Məhkəmə qərarları › İş №2(102)-261/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-261/2025

19.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-261/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-175/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları

1. Göyçay rayonu Potu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,47 hektar torpaq sahəsi Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olmuş, 24 iyul 2019-cu il tarixdə Göyçay rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlanmış və üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.

2. Cavabdeh1 mübahisəli torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədi yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Göyçay rayonu Potu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,47 hektar torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilmə sini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Cavabdehə torpaq sahəsinin mülkiyyətçisi olduğunu bildirmiş, cavabdehdən həmin torpaq sahəsindən çıxmasını, həmin torpaq sahəsində heç bir iş görməməsini tapşırmışdır. Lakin cavabdeh ona torpaq sahəsini əvvəlki mülkiyyətçilərdən aldığını bildirmişdir. Cavabdehdən əgər torpaq sahəsini almışsa, buna dair alğı-satqı müqaviləsini təqdim etməsini tələb etmişdir. Cavabdeh ona həmin torpaq sahəsini şifahi razılıq əsasında aldığını bildirmişdir. Cavabdehə torpaq sahəsinin qanuni mülkiyyətçisi olduğunu, adına çıxarış olduğunu bildirərək, həmin torpaq sahəsindən çıxmadığı və hər hansı bir iş görəcəyi təqdirdə, qanuni tədbir görəcəyi barədə xəbərdarlıq etmişdir. Bund an sonra, ailə vəziyyəti, işləri ilə bağlı torpaq sahəsinə mütəmadi olaraq gedib-gələ bilməmişdir. Daha sonra torpaq sahəsinə baxış keçirən zaman məlum olmuşdur ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsində xəbərdarlığına məhəl qoymadan ağaclar əkmişdir. Cavabdehə müraciət edərək, ona vaxtında xəbərdarlıq etdiyini, torpaq sahəsinə zəbt etməsinin qanunsuz və yolverilməz olduğunu, qanuni tədbir görəcəyimi bildirmişdir.

5. Göyçay Rayon Məhkəməsinin (hakim: F.İbrahimov) 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi və naturada göstərdiyi 1.36 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********75 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsi ilə üst-üstə düşmür.

7. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4413 saylı rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi ilə İddiaçı iddia etdiyi və naturada göstərdiyi 1.36 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********75 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur.

8. Birinci instansiya məhkəməsi mütəxəssis və ekspert rəylərinə istinad edərək hesab etmişdir ki, Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan 1.47 ha torpaq sahəsinin zəbt edilməsi müəyyən edilməmişdir, həmçinin həmin torpaq sahəsinin zəbt edilməsinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, "İnsan hüquqları və əsas aza dlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217 və 119-cu maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məhkəmə maddi və prosessual hüquq no rmalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. İşin araşdırılmayan halı ondan ibarətdir ki, hər iki torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Başqa sözlə, onun iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi də, **********75-reyestr nömrəli çıxarışla onun mülkiyyətinə verilmiş Göyçay rayonu Potu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.47 ha torpaq sahəsi də Cavabdeh1 tərəfindən istifadə olunur. Göründüyü kimi o, mülkiyyətində olan torpaq sahəsini cavabdehin zəbt etdiyini iddia etməyinə baxmayaraq, ekspert tərəfindən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmaması sualına cavab verilməmişdir.

12. Şəki Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(107)-175/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli sədrlik edən və məruzəçi, Elçin Mehdiyev və Ələddin Məcidov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(046)-142/2023 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş Reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin 1.27 ha hissəsindən Cavabdeh1 çıxarılmaması hissəsində ləğv edilərək həmin hissə üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi həmin hissədə təmin edilərək, reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin 1.27 ha hissəsindən Cavabdeh1 çıxarılması, qətnamənin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2024-cü il tarizli ekspert rəynə əsasən, müəyyən edilmişdir ki, **********75 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1,47 ha torpaq sahəsinin, o cümlədən “Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları”nda (TEKUİS) təsbit edilərək göstərilmiş **********75 reyestr nömrəli çıxarışla verilmiş 1,47 ha (TEKUİS məlumatlarında sənəd üzrə sahəsi 1,47 ha faktiki sahəsi 1,27 ha) torpaq sahəsinin koordinatları müəyyən edilmişd ir. **********75 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1,47 ha torpaq sahəsinin, o cümlədən “Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları”nda (TEKUİS) təsbit edillərək göstərilmiş **********75 reyestr nömrəli çıxarışla verilmiş 1,47 ha (TEKUİS məlumatlarında sənəd üzrə sahəsi 1,47 ha faktiki sahəsi 1,27 ha) torpaq sahəsi iddiaçının baxış zamanı naturada göstərdiyi və iddia etdiyini bildirdiyi 1,36 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

