Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2618/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2618/2021 (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmağa görə əmək haqqı, sübutların qiymətləndirilməməsi) Bakı şəhəri, 31 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və vəkili X23 oğlunun, cavabdeh nümayəndəsi X15 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(103)-7345/2020 nömrəli qətnaməsindən cavabdeh kassasiya şikayətinə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2014-cü ildən 2016-cı ilin fevral ayına kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon Şöbəsinin Sosial Müdafiə Mərkəzində baş məsləhətçi, həmin vaxtdan işdən çıxdığı vaxta kimi isə X24 tədbirləri sektorunda baş məsləhətçi işləyib.
2. Cavabdehin 07.07.2020-ci il tarixli **********3 nömrəli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 07.07.2020-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X16 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsinə işə bərpa olunması, işə bərpa olunacağı günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehin 07.07.2020-ci il tarixli **********3 nömrəli əmri qanunsuz olub.
5. İddiaçı işlədiyi müddət ərzində hər hansı intizam cəzası almamış və iş ində heç bir xətaya yol verməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 30.04.2020-ci il tarixli əmri ilə iddiaçıya töhmət verilməsindən məlumatı olmamışdır. Həmin əmr sektorun direktor vəzifəsini icra edən X7 işində buraxılmış nöqsanlara görə verilmişdir və əmrdə göstərilən nöqsanların iddiaçının vəzifəsinə heç bir aidiyyəti yoxdur.
6. İddiaçının əsas vəzifələri vəzifə təlimatında göstərilmişdir. Lakin şöbədə cəmi dörd nəfər işlədiklərinə və vətəndaşların müraciətləri çox olduğuna görə, iddiaçı təlimatda göstərilən vəzifələri deyil, hər gün direktor vəzifəsini icra edən Elşən Əliyevin müəyyən etdiyi vəzifələri də icra etmişdir.
7. Faktiki olaraq üç vəzifəni – özünəməşğulluq və işaxtaran vətəndaşları təlimatlandırmaq; idarəyə daxil olan müraciətləri və sorğuları cavablandırmaq; şi rkət tərəfindən özünəməşğulluq təlimini uğurla bitirmiş vətəndaşlara heyvanların təhvil-təslim edilməsi zamanı video çəkiliş aparmaq kimi vəzifələri yerinə yetirmişdir. Müraciət edən vətəndaşların boş (vakant) vəzifələrlə tanış etmiş və iş yerini işaxtaranlara təklif etmişdir. İşaxtaran iş təklifini qəbul etdikdə, sektorun rəhbəri iş yerinə göndəriş vermişdir. Nəticədə işaxtaran (işçi) və işəgötürən arasında əmək müqaviləsi bağlanmışdır.
8. Cəlilabad rayonunun əhalisi 225.000 nəfərdən ibarətdir. İddiaçının işlədiyi müddət ərzində idarəyə təxminən 3.400 nəfər müraciət etmişdir. Onun işlədiyi məşğulluq tədbirləri sektorunda cəmi 25 vakant vəzifə olmuşdur. Lakin sektorda müdirdən başqa, iddiaçı ilə birlikdə 4 nəfər işləmişdir. İddiaçı bütün tapşırıqları layiqincə yerinə yetirmişdir.
9. Sektor un rəhbəri Elşən Əliyev iddiaçıdan heç vaxt izahat almamış və onun barədə şikayət etməmişdir.
10. Ölkədə baş vermiş pandemiya ilə bağlı dövlət tərəfindən 600000 nəfərə sosial yardımın verilməsi zamanı Cəlilabad rayonu üzrə ödənişlərin həyata keçirilməsi tədbirində iddiaçı şəxsən iştirak etmişdir. Bunun üçün Azərbaycan Respublikası DSMF-nun işçiləri də işə cəlb olunmuşlar. Həmin tədbirin həyata keçirilməsi üçün iddiaçı digər işçilərlə birlikdə 3 növbə işləmişdir. İddiaçı 190 manat birdəfəlik ödənişlərin vətəndaşlara verilməsini təmin etmək məqsədilə digər işçi Paşa Hümbətovla birlikdə gecə növbəsində işləmişdir. Gecə növbəsinə görə iddiaçıya əlavə əmək haqqı ödənilməyib. Lakin işdən çıxarılarkən Nazirlik tərəfindən iddiaçının bu xidməti nəzərə alınmamışdır.
11. Həmçinin Cəlilabad rayon Mə şğulluq Mərkəzinin 01.10.2019-cu il tarixli **********0 nömrəli əmri ilə iddiaçıya müəyyən vəzifələr tapşırılsa da, iddiaçının həmin əmrin mövcudluğundan xəbəri olmamışdır. Lakin həmin əmrinin icrasının nəticələri iddiaçıya nöqsan kimi irad tutulmuşdur. Belə ki, əmrə əsasən iddiaçının doğma dayısı X18 özünə məşğulluq proqramı çərçivəsində təlim kursuna cəlb edilmişdir. Halbuki, iddiaçının dayısı həmin dövrdə artıq pensiyaya çıxmışdı və pensiyaçılar mərkəzinin özünəməşğulluq proqramına cəlb oluna bilməzdi. Dayısı iddiaçının sektorda işlədiyi müddətdən əvvəl müraciət etmiş və iddiaçının bu barədə məlumatı olmamışdır.
12. İddiaçı sektorunda çalışdığı zaman 7 ay müddətində sektorun direktoru vəzifəsini icra etmişdir.
13. İddiaçı hesab edir ki, o, özünün yol verdiyi nöqsanlara görə deyil, Elşən Əliyevin yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir.
14. İddiaçının çalışdığı Cəlilabad rayon X16 məşğulluq tədbirləri sektoru 2020-ci ildə reforma nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 4 saylı Ərazi Məşğulluq Mərkəzinin 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialına çevirilmişdir. İdarəyə yeni rəhbər təyin olunmuşdur. Bundan sonra iddiaçı Nazirliyə dəvət edilmiş və tutduğu vəzifədən azad edilməsi barədə könüllü ərizə yazması ona təklif edilmişdir. Çünki, təzə rəhbər özünə yeni işçi qrupunu yığmış, iddiaçı işləmək istəmədiyini bildirmişdi. İddiaçı ərizə yazmaqdan imtina etmişdir.
15. İddiaçı tələbini hüquqi əsası kimi Əmək Məcəılləsinin 62, 69, 186 və 187-ci maddələrinə istinad etmişdir.
16. Sonradan İddiaçı iddia tələbinin də qiqləşdirilməsi barədə ərizə verərək, Dövlət Məşğulluq Xidmətinin Məşğulluq Agentliyinə çevrilməsi nəzərə alınmaqla onun həmin Agentliyə müvafiq vəziyə təyin edilməsini xahiş etmişdir.
17. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iddiaya etirazının dəlilləri: İddiaçı 26.12.2016-cı il tarixdən 07.07.2020-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X16 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışmışdır. İddiaçının həmin vəzifədə çalışdığı müddət ərzində aparılmış yoxlamalar nəticəsində nöqsanlar aşkar edilmişdir; - Cəlilabad rayonunun 11 nəfər sakini aidiyyəti orqanlara və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dövl ət Məşğulluq Xidmətinin Cəlilabad rayon X16 məşğulluq tədbirləri sektorunda çalışan əməkdaşların hərəkətlərindən şikayət etmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanovun 15.04.2020-ci il tarixli **********1 nömrəli xidməti məruzəsindən müəyyən edilir ki, bir qrup Cəlilabad rayon sakini tərəfindən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən X7 qanunsuz hərəkətləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətin araşdırılması zamanı Mərkəz tərəfindən vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Bu barədə 15.04.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirin in adına xidməti məruzə tərtib edilmişdir; - araşdırma zamanı məlum olmuşdur ki, Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən 06.03.2020-ci il tarixli **********3 və **********7 nömrəli əmrlərə əsasən 32 nəfər rayon sakininin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulmuşdur. “Məşğulluq haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən Mərkəz tərəfindən işsiz şəxslərin və 24.8-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslərin həmin Mərkəz tərəfindən 1 il ərzində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa cəlb edilməsi nəzərdə tutulduğu halda, Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur; - həmin vətəndaşlardan yalnız 2 nəfərin Mərkəzdə öncədən işsiz şəxs kimi qeydiyyatının və 3 nəfərin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu, digər şəxslərin isə müvafiq maddələrin tələbləri pozularaq, özünüməşğulluq proqramına cəlb olunduğu və yalnız araşdırma zamanı, yəni 19.03.2020-ci il tarixdə sonunculardan 26 nəfərin işsiz kimi qeydiyyata alındığı müəyyən edilmişdir; - bununla yanaşı, 1 nəfərin işsiz şəxs kimi qeydiyyata alınmasının Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” Altsistemində (MAS) problem yaranması səbəbindən mümkün olmaması Mərkəz tərəfindən bildirilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlarda 5 nəfəri xidmət, 27 nəfəri kənd təsərrüfatı sahəsi üzrə müraciət etmişdir. Onlardan 8 nəfəri isə “Məşğulluq haqqında” Qan unun 24.9-cu maddəsinə əsasən üstünlük verilməsi nəzərdə tutulan kateqoriyadan olan (cəzaçəkmə müəssisəsindən azad olunan və əlilliyi olan) şəxslərdir; - bir sıra hallarda, o cümlədən sözügedən araşdırma zamanı Mərkəzlərdə öncədən işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar barədə məlumatların MAS-a daxil edilməsi zamanı qeydiyyat tarixi kimi cari tarixin sistemə düşməsi və müvafiq dəyişiklik etməyin mümkünsüz olması səbəbindən müraciət tarixi ilə MAS-da qeydiyyat tarixi arasında yaranan fərqlilik vətəndaşların növbəliliyinin və hüquqlarının pozulmasına şərait yaratmışdır. Xidməti məruzə əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 30.04.2020-ci il tarixli**********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Məşğulluq X idmətinin Cəlilabad rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda müdir vəzifəsində qulluq keçən, direktor vəzifəsini icra edən X13, Aktiv məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı, həmin sektorda böyük məsləhətçi vəzifəsində qulluq keçən X19, aparıcı məsləhətçi vəzifəsində çalışan X4 və məsləhətçi vəzifəsində çalışan X20 töhmət verilmişdir. 30.04.2020-ci il tarixdə töhmət verilməsinə baxmayaraq İddiaçı işində dönüş yaratmamış, həmçinin əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə verilmiş intizam tənbeh tədbirindən nəticə çıxartmamış və öhdəsinə düşən vəzifələri yerinə yetirməmişdir. Buna görə də Dövlət Məşğulluq Xidmətinin rəisi 09.06.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin adına xidməti məruzə ünvanlayar aq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X16 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı intizam tənbeh tədbirlərindən birinin tətbiq edilməsinin məqsədə müvafiq hesab etmişdir; - İddiaçı digər nöqsanları da olmuşdur və həmin nöqsanlara görə İddiaçı barəsində təqdimatlar verilmişdir. Belə ki, Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin 15.04.2020-ci il tarixli yazılı məruzəsindəki birinci təklifə əsasən 2019-cu ildə Cəlilabad rayonu üzrə özünüməşğulluq proqramına cəlb edilmiş vətəndaşların özünüməşğulluğa hazırlıq səviyyəsinin qiymətləndirilməsi zamanı proqrama cəlb edilmiş iştirakçı X8 20.02.2019-cu il tarixdə əmək pensiyası hüququ qazanmasına baxmayaraq, 07.10.2019cu ildə özünüməşğulluq proqramı çərçivəsində təlimlərə cəlb edildiyi aşkar edilmiş və bununla bağlı Yunsur Cabbarov qiymətləndirmə mərhələsindən uyğun hesab edilməyərək, proqramdan kənarlaşdırılmışdır. Araşdırma aparılan zaman Yunsur Cabbarovun mərkəzin baş məsləhətçisi İddiaçı doğma dayısı olması aşkar edilmişdir; - daha sonra Cəlilabad rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi İddiaçı peşəyönümü məsləhətlərinin və peşə hazırlığı kurslarının təşkli ilə bağlı dəfələrlə tapşırıqlar verilməsinə baxmayaraq o, tapşırıqları yerinə yetirməmişdir. Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən ESDAS nömrəsi**********7 və **********3 olan sənədlərin icrası təmin edilməmişdir; - qeyd olunan sənədlər icra üçün Cəlilabad rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi İddiaçı tapşırılmış, lakin o, həmin sənədlərin icrasını təm in etməmişdir. Həmin nöqsanlara görə Dövlət Məşğulluq Xidmətinin rəis müavininə ünvanlanmış təqdimatlarında İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir; - göründüyü kimi, İddiaçı çalışdığı vəzifəsində öz əmək funksiyalarına əməl etməmiş və işində çoxsaylı nöqsanları buraxmışdır. Bu barədə ona dəfələrlə irad bildirsə də, o, həmin nöqsanları aradan qaldırmayıb. Nəticədə,Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 07.07.2020-ci il tarixli **********3 nömrəli əmri ilə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 08.07.2020-ci il tarixdən tutuduğu vəzifədən azad edilmiş və onunla 26.12.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; - iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl yol verdiyi nöqsanlarla bağlı izahat v erməsi üçün dəvət edilmiş, lakin iddiaçı izahat verməkdən imtina etmişdir. Hazırda iddiaçının çalışdığı iş yeri - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X16 məşğulluq tədbirləri sektoru 2020-ci ildə reforma nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 idarə Heyətinin 17.07.2020-ci il tarixli **********8 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Biləsuvar, Masallı, Cəlilabad, Yardımlı rayon Məşğulluq Mərkəzlərinin əsasında 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialı yaradılmışdır. - iddiaçının işdən çıxarılması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir.
18. Yasamal rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(004)-3782/2020 saylı q ətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Hacıyev Vahid)
19. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarını, iş materiallarında olan sübutları, iddiaçının barəsində xidməti məruzələri və araşdırmaları qiymətləndirib müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 30.04.2020-ci il tarixli **********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X16 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı töhmət verilməsinə baxmayaraq, iddiaçı altı ay ərzində işində dönüş yaratmamış və öhdəsinə düşən vəzifələri təkrarən yerinə yetirməmişdir. Nəticədə Əmək və Əhalini n Sosial Müdafiəsi nazirinin 07.07.2020-ci il tarixli əmri ilə İddiaçı 08.07.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmiş və onunla 26.12.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir.
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir.
21. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 70, 71, 72, 186, 310, Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1, 24.8, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 81-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya i nstansiyası məhkəməsindəki icraat
22. İddiaçı İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırlıb ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 30.04.2020-ci il tarixli **********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə ona töhmət verilməsinə baxmayaraq, töhməti aldıqdan sonra işində hansı nöqsanları törətməsi cavabdeh tərəfindən göstərilməmişdir.
24. İşə apellyasiya qaydasında baxılarkən apellyasiya instansiyasına Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X6 rayon Komitəsinin 08 sentyabr 2020-ci il tarixli 20 saylı məktubu təqdim edilmişdir. Məktubda İddiaçı Komtənin üzvü olması, onun işdən çıxarılması ilə bağlı Komitəyə hər hansı müraciət olmaması bildirilmişdir.
25. Cavabdeh orqan apellyasiya şikayətinə etiraz vermiş, etirazını birinci instansiya məhkəməsində iddiaya etirazının dəlilləri ilə əsaslandırmaqla yanaşı göstərmişdir ki, Cəlilabad rayon Məşğulluq Mərkəzində həmkarlar təşkilatı mövcud deyil. Qanuna görə isə həmkarlar təşkilatı mövcud olduqda həmin təşkilatın razılığı alınmalıdır. “Həmkarlar ittifaqı haqqında” Qanuna görə həmkarlar təşkilatının yaranması üçün azı 7 nəfər tələb edilir. İddiaçının işdən azad olunduğu vaxt isə Cəlilabad rayon Məşğulluq Mərkəzində 3 nəfər işçi olub.
26. Apellyasiya instansiyası X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(103)-7345/2020 nömrəli qətnaməsi il ə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(004)-3782/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 07.07.2020-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X16 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsinə bərpa edilməsi və ona 07.07.2020-ci il tarixdən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov, Fuad Babayev)
28. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, X1 İdarələri və İctimai Xidmət işçiləri X12 rayon Komitəsi üzvü olduğundan işdən çıxarılması ilə bağlı Azərbaycan Respublikası ƏƏSMN Nazirlik yanında Dövlət Məşğulluq Xidməti və Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən 2020-ci ildə hər-hansı təqdimat və ya rəsmi məktub göndərilməmişdir. Onun işdən Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X17 Məşğulluq Tədbirləri sektorunun baş məsləhətçisi vəzifəsindən azad edilməsi ilə bağlı heç bir məsələ müzakirə edilməmiş və bu barədə Azərbaycan Respublikası ƏƏSMN-nə Cəlilabad rayon Komitəsi olaraq tərəfindən razılıq bildirilməmişdir.
29. Apellyasiya məhkəməsi Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin 12. 11.2020-ci il tarixli 218 saylı məktubuna əsasən onu da müəyyən edib ki, Muradzadə X10 rayon Məşğulluq Mərkəzinin həmkarlar ittifaqının üzvü olduğu üçün 07.07.2020-ci il tarixli **********3 saylı əmr verilərkən Cəlilabad rayon Məşğulluq Mərkəzinin həmkarlar ittifaqının razılığının alınması tələb olunurdu. Buna baxmayaraq, əmək müqaviləsinə xitam verilərkən həmin razılıq alınmamışdır.
30. Apellyasiya məhkəməsi qeyd edib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla işçi ilə isəgötürən arasında olan əmək müqaviləsinə xitam verilə bilər.
31. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına əs asən belə qənaətə gəlib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 07.07.2020-ci il tarixli **********3 saylı əmri ilə 26.12.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.
32. Apellyasiya məhkəməsi həmçinin qeyd edib ki, iddiaçı tərəfindən 30.04.2020ci il tarixdən sonra əmək fəaliyyətində hər-hansı nöqsanların olması cavabdeh tərəfindən məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Bundan başqa iddiaçının 30.04.2020-ci il tarixdən sonra işində hansı dönüşü yaratmaması və öhdəsinə düşən vəzifələrin təkrarən yerinə yetirməməsi iş materialları ilə müəyyən edilmir. İddiaçının tutduğu vəzifədən azad edilməsi üçün iddiaçıya töhmət verildikdən sonra, yəni 30.04.2020-ci ildən sonra onun əmək fəaliyyətində qüsurla rın olması sübuta yetirilmir.
33. Apellyasiya məhkəməsi cavabdehin nümayəndəsinin izahatına münasibətdə isə qeyd edib ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X2 rayon Komitəsinin məktubları sonradan təqdim edilmiş sübut kimi qiymətləndirilməməlidir. Belə ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının rəyinin alınması qanunvericilik tərəfindən imperativ olaraq göstərilib və əmək müqaviləsinə xitam verilərkən araşdırılmalı olan hallara aiddir.
34. Apellyasiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71, 72, 80, 309-cu maddələri, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul ediiməsini xahiş edib.
36. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Dövlət İdarələri və ictimai Xidmət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 12 noyabr 2020-ci il tarixli məktubu araşdırılarkən məlum olub ki, məktubda qeyd edilənlər tamamilə səhv və əsassızdır; - belə ki, Dövlət Məşğulluq Xidmətinin Cəlilabad Rayon Məşğulluq Mərkəzinin əməkdaşı kimi təqdim edilmiş iki şəxs - X26 və X9 ştatdan kənar işçi olmuş və 31.03.2020 ci il tarixdən işdən azad olunmuşlar Digər iki nəfər ştatdan kənar işçi - X22 və X14 isə iyun ayında işləsələr də ümumilikdə qeyd edilən işçilər həmkarlar ittifaqına üzv olmamış və onların əmək haqqlarından üzvlük haqqı tutulmamışdır. ( - apellyasiya Məhkəməsi işə baxarkən tətbiq etməli olduğu “Həmkarlar ittifaqları haqqında” Qanununun 3-cü maddəsini tətbiq etməməkiə və sorğunu dəqiqləşdirmədən sübut kimi qəbul etməklə səhv hüquqi nəticəyə gəlmişdir. b) Kassasiya icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında cavabdeh nümayəndəsi X27 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
38. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi Nümayəndə və vəkili X23 oğlu kassasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xah iş etdilər. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70 (bənd “ç”) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Maddə
72. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 80
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. “Həmkarlar ittifaqları haqqında” Qanun Maddə
3. Bu Qanunun 1-ci maddəsi ndə nəzərdə tutulan məqsədlərə nail olmaq üçün ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. Maddə
18. Həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər. Əmək mübahisələrinin (münaqişələrinin) predmeti və həlli qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı hesab edilə bilməz.
42. Belə ki, apellyaisya məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı təmin edərkən iki əsas söykənmişdir: iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həm karlar təşkilatının razılığının alınmaması və 30.04.2020-ci il tarixdən sonra iddiaçı tərəfindən əmək fəaliyyətində hər-hansı nöqsanların olmasının cavabdeh tərəfindən məhkəmə baxışı zamanı sübuta yetirilməməsi.
43. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həmkarlar təşkilatının razılığının alınmaması ilə bağlı gətirdiyi əsasa münasibətdə qeyd edir ki, apellyasiya məhkəməsinin bu hissədə gəldiyi nəticə əsaslı hesab oluna bilməz.
44. Cavabdeh apellyasiya şikayətinə etirazında (etiraza əlavədə) Cəlilabad rayon Məşğulluq Mərkəzində həmkarlar təşkilatının mövcud olmamasını bidirmiş və dəlili kimi “Həmkarlar ittifaqı haqqında” Qanuna görə həmkarlar təşkilatının yaranması üçün azı 7 nəfər tələb edilməsi və iddiaçının işdən azad olunduğu vaxt i sə Cəlilabad rayon Məşğulluq Mərkəzində 3 nəfər işçi olmasına istinad etmişdir.
45. Apellyasiya məhkəməsi isə cavabdehin etirazının əsası kimi istinad etdiyi bu dəlillər üzrə hər hansı araşdırma aparmamışdır. Halbuki apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmalı olan apellyasiya məhkəməsi apellyasiya şikayətinə etirazın dəlilləri üzrə də araşdırma aparmalıdır.
46. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Qeyd edilən hissədə etirazın dəlillərinə qiymət verilməsi həmin hissədə iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etsə də, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin tələblərin i pozaraq etirazın dəlillərini araşdrımamışdır.
46. Nəzərə alınsa ki, “Həmkarlar ittifaqları haqqında” Qanunun 3-cü maddəsinə görə ən azı 7 nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ vardır, belə olan halda cavabdeh orqanın iddiaçının işdən azad olunduğu vaxt Cəlilabad rayon Məşğulluq Mərkəzində 3 nəfər işçi olması barədə dəlilləri araşdırılmalı olan ziddiyyətli məqamlardan biridir və bu ziddiyyət aradan qaldırılmamışdır.
47. Həmçinin 30.04.2020-ci il tarixdən sonra iddiaçı tərəfindən əmək fəaliyyətində hər-hansı nöqsanların olmasının cavabdeh tərəfindən məhkəmə baxışı zamanı sübuta yetirilməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə də sübutların MPM-in 88-ci maddəsinin tələbləri b axımından qiymətləndirliməsi qaydasına cavab vermir.
48. Belə ki, cavabdeh orqan etirazında iddiaçıya 30.04.2020-ci il tarixdə töhmət verilməsi, buna baxmayaraq iddiaçının işində dönüş yaratmaması, sonradan iddiaçının barəsində Dövlət Məşğulluq Xidmətinin rəisinin 09.06.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin adına xidməti məruzə yazmasını və iddiaçının nöqsanları barədə təqdimat verilməsini bildirmişdir. Apellyasiya məhkəməsi isə qeyd edilən xidməti məruzənin və təqdimatı sübut kimi qiymətləndirmədən kənarda qoymuşdur.
49. Qeyd edilən hallar göstərir ki, apellyaisya məhkəməsinin qətnaməsi əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə isə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Pl enumunun 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd dilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 51. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırıls ın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı və bunun nəticəsi olaraq işin müəyyən edilmiş hallarına uyğun gələn maddi və prosessual hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7345/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.