Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2609/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün dövlət rüsumunun məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3225/2021 nömrəli iş üzrə 21.02.2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan İmişli rayonunun Muradxanlı kəndində yerləşən evindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-194/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Hacıyev) iddia təmin edilmiş, cavabdehlərin iddiaçıya məxsus İmişli rayonun Muradxanlı kəndində yerləşən evindən çıxarılması qət edilmişdir.
3. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-3225/2021 nömrəli iş üzrə 17.11.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- S.Mayılov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və N.Mirzəyev) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh2 İddiaçı məxsus evdən çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir.
6. Apellyasiya instansiyası məhkəməsinin 21.02.2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbi cavabdehlərin mənzildən çıxarılması ilə bağlı olduğundan qiymətləndirilməyən iddialara aiddir. Odur ki, kassasiya şikayətinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Lakin, kassasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayətinin verilməsi üçün cəmi 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
8. Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinin uyğunluğuna yenidən baxılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə 1 oktyabr 2021-ci il tarixdən əvvəl, yəni qanun qüvvəyə minməmişdən öncə verilmişdir. İddia ərizəsi üzrə dövlət rüsumu Qanunun köhnə redaksiyasına uyğun olaraq ödənildiyi üçün kassasiya şikayəti üzrə dövlət rüsumu da köhnə redaksiyaya uyğun ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hazırkı qərardadı məhkəmə təcrübəsinin vahidliyini pozur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
11. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
12. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
13. Maddə 416.2. Apelly asiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
14. Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər
15. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
16. Qiymətləndiri lməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat (maddə 8.2); apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi (maddə 8.6) miqdarında dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli Qanununun keçid müddəaları
17. Maddə 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.
18. Maddə 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, hab elə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. İş materia llarından görünür ki, İddiaçı iddia ərizəsi məhkəməyə 19.05.2021-ci il tarixdə daxil olmuşdur. 22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən kassasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilməlidir.
23. Qanunun qeyd olunan maddəsinə və həmin Qanuna dəyişikliklər edilməsi barədə 09.07.2021-ci il tarixli Qanunun Keçid müddəalarına müvafiq olaraq 01.10.2021-ci il tarixinədək məhkəmələrə daxil olmuş iddia ərizələri əsasında qəbul edilmiş mülki işlərdə kassasiya şikayətləri üzrə dövlət rüsumu məhz iddia ərizəsi verilərkən müəyyən edilmiş və ya ödənilmiş dövlət rüsumunun 50 faizi miqdarında ödənilməlidir.
24. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə kassasiya şikayətinə 2021-ci il oktyabrın 1-dən sonra verilən iddia ərizələri üçün ödənilməli olan dövlət rüsumu dərəcəsini tətbiq etmiş və bu əsasla (kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi) kassasiya şikayətini geri qaytarmışdır.
25. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, mülki iş kassasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Şirvan Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-3225/2021 nömrəli iş üzrə 21.02.2022-ci il tarixli qərardadı ləğv edilsin, iş kassasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.