Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2619/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Azərbaycan Milli Konservatoriyası” publik hüquqi şəxsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2619/2024 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İ ddiaçı cavabdeh “Azərbaycan Milli Konservatoriyası” publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1627/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh “Azərbaycan Milli Konservatoriyası” publik hüquqi şəxsi (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 15 dekabr 2005-ci il tarixdə müddətsiz əmək müqaviləsi imzalanmaq la İddiaçı Azərbaycan Respublikası Milli Konservatoriyasında “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim, elmiş işçi vəzifəsinə işə qəbul edilmişdir. 2. 06 may 2022-ci il tarixli 038/k1 saylı əmrə əsasən İddiaçı 06 may 2022-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə 05 sentyabr 2022-ci il tarixinədək “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının dosenti müddətli müqaviləyə keçirilmişdir. 3. 05 sentyabr 2022-ci il tarixli 117k 1 saylı əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi 01 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. 4. 01 sentyabr 2023-cü il tarixli, 109/k nömrəli əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” - əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən xitam verilmişdir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh “Azərbaycan Milli Konservatoriyası” publik hüquqi şəxsinə qarşı (bundan sonra cavabdeh və ya Konservatoriya) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 01 sentyabr 2023-cü il tarixli əmrin ləğv edilməsi, buraxılmış məcburi iş günlərinə görə əmək haqqının ödənilməsi, cavabdehdən 5.000 manat mənəvi ziyanın və mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2005-ci ildən etibarən müddətsiz əmək müqaviləsi bağlamaqla Azərbaycan Milli Konservatoriyasında işləməyə başlamışdır. Lakin, bu müddət ərzində bağladığı əmək müqaviləsinin surətini əldə etməmişdir. Bu səbəbdən də həmin müqaviləni məhkəməyə təqdim edə bilmir. Qeyd olunmalıdır ki, işlədiyi müddət ərzində heç vaxt əmək intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilməmişdir. Təxminən 2022-ci ilin may ayında çalışdığı müəssisənin müdiriyyəti tərəfindən ona və digər həmkarlarına əmək müqaviləsində müqavilənin müddəti ilə bağlı dəyişiklik edilməsi barədə müraciət edilsə də, iddiaçı həmin dəyişikliklərin edilməsi ilə razılaşmadı. Lakin, 2023-cü ilin sentyabr ayının 12-də onun əmək müqaviləsinə heç bir əsas olmadan xitam verilməsi barədə ona məlumat verilmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair 01 sentyabr 2023-cü il tarixli, 109/k nömrəli əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci h issəsinin “b” bəndi, yəni, əmək müqaviləsinin müddətinin qurtarması əsas götürülmüşdür. Lakin bir daha qeyd etmək istəyir ki, onun 2005-ci ildə bağladığı əmək müqaviləsi müddətsiz olmuş, sonradan isə əmək müqaviləsinə onun razılığı ilə heç bir dəyişiklik edilməmişdir. İddiaçı adı çəkilən əmri əldə etmək istədikdə isə ona əmək müqaviləsinə dəyişiklik edilməsinə dair razılıq verməyi barədə müqaviləyə imza atmayacağı təqdirdə təqdim etməyəcəklərini bildirdilər. İlkin mediasiya prosesində iştirakla bağlı mediasiya xərcləri qismində tərəfindən 50 manat məbləğində rüsum ödənilmiş və 01 sentyabr 2023-cü il tarixindən etibarən işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyi üçün həmin tarixdən 1 oktyabr 2023-cü il tarixinədək 850 manat məbləğində, eləcə də həmin tarixdən indiyədək orta aylıq əməkhaqqından məhrum olmuşdur. Həmçinin nəzərə almaq lazımdır ki, 18 ildən artıq işlədiyi əmək kollektivi arasında ona qarşı bu cür qanunsuzluğun, ədalətsizliyin edilməsi onun həmin əmək kollektivi və tələbələri arasında işgüzar nüfuzuna, iddiaçıya qarşı duyulan inama, hörmətə əhəmiyyətli dərəcədə mənfi təsir göstərmişdir. 18 il müddətində əmək verdiyi bir müəssisənin ona çəkdiyi əziyyətin qarşılığında bu cür “təşəkkür etməsi” iddiaçını mənəvi cəhətdən sarsıtmışdır. Bütün bu müddət ərzində bir çox dövlət qurumlarına, vəzifəli şəxslərə müraciətlər ünvanlayaraq ona qarşı edilən haqsızlıqlara son qoyulmasını xahiş etmiş və hər dəfə belə müraciətləri zamanı əsəb, stress keçirmişdir. Qeyd olunanlar əsasında hesab etmişdir ki, onun əmək müqaviləsinə razılığı olma dan dəyişikliyin edilməsi nəticəsində əsassız olaraq işdən çıxarılmağına və bununla da yuxarıda sadalanan hallarla bağlı ona dəymiş mənəvi zərər 5.000 manat məbləğində hesablanmalı və bu məbləğ məhkəmə tərəfindən ədalətli hesab edilməlidir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-2215/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işçi ilə sonuncu dəfə 05 sentyabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti 01 sentyabr 2023-cü il tarixinədək uzadılmışdır. Həmin əmək müqaviləsi müddətli olmaqla 01 sentyabr 2023-cü il tarixinədək bağlanmışdır. Əmək müqaviləsinin müddəti 05 sentyabr 2023-cü il tarixd ə uzadıldığından və müddətli olduğundan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin müddət bitdikdən sonra 01 sentyabr 2023-cü il tarixdə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. İddiaçı ərizəsində onunla bağlanmış müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edildiyinin birtərəfli qaydada onun razılığı olmadan həyata keçirildiyini göstərsə də, iş materiallarında olan iddiaçı tərəfindən yazılmış ərizənin surətindən və cavabdehin məhkəmə iclasında izahatına əsasən, onunla bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilməsi zamanı işçinin razılığı alınmışdır. Belə olan halda iddiaçının Əmək Məcəlləsinin 45.3-cü maddəsinə istinadən qeyd etdikləri əsassızdır. Məhkəmə iddia tələbinin mənəvi zərər ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin bu hissəsi iddiaçının işə bərpa olunması tələbindən yarandığından və iddia həmin hissədə təmin edilmədiyindən mənəvi zərər hissəsində də əsassız hesab edilməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2, 45.1, 45.3, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunl a əsaslandırılmışdır ki, 2022-ci ilin aprel ayında Konservatoriyanın prorektoru Malik Quliyev tələbələr adından saxta ərizə hazırladaraq güya onun tələbələrdən rüşvət tələb etməyi ilə bağlı onların müraciət etdiklərini ona bildirmiş, həmin ərizəni prokurorluğa təqdim etməmək üçün onun istədiyi məzmunda ərizə yazmağını tələb etmişdir. O, heç vaxt tələbələrindən rüşvət tələb etməyib və həmin ərizəyə çəkilən imzalar da saxta olmuşdur. Lakin hüquqi sahədə kifayət qədər məlumatlı olmadığından və adının prokurorluqda hallanmasını istəmədiyindən məcbur qalaraq 06 may 2022-ci il tarixində Malik Quliyevin ondan tələb etdiyi ərizə formasını doldurub. Lakin, həmin ərizənin əsasında onun əmək müqaviləmdə dəyişiklik edilərək müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsinə keçiriləcəyini düşünməy ib. Qeyd olunan ərizəyə diqqət yetirilsə də orada onun əmək müqavilənə dəyişiklik edilməsinə razılıq verib-verməməyi ilə bağlı heç bir müddəa yoxdur. O, sadəcə həmin anda işdən çıxarılmamaq üçün müəyyən müddətə işləyə bilmək üçün Malik Quliyevin ona icazə verməsini xahiş edib. Hadisəyə məntiqi yöndən nəzər salınsa həmin dövrdə onun yeganə iş yerinin Konservatoriyada olduğu, əlavə heç bir gəlir mənbəyinin olmadığı, eləcə də müddətsiz əmək müqaviləsi olduğu halda həmin işəgötürənlə müddətli əmək müqaviləsi bağlamağı üçün heç bir əsas mövcud deyildi. Həmçinin onun faktiki olaraq müddətsiz əmək müqaviləsi olduğu halda işəgötürəndən ona daha 1 il müddətində işləmək üçün icazə verilməsini xahiş etməyi aşkar surətdə həmin ərizəni işdən çıxarılmağına dair təzyiq altında yazdığını təsdiq edir. Be lə ki, o əmək müqaviləsinə dəyişiklik edilməsinə razılıq verməyib. Məhkəmə tərəfindən güya onun razılığının sübutu kimi qəbul edilən ərizə isə tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun gəlməməkdədir. Belə ki, o həmin ərizəni prokurorluqda adına cinayət işinin açılması və işdən çıxarılmağına dair hədə-qorxunun təsiri altında yazıb. Bununla belə həmin ərizədə sadəcə onun daha 1 il işləməyi üçün icazə verilməsini xahiş etmiş, əmək müqaviləsinə dəyişiklik edilməsinə razılıq verdiyinə dair heç bir müddəa qeyd etməyib.
12. Cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyası tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlanmış, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində əsassız olaraq hüquqlarının pozulmasını iddia etməsinə baxmayaraq bu pozuntuların nədən ibarət olmasını əsaslandırmamışdır. Çünki onun əmək hüquqlarının pozulması ilə bağlı yazdığı ərizə əsasında Əmək Müfəttişlyi tərəfindən yoxlama da aparılmış və heç bir fakt aşkar edilməmişdir. Cavabdeh tərəfindən işçi İddiaçı rəsmi ərizəsi əsasında onun əmək müqaviləsində dəyişiklik edilmiş və əmək müqaviləsinin müddətli olaraq uzadılmışdır. Sonradan işçi tərəfindən təşəbbüs göstərilmədiyinə görə əmək müqaviləsinin müddəti uzadılmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1627/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edi lmiş, iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Milli Konservatoriyasının “İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə” 01 sentyabr 2023-cü il tarixli, 109/k nömrəli əmri ləğv edilmiş, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının dosent vəzifəsinə bərpa olunması, mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 06 may 2022-ci il tarixli ərizədə İddiaçı “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasında 1 illik dosent vəzifəsində çalışmasına icazə verilməsini xahiş etsə də bu ərizə əsasında işəgötürən müqavilənin müddətli müqaviləyə keçirilməsi barədə əmr vermişdir.
16. Halbuki, əmək kitabçasının surətinə əsasən İddiaçı 2011 və 2016-cı illərdə də 5 il müddətinə dosent vəzifəsinə seçilmişdir. 17. 37.Məhkəmə kollegiyasının qənaətinə görə işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. İddiaçı 1 illik dosent vəzifəsinə keçirilməsinə razılıq vermişdir. Lakin bu razılığı onun əmək müqabiləsinin müddətli əmək müqaviləsinə keçirilməsinə razılıq kimi qəbul edilmişdir. Halbu ki, iddiaçı əvvəllər də müddətli dosent vəzifəsində çalışmışdır.
18. Bundan əlavə, 05 sentyabr 2022-ci il tarixli 117k 1 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmı ş əmək müqaviləsi 01 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Sonradan həmin əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən xitam verilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyinə görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
20. Belə ki, müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə müqavilə uzadılmış hesab edilir. Cavabdeh isə yanlışlığa yol verərək qeyd etmişdir ki, işçi müqavilənin uzadı lması barədə ərizə verməli idi ki, müqavilə uzadıla bilsin.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmə işin hallarını araşdırmadan, işdə olan sübutlara qiymət vermədən maddi və posessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etdiyindən qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilərək 01 sentyabr 2023-cü il tarixli, 109/k nömrəli əmri ləğv edilməli və iddiaçı işə bərpa olunmalıdır.
22. İddiaçının digər tələbi - məcburi işburaxma müddəti üçün dəymiş zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işə bərpa tələbi əsaslı olduğundan ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
23. İddiaçı, həmçinin mənəvi zərərin ödənilməsini tələb edir. Hazırki işin halları, habelə hazırda iddiaçının işə və məcburi iş buraxmaya görə ona əmək haqqının ödənilməsi barədə iddiasının təmin olunmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, mənəvi zərərin tutulması barədə iddia təmin olunmamalıdır.
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45.1, 46.6, 47, 73.1, 290.3, 300.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
25. Qətnamədən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsində göstərilən müddət qurtardıqda tərəflər ar asında əmək münasibətləri davam etdirilməmişdir. Beləliklə, cavabdehin hərəkətlərində əmək qanunvericiliyinin pozuntusu halı müəyyən edilməmişdir.
27. İddiaçının müddətli əmək müqaviləsinə keçirilməsi onun 06 may 2022-ci il tarixində rəsmi ərizəsi əsasında həyata keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu halla bağlı qeyd etmişdir ki, “cavabdehin nümayəndəsinin izahatında qeyd etdiyindən belə müəyyən olunur ki, işçilərlə bağlanmış müqavilələrin müddətli müqaviləyə keçirilməsi işəgötürənin təşəbbüsündən irəli gəlib”. Əvvəla cavabdehin nümayəndəsi belə bir izahat verməmiş, apellyasiya instansiyası cavabdehin izahatını təhrif etmişdir.
28. Apellyasiya instansiyası mülahizələrə əsaslanaraq, konkret olaraq tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığının olmamasını əsaslandıra bilməmişdir.
29. Bundan əlavə, əmək müqaviləsinin 8.2-ci bəndinə edilən dəyişiklik iddiaçı tərəfindən 06 may 2022-ci il tarixli ərizə verildikdən sonra edilmişdir ki, əmək müqaviləsinin 3-cü səhifəsinə yenidən imzaların atılması və möhürün vurulması qanunvericiliklə tələb edilməmişdir. O cümlədən, iddiaçı onun əmək hüquqlarının pozulması ilə bağlı X1 Xidmətinə də müraciət etmiş və həmin xidmət cavabdeh tərəfindən hər hansı bir pozuntuya yol verməsi halını aşkar etməmişdir.
30. Belə ki, məhkəmə kollegiyası iş üzrə qətnamə qəbul edərkən, işdə olan rəsmi sənədləri, mövcud faktiki halları və iş üçün əhəmiyyət kəsb edən digər halları bilərəkdən qəsdən nəzərə almayaraq, iddiaçının mənafeini əks etdirən qətnamə çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın də lilləri:
31. İddiaçının vəkili Vəkil2 tərəfindən cavabdehin kassasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etiraz iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılaraq, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
32. Maddə 45.
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
33. Maddə 46 (6-cı hissə). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
34. Maddə
47. Aşağıdakı hallarda əmək müqaviləs i müəyyən müddətə bağlanıla bilər: işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişl ərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə b riqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
35. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:...b) əmək müqaviləsinin müddətinin qurtarması.
36. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşç inin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
37. Maddə 290 (3-cü bənd). İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgö türənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
38. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazi şinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, i şsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin 401 saylı xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulmasi qaydaları haqqında" Əsasnamə.
39. Bənd 1.1. Ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrıayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərti lə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir.
40. Bənd 1.2. Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, uyğun elm və ya istehsalat sahələrində nailiyyətlərə, lazımi elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə, müvafiq elmi ad və dərəcələrə malik olan Azərbaycan Respublikasının vətəndaşı, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlılar iştirak edə bilərlər.
41. Bənd 1.3. Seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur.
42. Bənd 1.6. Dosent, baş müəllim və assistentlər fakültə elmi şurasında seçilirlər. Müstəsna hallarda rektorun əsaslandırılmış əmri i lə həmin seçkilər ali məktəbin elmi şurasında keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
44. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
45. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 4
6. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
57. Maddə 418.3. Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsind ə təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
62. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hazırki qərarın 14-23-cü paraqraflarında əks edilən hüquqi əsaslandırması ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
63. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün t ətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1627/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.