Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2613/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızı, Cavabdeh2, X8 və X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi iş № 2(102)-2613/2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızının sədrliyi və məruzəsi ilə, Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundann ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızına, Cavabdeh2, X5 və X3 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10766/2021 nömrəli 20 dek abr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə X6 xx.xx.1994-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar arasında bağlanmış nikah Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(008)1735/2020 saylı qətnaməsi ilə pozulmuşdur.
2. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil İddiaçı mülkiyyətinə verilmiş, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, ev 14 X2 mülkiyyətində saxlanılmışdır. 3. ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi İddiaçı adına qeydə alınmı şdır.
4. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızına, Cavabdeh2, X5 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki mübahisəli mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzildə iddiaçı, keçmiş həyat yoldaşı, uşaqları və keçmiş həyat yoldaşının qohumları daimi pasport qeydiyyatındadırlar. Keçmiş həyat yoldaşının qohumları qeyd edilən mənzildə 20 ildən artıq yaşamamalarına baxmayaraq, qeydiyyatdan çıxmamışlar. Mənzil iddiaçının keçmiş həyat yoldaşının ailəsinə məxsus olmuş, sonradan həyat yoldaşına bağışlanmışdır. Cavabdehlərdən Cavabdeh2 iddiaçının keçmiş qaynıdır. Həmin mənzil yoldaşına hədiyyə edildikdə, Kənana da başqa bir ev verilmişdir. Hazırda Kənan ailəsi ilə birlikdə həmin evdə yaşayır. Lakin buna baxmayaraq, hazırda iddiaçıya məxsus evdə pasport qeydiyyatında qalmaqda davam edir. Bundan əlavə o, heç vaxt həmin mənzildə yaşamamış yetkinlik yaşlarına çatmayan uşaqlarını da mənzilə qeydiyyata salmışdır. Cavabdehlərdən Cavabdeh1 Məhəmməd qızı iddiaçının keçmiş qayınanasıdır. Onun da həm iddiaçıdan, həm də Kənandan ayrı evi var. Artıq 20 ildən çoxdur ki, o, öz evində yaşayır. Hesab edir ki, cavabdehlərin hazırda iddiaçıya məxsus yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Çünki cavabdehlərin özlərinin həm yaşayış sahələri var, eyni zamanda cavabdehlərin könüllü olaraq digər yaşayış sahələrinə köçmüş olmaları faktı nəzərə alınmalıdır.
7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 vəkili və nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, atası İnsanov Lətif Məmməd oğlu mübahisəli mənzili heç kimə satmamış və ya digər formada özəlləşdirməmişdir. Sadəcə bir dəfə mənzilin bir otağının oğlu X4 bağışlanmasına razılıq vermişdir. Lakin bütövlükdə mənzilin bağışlanmasına razılıq verməmişdir. Hazırda ona məlum olmuşdur ki, oğlu İddiaçı ilə boşandığı üçün mənzil birgə əmlakın bölünməsi qaydasında İddiaçı mülkiyyətinə verilmişdir. Lakin mənzilin İddiaçı və X2 xüsusi mülkiyyətinə keçməsi qanunsuz olaraq baş vermişdir. Bununla bağlı İnsanov Lətif Məmməd oğlunun idd iası təmin edildiyi halda, həmin məhkəmə qətnaməsi hazırki iş üçün preyudisial əhəmiyyət daşıya bilər ki, nəticədə hazırki iddia tələbinin rədd edilməsi üçün əsaslar yaranacaqdır. İlkin olaraq nəzərə alınmalıdır ki, İddiaçı və onun keçmiş həyat yoldaşı qeyd olunan mənzili qanunsuz olaraq ələ keçirtmişdir. Odur ki, onun mülkiyyətçi kimi mənzildə yaşayan digər şəxslərin istifadə hüquqlarına xitam verilməsini tələb etmək hüququ yoxdur. Cavabdeh mübahisəli mənzilə sonradan köçməmiş, o, atasına məxsus mənzildə atası mənzili aldığı vaxtdan onunla birgə yaşamağa başlamışdır. Cavabdeh həmin mənzildə yaşamağa başladığı zaman iddiaçının həmin mənzilə heç bir aidiyyəti olmamışdır. Həmin vaxt mənzil cavabdehin atasına məxsus olmuşdur. Bundan başqa, iddiaçı Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, göstərir ki, guya mülkiyyətçi ilə birgə mənzildə yaşamadıqları üçün cavabdehlər mənzildən istifadə hüququndan məhrum edilməlidir. Lakin nəzərə alınmalıdır ki, cavabdehlərin mənzildən istifadə hüququnu iddiaçı özü qəsdən pozur. Hər cür maneələr yaradaraq cavabdehlərin mənzilə daxil olmasına və istifadə etməsinə imkan vermir. İddiaçı öz qanunsuz əməlləri ilə cavabdehlərə mənzildə yaşamağa imkan vermədiyi halda, onların guya mənzildə yaşamaması ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etməsinin heç bir hüquqi əsası yoxdur.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(008)3434/2021 nömrəli qətnaməsi ilə (hakim Z.A.Hacıyev) iddia təmin edilmiş, Cavabdeh1 Məhəmməd qızı, Cavabdeh2 və azyaşlılar X8, X7 və X1 ünvan 1 ünvanda yerləşən 43 saylı mənzilin yaşayı ş sahəsindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X6 arasında bağlanmış nikah pozulduqdan sonra M.İnsanovun birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı iradə ifadəsi, eyni zamanda cavabdehlərin uzun müddət həmin mənzildə yaşamaması hər hansı başqa bir səbəblə deyil, məhz cavabdehlərin başqa yaşayış sahəsinə könüllü köçməsi və həmin mənzildə yaşamağa davam etməsinə ehtiyacı aradan qalxması ilə əlaqədardır. Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmalarına baxmayaraq, həmin mənzildə yaşamamaları hər hansı başqa üzrlü səbəblə əlaqədar olmayıb, daimi yaşamaq üçün könüllü olaraq başqa ünvana köçmələri ilə əlaqədardır. Buna görə də məhkəmə hesab etmişdir ki, c avabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 (keçmiş ailə üzvlərinin) azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə dair yaşayış sahəsinə ehtiyacları aradan qalxdığından, müvafiq kompensasiya ödənilmədən onların yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyanın 13, 29, Mülki Məcəllənin 152-ci maddələrinə Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti on unla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları nəzərə alınmamış, tələb olunan hallar araşdırılmamış və onlara hüquqi qiymət verilməmiş, qanunvericiliyin tələbləri pozularaq qətnamə əsaslandırılmadan iddia təmin edilmiş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(103)-10766/2021 nömrəli qətnaməsi ilə (hakimlər V.Ə.İbayev - sədrlik edən və məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(008)3434/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
15. Həmçinin Cavabdeh2 apellyasiya şikayətində mübahisəli mənzilin İddiaçı xüsusi mülkiyyətinə qanunsuz olaraq keçdiyinə istinad etməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, İnsanov Lətif Məmməd oğlu mənzilin İddiaçı adına qanunsuz keçirilməsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsində iddia qaldırsa da sonradan ərizəsini geri götürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İnsanov Lətif Məmməd oğlu mənzili heç kimə satmamış, bağışlamamış və digər formada özəlləşdirməmişdir. Sadəcə bir dəfə mənzilin bir otağının oğlu X4 bağışlanmasına razılıq vermişdir. Lakin İnsanov Lətif Məmməd oğlu bütövlükdə mənzilin bağışlanmasına razılıq verməmişdir. Mənzilin İddiaçı və X2 xüsusi mülkiyyətinə keçməsi qanunsuz olaraq baş vermişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, araşdırmamış və nəticədə cavabdehin hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə baxışı zamanı cavabdehin haqlı olduğunu göstərən hallara düzgün qiymət verilməmiş və ya nəzərə alınmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, işin bütün hallarına diqqət yetirməmiş və düzgün hüquqi qiymət verməmiş, cav abdehin əsaslı sübutlarını və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərini nəzərə almadan iddiaçının əsassız və yalan xarakterli iddialarına istinad etməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə öz qətnaməsini hüquqi cəhətdən əsaslandırmamış və yalnız öz fərziyyələri və iddiaçının yoxlanılmamış məlumatları əsasında qərar qəbul etmişdir. Cavabdehin sübutlarını və vəsatətləri isə nəzərə alınmamış, cavabdehin hüquqlarını qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki cavabdeh özünün haqlı olmasını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsə də, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının dəl illərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehin hüquqları pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etiraz göndərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında tə sdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubli kasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarının nəticə hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətini yalnız cavabdeh Kənan Lətifov verdiyindən qətn amə yalnız ona və onun yetkinlik yaşına çatmayan uşaqlarına aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə yoxlanılan hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düz gün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi m əsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, mənzilin İddiaçı və X2 xüsusi mülkiyyətinə keçməsi qanunsuz olaraq baş vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu dəlili əsassızdır, belə ki, Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İnsanov Lətif Məmməd oğlu mənzilin İddiaçı adına qanunsuz keçirilməsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsində iddia qaldırsa da, sonradan ərizəsini geri götürmüşdür. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessua l hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10766/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.