti kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 13 avqust 2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 0,18 ha torpaq sahəsi üzərində iddiaçıların, 0,513 ha torpaq sahəsi üzərində üçüncü şəxsin mülkyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

15. İşə əlavə edilmiş ekspert rəyindən görünür ki, hər iki torpaq sahəsi üzrə koordinatlar baxımından üst-üstə düşmür. Odur ki, mübahisəli daşınmaz əmlak ilə iddiaçıların hər hansı hüquqi bağlılığı, habelə, mübahisəli əmlakın hər bir halda iddiaçılara aid olması barədə hüquq müəy yənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı həmin torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Bu səbəbdən də iddiaçının mübahisələndirilən torpaq sahəsinə dair subyektiv hüququnun olması iş materialları ilə müəyyən edilmir. Ona görə də, İddiaçı mülkiyyət hüququna dair xx.xx.2020ci il tarixli qeydin ləğv edilməsinə dair iddiası birinci instansiya məhkəsi tərəfindən mümkün sayılmamış və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədn saxlanılmışdır. Mübahisə edilən torpaq sahəsi ilə bağlı İddiaçı mülkiyyətinə dair xx.xx.2020-ci il tarixli qeyd hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilmiş və həmin iddia mümkün sayılmamışdır.

16. Məhkəmə ko llegiyası qeyd etmişdir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əldə edilmiş ekspertiza tədqiqatının nəticəsi və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə aradan qalxdığından, hazırki mülki iş üzrə Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsi istisna edilir.

17. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 139.1, 152.5, 157.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazı n dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırlmışdır ki, Cavabdeh2 özbaşına torpaq sahəsi zəbt etməmiş, əksinə iddiaçı hazırda ona məxsus torpaq sahəsindən istifadə edir. Bunu torpaq sahələri arasında çəkilmiş səddən də görmək mümkündür. Bundan başqa həmin torpaq sahəsinin bir hissəsi başqa şəxsə satılmış və həmin hissəyə dair də müvafiq sənədləşməaparılmış, hər hansı pozuntu aşkar edilməmişdir. Məhkəmələr sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə bunu etməyərək iş üzrə kifayət qədər araşdırma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 152.7. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

24. Maddə

84. Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.

25. Maddə 111 (bənd 1) Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

26. Maddə 111 (bənd 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələr i qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğu n çıxarılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahis əyə düzgün tətbiq edib və işdə, Cavabdeh2 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci insitansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işə əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüquq u üzrə iddiaçının adına qeydə alınmış 0,0513 ha torpaq sahəsinin 46 kv.metr hissəsindən Cavabdeh2 istifadə edir.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qeyd etmişdir ki, Cavabdeh2 iddiaçının mülkiyyətində olan 0,0513 ha torpaq sahəsinin 46 kv.metr hissəsindən istifadə etməsi, yəni həmin torpaq sahəsini zəbt etməsi mülki iş materialları ilə istisna olunmur. Belə olan halda mülkiyyətçi kimi iddiaçı, Cavabdeh2 qanunsuz sahibliyində olan 46 kv.metr torpaq sahəsini geri tələb etməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 13 mart 2025-ci il tarixli, 2(104)-31/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar