Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2608/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qanuni və müqavilə əsası olmadan əsassız varlanmış şəxsdən pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)1690/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin 15 iyun 2023cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, araşdırma zamanı izahatı alınmış X8 qeyd etmişdir ki, təxminən 5 ildir ki, İddiaçı tanıyır və onunla tanışlıq səbəbi ona məxsus olan "xxxx" MMC-də icraçı direktor vəzifəsində çalışması olub. O, dostu X6 məxsus olan “X19 markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı satıb və həmin avtomobilin pulu olan 50.000 manat pul vəsaiti ona məxsus olan Şirtkətin pulları ndan verdiyi üçün dostu X11 avtomobilə dair verdiyi etibarnaməni ləğv edib. Halhazırda İddiaçı dostu X6 məxsus olan “X19 markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmır və onların arasında Fizuli Rayon Məhkəməsində araşdırma aparılır.
2. Füzuli Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(064)-820/2023 saylı qətnaməsi ilə X5 İddiaçı qarşı “avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması” barədə iddiası təmin edilərək, “X19 markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin, onun 14 oktyabr 2022-ci il tarixli, BA221437 nömrəli qeydiyyat şəhadətnaməsinin İddiaçı alınıb X6 verilməsi qət edilmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(106)-1503/2023 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edi lmədən, iş üzrə Füzuli Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(064)-820/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) 50.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırıb ki, o cavabdehlə birlikdə "xxxx" MMC-də işləyib və iş prosesi zamanı yaranmış münasibətlər çərçivəsində cavabdeh ona guya X6 məxsus olan “X19”markalı, **CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki mülkiyyətçisi olduğunu, həmin nəqliyyat vasitəsinin formal olaraq X5 mülkiyyə tində olmasını bildirərək ona guya satması adı altında ondan 50.000 manat pul vəsaitini almış daha sonra sözügedən nəqliyyat vasitəsinin həqiqi sahibi X3 Rayon Məhkəməsində ona qarşı həmin nəqliyyat vasitəsinin geri qaytarılması barədə iddia qaldırmışdır. Həmin andan o, cavabdeh tərəfindən aldadıldığını və ümumiyyətlə ona məxsus olmayan və heç bir faktiki sahibliyi və ya mülkiyyəti olmayan nəqliyyat vasitəsini satış adı altında 50.000 manat pul vəsaitini qanunsuz olaraq ondan aldığını bilmiş, nəticədə cavabdeh həmin hərəkətlərə yol verməklə əsassız varlanmış və beləliklə də onun hüquqlarını pozmuşdur. Qeyd edilən hallar hazırki iddia ərizəsinə əlavə edilən tərəflər arasında olan danışıqlar və Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində “Cinayət işinin başlanılmasını n rədd edilməsi haqqında” 22 iyun 2023-cü il tarixli Qərarında cavabdehin həmin halları etiraf etməsi ilə sübuta yetirilir.
6. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, iddia ərizəsində sözügedən “X19” markalı, **-CS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi cavabdehə yox, X5 mülkiyyətində olmuşdur. Onu satmaq üçün cavabdehin hüququ olmamış, həmin avtomobil iddiaçıya yalnız istifadə üçün verilmişdir. İddiaçının verdiyi mübahisəli nəqliyyat vasitəsinin dəyəri olan 50.000 manat pul vəsaiti cavabdehin təsisçisi olduğu "xxxx" MMC-yə aid olan puldur və ödənilən vəsait müəssisəyə aiddir. Aralarında alqı-satqı müqaviləsi mövcud olmamışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, iddiaçı və onun bacısı ilə yaxın rəfiqədirlər. O, X4 ilə bir yerdə olanda, iddiaçı bacısına zəng vuraraq təcili evdən 11.500 manat pulun ona çatdırılmasını xahiş etmiş və o, X4 ilə birlikdə pulu götürüb iddiaçının işlədiyi ofisə aparıb ona vermişlər. Daha sonra, yenə də X4 ilə birlikdə olan zaman, iddiaçı zəng vuraraq təcili avtomobilin pulunun ödənilməsi üçün ona 31.000 manat məbləğində pul lazım olduğunu bildirmiş və onlar evə gedib həmin pulu götürüb Milli Onkologiya Mərkəzinin yanında yerləşən “Expressbank”ın yanına aparmışlar, iddiaçı pulu götürüb ödəniş etmək üçün Banka girmiş, çıxdıqdan sonra avtomobilin pulunu bir hissəsini ödədiyini bildirmiş və qəbzi göstərmişdir. Bir neçə müddət sonra iddiaçı ondan 6.700 manat məbləğində borc pul vəsaiti istəmiş, aparıb işlədiyi ofisdə pulu vermiş və or ada cavabdehlə tanış olmuşdur. Avtomobil barədə dəqiq məlumatı yoxdur, ağ rəngdə Jeep və qiyməti 50.000 manat olduğunu bilir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, iddiaçının bacısıdır. Bacısı zəng vuraraq evdən 11.500 manat pul vəsaitini onun iş yerinə gətirilməsini xahiş etmiş və o, rəfiqəsi X14 ilə həmin pulu bacısına aparıb vermişlər. Daha sonra bacısı zəng vuraraq 18.200 ABŞ dolları pul vəsaiti lazım olmuş, lakin evdə həmin valyuta ilə pul olmadığından 31.000 manat məbləğində pul vəsaitini Milli Onkologiya Mərkəzinin yanında yerləşən “Expressbank”ın yanına aparmışlar və bacısı həmin banka girib maşının dəyərinin bir hissəsini ödəmişdir. Bildiyinə görə onun rəfiqəsi X7 6.700 manat borc almışdır. Həmin nəqliyyat vasitəsini iddiaçıya cavabdeh satmı ş, lakin sonradan avtomobilin ona məxsus olmadığını bilmişlər.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(001)4649/2023 saylı qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflərin "xxxx" MMC-də birlikdə işlədikləri zaman iddiaçının cavabdeh tərəfindən aldadılması və cavabdehin ona məxsus olmayan və heç bir faktiki sahibliyi və ya mülkiyyəti olmayan nəqliyyat vasitəsini satması və bu məqsədlə ondan 50.000 manat pul vəsaitini qanunsuz olaraq alması barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz.
11. Belə ki, iddiaçı sözügedən dilləri irəli sürsə də, cavabdehə 50.000 manat pul vəsaiti verməsini təsdiq edən hər hansı sübutları (hər hansı iltizamı, sadə yazılı formada hər hansı sənədi və sair) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, mübahisəli 50.000 manat pul vəsaitinin məhz iddiaçıya məxsus olması da iş üzrə müəyyən edilmir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X14 və X2 ifadələri ilə də 50.000 manat pul vəsaitinin bilavasitə cavabdehə verməsini A.Ələsgərzadənin sözlərinə istinadən bildirmişlər. Bu hal isə iddianın əsaslılığına dəlalət etmir.
12. Məhkəmə qeyd etmişdir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkə mə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.
13. Məhkəmə hesab etmişdir ki, sübutetmə yükü baxımından mübahisəli 50.000 manatın məhz iddiaçıya məxsus olduğunu və bu məbləğin cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan alındığını, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda işin məhkəmə araşdırılması bu hallar öz təsdiqini tapmamışdır.
14. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 14.1, 21.1, 21.2, 21.3, 386.1, 439.4, 1091.1, 1091.2, 1093.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci in stansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarında öz əksini tapmış cavabdehin izahatını nəzərə almamışdır. Həmin izahatında cavabdeh nəqliyyat vasitəsini iddiaçıya satdığını, lakin daha sonra pulun iddiaçıya deyil, onun direktoru olduğu müəssisəyə məxsus olduğunu bildirmişdir. Cavabdeh nəqliyyat vasitəsinə ödənilən 50.000 manat vəsaitin müəssisəyə məxsus olduğunu bildirsə də, bunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, hazırda formalaşmış işgüzar adətlərə əsasən nəqliyyat vasitəsinin alqı-sa tqısı zamanı əvvəl etibarnamə verilir, daha sonra rəsmiləşdirilir. Nəqliyyat vasitəsinin dəyəri ödənilmədən etibarnamə verilmir. Əgər nəqliyyat vasitəsinin dəyəri 50.000 manat iddiaçı tərəfindən ödənilməmişdirsə, ona hansı səbəbdən nəqliyyat vasitəsinə sərəncam vermək hüququna dair etibarnamə verilmişdi?. Cavabdeh izahatında nəqliyyat vasitəsini satdığını bildirməklə onlar arasında alqı-satqı əməliyyatının olduğunu etiraf edib. Eyni zamanda, tərəflər arasındakı “whatsapp” yazışmalarında da cavabdeh iddiaçıdan pul vəsaiti istəmiş, iddiaçı isə öz növbəsində pul vəsaiti verdiyini, həmin pulun alınan nəqliyyat vasitəsinə ödənilən puldan çıxdığını bildirərək pulu cavabdeh ödəmişdir. Qeyd edilən hallar şahid ifadələri ilə təsdiq olunsa da, məhkəmə hər hansı əsas və səbəb olmadan şahid ifadələrin i sübut qismində qəbul etməmiş və bunu əsaslandırmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)-1690/2024 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, N.Ş.Cəfərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(001)-4649/2023 saylı qətnaməsi ləğv edilmiş, cavabdehdən 50.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cinayət təqibi qaydasında müraciəti əsasında Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində araşdırma aparılmış və 15 iyun 2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan və toplanmış materiallarda cavabdeh in dostu X5 mülkiyyətində olan “X19”markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya satmasını təşkil etmək üçün sonuncudan 50.000 (əlli min) manat alması müəyyən edilmişdir. Belə ki, cinayət təqibi zamanı cavabdeh verdiyi izahatında Çin dövlətində olarkən iddiaçının ona göndərdiyi pulun Şirkətə məxsus kassada olan pul olduğunu və həmin pulun iddiaçıya heç bir aidiyyətinin olmadığını göstərib. Başqa sözlə, hazırki iş üzrə cavabdeh iddiaçıdan tələb edilən məbləği aldığını etiraf və təsdiq edir. Demək ki, cavabdeh etirafedici izahatı iddiaçını bu halları sübut etmək yükündən azad edir. Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin mübahisələndirdiyi, yəni iddiay a etiraz etdiyi hissə iddiaçının tələb etdiyi məbləğin sonuncuya deyil, ona məxsus "xxxx" MMC-nə aid vəsait olması ilə bağlıdır. Lakin, cavabdeh bu dəlili ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı mötəbər sübut təqdim etməmiş, etirazını yalnız izahatı ilə ifadə etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Deməli iddiaçının tələb etdiyi məbləğin ona deyil, "xxxx" MMC-yə aid vəsait olduğunu sübut etmək yükü də təbii ki, cavabdehin üzərinə düşür. Ancaq cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi bu hallara dair məhkəməyə heç bir sübut təqdim etməmiş və həmin halı sübut edə bilmir. Düzdü, cavabdeh iddia çının tələb etdiyi pulu ona məxsus Şirkətdən mənimsədiyini göstərsə də, bu xüsusatın yoxlanılması hazırki icraatın və iddianın predmeti deyil.
20. Bundan başqa, işdə olan tərəflər arasındakı “whatsapp” yazışmalarında da cavabdehin iddiaçıdan pul vəsaiti istəməsi, iddiaçının isə öz növbəsində pul vəsaiti göndərdiyini, həmin pulun maşına görə verdiyini, cavabdehin isə verilən pulun avtomobilə görə olduğuna etiraz etməməsi və qəbul etməsi təsdiq olunur. Cavabdeh tərəf bu yazışmaların ona məxsus oduğunu heç bir halda təkzib etməyib. Deməli bu sübutlar da iddianın təmin edilməsi üçün müstəqil əsas idi. Tərəflərin münasibətləri pozulduğundan avtomobilin mülkiyyətçisi hazırki iş üzrə iddiaçı tərəfə verilən etibarnaməni ləğv etdirərək avtomobilin qaytarılması üçün Füzuli Rayon Məhkəməsinə müraciət etmiş və iddiası təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə hazırki iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamədə göstərilən hallar da hazırki iddianın əsaslı olduğuna dəlalət edir. Demək ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığı təsdiq olunur və buna görə də birinci instansiya məhkəməsinin iddianın rədd edçərkən iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
21. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququ cavabdeh üçün o, zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmə dən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Ona görə də iddia təmin olunmalıdır.
22. Məhkəmə ko llegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1,386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384, 385, 386, 387, 390-cı maddəlinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı avtomobil alınması üçün 50.000 manat öz müdirinə pul köçürdüyünə dair gülünc tələb irəli sürsə də nədənsə məhkəmə iddiaçıdan pulun avtomobil alınması üçün köçürülməsinə dair sübut tələb etməmiş, sübutetmə yükünü cavabdehin üzərinə qoymuşdur. Həmçinin məhkəmə heç bir mötəbərliyi təsdiq edilməmiş, cavabdehin məlumatı olmadığı kserokağız üzərində yazılmış whatsapp yazısına mötəbər sübut kimi qiymət vermişdir. Həmçinin məhkəmə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində cavabdehin verdiyi izahatda iddianı etiraf etdiyini qeyd etmiş, lakin heç bir yerdə cavabdeh belə izahat verməmişdir. Cavabdeh şirkətə malların alınması üçün Çin Xalq Respublikasında olmasına dair Bakı Apellyasiya Məhkəməsinə teleqram vurmaqla aparılmış auditin rəyini məhkəməyə təqdim etmək üçün məhkəmə iclasının təxirə salınmasını, onun da iştirakının təmin edilməsini xahiş etsə də, məhkəmə nədənsə tələsik yekun məhkəmə aktını çıxarmaqda maraqlı olmuşdur. Məhkəmənin M ülki Məcəllənin 567, 1092-ci maddələrinin düzgün tətbiq edilməməsi iddiaçının izahatı və mübahisəli avtomobilin sənədləri, audit rəyi ilə də öz təsdiqini tapır. Məhkəmə işə baxarkən Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 52.2, 77.1-ci maddələrinin də tələblərini pozub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
31. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti ye rinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyə n edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilmə si şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir.
44. Belə ki, işdən, habelə iddiaçının ərizəsi əsasında toplanmış istintaq orqanının təhqiqat materialından görünür ki, iddiaçı 2018-ci ildən cavabdehin təsisçisi olduğu "xxxx" MMC-də işlədiyini, uzun müddət çalışdıqları üçün cavabdehlə aralarında qarşılıqlı inam yarandığını, bu müddət ərzində Şirkətin fəaliyyəti üçün bir neçə dəfə cavabdehə bor c verdiyini, 2022-ci ildə özünə nəqliyyat vasitəsi almaq istədiyini, cavabdehin dostu X6 məxsus və alınan gündən cavabdehin idarə etdiyi “X19”markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ona satmağı təklif etdiyini, avtomobilin satış qiymətinin bir hissəsini cavabdehin ona olan borcu hesabına, qalan hissəsini isə Şirkətin hesabına köçürməklə cavabdehə ödədiyini, bunu təsdiq edən vatsab yazışmalarının olduğunu, Bankda girvoda olduğu üçün dostu X5 adından avtomobili idarə etmək üçün cavabdehin onun və atasının adına etibarnamə verdiyini, lakin bir müddət sonra cavabdehin heç bir səbəb göstərmədən etibarnaməni ləğv edərək avtomobili geri tələb etdiyini və nəticədə cavabdehin dostu X11 ilə birlikdə onun etibarından sui-istifadə edərək, qanuni və müqavilə əsası olmadan onun hesabına 50.000 manat pul əldə etməklə əsassız varlandığını göstərib, cavabdehdən onun xeyrinə 50.000 manat pulun tutulmasını iddia edir.
45. Cavabdeh isə iddiaçını təxminən 5 ildir ki, tanıdığını, sonuncunun ona məxsus olan "xxxx" MMC-də icraçı direktor vəzifəsində çalışdığını, dostu X6 məxsus nəqliyyat vasitəsini Çin Xalq Respublikasında olarkən Şirkətin işlərini aparmaq üçün iddiaçının adına etibarnamə verməsini xahiş etdiyini, Çin Xalq Respublikasında olarkən Şirkətin kassasında 100.000 manat pulun olduğunu, onun tapşırığına əsasən iddiaçının həmin puldan müəyyən məbləğdə ona göndərsə də, Bakı şəhərinə qayıtdıqdan sonra kassada olan pul vəsaitini mənimsəməsi ilə bağlı iddiaçı ilə aralarında narazılıq yarandığını, bundan sonra iddiaçının ona hədə-qorxu gələrək göndərdiyi pulun 50.000 ma natını guya avtomobilin alınması üçün göndərdiyi barədə şikayət edəcəyini bildirdiyini, onun tapşırığına əsasən X5 iddiaçının adına verdiyi etibarnaməni ləğv edərək avtomobili məhkəmə qətnaməsinə əsasən geri tələb etdiyini, lakin iddiaçının bu günədək avtomobili özündə saxlayaraq geri qaytarmadığını, Şirkətdən yeyinti etdiyi üçün hərəkətlərini ört basdır etmək və onun şikayət etməməsi üçün iddiaçının belə bir yola əl atdığını, Çin Xalq Respublikasında olarkən ona göndərilmiş pulun Şirkətə məxsus kassada olan pul vəsaiti olduğunu və həmin pul vəsaitinin iddiaçıya heç bir aidiyyətinin olmadığını göstərib iddiaya etiraz edir.
46. Göründüyü kimi tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında hər hansı müqavilə bağlanmayıb və hazırda iddiaçı hüquqi əsas olmadan cavabdehin onun hesabına 50.000 manat pul əldə etməklə əsassız varlandığını, cavabdeh isə iddiaçının ona göndərdiyi pul vəsaitinin iddiaçıya deyil, onun təsisçisi olduğu "xxxx" MMCnə məxsus olduğunu bildirir.
47. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin “Əsassız varlanma və onun nəticələri”ni tənzimləyən 1091-1095-ci maddələrinin tələbləri nəzərdə keçirilə bilər.
48. Məlum olduğu kimi Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
49. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilir ki, əsassız varlanma dedikdəbir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Yəni bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi baş verir.
50. Göründüyü kimi əsassız varlanmada iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxs sayılır.
51. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına 50.000 manat pul əldə etməklə əsassız varlanması nəticəsinə gəlsə də, iddiaçının bunun nəticəsində həqiqətən əmlak itkisinə məruz qalıb-qalmaması barədə onun iddiaya etirazının dəlilləri ilə bağlı lazımi araşdırma aparmayıb. Halbuki, cavabdehin vəkili ilk gündən iddiaya etirazında, habelə məhkəmə iclasında verdiyi izahatında iddia tələbi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının nəqliyyat vasitəsinin dəyəri kimi ödədiyi 50.000 manat pul vəsaiti iddiaçıya deyil, məhz cavabdehin təsisçisi olduğu "xxxx" MMC-nə məxsusdur.
52. Cavabdeh özü də apellyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatında göstərib ki, iddiaçının ona göndərdiyi pul vəsaiti Şirkətə məxsus olub. Belə ki, Şirkətdə audit yoxlaması keçirilib və orada 600.000 manatdan çox yeyinti olduğu müəyyən edilib.
53. İşdən görünür ki, cavabdeh izahatında göstərdiyi bu faktı təsdiq etmək üçün məhkəməyə "xxxx" MMC-nin 02 aprel 2024-cü il tarixli audit rəyini təqdim etdiyi və həmin rəy işə əlavə olunduğu halda, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə həmin rəyi iş üzrə toplanmış digər sübutlarla, o cümlədən tərəflərin izahatları ilə yanaşı yoxlayıb qiymətləndirmədən, habelə işin obyektiv həlli üçün "xxxx" MMC-ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edib, onun qanuni təmsilçisinin hazırkı mübahisəli məsələyə münasibətini öyrənmədən, başqa sözlə işə əlavə edilmiş sözügedən audit rəyinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, həmin sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, cavabdehin etirazının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, audit rəydən görünür ki, "xxxx" MMC-də 01 yanvar 2021-ci ildən 16 mart 2023-cü il tarixədək olan dövr ərzində mal-material və pul vəsaitlərinin dövriyyəsinin audit yoxlaması aparılıb və satış obyektində çatışmayan mal qalığının dəyəri 840.273 manat, bank hesabından nağd qaydada 54.890 manat olmaqla, c əmi 895.163 manat pul vəsaitinin İddiaçı tərəfindən kənarlaşdırıldığı müəyyən edilib.
54. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə iddiaçının iddia etdiyi 50.000 manat pul vəsaitinin mənbəyi, yəni həmin pul vəsaitinin "xxxx" MMC-nə məxsus olub-olmadığı, "xxxx" MMC-nin bank hesabından 54.890 manat pul vəsaitinin nə vaxt çıxarıldığı, həmin pul vəsaitinin cavabdehə (nağd və ya bank vasitəsi ilə) göndərilib-göndərilmədiyi, habelə cavabdehin iddiaçıya borcunun olub-olmadığı, avtomobilin razılaşdırılmış satış qiyməti və iddiaçı tərəfindən avtomobilin dəyərinin cavabdehə nə vaxt, hansı qaydada ödənilməsi və sair hallar tam, hərətəfli və obyektiv araşdırılmaqla, iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.
55. İşdən görünür ki, iddiaçı özü də iddia ərizə sində, Şirkətin fəaliyyəti üçün bir neçə dəfə cavabdehə borc verdiyini, sözügedən avtomobilin satış qiymətini cavabdehə hissəhissə ödədiyini, yəni pulun bir hissəsini cavabdehin ona olan borcu hesabına, qalan hissəsini isə Şirkətin hesabına ödədiyini inkar etmir. Belə olan halda iddiaçının Şirkətə ödədiyi vəsaitin təyinatı, məbləği dəqiqləşdirilmədən cavabdehdən iddiaçının xeyrinə bütövlükdə 50.000 manat pulun tutulması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Halbuki, MPM-in 217.1-ci maddəsinin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Eyni zamanda, Mü lki Məcəllənin 1092.1-ci maddəsinin mənasına görə, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Hər bir hüquqazidd hərəkət kimi əsassız varlanma da müəyyən hüquqi nəticələr yaradır. Əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququ isə bərpa edilməlidir.
58. Göründüyü kimi əsassız varlanma nəticəsində şəxsin pozulmuş hüququ o, halda bərpa edilə bilər ki, o həqiqətən əmlak itkisinə məruz qalmış olsun.
59. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında olan vatsab yazışmalarına, habelə cavabdehin istintaq orqanında verdiyi izahata əsaslanaraq, onun iddiaçıdan 50.000 manat pul almasını etiraf etməsi qənaətinə gəlsə də, həmin sübutlarla da cavabdehin iddiaçıdan bütövlükdə 50.00 0 manat pul alması nəticəsinə gəlməyə əsas vermir.
60. Belə ki, sözügedən vatsab yazışmalarını mötəbər yazılı sübut kimi qəbul etsək belə (hərçəndki cavabdeh həmin sübutun mötəbərliliyini qəbul etmir), həmin vatsab yazışmasında cavabdeh son olaraq iddiaçının ona avtomobilə görə 20.000 ABŞ dolları (təxminən 34.000 manat) verdiyini qeyd edib.
61. Həmçinin cavabdeh istintaq orqanında verdiyi izahatında nəinki iddiaçının 50.000 manat pul tələbinə dair iddiasını etiraf edib, əksinə izahatında göstərib ki, iddiaçı ona məxsus olan "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləyib. Çin Xalq Respublikasında olarkən, onun xahişinə əsasən dostu X1 işləri aparmaq üçün iddiaçının adına etibarnamə verib. Həmin vaxt Şirkətin kassasında 100.000 manat pul olub, onun tapşırığına əsasən iddiaçı ona müəyyən m əbləğdə pul göndərib. Bakı şəhərinə qayıtdıqdan sonra kassada olan pul vəsaitini mənimsəməsi ilə bağlı iddiaçı ilə aralarında narazılıq yaranıb. Bundan sonra iddiaçı ona hədə-qorxu gələrək göndərdiyi pulun 50.000 manatını guya avtomobilin alınması üçün göndərdiyi barədə şikayət edəcəyini bildirib.
62. Göründüyü kimi cavabdeh nə vatsab yazışmalarında, nə istintaq orqanında, nə də məhkəmə iclasında verdiyi izahatlarında avtomobilin alqı-satqısına görə iddiaçıdan bütövlükdə 50.000 manat aldığını etiraf etməyib.
63. Ona görə də apellyasiya instansiyası məhkəməsinin iddianı təmin edərkən, cavabdehin iddianı etiraf etməsi halına istinad etməsi MPM-in 52.2, 191-ci maddələrinin tələbləri baxımından əsaslı sayıla bilməz. Belə ki, sözügedən normaların mənasına görə, cavabdeh bu barədə yazılı ərizə v erilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
62. Hazırkı halda cavabdehin iddianı etiraf etməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sadalanan normaların şərtlərinə cavab vermir, yəni cavabdehin iddianı bütövlükdə etiraf etməsi halı, nə onun vatsab yazışmalarında, nə istintaq orqanında, nə də məhkəmə iclasında verdiyi izahatlarında aydın surətdə ifadə olunmayıb.
63. Bu baxımdan kassasiya instansiyası mə hkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
64. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da ifadə olunub.
65. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
66. Ona görə də cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)-1690/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən b axılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.