Məhkəmə qərarları › İş №2(102)-2610/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2610/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2610/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair birinci və İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “ə qdin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma” tələbinə dair birləşdirilmiş iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili XXXnun, Cavabdehin vəkili X9 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(103)6029/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azə rbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 13 noyabr 1987-ci il tarixli, 2537 nömrəli müqavilə ilə Nardaran ərazisində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət 665 nömrəli bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən XXXna icarəyə verilmişdir. XXX, X11, X6 Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək, torpaq sahəsinin 0,12 ha hissəsinin Cavabdeh2, 0,12 hissəsinin isə X4 adına sənədləşdirilməsini xahiş etmişlər. 15 may 1998-ci il tarixli, 2537 nömrəli müqavilə ilə Nardaran ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 665 nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən Cavabd eh2 icarəyə verilmişdir. 15 may 1998-ci il tarixli, 21374 nömrəli müqavilə ilə Nardaran ərazisində yerləşən 0,12 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən X7 icarəyə verilmişdir. XXX İddiaçı atasıdır. XXX 02 avqust 2001-ci ildə ölmüşdür. X6 notarial qaydada təsdiq edilmiş ərizə verərək, atası XXXndan miras qalmış ona düşən miras əmlak payından qardaşı İddiaçı xeyrinə imtina etmişdir. X12 notarial qaydada təsdiq edilmiş ərizə verərək, atası XXXndan miras qalmış əmlakdan ona düşən payı qəbul etmədiyini və həmin mirasla bağlı gələcəkdə məhkəmə orqanlarına müraciət etməyəcəyini bildirmişdir. ünvan 1nömrəli bağ evi və həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyest rində 26 dekabr 2017-ci il tarixdə qeydiyyata alınmış, Cavabdeh2 22 fevral 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə verərək, həmin bağ evinin yarasız olduğu üçün söküldüyünü göstərmiş və evin qeydiyyatının ləğv edilməsi, yalnız torpaq sahəsinə çıxarış, plan-sxem və texniki pasportun verilməsini xahiş etmiş, torpaq sahəsi üzərində mülkiyyət hüququ 07 mart 2018-ci il tarixdə təkrarən qeydiyyata alınmışdır. ünvan ünvanında yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 22 dekabr 2017-ci il tarixdə qeydiyyata alınmış, 13 yanvar 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 19 yanvar 2018-ci il ta rixdə qeydiyyata alınmışdır. 17 mart 2018-ci il tarixdə Cavabdeh2 ünvan 1nömrəli bağ sahəsini və 665A nömrəli bağ sahəsini Cavabdeh3 satmış və sonuncunun 0,24 ha təşkil edən həmin torpaq sahələri üzrə 665 nömrə ilə mülkiyyət hüququ 10 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci iddia üzrə birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 32 saylı Notariat kontorunda 17 mart 2018-ci il tarixdə 4Ə-91 və 4Ə-92 reyestr nömrələri ilə qeydiyyata alınmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası XXX ilə keçmiş Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 2537 nömrəli müqaviləyə əsasən Nardaran ərazisində yerləşən 665 nömrəli bağ sahəsi XXXna icarəyə verilmişdir. 1998-ci ildə atası sözügedən bağı satmaq istəmiş, lakin iddiaçı və qardaşı X11 notarial təsdiqli razılıq vermədiklərinə görə alqı-satqı baş tutmamış, şəxsən özü bağın satılması üçün verilmiş pulu bağı almaq istəyən ş əxsə qaytarmışdır. Sonra bağa gedib-gəlmiş və ondan istifadə etmişlər. 02 avqust 2001-ci ildə atası XXX vəfat etmişdir. Atasının vəfatından sonra 3 saylı “ASAN xidmət” Mərkəzinin Notariat kontoruna müraciət etmiş və onun ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Həmin vərəsələrin sırasında o, qardaşı X12 və bacısı X6 olmuş, bacısı və qardaşı mirasdan iddiaçının xeyrinə notarial qaydada imtina etmişlər. Digər bacıları XXX, XXX və qardaşı XXX vərəsələrin dairəsinə daxil olmamışlar. 2018-ci ilin may ayında o və ailəsi bağa gedəndə bağın hasarının söküldüyünü görmüş və məlum olmuşdur ki, bağ sahəsinə dair Cavabdeh3 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən çıxarış verilmişdir. Cavabdeh3 iddiaçının bacısı XXXnın oğludur. Bacısı isə notarius tərəfindən vərəsə kimi mirasın qəbulu müddətini ötürdüyündən, vərəsələrin dairəsinə daxil olmamışdır. Bağın satılmasına iddiaçı və qardaşı XXX heç vaxt razılıq verməmiş və bağ sahəsi atası tərəfindən satılmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(008)5889/2018 nömrəli qətnaməsi ilə (hakim A.Z.Rzayev) iddia təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının atasının istifadəsində olan torpaq sahəsi sonuncunun razılığı ilə digər şəxslərin istifadəsinə verilmiş, XXX vəfat edərkən artıq mübahisəli torpaq sahəsi onun mülkiyyətində və istifadəsində olmamış və miras kütləsinə daxil olmadığından iddiaçı tərəfindən qəbul edilməsi mümkün olmamışdır. Etibarsız hesab olunması iddia edilən hər iki alqı-satqı müqavilələri mülki qanunvericiliyin in tələblərinə uyğun, tərəflərin azad iradə ifadəsi əsasında, yazılı formada bağlanılmış, Çıxarış isə həmin müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında qanuni şəkildə aparılmışdır. b) İkinci iddia üzrə birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 saylı bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş Bağın icarəyə verilməsi haqqında 15 may 1998-ci il tarixli, 2597 saylı müqavilənin etibarsız hesab edilməsi, onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi və həmin torpaq sahəsindən Cavabdeh3 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia da birinci iddiada göstərilən faktiki hallarla əsaslandırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(008)4232/2019 nömrəli qətnaməsi ilə (hakim S.Ş.Tağıyev) iddia rədd edilmişdir. Birinci instansiyası məhkəməsi həmin qətnamədə qeyd etmişdir ki, iddiaçı tələbində bağın satılmasına onun və qardaşı XXXin razılıq verməməsini göstərsə də, iş materiallarında X5 01 may 1998-ci il tarixli ərizəsi mövcuddur. X1 1998-ci ildə atasının adından bağın digər şəxslərin adına sonrakı rəsmiləşdirilmələrini heç vaxt mübahisələndirməmişdir. Məhkəmə he sab etmişdir ki, iddiaçı mübahisəli bağın atası tərəfindən başqa şəxsin, konkret olaraq cavabdehin adına sənədləşdirilməsinə razılıq verməsini qardaşı kimi tam məlumatlı olmuş və bağa görə verilmiş pulu bağı almaq istəyən şəxsə qaytarmasını və sonradan bağa gedib-gəlməklə istifadə etməsini bildirsə də, buna dair heç bir mötəbər və tutarlı sübut təqdim etməmişdir. Nəhayət məhkəmə Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 73, 76, 77 və 82-ci maddələrinə, eyni zamanda hazırda qüvvədə olan Mülki Məcəllənin 354-cü maddəsinə istinad edərək hesab etmişdir ki, müqavilənin etibarsızlığı tələbini irəli sürmək üçün müddətlər də ötürülmüşdür. c) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətləri verərək, Bakı şəhəri Sabunçu R ayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(008)-5889/2018 nömrəli qətnaməsinin və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(008)-4232/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və hər iki iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli, 2(103)-14064/2019 nömrəli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda baxılması üçün birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(103)-6029/2020 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 no yabr 2018-ci il tarixli, 2(008)-5889/2018 nömrəli qətnaməsinin və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(008)-4232/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hər iki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, həmin məhkəmə iddia tələblərini rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İdd iaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(103)-6029/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeri apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizələrində göstərilən dəlillərə istinad edilərək onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçının atasına icarəyə verilmiş torpaq sahəsinə gözlənilən hüququ olmuş və onun hazırki hüquqi vəziyyətini mübahisələndirmək üçün subyektiv hüququ olmuşdur. Həmçinin torpaq sahəsinin Cavabdeh2 və X4 adlarına rəsmiləşdirilməsi həmin dövrdə mövcud olan qaydalara zidd həyata keçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili XXX kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 vəkili X19 kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi səlahiyyətli nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Az ərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunveric iliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və d aşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüq uqu, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri mü əyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququ nun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edil ir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kassasiya instansi yası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddianın mahiyyətindən görünür ki, iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində olan qeydi mübahisələndirir və bunu onunla əsaslandırır ki, atası həmin torpaq sahəsinə istifadə hüququ X2 da, sonradan onun və qardaşının razılığı olmadığı üçün alqı-satqı müqaviləsi baş tutmamış, pul cavabdehə qaytarılmışdır. Lakin işin faktiki hallarını araşdıran məhkəmələr təqdim olunmuş sübutları səlahiyyətləri çərçivəsində qiymətləndirərək müəyyən etmişlər ki, torpaq sahəsinə dair iddiaçının atasının adına olan icarə müqaviləsi sonuncunun və ailə üzvlərinin razılığı ilə ləğv olunmuş, torpaq sahəsi iki yerə bölünərək, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən 15 may 1998-ci il tarixdə Cavabdeh2 və X7 icarəyə verilmişdir. İddiaçı atasının sonradan torpağı satmaqdan imtina etməsini və aldığı pulun iddiaçı tərəfindən Cavabdeh2 qaytarıldığını göstərsə də, işin faktiki hallarını araşdıran məhkəmələrə buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübu tetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının qeyd olunan müqavilələrin mübahisələndirilməsinə dair subyektiv hüququ olmamışdır. Bununla bağlı ilk olaraq qeyd olunmalıdır ki, iş materiallarında olan 13 noyabr 1987ci il tarixli, 2537 nömrəli müqavilədən müəyyən olunur ki, torpaq sahəsi XXXna icarəyə verilmiş, müqavilədə i carədarın ailə üzvləri kimi isə XXX, XXXvə XXX göstərilmişlər. Yəni iddiaçı özü müqavilənin tərəfi və ya müqavilədən fayda alan şəxs olmamış və onun ləğvi üçün razılığına zərurət olmamışdır. Həmçinin torpağa dair ilkin icarə müqaviləsinin tərəfi olan iddiaçının atası XXX sağlığında, eyni zamanda yuxarıda qeyd olunan ailə üzvləri Cavabdeh2 ilə bağlanmış 15 may 1998-ci il tarixli icarə müqaviləsini mübahisələndirməmişlər. Bundan başqa, iddiaçının atası öləndə sonuncunun mübahisələndirilən torpaq sahəsinə mülkiyyət və ya hər hansı digər hüququ olmamış, bu səbəbdən həmin əmlak miras kütləsinə daxil olmamışdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpağa gözlənilən hüququnun olmasına dair kassasiya şikayətinin dəlili əsassızdır. Qeyd olunanların davamı o laraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinə iddiaçının hər hansı hüquqları müəyyən edilmədiyindən, işin faktiki hallarını araşdıran məhkəmələr düzgün olaraq həmin torpağa dair bağlanmış icarə və sonrakı alqı-satqı müqavilələrinin, onların hüquqi nəticəsi olan Çıxarışın etibarsız hesab olunması tələblərini təmin etməmişlər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(103)-6029/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar