Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2614/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma, vindikasiya iddiası, ekspert rəyi, tələbin sübuta yetməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-490/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayət inə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsi tərəfindən 07 avqust 2012-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda 0,05 ha torpaq sahəsinin üzərində yerləşən 59,6 kv.m yaşayış, 53,1 kv.m. yardımçı sahəsi olmaqla, 112,7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 193 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsi tərə findən 17 noyabr 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda 0,03 ha torpaq sahəsi, eləcə də onun üzərində yerləşən 48 kv.m. yaşayış, 69,4 kv.m. yardımçı sahəsi olmaqla, 117,4 kv.m. ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi 1/5, torpaq sahəsi isə 6/40 hissədə olmaqla, Cavabdeh1 və Cavabdeh2 adına paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır.
3. Tərəflər arasında mübahisə torpaq sahəsinin zəbt edilib-edilməməsi ilə bağlı yaranıb İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Siyəzən şəhəri, M.Əzizbəyov küçəsi, 50 A ünvanı nda yerləşən zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, Siyəzən şəhəri, M.Əzizbəyov küçəsindəki 50 A saylı ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmaqla, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,05 ha təşkil edir. İddiaçıya məxsus torpaq sahəsinin müəyyən bir hissəsi qohum olduqları cavabdehlər tərəfindən zəbt edilmişdir.
6. İddiaçı zəbt olunmuş torpaq sahəsindən çıxmaları üçün dəfələrlə cavabdehlərə müraciət etsə də, bunun nəticəsi olmamışdır. Bu səbəbdən də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlər qanunsuz olaraq zəbt etdikləri torpaq sahəsindən çıxarılmalıdırlar.
7. İddiaçı tələbinin hüquqi əsası kimi M ülki Məcəllənin 152 və 157.4-cü maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi iddiaçının vəsatəti əsasında tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 04 may 2022-ci il tarixli, **********92 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyinə, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/3670 nömrəli rəyinə əsasən 07 avqust 2012-ci il tarixdə İddiaçı adına (RX seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Siyəzən şəhərinin M.Əzizbəyov küçəsindəki 50 A ünvanın da yerləşən 0,05 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmamışdır. Eyni zamanda, 07 avqust 2012-ci il tarixdə İddiaçı adına (RX seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Siyəzən şəhərinin M.Əzizbəyov küçəsindəki 50 A ünvanında yerləşən 0,05 ha torpaq sahəsi cavabdehlərin və qeyrilərinin adına (MA seriyalı, ******* nömrəli çıxarış) ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmış 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşmür.
10. Cavabdehlər iddiaya etiraz edərək, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiklərini bildiriblər.
11. Birinci instansiya məhkəməsində iş üzrə mütəxəssis rəyi vermiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin yer quruluşu üzrə mühəndisi göstərib ki, Cavabdeh2 və Cavabdeh1 məxsus torpaq sahəsi elektron məlumat bazasında ümumi sahəsi 0,03 ha, İddiaçı məxsus torpaq sahəsi isə 0,05 ha olaraq qeyd olunmuşdur. Elektron məlumat bazasından götürülmüş sənədlərə əsasən yerində keçirilmiş baxış zamanı sonunculara məxsus torpaq sahələrinin üst-üstə düşmə halının olmaması məlum olmuşdur. Eyni zamanda, mübahisə predmeti olan tikili Siyəzən rayon bələdiyyəsinin mülkiyyətində olan 215 torpaq sahəsində inşa edilmişdir.
12. Siyəzən Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(059)-51/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Bəylər Ələkbərov)
13. Birinci instansiya məhkəməsi işdəki sübutlara, o cümlədən ekspert rəyinə istinadən müəyyən etmişdir ki, ünvan 2 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən istifadəsinə mü nasibətdə cavabdehlər tərəfindən hər hansı bir formada müdaxilə yoxdur. İddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsinin bir hissəsini özbaşına zəbt etmələrini göstərsə də, istinad etdiyi bu halları əsaslandıra bilməmiş, habelə cavabdehlərin hərəkətlərinin onun hansı hüquqlarına nə kimi təsir göstərdiyini sübut edə bilməmişdir. Belə ki, mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçı və cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələrinin üst-üstə düşmədiyi, həmçinin iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmadığı məlum olmuşdur.
14. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarına hər hansı bir formada müdaxilənin olması iş materiallarında olan mövcud sübu tlarla öz təsdiqini tapmır. Yəni, iddiaçı cavabdehlərə qarşı hazırkı iddianı qaldırmaqda hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübut verməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 152.1,157.2ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri: - cavabdehlərin evi iddiaçının evinin arxasında yerləşir. Zəbt olunan ərazi isə iddiaçının evinin qarşısıdır. Belə olan halda, necə rəy verilə bilər ki, cavabdehlər iddiaçının mülkiyyətində, ist ifadəsində və sahibliyində olan torpaq sahəsini zəbt etməyiblər? Əslində, hazırda cavabdehlərin istifadə etdikləri yol iddiaçının ərazisidir. İddiaçı cavabdehlərə münasibətlərinin yaxşı olduğu vaxt icazə vermişdi ki, həmin yoldan istifadə etsinlər. Cavabdehlər həmin yoldan istifadə etdikdən sonra hazırkı mübahisəli yeri zəbt etdilər. Ümumiyyətlə, cavabdehlərin öz ərazilərindən yola çıxmaq üçün imkanları var; - bunun üçün məhkəmədən xahiş edilib ki, iddiaçının mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin tam olaraq onun istifadəsində olmasını müəyyən etmək üçün iş üzrə ekspertiza təyin edilsin. Lakin məhkəmə bunu müəyyən etmək üçün ekspertiza təyin etmədi; - iddiaçı cavabehlərə öz həyətindən yol verdiyi halda necə ola bilər ki, onun 0,05 ha torpaq sahəsi tam olsun? Onun 0,05 ha torpaq sahəsi nin hamısının istifadəsində olubolmaması müəyyən olunsa, o zaman bütün suallara aydınlıq gələr. Belə ki, cavabdehlərə verdiyi yolun girişini bağlasa, o zaman cavabdehlərin zəbt etdikləri ərazi də iddiaçının istifadəsində qalmış olacaq. Çünki həmin ərazini Siyəzən rayon Bələdiyyəsinə müraciət edərək almışdır. Həmin ərazi iddiaçının evinin qarşısıdır, onun istifadəsində və sahibliyindədir. Bunun üçün iddiaçı torpaq vergisi də ödəyir; - məhkəmə iclasında iştirak edən mütəxəssis izahatında göstərmişdir ki, Cavabdeh2 və Cavabdeh1 məxsus torpaq sahəsi elektron məlumat bazasında ümumi sahəsi 0,03 ha, İddiaçı məxsus torpaq sahəsi isə 0,05 ha olaraq qeyd olunmuşdur. Elektron məlumat bazasından götürülmüş sənədlərə əsasən yerində keçirilmiş baxış zamanı sonunculara məxsus torpaq sahələrinin üst-üstə düşmə halının olmaması məlum olmuşdur. Eyni zamanda, mübahisə predmeti olan tikili Siyəzən rayon bələdiyyəsinin mülkiyyətində olan 215 torpaq sahəsində inşa edilmişdir. Məhkəmə gedişatında Siyəzən rayon bələdiyyəsinin işə cəlb olunması tələb edilsə də, məhkəmə Siyəzən rayon bələdiyyəsini işə cəlb etməmişdir; - Siyəzən rayon bələdiyyəsi işə cəlb olunsaydı o zaman həmin torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya verilməsi müəyyən olunacaqdı. Lakin məhkəmə Siyəzən rayon bələdiyyəsini işə cəlb etməməklə obyektiv araşdırma aparmamışdır; - buna görə də apellyasiya baxışında bu məsələ öz həllini tapmalı və Siyəzən rayon bələdiyyəsi işə cəlb olunmalı və Siyəzən rayon bələdiyyəsindən həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlı zəruri sənədlər tələb olunmalıdır. Obyekt iv araşdırma aparıldığı halda, həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu müəyyən olunacaq.
18. Cavabdehlər apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişlər. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 04 may 2022-ci il tarixli, **********92 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyi, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/3670 nömrəli rəyi işin faktiki hallarına əsaslanmaqla tərtib edilmiş, mübahisələndirilməsinə heç bir zərurət olmayan qanuni və əsaslı rəydir. Bu səbəbdən Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanunidir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-490/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-51/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Səyyad Qafari)
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz hallarına əsasən mübahisə predmeti olan Siyəzən şəhəri, M.Əzizbəyov küçəsi, 50 A ünvanında yerləşən 0,5 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya, həmin ünvanda yerləşən 0,5 ha torpaq sahəsi isə ümumi paylı mülkiyyət hüququ əsasında cavabdehlərə və digər şəxslərə məxsusudur. Lakin m əhkəmədə tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı və cavabdehlərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi halı müəyyən olunmamışdır. Habelə, məhkəmə araşdırması zamanı mütəxəssisin verdiyi izahatın məzmunundan görünür ki, cavabdehlərin faktiki istifadəsində olan 215 kv.m. torpaq sahəsi vardır ki, həmin sahə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir.
21. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, iddiaçı bələdiyyə mülkiyyətində olan mübahisəli torpaq sahəsinin müvafiq bələdiyyə tərəfindən onun istifadəsində verildiyini bildirsə də, həmin hala dair heç bir sübutu (icarə müqaviləsi və ya istifadə hüququnu müəyyən edən digər sənədlər) məhkəməyə təqdim edilməmişdir. Bununla da, h əmin bələdiyyə mülkiyyətində olan mübahisəli torpaq sahəsinin iddiaçının qanuni sahibliyində və istifadəsində olması halının müəyyən edilməsi mümkün olmamışdır.
22. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, nəticə etibarilə hazırki mülki iş üzrə cavabdehlərin iddiaçıya məxsus müvafiq torpaq sahəsini zəbt etməsi halı, habelə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması halı müəyyən edilmədiyindən, iddia tələbinin qanuni əsası olan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri müəyyən olunmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, hazırki mülki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etməsi, habelə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanuni onun sahibliyində və istifadəsində olması halını sübut etmək vəzifəsini daşıyır. İddiaçı tərəfindən bununla bağlı heç bir sübut vasitəsi təqdim edilmədiyindən (habelə ondan asılı olmayan səbəblərdən təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı heç bir vəsatəti olmamış), hazırki mülki iş üzrə müvafiq bələdiyyə orqanının mülki işə cəlb edilməsini zəruri edən ilkin sübutlar mövcud olmamışdır. Bu halda isə qeyd edilən orqanın işə cəlb edilməsi iş üzrə əsassız araşdırma aparılması və işə baxılmasının əsassız uzadılması halı ilə nəticələnə bilər ki, bu hal da öz növbəsində prosessual qənaət prinsipinin tələbinə uyğun deyil.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.5, 157.2, 239.2-ci, Torpaq M əcəlləsinin 8, 48, 84 və 111-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi obyektiv araşdırma aparmamış, qanuni və əsaslı qətnamə qəbul etməmişdir. İşə baxan məhkəmələr cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun pozulmasına, torpağından özbaşına istifadə etməsinə obyektiv hüquqi qiymət verməmişlər. Apellyasiya məhkəməsi işdə olan ekspert rəyi ilə razılaşmayaraq iş üzrə təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Ekspert öz rəyini əsaslandırmamışdır. Rəydə deyil ir ki, iddiaçının torpağı cavabdehlər tərəfindən zəbt edilməmişdir. Lakin ekspertin bu nəticəyə gəlməsini təsdiq edən heç bir əsas və sübut yoxdur. “Zəbt edilməmişdir”, dedikdə bunu ekspert əsaslandırmalı və sübutlarla təsdiq etməlidir. Ekspert işdə olan mütəxəssis rəyinə istinad etmişdir. Lakin həmin mütəxəssis rəyi də əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi də əsaslandırılmamış rəyi sübut kimi qəbul edərək birinci instansiyanın qətnaməsini dəyişdirmədən saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdehlər kassasiya şikayətinə yazılı etiraz vermişlər. Etirazın dəlilləri ondan ibarətdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut verə bilməyib. İddiaçının iddia ərizəsində və kassasiya şikayətində göstərdikləri həqiqətə uyğun olmama qla yanaşı, hüquqi əsasa da malik deyil. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi iddiaçıya məxsus olan 0,05 ha torpaq sahəsindən kənarda yerləşməklə iddiaçının deyil, Siyəzən Bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərindəki tikili cavabdehlərə məxsus olan torpaq sahəsinin yaxınlığında yerləşdiyi üçün 1980-ci illərdən cavabdehin atasının, hazırda isə cavabdehin özünün və anasının istifadəsindədir. İddiaçının torpaq sahəsinə heç bir hüququ olmadığı üçün onun bu barədə iddia qaldırmağa da hüquq yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona d air sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
33. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
34. İşin məhkəmələr tərəfindən ekspert rəyinə əsasən müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən istifadəsinə münasibətdə cavabdehlər tərəfindən hər hansı bir formada müdaxilə yoxdur. İddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsinin bir hi ssəsini özbaşına zəbt etmələrini göstərsə də, istinad etdiyi bu halları əsaslandıra bilməmiş, habelə cavabdehlərin hərəkətlərinin onun hansı hüquqlarına nə kimi təsir göstərdiyini sübut edə bilməmişdir. Belə ki, mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçı və cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələrinin üst-üstə düşmədiyi, həmçinin iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmadığı məlum olmuşdur.
35. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (və ya onun bir hissəsinin) cavabdehlərin qanunsuz sahibli yində olması müəyyən edilməlidir. Hazırki işdə isə iddiaçının mülkiyyətində olan 0,05 hektar torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlərin qanunsuz sahibliyində olması halı işə mahiyyəti üzrə baxan məhkəmələrin tədqiq etdiyi sübutlarla müəyyən edilməyib.
37. Bu baxımdan, iddianın rədd edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
39. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilini – iddiaçının mülkiyyət hüququnun pozulması, torpağından özbaşına istifadə etməsinə obyektiv hüquq i qiymət verilməməsi, apellyasiya məhkəməsinin iş üzrə təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməməsi – əsassız sayır. Belə ki, əvvəla, iddiaçı mülkiyyət hüququnun pozulmasını bildirsə də, işə mahiyyəti üzrə sübutları araşdırmaqla baxan məhkəmələr iddiaçının mübahisədə adı keçən torpaq sahəsinə mülkiyyət hüquqlarının olmasını müəyyən etməyiblər. Həmçinin iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etməsi, habelə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin onun qanuni sahibliyində və istifadəsində olmasını bildirsə də, işdən görünür ki, iddiaçı tərəfindən bununla bağlı heç bir sübut təqdim edilməmiş, eləcə də iddiaçı ondan asılı olmayan səbəblərdən həmin sübutların təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı heç bir vəsatət verməmişdir.
40. Apellyasiya məhkəməsinin iş üzrə təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
41. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlərini müəyyən etmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəf inin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-490/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə