Məhkəmə qərarları › İş №2(102)-2607/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2607/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2607/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) X3 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-2074/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi (hakim T.Məmmədov) ilə, iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən, məruzəçi), T.Kərimov və F.Abbasov, 2(106)3299/2019 saylı mülki iş) hazırki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)2074/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5700 manat borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, cəmi 5730 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illər Rusiya Federasiyasında iş adamı olmuş, leqal biznes fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh ilə yaxın münasibətləri ol muş, evləri yaxın olmuş, oğlu onların kürəkənidir. Dəfələrlə cavabdehə pul vermiş və söz vediyi vaxtda da borcunu qaytarmış, ona inamı artmışdır. 2015-ci ildə cavabdeh etibarından sui-istifadə edərək X2 şahidliyi ilə ondan 5700 manat borca pul almış, müxtəlif bəhanələrlə bu günə qədər qaytarmaqdan imtina etmişdir. Cavabdehlə aralarında şifahi razılaşma əldə edilmiş, cavabdeh həmin razslaşmanı pozaraq vəd verdiyi vaxtda ona borcunu qaytarmaqdan yayınmışdır. Sonralar öyrənmişdir ki, cavabdeh onu aldatmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini belə əsaslandırmışdır: Cavabdehə həmişə verdiyi borc məbləğləri onun tərəfindən söz verdiyi vaxtlarda geri qaytarılmışdır. Ona görə də ona inamı artmışdır. 2015-cilin yanvar ayında cavabdeh anası X2 yanında ondan 5700 manat borc istəmiş və həmin vaxtı tərəddid etmədən üç dəfəyə hissə-hissə pulu ona vermişdir. Cavabdeh həmin borcunu iki ay müddətində qaytaracağına söz versə də, həmin dövrdə və sonrakı dövrlərdə müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etdi. Hər dəfə ondan borclu olduğu məbləği tələb edəndə borcunu eturaf etsə də, qaytarılmamasını müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırdı. Ona görə də borcunu qaytarmayacağından ehtiyat edib hər ehtimala qarşı mobil telefonla onun səsini yazmışdır. Bir neçə ay sonra, yəni 2016-cı ilin sonunda cavabdeh borcu qaytarma yacağı ilə bağlı ona son sözünü deyəndən sonra məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Həmin dövddə məhkəmə işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmədiyindən hazırda ümumi əsaslarla yenidən məhkəməyə müraciət etməli olmuşdur. Qətnamənin ikinci səhifəsinin dördüncü abzasında qeyd olunduğu kimi, cavabdehin nümayəndəsinin, yəni oğlu Emin Qulamovun iddia tələbini qəbul etməməsinə, onunla cavabdeh arasında əvvələr borc öhdəliyinin olmamasına, iddia ərizəsinə əlavə olunmuş CD diskdə səs yazısına mötəbər sübut kimi qiymət verilə biləcəyinin güya qanunun tələblərinə uyğun olmamasına istinad etməklə iddia tələbini rədd etmişdir. Onun anasını məhkəmə nümayəndə kimi deyil, şahid qismində dindirməli idi. Cavabdehlə aralarında olan danışıqla bağlı səs yazısı məhkəmə iclasında səsləndirilmədiyi hal da qiymət verilmişdir. Həmin daşınıq onunla cavabdeh arasında 2015-ci ilin iyul ayında olmuşdur. Danışıqları talış dilində olmuşdur. Təkcə “5700 manat” rəqəm və sözlərini Azərbaycan dilində ifadə etmişdir. Cavadeh həmin danışıq zamanı hazırda iyul ayı olduğunu, imkanı olmadığından qaz pulunu da verə bilmədiyini, ona olan borcunu qaytarmaqla əlaqədar ona mandarin yetişənə kimi vaxt verilməsini xahiş edir. Danışıq zamanı cavabdehin həmin vaxta qədər ona hansısa məbləğdə borunu və ya faiz pulunu ödəniş olduğu barədə isə heç bir söhbət yoxdur. Faiz pulu ilə bağlı qeyd edir ki, o, 1992-ci ildən birinci qrup əlil olduğundan borcun verildiyi 2015-ci ilin yanvar ayında demək olar ki, hər gün öz maşını ilə Cəmiləni bazara apararkən ondan taksi sürücüsü kimi pul alırdı. Lakin əksər vaxtlarda pulunu kəsirdi. Cavabdeh ondan 5700 manat borc istəyərkən həmin məbləği 2015-ci ilin yanvar ayında üç dəfəyə ona vermişdir. Yəni ilkin olaraq 2000 manat, az sonra yenə 2000 manat və sonuncu dəfə 1700 manat olmaqla bazarda alver etdiyi yerdə pulu ona vermişdir. Hər dəfə anası Səbiyyə Hüseynova onun yanında olmuşdur. Bazarda başqa adamlar da pulun ona verilməsini görsələr də, onları tanımamışdır. Apelyasiya şikayətinə əlavə edilmiş qərarlarda cavabdeh ondan pul almasını etiraf etmişdir. Faizə gəlikdə isə aralarında konkret faiz söhbəti olmamışdır. Lakin cavabdeh ona söz vermişdir ki, 5700 manatdan əlavə nəyə imkanı çatarsa, ona hörmət edəcəkdir. Pulu müalicəsinə istifadə edib bir qədər səhhəti yaxşılaşdıqdan sonra onu tanımaq istəməmiş və ilkin aylarda pulu qaytaracağını bildirsə də, sonradan imtin a etmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi əsaslarına görə qətnamə ləğv edilməlidir. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Abdullayev Fərid Kazım oğlu kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərda r edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəm əsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İddiaçı 2015-cilin yanvar ayında cavabdehə 5700 manat pul verməsinə istinad edərək həmin pulu geri tələb edir. Tələbin qanuni əsasını borc münasibətlərindən irəli gələn maddi hüquq normaları təşkil edir. Borc müqaviləsinə görə tərəflərdən biri olan borc verən pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdələrinə götürürlər. Borc müqaviləsindən irəli gələn öhdəlik münasibətlərində borc verən pulun istinad etdiyi vaxtda qarşı tərəfə verməsini sübutetmə vəzifəsi daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Məhkəmə pulun verilməsi ilə bağlı hallara dair sübutlara məcmu qaydada qiymət verməklə belə qənaətə gəlmişdir. Məhkəmə qeyd etmişdir: 1-ci, İddia ərizəsində 5700 manat məbləğində pulu hissə-hissə cavabdehə verdiyini göstərmədiyi halda, şikayətində həmin pul məbləğini üç dəfəyə (2000+2000+1700) verdiyini göstərmişdir. Bu isə verilmiş pul məbləğinin tələbinə dair iddianın əsaslılığını şübhə altına alır. Ona görə ki, pulun bir dəfə verilməsi ilə hissə-hissə verilməsi arasında fərq ondan ibarətdir ki, hissə-hissə verilən pulun hər dəfə verilmə anı sübut edilməlidir. 2-ci, İddiaçı hazırkı iddia ərizəsindən fərqli olaraq, 2015-ci il tarixdə cavabdehə qarşı oxşar iddia tələbi ilə məhkəməyə müraciət etmiş və həmin ərizədə (apellyasiya icraatı zamanı həmin iş tələb olunaraq öyrənilmiş və müəyyən olunmuşdur ki, iddiaçı sonradan həmin iddia ərizəsinin geri götürmüşdür.) borc verdiyi pul məbləğini bankdan kredit götürdüyünü göstərmişdir. Bankdan pul hər hansı götürülmüş pul məbləğindən əlavə əvəz ödənilmədən deyil, faizlə birlikdə banka geri qaytarılmalıdır. Qaytarılması uzun müddət olan və buna görə də üzərinə əlavə faiz (həmçinin dəbbə pulu) gələn (məhkəmə çəkişməsi baş verdiyi və icraya yönəldiyi təqdirdə qaytarılması üçün müddət vaxt tələb edilməsi baxımından) pula görə bankdan faizə pul götürərək cavabdehə verilməsi inandırıcı hesab edilə bilməz. 3-cü, cavabdeh 2015-ci il tarixdən əvvəl iddiaçıdan pul aldığını etiraf edir. İddiaçı da cavabde hə əvvəllər pul verdiyini və qaytardığını etiraf edir. Bu isə hazırkı halda cavabdehin hazırkı iddianı qəbul etməsi və iddiaçının sübut etmə yükündən azad edilməsinə əsas vermir. Çünki bu xüsusat digər sübutlarla təsdiq edilməklə təkzib edilməməlidir. 4-cü, iddiaçı cavabdehə pul verməsini və cavabdehin həmin pul məbləğini qəbul etməsinə dair cavabdehin səs yazısına istinad etsə də, həmin səs yazısı əsaslı şübhə yaratmayan sübut kimi qəbul edilə və iddianın təmini üçün əsas ola bilməz. Çünki səs yazısının cavabdehin məlumatı və razılığı ilə qeydə alınmasına dair iddiaçı sübut təqdim etməli olduğu halda, hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə həmin diskdə məlumatların 2008-ci ildə emal edildiyi göstərilmiş, danışığın kimlər arasında aparıldığı, məzmununun müəyyən edilməsi, dan ışığın əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh iddianı etiraf etməmiş, iddiaçıdan 2015-ci ildə borc almadığını bildirmişdir. İşə baxan məhkəmə ziddiyyətli sübutlar fonunda belə hesab etmişdir ki, təqdim edilmiş sübutlar iddianın təmin edilməsi üçün kifayət deyil. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı tələblə 2015-ci ildə Lənkəran rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin məhkəməyə müraciət etdikdən sonra capvabdeh Cavabdeh izahatı alınmışdır. Cavabdeh həmin izahatında etiraf etmişdir ki, 3 il əvvəl iddiaçıdan üç dəfəyə 5700 manat borc almış, hər ay 600 manat faiz vermiş və son 3 ayda faizləri verə bilmir. Sonradan Cavabdeh müxtəlif orqanlara şikayətlər yazaraq həmin izahatı məhkəmə iclas katibinin təkidi ilə yazmasını bildirmiş, bundan sonra həm in mülki işə baxılmamış, iddiaçının nümayəndəsi ərizə yazaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və bu əsasla iddia baxılmamış saxlanmışdır. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli və xx xxxx 2016-cı il tarixli qərarlarda da pulun 2012-ci ildə alınması və qaytarılmasından söhbət gedir. Məhkəmə kollegiyası 2015-ci ildə iddiaçının cavabdehə 5700 manat borc pul verməsi ilə bağlı göstərdiklərinin şübhəli olması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymət vermişdir. Beləki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməs inin 31 yanvar 2006-cı il tarixli qərarı). Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar