Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2617/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 cavabdeh Sumqayıt Şəhər Səhiyyə şöbəsinin Mərkəzi Qarajına qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2617/2023 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X10 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdeh Sumqayıt şəhər Səhiyyə Şöbəsinin Mərkəzi Qarajına qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mül ki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-707/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X14 (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı2 2003-ci il tarixdən Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajda əmək müqaviləsi ilə işə qəbul edilmişdir.
2. Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajı üzrə xx.xx.2018-ci il tarixli, 174 k nömrəli əmrə əsasən İddiaçı2 əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək və icra intizamına əməl etməməsinə və işin normal ahəngini qəsdən dəfələrlə pozduğuna görə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəl ləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
3. Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının Həmkarlar Komitəsinin xx.xx.2018-ci il tarixli yığıncağının protokoluna əsasən Komitə tərəfindən İddiaçı2 xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə razılıq verilmişdir.
4. Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajı üzrə xx.xx.2018-ci il tarixli, 26№-li və xx.xx.2018-ci il tarixli, 49№-li əmrlərdən görünür ki, İddiaçı2 əvvəlcə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə töhmət, sonra isə həmin maddənin 2-ci hissəsinin “b” ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı2 cavabdeh Sumqayıt şəhər Səhiyyə Şöbəsinin Mərkəzi Qarajına qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmrinin ləğv edilməsi, işlədiyi sürücü vəzifəsinə bərpa edilməsi və məcbur işburaxmaya görə xx.xx.2018-ci il tarixindən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ilin iyun ayından əmək müqaviləsi bağlayaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qar ajı üzrə sürücü vəzifəsində çalışmışdır. Çalışdığı dövrdə işinin öhdəsindən layiqincə gəlmişdir. Qanuna görə qarajın avtomobilləri qarajın büdcəsi hesabına təmir olunmalı halda o, avtomobili öz vəsaiti hesabına təmir etdirmişdir. Avtomobillərin texniki baxışdan keçirilməsi üçün dövlət rüsumunu da iddiaçı ödəmiş, avtomobilə yanacaq xərcindən başqa digər xərcləri məhz iddiaçı çəkmişdir. Bu barədə bir neçə dəfə Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdirinə ərizə ilə müraciət etmişdir. Haqqını tələb etdiyi üçün müdirlə yola getmirmiş. Əmək müqaviləsinə görə iş rejimi 3 gün evdə olmaqla 24 saatdır. Lakin çağırışda olan vaxtı 8 saatdan artıq işləmişdir. Eyni zamanda sürücü vəzifəsi ilə yanaşı, çağırışda tibb qardaşı olmadığı üçün onun vəzifəsində icra etmişdir. Bunun da heç bir qarşılığı olmamışdır. Onun haqqında çıxarılan 174/k, 10 oktyabr 2018-ci il tarixli əmri və həmin əmrdə qeyd olunanları əsassız hesab edir. O, əmək vəzifələrini pozmamışdır. Bunu onunla çalışan çağırış həkimləri də təsdiq edə bilər. Aldığı əmək haqqı ilə avtomobilləri təmir etdirdikləri üçün, ailələrinin maddi problemlərini təmin edə bilməmişlər. Beləliklə onun barəsində qəbul edilmiş əmr əsassızdır və ləğv edilməlidir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin Mərkəzi Qarajının müdiri X9 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı barəsində tətbiq edilmiş intizam tədbirləri zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçı müəssisənin əmək və icra intizamını kobud şəkildə dəfələrlə pozmuşdur. İddiaçıya xx.xx.2018-ci il tarixdə töhmət, xx.xx.2018-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçının etdiyi hərəkətlərlə bağlı müəyyən tədbirlər görsə də, hər hansı təsiri olmadığından həmkarlar təşkilatına müraciət etmiş, onların qərarı ilə Əmək Məcəlləsinin əmrdə göstərilən müvafiq maddəsi ilə iddiaçının işdən azad edilməsinə etiraz edilmədiyi göstərilmişdir. Müvafiq olaraq da onun işdən azad edilməsi barəsində əmr verilmişdir. Həmkarlar İttifaqının iclasına iddiaçı dəvət edilmiş, lakin gəlməmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, iddianı əsassız və qanunsuz hesab edir. İddiaçı xx.xx.2018-ci il, 09.078.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində qaraja gələrək kollektiv arasında etik davranış qaydalarını pozmuş, dövlətin və onun yerl ərdəki qurumları barədə təhqirazmiz sözlər işlətmiş, müdiriyyətin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtan, təhqir, iftira xarakterli sözlər işlədərək şantaj etmiş, müəssisənin normal iş şəraitini əmək və icra intizamını kobud şəkildə dəfələrlə qəsdən pozmuşdur. Ona törətdiyi qanunazidd hərəkətlərinə görə dəfələrlə intizam tənbehi və xəbərdarlıq verilsə də, o, bundan nəticə çıxarmamışdır. Yenidən xx.xx.2018-ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə gecikmiş və əmək qanunvericiliyinin tələblərini bir daha pozmuşdur. Ona işdən azad olması barədə əmrin surəti rəsmən təqdim edilmiş və əmək kitabçasının götürülməsi üçün poçt vasitəsilə ünvanına məktub göndərilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə fərdi əmək mübahisə sinin həll edilməsi üçün işçi hüququnun pozulduğu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-3-cü maddəsində də qeyd olunur ki, hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, qərarın verildiyi gündür. Lakin iddiaçı bu barədə tam məlumatlı olsa da, işdə çıxdığı gündən 3 ay yarımdan sonra yəni xx.xx.2019-cu ildə məhkəməyə müraicət etmiş və iddia müddətini ötürmüşdür.
9. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş şahid X6 ifadəsində göstərmişdir ki, 5 ildir ki, həmin müəssisədə sürücü kimi fəaliyyət göstərir. İddiaçı ilə bir növbədə işləyir, onun pis hərəkətlərini görməmişdir. İddiaçıya töhmət verilməsi haqda məlumatı töhmət verildikdən sonra bir müddət sonra bilmişdir. Qaraj müdiri ilə mübahisənin əsas səbə bi avtomobillərin nasaz vəziyyətdə olmasıdır.
10. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş şahid X1 ifadəsində göstərmişdir ki, 24 ildir həmin təcili tibbi yardım xəstəxanasında sürücü işləyir, 16 ildir ki, Rfael Nəsirovla həmin müəssisədə növbəli iş rejimi illə işləyirlər. Rfael Nəsirovun intizam qaydalarını pozduğunu görməmişdir. Onun haqqında verilən inzibati tənbehlər barədə məlumatı yoxdur.
11. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş şahid X12 ifadəsində göstərmişdir ki, həmin müəssisənin həmkarlar ittifaqının sədri vəzifəsində işləyir. Aktlardakı imzalar ona məxsusdur və ona heç bir təzyiq olmayıb. Rfael Nəsirov mütəmadi olaraq iş yerində intizam qaydalarını pozaraq rəhbərlik ilə mübahisə edirdi. İstər töhmət, istərsədə şiddətli töhmət verilərkən qərar Rfael N əsirova təqdim edilmiş, lakin o qərarları qəbul etməkdən imtina etmişdir. Bunun nəticəsi olaraq bir neçə dəfə aktlar tərtib edilmişdir. Həmkarların iclası barədə Rfael Nəsirova məlumat verilmiş, lakin o, səhiyyə şöbəsinin müdirinin gəlməməsini bəhanə edərək, iclasda iştirak etmədən imtina etmişdir.
12. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş şahid X3 ifadəsində göstərmişdir ki, həmin müəssisədə mexanik vəzifəsində işləyir, töhmətlər və aktlar düzgün şəkildə tərtib olunmuşdur. Rfael Nəsirov daimi iş yerində mübahisələr yaradır, iş rejimi pozurdur. Sonuncu dəfə işə gec gəlmişdir, ona bu barədə izahat yazmasını bildirmişdir, lakin izahat yazmaqdan imtina etmiş və orada səs-küy salmışdır.
13. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2886/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməs i ilə (hakim Ceyhun Məmmədov) iddiaçının iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı vəzifəsində olduğu müddətdə mütəmadi olaraq əmək vəzifələrini kobud şəkildə pozaraq özünü əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda iddiaçı ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilən əsaslar olmaqla iddiaçının heç bir əsas olmadan işdən azad olması barədə iddia tələbi əsassızdır.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması barədə cavabdeh Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının əmrinin qəbul olunmasında q anunvericiliyin tələblərinə düzgün əməl edilmiş, qanun pozuntusuna yol verilməmişdir. Buna görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən və bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğundan əmək müqaviləsi işəgötürən tərəfindən haqlı olaraq ləğv edilmişdir.
16. Birinci instansiya məhkəməsi həmçinin cavabdehin iddia ərizəsinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsinə dair gətirdiyi arqumenti əsaslı hesab etməyərək qeyd etmişdir ki, hazırki iddia tələbi ilə müraciət etməzdən öncə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsinə əlavə edilmiş sənədlər qaydasında o lmadığı üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə ona geri qaytarılmışdır. Belə olan halda iddia müddətinin axımı kəsilmişdir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə iddia müddətinin tətbiqi yolverilməzdir.
18. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 70, 71, 80, 186, 187, 189, 296, 300-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia tələbi ilə e yni məzmunda əsaslandırılmış və qeyd etmişdir ki, cavabdeh əmək müqaviləsini əmək qanunvericiliyinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat həqiqətə uyğun deyildir. O, dəfələrlə işlədiyi təşkilatın müdiriyyətinə ərizə ilə müraciət edərək idarə etdiyi **-AD-*** dövlət qeydiyyat nişanlı sanitar maşınını təmirə ehtiyacı olması barədə məlumat vermişdir və həmin avtomobilin təmir olunması barədə onlardan köməklik göstərilməsini xahiş etmişdir. Bu səbəbdən də cavabdeh mü əssisənin rəhbəri onunla qərəzlilik apararaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. Halbuki, Sumqayıt şəhər TTYS-nin çağırışçı həkimlərin tərtib etdikləri aktdan görünür ki, iddiaçı 1-ci dərəcəli sürücü kimi vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi işin fakiki hallarına düzgün hüquqi qiymət verməmiş və əsassız qətnamə qəbul etmişdir. Qeyd olunanlar əsasında şikayət təmin edilməlidir.
21. Apellyasiya baxışı zamanı cavabdeh Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajı onun hüquqi varisi olan “Sumqayıt Tibb Mərkəzi” X14 ilə əvəz edilmişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-22/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Telman Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı dəfələrlə iş yerində əmək və icra intizamını pozmuş, bununla bağlı ondan izahat tələb edildikdə, o, izahat verməkdən imtina etmişdir. Halbuki, əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümdə vəzifələrindəndir. Belə olan halda işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Daha öncə qeyd olunduğu kimi iddiaçının işçi olaraq bu hərəkətləri lazımi qaydada aktlaşdırılmış, başqa sözlə, əmək qanunvericiliyində nəzərdə tutu lmuş qaydalara əməl edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əsas dəlili olan ona intizam tənbehi verilərkən işdə, növbədə olmaması və həmin günlərin qeyri-iş günü olması dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona intizam tənbehi verilərkən məzuniyyətdə, ezamiyyətdə olmamış, əmək qabiliyyətini müvəqqəti itirməmişdir. Əksinə, iş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, o, həmin gün saat 11.30 radələrində qaraj müdirinin iş otağında olmuş və ona qarşı davranış və etik qaydaları pozmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajı üzrə xx.xx.2018-ci il tarixli, sonuncu xəbərdarlıqla şiddətli töhmət barədə 49№-li əmr iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixində yol verdiyi əmək və icra intizamının, etik davranış qaydaları pozulmasına görə verilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli aktdan məlum olur ki, iddiaçı həmin gün saat 12.30 radələrində qeyd olunan hərəkətlərə yol vermişdir.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış və işçiyə bu barədə məlumat verilməklə onunla son haqq-hesab aparılmışdır. İddiaçı isə məhkəməyə əmək müqaviləsinin xitam edilmə əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin etibarsız hesab edilməsi və işçinin işə bərpa edilməsi üçün heç bir əsas yoxdur. O cümlədən, əmək müqaviləsinə xitam verilməsində heç bir qanunsuzluq aşkarlanma dığından, iddiaçı işburaxmaya görə əmək haqqı hesablanmasını və ya digər zərərin əvəzini tələb etməkdə də haqlı deyildir.
27. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə, 3-cü maddəsinin 5-ci bəndinə, 7-ci maddəsinin 2-ci bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 186.2-ci maddəsinin “ç” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 187-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 189-cu maddəsinin 2-ci bəndinə və 300-cü maddəsinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat:
28. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu iş üz rə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə qəbul etmiş, iddiaçı tərəfin təqdim etdiyi sübutları nəzərə almamış, qarşı tərəfin dəlillərini və sübutlarını daha inandırıcı hesab etməklə Azərbaycan Respublikası MPM-nin 77, 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, cavabdeh təşkilat tərəfindən məhkəməyə 2 ədəd “işçilərin iş vaxtının qeydiyyat tabeli” təqdim edilmiş və həmin tabeldə iddiaçının iş günü 9-00-dan növbəti günün 9-00-a kimi, yəni 24 saat olduğu halda 23 saat göstərilmiş və hətta məhz əmrin verildiyi tarixdən 1 gün qabaqkı tarixdə, yəni xx.xx.2018-ci il tarixdə iddiaçının guya 15 saat işdə olduğu və həmin günün 8 saatının növbəti günə, yəni xx.x x.2018-ci il tarixə keçirilməsi qeyd edilmişdir. Halbuki, belə bir hal heç vaxt olmamışdır. Digər tərəfdən iddiaçının işi 1 sutka işdə və 3 sutka evdə olmaqla nəticələndiyi halda, onun növbəti gün yenidən işə çıxması mümkünsüzdür. Ümumiyyətlə bu cür iş yükü ilə ardıcıl işçinin işə cəlb olunması da qanunsuzdur. Bundan başda işin gecə növbəsinə düşən saatlarında əmək haqqı artımla hesablanır və iddiaçı da həmin artım əsasında hesablanmış əmək haqqını almışdır. (qarşı tərəfin məhkəməyə təqdim etdiyi tabeldə avqust və may 2018-ci il tarixdə iddiaçının aylıq 7 gecə (yəni 56 saat) işlədiyi göstərilsə də, iddiaçıya Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri tərəfindən təqdim olunan sənəddə öz əksini tapmışdır. İddiaçı may və avqust aylarında 8 saat (64 saat) işləmişdir. Faktiki olaraq bu aylar ərz ində ayrı-ayrılıqda 8 gecə işdə olmuşdur.) Eyni hal işçilərin avqust ayı üçün tərtib olunmuş tabelində də təkrarlanmış və həmin tabeldə iddiaçının 15 avqust tarixində 8 saat işdə olması qeyd edilmişdir. Halbuki həmin tarixdə iddiaçı Sumqayıt şəhər TTYS-da, “Mercedes” **-JX-*** dövlət qeydiyyat nişanlı maşınla (5 nömrə) iş başında olmuş və həmin günün yol vərəqəsinə baş həkim möhür vurmuşdur. Həmin tarixdə iddiaçı 13 çağırışa getmişdir və 8 saat ərzində 13 çağırışın icrası mümkünsüzdür və bu da həmin tabelin sonradan saxtalaşlaşdırıldığını sübuta yetirir. İddiaçı həmin sənədlərdə saxtalığa yol verilib-verilməməsini aydınlaşdırmaq məqsədi ilə qarşı tərəfin məhkəməyə təqdim etdiyi 15 avqust 2018-ci il tarixə və xx.xx.2018-ci il tarixə olan yol vərəqələrinə sonradan əlavə və dəyişikliklərin ed ilib-edilməməsini aydınlaşdırmaq məqsədi ilə məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş və həmin vəsatət məhkəmə tərəfindən təmin olunmuşdur. Ekspertizanın verdiyi 27 may 2021-ci il tarixli rəyi ilə iddiaçının adına olan 4007 saylı yol vərəqində sonradan düzəlişin aparıldığı və “5” rəqəminin “10” rəqəminə dəyişdirilməsi, “Mercedes” yazısının pozularaq yerində “QAZ” sözünün yazılması, maşının nömrəsinin əvvəlcə “**-JX-***” olması və sonradan “**-AD***”ə dəyişdirilməsi təsdiq olunmuşdur. Bu isə sənədin sonradan saxtalaşdırmasından xəbər vermişdir. Hətta qarşı tərəf məhkəməyə iddiaçının dəvət etdiyi, həmin qarajda işləyən şahidlərə də təzyiq etməyə başlamışdır. Bu faktlar əsasında iddiaçı tərəfindən məhkəmədə vəsatət qaldırılmaqla cavabdeh Kamran Əhmədov barəsində Xüsusi Qərardad çıxarılması və prokurorluğa göndərilməsi xahiş olunmuş, lakin məhkəmə ekspert rəyinə və sənədlərdə olan saxtakarlığa baxmayaraq vəsatətə münasibət bildirməmiş, həmin şəxslər barəsində heç bir tədbir görməmişdir. Halbu ki, məhkəmə ona təqdim olunan sənədlərdə saxtakarliq aşkar etdikdə bütün sənədlərin düzgünlüyünü yoxlamağa maraqlı olmalıydı. Hətta iş materialları ilə tanışlıq zamanı ekspert rəyinə iş materiallarında da rast gəlinməmiş və bu səbəbdən də həmin rəy hazırki kassasiya şikayətinə əlavə olarunaraq təqdim edilir.
30. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətini tamamilə əsassız və qeyri-obyektivdir. Belə ki, kassator sözügedən kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qanunvericiliyə uyğun şəkildə əsaslandıra bilməmiş, hər hansı sübuta söykənməyən şəxsi mülahizə və fikirləri əsasında mübahisələndirilən məhkəmə qətnaməsinin qanuniliyini şübhə altına almağa çalışmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək və icra intizamının pozulmasına yönəlmiş hərəkətlərinə, bu hərəkətlərlə bağlı tərtib edilmiş müvafiq sənədlərə, aktlara və həmin aktlar əsasında onun barəsində intizam xarakterli tədbirlərin tətbiq olunmasına dair əmrlərə hüquqi qiymət verərkən hər hansı səhvə və yanlışlığa yol verməmişdir. Məhkəmə müvafiq qanun normalarına istinad edərək iddiaçının iş yerində daxil i intizam qaydalarını kobud şəkildə pozaraq müdiriyyətin və səhiyyə qurumunun rəhbərliyinin ünvanına təhqiramiz və böhtan xarakterli fikirlər səsləndirməsini, qanunazidd hərəkətlərini əmək və icra intizamının pozuntusu kimi qəbul etməklə onun bu hərəkətləri ilə bağlı tərtib edilmiş aktları və intizam tənbehinin tətbiq edilməsi barədə müvafiq əmrləri əsaslı və qanuni saymışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4602/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Elşad Şamayev və Aqil Abbasov) iddiaçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya insatnsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
32. Kassasiya inst ansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı barəsində xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli intizam tənbehi tədbiri barədə əmrlə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət əmək funksiyasının pozulmasına görə deyil, etik davranış qaydalarının pozulmasına, əmək intizamı pozulduğuna görə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını yerinə yetirməməsinin nədən ibarət olmasını aydınlaşdırmamış, mübahisələndirilən əmrin qanuniliyini yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından düzgün qiymətləndirməmişdir.
33. İşin faktiki hallarını və qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəb ul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki iş üzrə yeni qərar çıxarılması üçün əsaslar mövcud deyilir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-707/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Lalə Rəhimli) iddiaçı tərəfindən verilmiş apellyas iya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı tələbinin təmin edilməsi, cavabdeh Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının sürücü vəzifəsində işləyən İddiaçı2 tutduğu vəzifədən azad edilməsi barədə 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmrin ləğv edilməsi, İddiaçı2 Sumqayıt şəhər Səhiyyə Şöbəsi (indiki halda hüquqi varisi “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxs) Mərkəzi Qarajında tutduğu əvvəlki vəzifəsinə (sürücü vəzifəsinə) bərpa edilməsi və Sumqayıt Şəhər Səhiyyə Şöbəsi (indiki halda hüquqi varisi “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxs) Mərkəzi Qarajı tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
35. Apellyasiya instansiya məhkəməsi g əldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işəgötürən qismində çıxış edən cavabdeh tərəfindən işçi iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci madəsinin “ç” bəndi ilə 72-ci maddəsinin “ə” bəndinə istinad etməklə xitam verilməsi zamanı əmək qanunvericiliyinin normalarının tələbləri pozulsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar aydınlaşdırılmamış və tam araşdırılmamışdır. Belə ki, əmək müqaviləsinin xitamının əsası kimi istinad edilmiş müvafiq normanın dispozitiv şərtlərindən görünür ki, işçi özünün əmək funksiyasının və ya əmək müqvailəsi üzrə öhdəliklərinin yerinə yetirmədikdə və ya Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə qeyd olunan əsasla əmək müqvailəsinə xitam v erilə bilər. Həmçinin, hazırki mülki iş üzrə işəgötürənin istinad etdiyi Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin dispozitiv şərtlərində əmək funksiyasının kobud pozuntusu kimi işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməsi halı qeyd olunmuşdur.
36. Həmçinin, əmək qanunvericiliyinin normalarına əsasən əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu başa düşülür. Qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə cavabdeh işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitamın əsası kimi Əmək M əcəlləsinin 72-ci maddəsinin “ə” bəndi və 70-ci maddəsinin “ç” bəndinə istinad etsə də, həmin halları iddiaçı işçinin əmək və icra intizamının, müəssisədaxili intizam qayalarının, işəgötərənə qarşı etik davranış qaydalarının pozulması və intizamın pozulmasına görə iddiaçı işçi barəsində tənbeh tədbirinin tətbiq edilməsi, altı ay keçməmiş yenidən eyni hala görə tənbeh tədbirinin tətbiq edilməsi halları ilə əsaslandırmışdır.
37. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh işəgötürənin işdənçıxma barədə müvafiq əmrinin qanuniliyini yoxlayarkən, qeyd edilən halları düzgün araşdırmamış, həmin halları əmək qanunvericiliyinin qeyd olunan normalarının tələbi baxımından düzgün təhlil etməmiş, əmək funksiyasının pozulması halı ilə əmək intizamının pozu lması halları aydınlaşdırılmamış, həmin hallara eyni məzmunlu məfhum kimi yanaşılmışdır. Halbuki qeyd edilən anlayışlar əmək qanunvericiliyinin normaları baxımından fərqli anlayışlardır.
38. Bu baxımından qeyd olunmalıdır ki, işəgötürən cavabdehin əmək müqaviləsinin xitamının əsası kimi istinad etdiyi hallar əmək intizamının pozulması ilə bağlı deyil, məhz əmək funksiyasının (işçninin əmək müqaviləsi üzrə vəzifəsindən irəli gələn öhdəliklərin) icra edilməməsi, pozulması ilə bağlı halı özündə ehtiva edir. İndiki halda isə məhkəmədə tədqiq edilmiş sənədlər əsasında iddiaçı işçi ilə əmək müqaviləsinin əsası kimi istinad edilən halın müəyyən edilməsi baxımından işçninin əmək funksiyasını, yəni əmək müqaviləsi üzrə vəzifəsinə dair öz üzərinə götürdüyü öhdəliklərdən hansını icra etməməsi və ya l azımi qaydada icra etməməsi, bununla da əmək funksiyasının icra edilməməsinə görə onun barəsində tənbeh tədbirlərinin tətbiq edilməsi, habelə bununla bağlı Əmək Məcəlləsinin 71.2-ci maddəsinin dispozitiv şərtlərinin də müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mülki iş üzrə cavabdeh işəgötürən tərəfindən iddiaçı işçi ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassız olmuşdur.
39. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələbinə əsasən qeyd olunan əsasla əmək müqvailəsinə xitam verilən zaman işəgötürən bununla bağlı müəssisənin həmkarlar ittifaqı komitəsinə əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata əsaslandırma sənədləri əlavə edilməlidir, komitə tərəfindən isə həmin təqdim ata dair 10 gün müddətində əsaslandırılmış qərarını işəgötürənə təqdim etməlidir. Əmək qanunvericiliyində belə bir proseduru nəzərdə tutulmasında məqsəd işçilərin əmək hüquqlarının müdafiəsi baxımından su-istifadə hallarına yol verilməməsi və qeyd edilən prosedurun formal xarakterə mailk olmasının qarşısının alınmasından ibarətdir. İndiki halda hazırki mülki iş üzrə cavabdeh işəgötürən tərəfindən müvafiq razılıq alınsa da (müvafiq təqdimat xx.xx.2018-ci il tarixdə verilmiş, təqdimata heç bir əsaslandırma sənədləri əlavə edilməmiş, müvafiq razılıqla bağlı protokol xx.xx.2018-ci il tarizdə tərtib edilmiş, qərar “məktub” formasında tərtib edilmiş, müvafiq işdən çıxma əmri xx.xx.2018-ci il tarixdə verilmişdir) əmək qanunvericiliyinin qeyd olunan normasında ifadə edilmiş prosedur tələblərə riay ət edilməsi halı da müəyyən edilməmişdir ki, bu hal da özlüyündə müvafiq razılığın formal ifadə olunmasını göstərir.
40. Qeyd olunan hallara əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mülki iş üzrə iddiaçı işçi ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68, 70, 71, 72, 80-ci maddələrinin tələbləri pozulmuşdur. Ona görə də kollegiya hesab etmişdir ki, iddia tələbi əsaslı olmuşdur.
41. Həmçinin, məhkəmə kollegiyası cavabdehin hazırki mülki iş üzrə iddia müddətinin tətbiqi barədə yazılı ərizəsi ilə bağlı onu qeyd etmişdir ki, əmək qanunvericiliyində qeyd olunmuş müddət kəsici müddət olmaqla, iddia müddəti qismində çıxış etmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən qanunvericiliklə müəyyə n edilmiş qeyd olunan müddət ötürülməmişdir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan müddət ərzində məhkəməyə müraciət edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki iş üzrə qeyd olunan müddət tətbiq edilməmiş, həmin hal hazırki mülki iş üzrə mübahisələndirilməmişdir.
42. Apellyasiya instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 3.9, 12 “c” bəndi, 12.2, 68.1, 70 “ç” bəndi, 70.3, 71.2, 76.1, 76.2, 80.1, 80.2, 72. “ə” bəndi, 186.2 “ç” bəndi, 288 “a” bəndi, 290.1, 296.1, 296.2, 300.1-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.3, 384.0.2, 385.1, 385.2, 420-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
43. Qətnamədən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iş yerində daxili intizam qaydalarını kobud şəkildə pozaraq müdiriyyətin və səhiyyə qurumunun rəhbərliyinin ünvanına təhqiramiz və böhtan xarakterli fikirlər səsləndirmiş, qanunazidd hərəkətləri ilə əmək və icra intizamının pozuntusuna yol vermişdir ki, onun bu hərəkətləri ilə bağlı müvafiq aktlar tərtib edilmiş, intizam tənbehinin tətbiq edilməsi barədə müvafiq əmrlər qəbul edilmişdir. Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Ərazi X2 Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Təcili və X4 Stansiyasının 29 yanvar 2021-ci il tarixli, 267 saylı məktubuna əsasən, iddiaçının idarə etdiyi **-AD-*** dö vlət nömrə nişanlı (10 bort nömrəli) sanitar avtomobilinin istismarı 23 may 2018-ci il tarixdə saat 22:50-dən, 15 avqust 2018-ci il tarixdə isə 17:00dan sonra naməlum səbəblərdən dayandırılmışdır. Nəzərə alınsa ki, iddiaçı növbəli iş rejimində işləmiş, onun iş növbəsi saat 09:00-da başlayır və növbənin müddəti, bir qayda olmaqla 24 saat təşkil etməklə növbəti iş günü saat 09:00-da başa çatırdı, aydın olur ki, qrafikə görə 24 may 2018-ci il tarixdə saat 09:00-dək iddiaçının iş vaxtı olmalı idi. Məhkəməyə cavabdeh tərəfindən təqdim olunmuş Sumqayıt şəhər Səhiyyə Şöbəsinin ləğv edilmiş Mərkəzi Qarajının Təcili və X4 Kolonunun işçilərinin 2018-ci ilin may ayı üçün iş vaxtının qeydiyyat kitabına əsasən, iddiaçının iş vaxtı olaraq 23 may 2018-ci il tarixdə 15 saat, 24 may 2018-ci il tarixdə isə 8 saat göstərilmiş, 2018-ci ilin may ayı üçün də həmin saatlar daxil olmaqla iddiaçıya 9 iş günü və 184 saat iş vaxtı hesablanaraq həmin iş saatlarına uyğun əmək haqqı ödənilmişdir. Eyni hal 2018-ci ilin avqust ayında da təkrarlanmışdır. İddiaçının idarə etdiyi **-AD-*** dövlət nömrə nişanlı (10 bort nömrəli) sanitar avtomobilinin istismarı 15 avqust 2018-ci il tarixdə 17:00-dan sonra naməlum səbəblərdən dayandırılmış, iddiaçının 15 avqust 2018-ci il tarixində işləmədiyi 8 saat müddət iş günü olan 21 avqust 2018-ci il tarixinə keçirilmiş və iddiaçı həmin müddətdə də işdə olmuşdur. Məhkəməyə cavabdeh tərəfindən təqdim olunmuş Sumqayıt şəhər Səhiyyə Şöbəsinin ləğv edilmiş Mərkəzi Qarajının Təcili və X4 Kolonunun işçilərinin 2018-ci ilin avqust ayı üçün iş vaxtının qeydiyyat kitabına əsasən, iddiaçının iş vaxtı olaraq 15 avqust 2018-ci il tarixdə 8 saat, 21 avqust 2018-ci il tarixdə də 8 saat göstərilmiş, 2018-ci ilin avqust ayı üçün də həmin saatlar daxil olmaqla iddiaçıya 9 iş günü və 184 saat iş vaxtı hesablanaraq həmin iş saatlarına uyğun əmək haqqı ödənilmişdir. Göründüyü kimi, işdə olan materiallarla iddiaçının həm əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğu, eyni zamanda həmin əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyasını da lazımi şəkildə icra etmədiyi, iş günü ərzində naməlum səbəblərdən iş vaxtını tam işləmədiyi müəyyən edilmişdir. Məhkəmə yanlış olaraq bu halları əmək müqaviləsi üzrə öhdəliklərin və əmək funksiyasının pozuntusu kimi qiymətləndirməmiş və bu zaman iddiaçının iş vaxtı ərzində müəyyən saatlarda işdən ayrılmasını və işdə olmamasın ı nəzərə almayaraq maddi hüquq normasının pozuntusuna yol vermişdir. Cavabdeh tərəf hesab etmişdir ki, yuxarıda qeyd olunan bütün bu hallar məhkəmənin əmək qanunvericiliyinin müvafiq müddəalarının pozulması, eyni zamanda yaranmış əmək mübahisəsinin obyektiv və qərəzsiz araşdırılmasından yayınma kimi qiymətləndirilməlidir. Məhkəmə tamamilə əsassız olaraq iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini və əmək vəzifələrini pozmasını onunla bağlanmış əmək müqaviləsinin sadalanan maddə ilə ləğv edilməsi üçün əsas saymayaraq həmin pozuntuların işçinin əmək funksiyasının pozuntusu olmadığını əsas gətirməklə tərəflər arasında yaranmış əmək mübahisəsinə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəf hesab etmişdir ki, yuxarıda qeyd olunan hallar məhkəmənin iş üzrə səhv nəticəyə gəldiyini və işəgöt ürənin iddiaçı ilə bağlı verdiyi əmri düzgün qiymətləndirmədiyini tam sübuta yetirir. İddiaçı onun barəsində intizam tənbehinin tətbiq edilməsi barədə 24 may 2018-ci il tarixli və 21 avqust 2018-ci il tarixli əmrlərdən məlumatı olduğu halda, o, yalnız 2019-cu ilin iyun ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı əmək mübahisələrinə dair qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür ki, cavabdeh tərəfindən də iddia müddətinin tətbiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə müvafiq ərizə ilə müraciət olunmuş və məhkəmə də tamamilə qanuni olaraq iddia ərizəsinə münasibətdə iddia müddətini tətbiq etmişdir. Təəssüf ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə nəinki iddia müddətini tətbiq etməmiş, həmin müddətin tətbiq edi lməsi barədə cavabdeh tərəfindən məhkəməyə verilmiş ərizəyə, ümumiyyətlə münasibət bildirməmişdir. Təəssüf ki, məhkəmə bütün halları lazımi şəkildə araşdırmayaraq iddia müddəti ilə bağlı məsələyə də düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə hər hansı mötəbər sübutlara əsaslanmadan iddiaçının apelyasiya şikayətində göstərdiyi halları dəlil kimi qəbul edərək birinci instansiya məhkəməsinin bu iş üzrə çıxardığı əsaslı qətnaməni ləğv etmişdir. Halbuki, məhkəmənin iş üzrə müəyyən etmiş saydığı hallar müəyyən edilməmiş vəziyyətdə qalmış və mötəbər sübutlarla təsdiqlənməmişdir. Belə olan halda cavabdeh məhkəmənin iddiaçının apelyasiya şikayətini təmin edərək bu iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnaməni ləğv etməsini və iddiaçının iddia tələbini təmin etməsini qanunsuz v ə əsassız hesab etmişdir. İddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür ki, bu hal iddia tələblərinin məhkəmə tərəfindən rədd edilməsi üçün əsasdır. Təəssüf ki, məhkəmə bu hala fərqli hüquqi qiymət vermişdir ki, məhkəmənin iddia müddəti ilə bağlı yanlış mövqeyi sözüdegən maddi hüquq normasının tələblərinə zidd olmaqla yanaşı, əmək qanunvericiliyinin müvafiq müddəalarının pozulması kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
45. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, etirazını iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərba ycan Respublikasının Əmək Məcəlləsi.
46. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.
47. Maddə 3 (9-cu hissə). Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.
48. Maddə 12 (“c” bəndi). Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır.
49. Maddə 12 (2-ci hissə). İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uş aqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.
50. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
51. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 52.. Maddə 71. (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
53. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
54. Maddə 72 (“ə” bəndi). Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbeh indən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
55. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
56. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
57. Maddə 80. (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
58. Maddə 80. (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
59. Maddə 186 (2-ci hissənin “ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.
60. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
61. Maddə 187 (3-cü hissə). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
62. Maddə 288 (“a” bəndi). Bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
63. Maddə 290 (1-ci hissə). Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.
64. Maddə 296 (1-ci hissə). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
65. Mad də 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
66. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barə də qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
67. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
68. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
72. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
73. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
74. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
78. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
79. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
80. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
81. Kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
83. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsi, bundan əvvəl işə baxmış kassasiya instansiya məhkəməsinin qərarında şərh edilən göstərişlərinə əməl etmişdir. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
84. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmayaraq məhkəmənin gəldiyi nəticəni işin hallarına uyğun hesab etməmiş, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbini təmin etmək barədə nəticəyə gəlmişdir.
85. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötə bər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
86. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
87. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
88. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
89. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməs i Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 90. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
91. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgü n tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
92. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
93. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-707/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.