14. İş üzrə əlavə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23 avqust 2024cü il tarixli ekspert rəyi ilə, **********75 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1,47 ha torpaq sahəsinin, o cümlədən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) təsbit edillərək göstərilmiş **********75 reyestr nömrəli çıxarışla verilmiş 1,47 ha (TEKUİS məlumatlarında sənəd üzrə sahəsi 1,47 ha faktiki sahəsi 1,27 ha) torpaq sahəsi iddiaçının baxış zamanı naturada göstərdiyi və iddia etdiyini bildirdiyi 1,36 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi, **********75 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsi, o cümlədən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən **********75 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi (sənəd üzrə 1.47 ha, faktiki 1.27 ha) həmçinin ətrafında çoxillik əkmələr mövcud olan torpaq sahələri faktiki olaraq Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, **********75 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1.47 ha torpa q sahəsinin, o cümlədən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) təsbit edilərək göstərilmiş **********75 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi (sənəd üzrə 1.47 ha, faktiki 1.27 ha) üzərində çoxillik əkmələr (meyvə ağacları) mövcud olmuşdur. Sözügedən çoxillik əkmələrin X2 məxsus olduğu yerliözünüidarəetmə qurumundan bildirilmişdir.

15. Məhkəmə kollegiyası ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirərək qeyd etmişdir ki, iddiaçıya məxsus Reyestr nömrəsi **********75 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 1.47 ha torpaq sahəsinin 1.27 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edilmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə e tməklə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququna malikdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin140, 152.1, 152.2, 152.5, 157.2, 157.4-cü, Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələrinə, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarına, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. C avabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayətində aşağıdakı pozuntulara istinad edilmişdir: -Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin, 26-cı və 29-cu maddələrinin pozuntusu- Azərbaycan Respublikasının qanunvericliyi ilə mülkiyyət hüququnun toxunulmazlığı, mülkiyyət hüququndan qanunsuz məhrumetmənin yolverilməzliyi təsdiq edilməsinə baxmayaraq işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hazırki mülki işin araşdırılması zamanı qanunvericiliyin həmin normalarını gözardı etmişdir. -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci və 1 52.2-ci maddələrinin pozuntusu- Cavabdeh1 torpaq sahəsinin vicdanlı əldə edəni və istifadə edəni olmasını nəzərə almamışdır. Cavabdeh1 1999-cu ildə torpaq sahəsini faktiki olaraq alğı-satqı edəndən sonra, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə, həmin torpaq sahəsinə sahiblik etməyə başlamışdır. -Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu və 14.2-ci maddələriTərəflərin təqdim etdiyi sübutlar ümumiyyətlə qanunvericiliyin tələb etdiyi formada əlaqəli şəkildə araşdırılmamışdır. - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1, 218.1-ci maddələri- maddi hüquq normalarının nəzərə alınmaması və tətbiq edilməməsi bu maddələrin pozuntusu hesab edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olma mışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

21. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublik ası Torpaq Məcəlləsi

23. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

24. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətinin dəlillərinə əsasən qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.

32. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

33. Kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, məhkəmə tərəfindən cavabdehin mülkiyyət hüququ pozulmuşdur. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, cavabdehin çıxarıldığı torpaq sahəsi üzərində hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Belə olan halda cavabdeh torpaq sahəsinin mülkiyyətçisi olmadığından mülkiyyət hüququnun pozuntusundan söhbət gedə bilməz.

34. Digər dəlil bundan ibarətdir ki, məhkəmə tərəfindən Cavabdeh1 tərəfindən torpaq sahəsinin faktiki alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və vicdanlı əldə edən olduğu nəzərə alınmamışdır. Məhkəmə bu dəlili də əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüququn yaranması üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə bağlanması tələb olunduğundan və şifahi qaydada bağlanmış alqı-satqı etibarsız (əhəmiyyətsiz əqd) olduğundan cavabdehin hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüququ yaranmadığı üçün vicdanlı əldə edən hesab edilmir.

35. İşə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verilərək qanuni və əsaslı qətnamə qəbul edilmiş, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verilməmişdir. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə iddianın təmin edildiyi hissədə dəyişdirilmədən s axlanılmalıdır.

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-175/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar