Məhkəmə qərarları › İş №2(102)-889/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-889/2025

08.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-889/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin toxunulmazlığı, hüquq və azadlıqların məhkəmə müdafiəsi, sübutetmə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaç ı tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu Saray qəsəbəsində iddiaçının mülkiyyətində 0.1344 ha, Cavabdeh2 mülkiyyətində 0.07 ha, digər Cavabdeh1 mülkiyyətində isə 0.06 ha torpaq sahələri var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.1344 ha olan torpaq sahəsindən cavabdehlərin çıxarılmaları və torpaq sahəsində inşa edilmiş hasarın onların hesabına sökülməsi barədə qətnamə qəbul edilməsi ni məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt olunaraq orada hasar inşa edilmişdir. Tərəfindən cavabdehlərə zəbt olunmuş torpaq sahəsindən çıxmaları, orada inşa etdikləri hasarı sökmələri təklif edilsə də bu heç bir nəticə verməmişdir. Cavabdehlər, qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt etmiş və hal-hazırda qanunvericilkilə qorunan hüququndan istifadə etməsinə imkan vermirlər.

4. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: “... İddiaçı xx.xx.2022-ci il tarixli, 308.013135415 reyestr nömrəli Çıxarışlara əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1344 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtə lərinin koordinatları, Cavabdeh2 xx.xx.2011-ci il tarixli, **********01, dövlət qeydiyyat saylı Çıxarışına əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Res publikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Nəzərinizə çatdırırıq ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfin dən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.”

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)- 40/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır (hakim Cəmilə Səfiyeva).

6. Məhkəmə ekspertizası mərkəzinin rəyinə istinad edən birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, həmin rəyi təkzib edən hər hansı sübut işdə mövcud deyildir. Bu səbəbdən iddia tələbi əsassızdır və təmin edilməməlidir.

7. Məhkəmə mövqeyini AR Konstitusiyasının 13 və 29-cu, Torpaq Məcəlləsinin 84 və 111-ci, Mülki Məcəllənin 152.1, 157.2, 157.4 və 239.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasına d air yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahələrinin koordinatları, yerquruluşu və s. barədə məlumatlar Mülki Məcəllənin 140, 139.3, 139,4-cü maddələri və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq etdiyi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən dövlət tərəfindən qeydə alınan (alınmalı) məlumatlar olduğundan, ekspert hal-hazırda Əmlak Xidmətinin arxivində mövcud olan sənədlər əsasında rəy tərtib etməliydi. Ekspertin rəydə istinad etdiyi 2016-cı il tarixli normativ-hüququ akt 2016-cı il tarixdən sonra qeydiyyata alınan daşınmaz əmlaklara aiddir və tətbiq edilməlidir.

10. Məhkəmə kollegiyası tərəfindən iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, hər iki ekspertiza üzrə verilən rəyin nəticə hissəsi birinci instansiya məhkəməsində alınmış rəylə eynilik təşkil etmişdir.

11. Həmçinin, verilmiş mütəxəssis rəylərində Cavabdeh2 faktiki istifadəsində 0.1428 ha, Cavabdeh1 Göğuş oğlunun faktiki istifadəsində 0.0634 ha torpaq sahəsinin mövcud olduğu qeyd olunmuşdur.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Almaz Süleymanova - sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Lalə Rəhimli).

13. Məhkəmə kollegiyası bildirmişdir ki, analoji işlər üzrə də dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastr ı və Reyestri publik hüquqi şəxsinə müraciətlər olunmuş və sonda ərazidə yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işlərinin yekunlaşdırılmadığı barədə cavablar verilmişdir.

14. Araşdırılan mübahisə 2022-ci ildən məhkəmənin icraatında olmaqla, bir neçə ekspertiza təyin edilmiş, qeyd olunan səbəblərdən rəy verilməsi mümkün olmamış, bu da mülki işin icraatının uzanması ilə nəticələnmişdir. Səlahiyyətli orqan özü də sözügedən ərazidə uyğunsuzluq olmasını etiraf etmiş, bununla bağlı dürüstləşmə işlərinin aparıldığını göstərmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı vəziyyə tdə iddia tələbinin əsaslı olub-olmaması məsələsinə müvafiq rəy olmadan nəzəri baxımdan qiymət vermək qanuni və əsaslı olmaz.

16. Belə ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilə bilməyən tələb isə əsaslı hesab edilə bilməz.

17. Məhkəmə kollegiyası onu da əlavə etmişdir ki, hazırkı iddia tələbinin təmin edilməməsi yeni əsaslarla eyni tərəflər arasında, eyni predmetlə bağlı iddia qaldırmaq hüququnu istisna etmir.

18. Məhkəmə kollegiyası mövqeyini aşağı məhkəmənin də istinad etdiyi hüquq normalarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən b axılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassator şikayətinin ilkin dəlilini belə əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş mütəxəssis rəyləri ilə, cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələrinin mülkiyyət hüququ ilə onlara məxsus olan sahələrdən daha böyük olduğu müəyyən edilsə də, işin bu halı məhkəmələr tərəfindən nəzərə alınmamış, artıq olan torpaq sahəsinin yaranma əsası, hansı hissədə yerləşməsi, iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi kimi məsələlər araşdırılmamışdır. Ekspertiza keçirilməsi ilə bağlı vəsatətdə qeyd edilənlərin araşdırılması xahiş edilsə də, məhkəmə kollegiyası aidiyyəti qərardadda bu məsələyə qiymət verməmiş, əlavə ekspertizanın keçirilməsi ilə bağlı verilmiş vəsatət əsassız olara q təmin edilməmişdir. Eyni zamanda, cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələrinin ölçüsü müəyyən edilsə də, koordinatları müəyyən edilməmiş, iddiaçının torpaq sahəsinin koordinatları ilə uyğunsuz olması ehtimallar əsasında müəyyən edilmişdir.

21. Beləliklə, məhkəmələrin iş üzrə gəldiyi nəticə əsasında, iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpası qeyri-müəyyən müddətə uzadılmışdır. Halbuki ədalətin bərpası gələcəyə yönələ, yaxud hansısa inzibati orqanın iradəsindən asılı ola bilməz.

22. Kassator Konstitusiyanın 13, 29, 60-cı maddələrinə istinad edərək hesab etmişdir ki, o, pozulmuş mülkiyyət hüququnun dövlət tərəfindən müdafiəsindən, o cümlədən hüquq və azadlıqlarının məhkəmədə müdafiəsindən yararlana bilməmişdir.

23. Kassator şikayətində Mülki Məcəllənin 140, 146, 148, 152, 157-ci, eləcə də Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrinin tələblərinin pozulduğu barədə mövqeyini əks etdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi h üquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, analoji işlər üzrə də dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciətlər olunmuş və sonda ərazidə yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işlərinin yekunlaşdırılmadığı barədə cavablar verilmişdir. Hazırkı mübahisənin də həllinə dair qeyd olunan səbəblərdən rəy v erilməsi mümkün olmamışdır. Sübuta yetirilə bilməyən tələb isə əsaslı hesab edilə bilməz.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Bu səbədən kollegiya apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətn amənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar