Məhkəmə qərarları › İş №2(102)-2610/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2610/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2610/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 may 2025-ci il tarixli 2(105)400/2025 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. JN-479A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi X15 verilmişdir.

2. Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli, 14 saylı protokol-qərarı ilə X13 imtinası və razılıq ərizəsinə əsasən 0,12 ha həyətyanı torpaq sahəsinin ona verilməsi ləğv edilmiş və onun ərizəsi, torpaq sahəsinin alqı-satqısına dair Aktı, dövlət rüsumunu ödəməsinə dair qəbz nəzərə alınaraq 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı təhkim edilmişdir. 3. 15 sentyabr 2005-ci il tarixdə 14 nömrə ilə qeydə alınmış “Torpaqların alqısatqısına dair” Akta əsasən, Şama xı rayon Çuxuryurd Bələdiyyəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin 300.000 manata (AZM) İddiaçı satılması barədə 15 sentyabr 2005-ci il tarixli, 14 nömrəli qərar qəbul edilmişdir.

4. Şamaxı rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 6 oktyabr 2022-ci il tarixli qərarına əsasən, İddiaçı əri X16 Cavabdeh barəsində ona və yaxın qohumlarına qarşı hədə-qorxu gəlməsinə dair müraciəti üzrə toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.

5. Şamaxı rayon Məlhəm bələdiyyəsinin arayışına əsasən, Şamaxı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Çuxuryurd kəndində xüsusi mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə aid cədvəldə 479 nömrə ilə X15 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Sonr adan keçmiş Çuxuryurd bələdiyyəsinin 15 sentyabr 2005ci il tarixli, 14 saylı protokol-qərarı ilə X13 qeyd olunan torpaq sahəsinə ehtiyacı olmadığı üçün, həmin torpaq sahəsinin bələdiyyənin fonduna keçməsi ilə əlaqədar müraciət etmiş və onun müraciəti nəzərə alınaraq, həmin torpaq sahəsi X17 təhkim edilmişdir. Lakin, qeyd olunan torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərində coğrafi yerləşməsi və tərtib edilmiş sxemi bələdiyyənin mövcud arxivində aşkar edilmədiyi üçün, həmin torpaq sahəsinin kəndin hansı istiqamətində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsində olan tikilidə yaşayış olmadığı üçün kimin tərəfindən tikildiyi məlum deyil və 2005-ci ildən bu günədək qeyd olunan torpaq sahəsinə görə torpaq vergisi hər hansı bir şəxs tərəfindən ödənilməmişdir. 6. 6 avqust 2018-ci il tarixdə X22 ölmüşdür və ondan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, ümumi sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi miras qalmışdır. 7. 11 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, X13 vərəsələri X27, Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak isə Reyestr Xidməti tərəfindən 6 aprel 2022-ci il tarixdə X13 adına verilmiş Çıxarışda göstərilən, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsidir. 8. 13 aprel 2022-ci il tarixli Çıxarışa əsasən, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. 9. 31 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, Cava bdeh Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsini X9, həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmış və bu barədə Reyestr Xidməti tərəfindən onun adına 13 sentyabr 2022-ci il tarixli Çıxarış vermişdir.

10. Şamaxı Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(074)-1075/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “0,12 ha həyətyanı torpaq sahəsindən və onun üzərində tikdiyi evdən çıxarılması” barədə iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi X15 verilmişdir. Daha sonra X22 həmin torpaq sahəsini X18, sonuncu isə X3. Lakin, torpaq sahəsi satılark ən alqı-satqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsində İddiaçı tərəfindən iki mərtəbəli ev tikilmişdir. Həmin evin tikintisinə maliyyə vəsaiti Xatəm Gərayev tərəfindən İsa Gərayev vasitəsilə ödənilmişdir. 2018-ci ildə X22 vəfat etmiş, 2022-ci ildə isə Cavabdeh həmin torpaq sahəsini mülkiyyətinə keçirərək satmışdır. İddiaçı hazırda həmin torpaq sahəsində yerləşən tikdirdiyi evdən istifadə edə bilmir.

11. Əmlak Ekspert Mərkəzinin 28 mart 2023-cü il tarixli rəyinə əsasən, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin təqdim edilmiş ölçülərə və fototəsvirlərə əsasən, bazar dəyəri 2007-ci il tarixə 27.000 manat, 28 mart 2023-cü il tarixə 38.000 manat təşkil etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 fevral 2024-cü il tarixli, 2(105)-212/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertlər qarşısında Cavabdeh məxsus olmuş Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən mübahisəli fərdi yaşayış evinin tikintisinə 2007-cı il üçün mövcud olan orta bazar qiymətlərlə çəkilmiş xərclərin (ayrı-ayrılıqda və ümumilikdə materialların və görülən işlərin dəyəri göstərilməklə) dəyərinin müəyyən edilməsi (fərdi yaşayış evinə baxış keçirilməsi mümkün olmadıqda, evin dəyərinin iş materiallarında olan fotoşəkillər və mütəxəssis rəyində göstərilən iş və materialların siyahısı əsasında nəzəri baxımından müəyyən edilməsi) tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 25 i yun 2024-cü il tarixli məlumatına əsasən, təhqiqat obyektinin qapısı bağlı olduğuna və cavabdehin iştirak etməməsi səbəbindən təhqiqat obyektinə baxış keçirilməsi mümkün olmadığına görə ekspertizanın aparılmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsində 2007-ci ildə inşa etdiyi iki mərtəbəli fərdi evin tikintisinə sərf etdiyi 27.000 manat; əldən çıxmış faydaya görə illik minimal 5 faiz bank uçot dərəcəsi hesabı ilə 16 illik dövr üçün 21.600 manat; torpaq sahəsinin alqı-satqısı üçün 2005-ci ildə ödədiyi 1.400 ABŞ dollar; 2023-cü ildə ödəniş gününə məzənnə üzrə 2.380 manat; hər il (2006-2023-cü illər) üzrə minimal məzənnə qi ymətləri əsasında əldən çıxmış fayda kimi (minimal 5% hesabı ilə) 1.497,25 manat; torpağın alqı-satqısı üçün bələdiyyəyə ödədiyi 60 manat; həmin pula əldən çıxmış fayda şəklində hesablanmış 54 manat olmaqla, cəmi 52.591,25 manat maddi zərərin və əldən çıxmış faydanın Cavabdeh (bundan sonra “cavabdeh”) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin mülkiyyətçisi X22 9 iyun 2004-cü ildə rəsmiləşdirilmiş sadə yazılı müqavilə, yəni razılaşmaya uyğun olaraq şəhadətnamə üzrə özünə məxsus olan 0,12 ha ölçüdə torpaq sahəsini X4. Razılaşmada torpağı təqdim edənin və alanın şəxsiyyət vəsiqəsinin nömrə və seriyası qeyd edilməklə torpaq sahəsinin sahibi X22 400 ABŞ dollarını aldığını razılaşmada qeyd etmişdir. İlkin mül kiyyətçi qeyd olunan sadə yazılı formada özünə məxsus olan torpaq sahəsini X18 təqdim etdikdən sonra, eyni zamanda torpaq sahəsinə görə Çuxuryurd bələdiyyəsinə ödənilməli olan torpaq vergisi də X13 adından 16 sentyabr 2005-ci il tarixdə X24 tərəfindən rəsmi olaraq bələdiyyəyə ödənilmişdir. Qeyd olunan torpaq sahəsini 400 ABŞ dolları ödəməklə ilkin mülkiyyətçi X12 almış X14 atası, 2005-ci ildə iddiaçının mərhum X38in və digərlərinin, habelə torpaq sahəsinin Şəhadətnamə üzrə sahibi X13 iştirakı ilə 1.400 ABŞ dollarına iddiaçıya satmışlar. 15-16 sentyabr 2005-ci il tarixdə X13 adından bələdiyyəyə olan vergi borcu ödənilmişdir. Eyni zamanda, torpaq sahəsinin mülkiyyətçisi cavabdehin atası X6 bələdiyyəsinə ərizə təqdim edərək, qeyd olunan torpaq sahəsindən bələdiyyənin xeyrinə imtina etmişdir. Çuxuryurd bələdiyyəsinin sədrinin iştirakı ilə torpaq sahəsinə dair JN-479A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əsli iddiaçıya təqdim edilmişdir. X2 üzərində torpaq sahəsindən imtina etməsi barədə yazılı formada ərizə kimi fikirlərini yazmışdır. Bu X1 yazdıqlarını bələdiyyə sədri imzası və möhürü ilə təsdiq etmişdir. X22 bu Şəhadətnamədə əlyazma qaydasında aşağıdakıları qeyd etmişdir: “Çuxuryurd bələdiyyəsinin 15 sentyabr 2005-ei il tarixli, 14 saylı protokolqərarına əsasən X15 məxsus JN-479A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə təhkim olunmuş 0,12 ha həyətyanı torpaq sahəsini özünün imtina ərizəsinə əsasən ləğv edərək, İddiaçı fərdi yaşayış evi tikmək üçün təhkim etmişdir.” Həmin gün bələdiyyənin protokol-qərarı və “Torpağın alqı-satqısına dair” Akt iddiaçıya təqdim olunmuşdur. Razılaşmaya uyğun olaraq, yəni X8 torpaq sahəsindən imtina etmiş və onu bələdiyyəyə təqdim etdiyi üçün, iddiaçı tərəfindən 13 sentyabr 2005-ci il tarixli, 166 saylı mədaxil qəbzinə əsasən, torpaq sahəsini satın almaq üçün bələdiyyənin hesabına 300.000 manat (AZM) pul köçürülmüşdür. 2004-cü ildə X15 400 ABŞ dolları və onun adından bələdiyyəyə 2005-ci ilə qədər yığılıb qalmış torpaq vergisi ödənilmişdir. Bundan sonra X24 (onun adından atası) bələdiyyəyə ödənilmiş vəsaitləri nəzərə almaqla, yekunda torpaq sahəsini almaq üçün X13 iştirakı ilə X14 atasına iddiaçı 1.400 ABŞ dolları ödəmişdir. İddiaçı X38in rəhbərliyi və nəzarəti altında 2007-ci ilədək Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən qeyd olunan torpaq sahəsində 10 X 8 metr ölçüdə iki mərtəbəli f ərdi həyət evi inşa etdirmişdir. Evin daxilində suvaq, elektrik işləri və digər zəruri işlər görülmüşdür. Fərdi yaşayış evinin daxilində otaqlar üçün quraşdırılmamış qapılar və digər materiallar olmuşdur. İddiaçı 2007-ci ildə fərdi yaşayış evinin tikintisi, tikinti materiallarının və sair malların alışı, təmiri və sair zəruri işlərin icrası məqsədilə X38in rəhbərliyi ilə fərdi yaşayış evinin tikintisinə Rusiya Federasiyasında yaşayan digər əmisi Xatəm Gərayevin göndərdiyi vəsait hesabına 27.000 manat pul xərclmişdir. İddiaçı tərəfindən iki mərtəbəli evin damı bağlanmış və evin daxilində təmir işləri görülməyə başlamışdır. İddiaçı 01-10 yanvar 2022-ci il tarixlərdə qeyd olunan torpaq sahəsinin adına rəsmiləşdirilməsi və Çıxarışın alınması üçün X38ə təklif olunmuşdur ki, sənədləşmənin ən asa n yolu torpaq sahəsinə dair ilkin mülkiyyətçi mərhum X13 adına Çıxarış alınsın və sonra torpaq sahəsi onun adına keçirilsin. Bu məqsədlə yanvar 2022-ci ildə cavabdehlə X38 arasında danışıqlar aparılan zaman cavabdeh ilkin olaraq buna etiraz etməmişdir. Bir müddət keçdikdən sonra iddiaçının səlahiyyətli nümayəndəsi İsa Gərayev cavabdehlə yenidən əlaqə saxlamış və köməklik göstərmək üçün qeyd olunan torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin (bu sənədin əsli 2005-ci ildən etibarən onda olmuşdur) və digər sənədlərin surətlərini cavabdehə vermişdir. Bir müddət keçəndən sonra cavabdeh evi adına keçirmək üçün razılıq məqsədilə X38dən 15.000 manat pul tələb etmişdir. X38 torpaq sahəsinin pulunu mərhum atasına həmin vaxt tam şəkildə ödənildiyini bildirmiş, lakin cavabde h 2022-ci ildə ayrı-ayrı vaxtlarda X38i hədələmişdir. Bundan sonra iddiaçının X38 yüksək stress keçirməklə təzyiq xəstəliyi tapmış və 03 avqust 2022-ci il tarixdə ölmüşdür. 2022-ci ilin (aprel-may aylarında) əvvəllərində cavabdeh mübahisəli fərdi yaşayış evini özbaşına zəbt edib, açarları dəyişmişdir. Yuxarıda qeyd olunan mübahisəli torpaq sahəsi ilə əlaqədar cavabdehə qarşı “Torpaq sahəsindən və evdən maneəsiz istifadə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şamaxı Rayon məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(074)1075/2022 saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. Lakin məhkəmənin gedişində məlum olmuşdur ki, JN-479A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mərhum X13 vərəsəsi, hazırkı iş üzrə cavabdeh 11 aprel 2022-ci il tarixli, 2V-253 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, torpaq sahəsini vərəsəlik qaydasında 13 aprel 2022-ci il tarixdə öz adına rəsmiləşdirmişdir. Bundan başqa, miras qoyan X22 2018-ci ildə öldüyü halda, cavabdeh dörd il müddətində mirası nə faktiki, nə də hüquqi yolla qəbul etməmiş və mirası qəbul etmək məqsədilə notariusa ərizə verməmişdir. Çünki cavabdeh belə bir torpaq sahəsinin atası X13 adına olmasından məlumatsız olmuşdur. Bundan sonra cavabdeh notariat ofisində tərtib olunmuş 31 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini X10 və sonuncunun adına 13 sentyabr 2022-ci il tarixli Çıxarış verilmişdir. Halbuki, X22 torpaq sahəsini sadə yazılı müqavilə əsasında 2004-cü ildə X18, sonuncu isə X13 iştirakı və razılığı ilə 2005-ci ildə bələdiyy ə qərarı vasitəsi ilə iddiaçıya satmışdır. Bunun üçün bələdiyyəyə 300.000 manat (AZM) pul ödəmişdir. Cavabdeh torpaq sahəsinin onun atası tərəfindən o, azyaşlı olarkən (11 yaşı olmuşdur) satıldığını bildiyi halda, polis əməkdaşı olmasından istifadə edərək sənədlərin nüsxələrini iddiaçının əmisindən götürmüş və sonra da hazırkı hərəkətləri icra etmişdir. Cavabdeh torpaq sahəsini onun atası tərəfindən iddiaçıya təqdim olunduğunu və torpaq sahəsinin mübahisəli olduğunu notariusa bildirmədən və nəticədə Mülki Məcəllənin 1246, 1247, 1248-ci maddələrinin və digər normaların tələblərini pozaraq, 2022-ci ildə məqsədli və qərəzli hərəkətlər etmişdir. Cavabdeh bununla kifayətlənməyərək qeyd olunan torpaq sahəsi ilə bağlı mübahisənin olmasına baxmayaraq, notarial ofisində torpaq sahəsini digər bir şəxsə məqsədli şəkildə satmaqla, onun vicdanlı alıcı olması obrazını yaratmışdır. Bu səbəbdən də iddiaçı nə torpaq sahəsində yerləşən iki mərtəbəli evdən istifadə edə bilir, nə də ki, evin tikintisinə çəkdiyi xərclər ona ödənilir.

14. Şamaxı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, e-2(074)-531/2023 nömrəli qətnaməsi ilə iddia tam təmin edilmişdir. (hakim Fərid Yaqubov)

15. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçıya həmin kəndin ərazisindən 0,12 ha torpaq sahəsi verilmişdir. Torpaqların alqı-satqısına dair aktın əsli və bununla əlaqədar, o vaxt ödənilən 300.000 manat rüsum qəbzinin əsli sübut kimi işə əlavə edilmişdir. 0,12 ha torpaq sahəsi üçün torpağın mü lkiyyətə verilməsinə dair şəhadətnamə ilə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə cavabdehin atası X15 verilmiş, sonuncu isə öz razılığı ilə, Çuxuryurd bələdiyyəsinin adına torpaqdan imtina ərizəsi yazmaqla, sözügedən torpaq sahəsini iddiaçıya faktiki satmışdır. O, bu məqsədlə 2005-ci ildə özünə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əslini də iddiaçıya vermişdir. X22 2018-ci il tarixdə vəfat etmiş və cavabdeh 2022-ci ildə iddiaçının ona müraciət etməsindən sonra həmin torpaq sahəsinə dair 11 aprel 2022-ci il tarixdə vərəsəlik şəhadətnaməsi almışdır. Torpaq sahəsini ilkin mülkiyyətçinin iştirakı və razılığı əsasında almaq üçün 2005-ci ildə torpağı satan tərəfə 1.400 ABŞ dolları pul vəsaiti ödənilmişdir. Bu pul vəsaiti iddiaçı tərəfindən torpaq sahəsinə görə ödənildikdən sonra, torpağın ilkin mülkiyyətçisi bələdiyyəyə ərizə təqdim etməklə, torpaq sahəsindən bələdiyyənin xeyrinə imtina etmiş, eyni zamanda torpaq sahəsinin mülkiyyət hüququ ilə ona məxsus olmasını təsdiq edən şəhadətnamənin əslini iddiaçıya təqdim etmişdir. Həmin bu şəhadətnamədə ilkin mülkiyyətçi torpaq sahəsini ona təqdim etdiyini yazılı şəkildə qeyd etməklə, onun yazılı şəkildə yazdıqlarını bələdiyyə sədri bələdiyyənin möhürü ilə təsdiq etmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə 27.000 manat vəsait sərf edilmişdir. 2006-2023-cü illər üçün Mərkəzi Bankın müəyyən etdiyi hər illik məzənnə qiymətinə minimal 5 faiz hesablanmaqla, cavabdehin hərəkətləri nəticəsind ə 21.600 manat əldən çıxmış fayda kimi ziyan vurulmuşdur.

17. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirməsi və istifadə etməməsi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 449.1, 449.2, 449.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, i ddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, JN-479 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi cavabdehin atası X15 verilmişdir. Bu, işin mübahisəsiz halıdır. İş materiallarında olan Şamaxı rayonu, Çuxuryurd bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli, 14 saylı protokolunun Çıxarışından görünür ki, X13 hesabında olan 0,12 ha fərdi həyətyanı torpaq sahəsi özünün imtina və razılıq ərizəsinə əsasən ləğv edilmiş, Çuxuryurd bələdiyyəsinə daxil olmuş ərizəsini onunla əlaqədar komissiya tərəfindən tərtib olunmuş to rpaqların alqı-satqısına dair aktını və dövlət rüsmunu ödəməsini nəzərə alınaraq 0,12 ha torpaq sahəsinin iddiaçıya təhkim edilməsi qərara alınmışdır. Məhkəmə bu halı araşdırmamışdır. X7 hesabında olan 0,12 ha fərdi həyətyanı torpaq sahəsinə dair onun özünün imtina və razılıq ərizəsi olmamışdır. Belə olan halda həmin torpaq sahəsinin iddiaçıya satılmasına əsas yox idi. Yəni həmin torpaq sahəsi cavabdehin atasının adına olub və satılmamışdır. Məhkəmə bu halları araşdırmalı idi. Çünki iddiaçı iddia edir ki, guya həmin torpaq sahəsini alıb və orda ev tikmişdir. İşdə rəsmi hər hansı bir sənəd olmadığı halda, məhkəmə qətnamə qəbul edərək, cavabdehdən əsassız olaraq pul vəsaiti tutur. Cavabdehin atasına məxsus torpaq sahəsində ev tikməsini iddiaçıya kim icazə vermişdir? Təbii ki, iddiaçı yalan i fadə verən şahidlərin vasitəsi ilə cavabdhdən əsassız olaraq pulun tutulmasına nail olub və əsassız olaraq varlanıb (digər məhkəmə iclasına ifadə verən şahidlər). İş materiallarında olan Şamaxı rayon Məlhəm bələdiyyəsinin arayışından görünür ki, Aqrar İslahat Komissiyasının Şamaxı rayonu, Çuxuryurd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə 479 nömrə ilə X15 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Sonradan keçmiş Çuxuryurd bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli, 14 saylı protokolundan məlum olur ki, X22 qeyd olunan torpaq sahəsinə ehtiyacı olmadığı üçün, bələdiyyə fonduna keçməsi ilə əlaqədar müraciət etmiş və onun müraciəti nəzərə alınaraq, həmin torpaq sahəsi iddiaçıya təhkim edilmişdir. Lakin qeyd olunan torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərində coğrafi yerləşməsi və tərtib edilmiş sxem bələdiyyənin mövcud arxivində aşkar edilmədiyi üçün, həmin torpaq sahəsinin kəndin hansı istiqamətində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mövcud tikilidə yaşayış olmadığı üçün kimin tərəfindən tikildiyi məlum deyildir. 2005-ci ildən bu günə kimi qeyd olunan torpaq sahəsinə dair torpaq vergisi hər hansı bir şəxs tərəfindən ödənilməmişdir. Göründüyü kimi bələdiyyə alqı-satqı etdiyi həmin torpaq sahəsinin kəndin hansı istiqamətində yerləşməsini müəyyən edə bilmədiyi barədə arayış vermişdir. Belə olan halda bələdiyyə həmin torpaq sahəsini necə sata bilərdi? Hazırkı vəziyyətdə iddiaçı və bələdiyyənin əlbir olması açıqaydın görünür. Məhkəmə isə bu halları araşdırmadan qərar qəbul edib. Cavabdeh həm in torpaq sahəsini 31 avqust 2022-ci il tarixdə X5. Əmlak Ekspert Mərkəzinin 28 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin təqdim edilmiş ölçülərə və fototəsvirlərə əsasən, 2007-ci il tarixə bazar dəyəri 27.000 manat təşkil etmişdir. Ekspert rəyi ilə də razı deyil. Çünki həmin ev iddiaçı tərəfindən yox, cavabdeh tərəfindən tikilmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, Şamaxı Rayon məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsindən və evdən maneəsiz istifadə” tələbinə dair iddiası təmin edilməmiş və həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi X15 verilmişdir. Daha sonra, X22 həmin torpaq sahəsini X18, o isə iddiaçıya satmışdır. Lakin torpaq sahəsi satılarkən alqı-satqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsində iddiaçı tərəfindən iki mərtəbəli ev tikilmişdir. Həmin evin tikintisinə maliyyə vəsaiti Xatəm Gərayev tərəfindən İsa Gərayev vasitəsilə ödənilmişdir. 2018-ci ildə X22 vəfat etmiş, 2022-ci ildə isə cavabdeh həmin torpaq sahəsini mülkiyyətinə keçirərək satmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsində tikdiyi evdən istifadə edə bilmir.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 fevral 2024-cü il tarixli, 2(105)-212/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertlər qarşısında cavabdehə məxsus olmuş Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən mübahisəli fərdi yaşayış evinin tikintisinə 2007-cı il üçün mövcud olan orta bazar qiymətlərlə çəkilmiş xərclərin (ayrı-ayrılıqda və ümumilikdə materialların və görülən işlərin dəyəri göstərilməklə) dəyərinin müəyyən edilməsi (fərdi yaşayış evinə baxış keçirilməsi mümkün olmadıqda, evin dəyərinin iş materiallarında olan fotoşəkillər və mütəxəssis rəyində göstərilən iş və materialların siyahısı əsasında nəzəri baxımından müəyyən edilməsi) tapşırılmışdır.

22. Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2024-cü il tarixli məlumatına əsasən, təhqiqat obyektinin qapısı bağlı olduğuna və cavabdehin iştirak etməməsi səbəbindən təhqiqat ob yektinə baxış keçirilməsi mümkün olmadığına görə ekspertizanın aparılmasından imtina edilmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının) 31 iyul 2024-cü il tarixli, 2(105)-212/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə əldən çıxmış faydaya görə 21.600 manat, torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş 1.400 ABŞ dolları, həmin məbləğə hesablanmış əldən çıxmış fayda kimi 1.497,25 manat, bələdiyyəyə torpağın alqısatqısı üçün ödənilmiş 60 manat, həmin məbləğə əldən çıxmış fayda kimi hesablanmış 54 manat; ödənilmiş dövlət rüsumuna görə 55 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul e dilməklə, iddia tələbi təmin edilməmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Fuad Məmmədov)

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə “torpaq sahəsindən və evdən maneəsiz istifadə” tələbi Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-1075/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi X15 verilmişdir. Daha sonra X22 həmin torpaq sahəsini X18, o isə iddiaçıya satmışdır. Lakin, torpaq sahəsi satılarkən alqısatqı müqaviləsi qanunvericilikdə nə zərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsində iddiaçı tərəfindən iki mərtəbəli ev tikilmişdir. Hazırda iddiaçı cavabdehin mülkiyyətində olmuş torpaq sahəsi üzərində özünün sahibliyində olan müddətdə inşa edilmiş tikiliyə sərf etdiyi xərclərin və bununla bağlı digər pul vəsaitlərinin tutulmasını tələb edir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən inşa edilmiş tikilinin cavabdeh tərəfindən özgəninkiləşdirilmiş torpaq sahəsinin üzərində yerləşməsi işin mübahisəsiz haldır və həmin hal artıq qanuni qüvvəyə minmiş Şamaxı Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, sözügedən tikintiyə xərclənmiş pul vəsaitini müəyyən etmək üçün iş üzrə məhkəmə ti kinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin obyektə baxışda cavabdeh iştirak etmədiyindən və tədqiqat obyektinin qapısı bağlı olduğundan, baxışın keçirilməsi və ölçü işlərinin aparılması mümkün olmamışdır. Belə olan halda, hazırkı mülki iş üzrə MPM-in 97.5-ci maddəsi tədbiq edilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tərəflər arasındakı “tikintiyə xərclənmiş pul vəsaiti”nə dair mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.

28. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mül ki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli; 2. həmin əmlak kreditorun hesabına əldə edilməli; 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, birinci instansiya məhkəməsi “fərdi yaşayış evinin tikintisinə sərf edilmiş 27.000 manat vəsaitin” cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması hissəsində düzgün nəticəyə gəlmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin digər dəlilləri ilə qismən razılaşaraq qeyd etmişdir ki, iddia “illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə 21.600 manat əldən çıxmış fayda, torpağın alışına ödənilmiş 1.400 ABŞ dolları, həmin məbl əğə hesablanmış əldən çıxmış fayda kimi 1.497,25 manatın və bələdiyyəyə torpağın alqısatqısı üçün ödənilmiş 60 manat və həmin məbləğə hesablanmış 54 manat” məbləğində pul vəsaitin tutulması hissəsində əsassız olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunmalı, iddia həmin hissədə rədd olunmalıdır.

30. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişir ki, iddiaçı torpaq sahəsinə görə 1.400 ABŞ dolları X18 ödədiyindən, həmin pul vəsaiti və ona hesablanmış əldən çıxmış fayda hazırkı cavabdehdən tutula bilməz.

31. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, qətnamənin iddianın təmin edilmiş “5 faiz bank uçot dərəcəsi, bələdiyyəyə ödənilmiş pul vəsaitinin tutulması” hissəsində əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəliklər yaranmadığından, iddiaçının beş faizin ödənilməsinə dair iddiası təmin oluna bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 135.4, 135.10, 385.1, 386.1, 1091.1, 1091.2, 1092 və 1095-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

33. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv, həmin hissədə də iddianın təmin edilməsi, qətn amənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024- cü il tarixli, 2(102)-3981/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2(105)212/2024 nömrəli qətnaməsi cavabdehdən 21.600 manat pulun tutulub iddiaçıya verilməsinin rədd olunması hissəsində ləğv edilərək, həmin hissədə iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

35. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - “illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə əldən çıxmış fayda kimi 21.600 manat pul tələbin in rədd olunması hissəsində istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qalan hissədə gəldiyi nəticə əsaslıdır və birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən iddiaçının xeyrinə torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş 1.400 ABŞ dolları, həmin məbləğə hesablanmış əldən çıxmış fayda kimi 1.497,25 manat, torpağın alqı-satqısı üçün bələdiyyəyə ödənilmiş 60 manat və həmin məbləğə əldən çıxmış fayda kimi hesablanmış 54 manat pulun tutulması hissəsində ləğv edib, həmin hissədə iddia tələblərini rədd edib, qalan mübahisələndirilən hissədə qətnaməni dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini mübahisəyə düzgün tətbiq edib. Buna görə də qətnam ə qeyd olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır; - lakin iddianın “illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə əldən çıxmış fayda kimi 21.600 manat pul tələbinin” rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı deyil və bu hissədə iş üzrə əhəmiyyətli olan hallar tam, hərtərəfli və obyektiv araşdırılmayıb; - belə ki, işdən görünür ki, iddiaçı, əvvəl X13, sonradan vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmiş və hazırda X21 mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha həyatyanı torpaq sahəsində iki mərtəbəli, ümumi sahəsi təxminən 220,8 kv.metr olan fərdi yaşayış evi inşa edib və bu hal artıq qanuni qüvvəyə minmiş Şamaxı Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(074)1075/2022 saylı qətnaməsi ilə müəyyən edili b; - işin bu halları həmçinin işə əlavə edilmiş Qiymətləndiricinin hesabatı, çoxsaylı fotoşəkillər, sözügedən mülki iş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş A.Ə.Məlikov, R.G.Garayev, Q.V.Garayev, X.A.Allahverdiyev, Z.A.Allahverdiyev, G.D.Gərayev və İ.Ş.Şiralıyevin ifadələri, habelə cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin- mübahisəli fərdi yaşayış evinin tikintisinə sərf edilmiş xərclərə görə iddiaçının xeyrinə 27.000 manatın tutulması hissəsi ilə razılaşaraq, ondan kassasiya şikayəti verməməsi ilə də təsdiq olunur; - iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından, habelə kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı cavabdehdən 21.600 manat pul vəsaitini illik 5 faiz bank uçot dərəcəsinə istinad etməklə iddia etsə də, əslində iki mərtəbəli, ümumi sahəsi təxminən 220,8 kv.metr olan həmin evin hazırda real bazar qiymətinin 60.000 manat civarında olduğunu əsas tutub, həmin məbləği əldən çıxmış fayda kimi tələb edir; - buna görə də iddianın bu hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmaq olmaz və əldən çıxmış faydanı özündə ehtiva edən zərərin əvəzinin ödənilməsi ilə bağlı ilk növbədə iddiaçının hazırkı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinin tələbləri nəzərdən keçirilə bilər; - məlum olduğu kimi zərərin əvəzinin ödənilməsi mülki hüquqi məsuliyyətin ən geniş tətbiq edilən formasıdır. O, həm də mülki hüquq və vəzifələrin yaranma əsaslarından biri hesab olunur. Zərərin ödənilməsi pozulmuş mülki hüquqların bərpasının ən universal vasitəsi kimi bütün Mülki M əcəlləyə nüfuz edib. Zərərin ödənilməsi həm də ona görə universal xarakter daşıyır ki, o, başqa müdafiə üsulları ilə birlikdə də tətbiq oluna bilər; - Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı verilib və həmin normada zərərin iki növü fərqləndirilir: real zərər və əldən çıxmış fayda. Normanın mənasına görə, real zərərin tərkibinə isə pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər və əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər daxildir; - əldən çıxmış faydada isə – hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və ya qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyə t şəraiti nəzərdə tutulur. Əldən çıxmış fayda ağlabatan qiymətlər tətbiq edilməklə müəyyən oluna bilər; - əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən, zərərçəkmiş qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Həmçinin əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərər çəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi) müəyyən edilməlidir; - apellyasiya instansiyası məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə rədd edərkən qeyd olunan normaların tələblərini pozub, iddiaçının hazırkı tələbinin əsası kimi istinad etdiyi faktlara, hallara diqqət yetirməyib, iddiaçının mübahisəli iki mərtəbəli, təxminən ümumi sahəsi 220,8 kv.metr ol an fərdi yaşayış evinə çəkdiyi xərcləri həm 2007-ci ilə aid real zərər növündə, həm də əldən çıxmış fayda növündə tələb etməsini və Qiymətləndiricinin hesabatına görə həmin evə çəkilmiş xərclərin real bazar qiymətinin 2007-ci ildə 27.000 manat; 28 mart 2023-cü il tarixdə 38.000 manat, iddiaçının izahatına, kassasiya şikayətinin dəlillərinə görə isə hazırda 60.000 manat təşkil etməsini və iddiaçının cavabdehdən 21.600 manat pul vəsaitini məhz əldən çıxmış fayda kimi tələb etməsini nəzərə almayıb; - apellyasiya instansiyası məhkəməsi eyni zamanda cavabdehin həm 0,12 ha torpaq sahəsini X23 rəsmi, həm də onun üzərində yerləşən iki mərtəbəli, ümumi sahəsi təxminən 220,8 kv.metr olan fərdi yaşayış evini faktiki hansı qiymətə satmasını aydınlaşdırmayıb və bunun üçün 05 fevral 2024-cü il tarixli, 2(105)-212/2024 saylı qərardadla iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etsə də, həmin qərardadın icrasını təmin edərək ekspertin bilavasitə tədqiqat obyektinə baxış keçirilməsini təmin etməyib və ya MPM-in 97.5-ci maddəsinin tələblərinə uyğun olaraq ekspertiza təyin edilən faktı, açıq-aşkar ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edən və onun keçirilməsinə (ekspertizaya gəlməyib; mübahisəli evi tədqiqat üçün ekspertə təqdim etməyib) bilavasitə mane olan cavabdehə münasibətdə təsdiq olunmuş hesab etməyib. Halbuki, işə əlavə edilmiş ekspertin məlumatı ilə müəyyən olunur ki, məhz cavabdeh ekspertizaya gəlmədiyi və mübahisəli evi tədqiqat üçün ekspertə təqdim etmədiyi üçün ekspertizanın keçirilməsindən imtina olunub; - göründüyü kimi cavabde h mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə yanaşı, həmin torpaq sahəsinin üzərində yerləşən, özünə məxsus olmayan iki mərtəbəli, təxminən ümumi sahəsi 220,8 kv.metr olan fərdi yaşayış evini də qanuni və müqavilə əsası olmadan X23 faktiki satmaqla açıq-aşkar iddiaçının hesabına əmlak əldə etməklə əsassız varlanıb; - məlum olduğu kimi Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - Mülki Məcəllənin 1091.1-ci maddəsində göstərilir ki, əsassız varlanma dedikdə – bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Yəni bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi başa düşülür və əsassız varlanmada iki tərəf iştirak edir, onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxs sayılır; - apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddianın əsaslılığını qeyd olunan normaların tələbləri baxımından tam, hərtərəfli araşdırmadan, cavabdehin təqsiri üzündən iddiaçının həqiqətən əmlak itkisinə məruz qalıb-qalmadığını dəqiqləşdirmədən, mübahisəli evin real bazar qiymətini müəyyən etmək üçün müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, iddia tələbini mübahisələndirilən hissədə də rədd etməklə, əslində cavabdehin iddiaçının hesabına əsassız varlanmasına qanunsuz əsas yaradıb; - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanunilik və əsaslılıq baxımından MPM-in 217.1-ci maddəsinin təl əblərinə cavab vermir. Halbuki, həmin normanın mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; - eyni zamanda, Mülki Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Hər bir hüquqazidd hərəkət kimi əsassız varlanma da müəyyən hüquqi nəticələr yaradır. Əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququ isə bərpa edilməlidir; - bu baxımdan, iddiaçının kassasiya şikayətinin dəlilləri qismən əsaslıdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

36. Təkrar apellyasiya baxışında mübahisəli fərdi yaşayış evinin 2023-cü ilin birinci rübündə bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə qiymətləndirici təyin edilmişdir. 37. "xxxx" MMC-n in xx.xx.2025-ci il tarixli rəyinə əsasən mübahisələndirilən fərdi yaşayış evinin dəyəri 2023-cü ilin birinci rübündə 37700 manat müəyyən edilmişdir.

38. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının) 7 may 2025-ci il tarixli, 2(105)-400/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi 21.600 manat əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsində dəyişdirilmiş, iddia həmin hissədə qismən təmin edilərək, cavabdehdən əldən çıxmış fayda qismində 10700 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Mirbahəddin Hüseynov)

39. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırki işin hallarına görə Şamaxı rayonu, Çuxuryurd kəndində yerlə şən 0,12 ha həyatyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə 27000 manat məbləğində pulun sərf edilməsi qiymətləndiricinin rəyi, eləcə də cavabdehin qətnamənin iddiaçının xeyrinə 27.000 manatın tutulması hissəsi ilə razılaşaraq, ondan kassasiya şikayəti verməməsi ilə təsdiq olunur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə görə tələb olunan əldən çıxmış faydaya görə isə iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir.

40. Bununla yanaşı, iş materiallarından göründüyü kimi cavabdeh mülkiyyətində olan 0,12 ha torpaq sahəsini, həmin torpaq sahəsinin üzərində yerləşən, özünə məxsus olmayan iki mərtəbəli, ümumi sahəsi 220,8 kv.metr olan fərdi yaşayış evini də qanuni və müqavilə əsası olmadan X23 faktiki satm aqla iddiaçının hesabına əmlak əldə etməklə əsassız varlanmışdır

41. Apellyasiya instansiyası məhkəməsi daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli ekspert rəyinə istinad edərək hesab etmişditr ki, iddiaçı tərəfindən 27000 manat xərc çəkilməklə tikilmiş fərdi yaşayış evinin dəyəri 2023-cü ilin birinci rübündə, yəni iddia qaldırılan zaman 37700 manat təşkil etmişdir ki, bununla da iddiaçının əldən çıxmış fayda qismində 10700 (37700-27000=10700) manat məbləğində zərərə məruz qalması, cavabdehin isə iddiaçının hesabına 10700 manat məbləğində əsassız varlanması müəyyən edilir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi 21.600 manat pulun cavabdehdən tutulması hissəsində dəyişdirilməli, cavabdehdən 10700 manat tutulmalıdır.

42. Apellyasiya instansiyası məhkəm əsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 285.1, 386.1, 1091.1, 1091.2, 1092 və 1095-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehdən əldən çıxmış fayda qismində 10700 manat alınması hissədə dəyişdirilməsi, həmin hissədə yeni qərar qəbul edilərək, cavabdehdən əldən çıxmış fayda qaydasında 21.600 manat və ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

44. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun dəlillərlə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə nəzərə almalı idi ki, cavabdehin hərə kətləri əsassız varlanma (maddə1091), zərər vurma (maddə 21 və maddə.1097) ilə əlaqədar olmuşdur. Məhkəmənin iddiaçının istifadəsinə keçən torpaq sahəsində inşa etdiyi fərdi evə münasibətdə, əldən çıxmış fayda məbləğinin minimal 5 faiz hesabı ilə hesablanmanın dəyişdirilməsi yanlışdır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanun tələbinə uyğun olaraq cavabdeh vərəsə olaraq əmlakı qəbul etdikdən sonra iddiaçıya 27.000 manat real zərərlə yanaşı, bu həcmdə pul vəsaitinə görə, yəni əldən çıxmış faydaya görə qanunla müəyyən olunmuş illik minimal beş faiz ödəməyə borcludur. ‒ 27.000 manat x 5% (birillik faiz) = 1350 manat; ‒ 1350 manat x 16 illik dövr = 21.600 manat əldən çıxmış fayda təşkiledir. 2007-ci ildə daşınmaz əmlakın inşas ına xərclənmiş 27.000 manat pul vəsaitinə görə 16 illik dövr üçün hesablanmaqla, 21.600 manatəldən çıxmış fayda cavabdehdən tutulmalıdır. Torpaq sahəsində inşa olunmuş fərdi evə xərclənmiş vəsaitin beş faizinin apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi cavabdehin əsassız varlanmasına səbəb olur. Nəzərə alınmamışdır ki, torpaq sahəsi 2005-2022-ci illər dövründə iddiaçının tam istifadəsində olmuşdur. Cavabdeh azyaşlı olan zaman mülkiyyətçi olan atası qazanc əldə etmək məqsədi ilə torpaq sahəsini bələdiyyə vasitəsilə satmış, iddiaçı orada iki mərtəbəli ev inşa etmişdir. Nəticədə cavabdeh əsassız varlanmışdır. Cavabdehin tam sahibliyinə keçən fərdi evin hazırda orta bazar qiyməti 60.000 manatdan çoxdur. Bu əsasdan da məhkəmənin qətnaməni beş faizə nisbətdə ləğv etməsi əsassız dır. Bundan başqa, qeyd etmək lazımdır ki, 2007-ci ildə fərdi evin inşası məqsədilə iddiaçı tərəfindən xərclənmiş 27.000 manat pul vəsaiti həcmində cavabdeh tərəfindən ona real zərər vurulmuşdur. Cavabdeh iddiaçının əmlakını bilə-bilə zəbt etdikdən dərhal sonra, əmlakı başqa şəxsə torpaq sahəsi ilə birlikdə satmaqla, əmlakı əsassız əldə edərək həmin əmlakdan faydalandığına görə, həm də həmin pul məbləğinə (yəni 27.000 manat zərərə görə) münasibətdə faizlər (Mülki Məcəllənin 449.1-ci maddəsi) ödəməlidir. Faizlərin ödənilməsi bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Hesab edir ki, cavabdeh iddiaçının əmlakını özbaşına, yəni məhkəmə qərarı olmadan zəbt etməklə, ona vurduğu ziyana görə Mülki Məcəllənin 445.7 və 449- cu maddələrinin və digər normaların, habelə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq mənə vurulmuş real zərəri, əldən çıxmış faydaya görə qanunla müəyyən olunmuş illik minimal beş faiz ödəməyə borcludur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəx sin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1095. Əsassız varlanma obyektin i qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində qətnamə apellyasiya baxışının predmeti olan hissə üzrə iddianın təmin edilməyən hissəsində mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları m üəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi üzrə düzgün hüquqi dəyərləndirmə aparmış, həmin hissədə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl e dərək, mübahisələndirilən hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlər üzrə qiymətləndircinin rəyini almış, iddiaçının inşa etdiyi evin real dəyərini müəyyən etmiş və bunun nəticəsi olaraq, cavabdehdən əlavə 10700 manat da pul tutmuşdur.

53. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

54. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, iddiaçı təmin olunmayan həmin hissədə iddiasını 5 faiz bank uçot dərəcəsi ilə ona pul ödənilməli olması ilə əsaslandırmışdır. Halbuki qeyd edilən dəlillər əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında əks edilənlər baxımından əsaslı sayıla bilməz.

55. Belə ki, h azırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında da qeyd edilib ki, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından, habelə kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı cavabdehdən 21.600 manat pul vəsaitini illik 5 faiz bank uçot dərəcəsinə istinad etməklə iddia etsə də, əslində iki mərtəbəli, ümumi sahəsi təxminən 220,8 kv.metr olan həmin evin hazırda real bazar qiymətinin 60.000 manat civarında olduğunu əsas tutub, həmin məbləği əldən çıxmış fayda kimi tələb edir.

56. Göründüyü kimi, iddiaçının illik 5 faiz bank uçot dərəcəsinə istinad etməsi və birinci apellyasiya baxışı zamanı da iddianın həmin əsasla rədd edilməsi ilə razılaşmayan kassasiya instansiyası məhkəməsi məhz ona görə iddiaçının kassasiya şikayətini birinci dəfə qismən təmin etmişdi ki, id diaçı 21.600 manat pul vəsaitini illik 5 faiz bank uçot dərəcəsinə əsasən istəsə də, əslində bu, əldən çıxmış fayda qismində qiymətləndirilməli idi.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-400/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar