Məhkəmə qərarları › İş №2(102)-262/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-262/2021

09.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-262/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-262/21 (Açar sözlər: yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11233/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cav abdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı, xx.xx.2016-cı ildə Cavabdeh2la nikaha daxil olmuşdur. Cavabdehin ailəsi ilə birgə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22V ünvanında yerləşən evə gəlin köçmüş və orada yaşamışdır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Tərəflərin birgə nikahından xx.xx.2018-ci ildə Zümrüd Süleymanlı doğulmuşdur. Lakin sonradan tərəflər arasındakı münasibətlər pisləşmiş və iddiaçı özü evdən çıxmış və 2018-ci ilin noyabr ayında isə əşyalarını aparmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı ünvan 2 ünvanda olan fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov, iş № 2(102)-100/2020) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)11233/2019 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni qızıl zinyət əşyalarına dair hissədə ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı, azyaşlı qızı xx.xx.2018-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22V ünvanındakı fərdi y aşayış evinə köçürülməsi, ona və qızına bağışlanmış qiyməti 6.000 manat olan üzərində 26 briliyant qaşı olan ağ qızıldan ibarət 1 ədəd boyunbağının və üzərində 26 briliyant qaşı olan ağ qızıldan ibarət 1 ədəd qolbağın, qiyməti 1.300 manat olan ağ qızıldan ibarət briliyant qaşlı üzüyün və salxım formalı briliyant qaşlı sırğanın, həyat yoldaşının əmisi Süleyman Süleymanov tərəfindən bağışlanmış, dəyəri 600 manat olan 750 əyyarlı, kvadrat formalı, silikon qaşlı üzüyün, xx xxxxxx 2017-ci il tarixdə ad günündə həyat yoldaşı tərəfindən bağışlanmış dəyəri 800 manat olan 750 əyyarlı, damla formasında, klonlu, xırda güllü qızıl sepin və yenə Süleyman Süleymanov tərəfindən bağışlanmış, dəyəri 150 manat olan 583 əyyarlı uşaq sırğasının və ya onların dəyərinin cavabdehlərdən alınaraq ona verilməsi qət namə çıxarılmasını xahiş etmişdir. Mübahisələndirilən hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 ilə xx.xx.2016-cı il tarixdə nikahlarını rəsmləşdirmişlər Toydan sonra Bakı şəhəri Xətai rayon Zığ yolu V22 ünvanında qayınatasının inşa etmiş olduğu və heç bir hüquqmüəyyənedici sənədə malik olmayan fərdi yaşayış evinə gəlin köçmüşdür. Evə bütün cehiz əşyalaını yerləşdirmişdir. xx.xx.2018-ci ildə Zümrüd adlı qızı anadan olmuşdur. Atasının tələbindən sonra qayınatası onu Bakı şəhəri Xətai rayon M.Hadi küçəsi ev 106, mənzil 4-ə qeydiyyata salmışdır. Lakin həmin mənzildə heç vaxt yaşamamışdır. Həmin mənzilə qeydiyyata salınmasının səbəbi mübahisəli evin özbaşına tikili olması ilə bağlı olmuşdur. Sonradan münasibətləri pozulmuş və polis əməkdaşlarının iştirakı ilə cehiz əşyal arını mənzidən çıxarmışdır. Hazırda atasının evində müvəqqəti yaşasa da bu şəraitdə yaşamaq mümkünsüzdür Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-1680/2019) İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 4 ünvanındakı fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli ev dövlət qeydiyyatına alınmamış, iddiaçı məhz Cavabdeh2 ilə ailə qurduqdan sonra fərdi yaşayış evinin sahibi Cavabdeh1 razılığı ilə 2016-cı ildə mübahisəli evə köçərək orada yaşadığından o, mənzilə köçürülməlidir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı ş əhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(011)-1680/2019 saylı qətnaməsini « İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 4 ünvanındakı fərdi yaşayış evinə köçürülməsi» hissəsində ləğv edərək, iddianın həmin hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı mənzil şəraitinin pis olması səbəbindən cavabdehlərə məxsus mənzilə köçürülməsini tələb edir. iddiaçı özü könüllü olaraq gəlin köçənədək yaşadığı öz atasına məxsus fərdi yaşayış evinə köçmüş və halhazıradək orada yaşayır. Həmin ev cavabdehlərə məxsus evlə qapı qonşudur. Hər iki ev eyni şəraitlidir. Hər iki ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov, iş № 2(103)-11233/2019) İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1680/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur və onların yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqla rı eyni olmuşdur. Həmin evdən çıxarılmış iddiaçının isə özünə məxsus yaşayış sahəsi mövcud deyil. Cavabdehlər və başqaları mübahisəli evdə ailə üzvü kimi yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Vəkil2) kassasiya şik ayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)11233/2019 nömrəli qətnaməsinin «İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 4 ünvanındakı fərdi yaşayış evinə köçürülməsi» hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Kassasiya şikayətinin məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olmuş, eyni normalara istinad olunaraq həmin dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh1 və X2, cavabdehlərin vəkili Vəkil2 izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11233/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin «İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 4 ünvanındakı fərdi yaşayış evinə köçürülməsi» hissəində ləğv edərək, iddianın həmin hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i 180.1-ci və 180.2-ci maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nə zərdə tutulan hallarda qeydə alınmalıdır. Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqa viləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyası 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2010-cu il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsin ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edil miş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı insta nsiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı ilə yanaşı cavabdeh tərəfindən də ayrı ayrı hissələr üzrə mübahisələndirilsə də həmin qətnamə qızıl ziynət əşyalarının qaytarılması hissəsində apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq baxılması üçün geri qaytarılmışdır. Hazırda cavabdeh tərəf kassasiya şikayəti ve rərək qətnamənin iddiaçının mənzilə köçürülməsi hissəsini mübahisələndirmişdir. Bu səbəbdən hazırkı kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız iddiaçının mübahisə predmeti olan mənzilə köçürülməsi hissəsi üzrə yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instasiyası məhkəməsi tərəfindən cavabdehlərin apelyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İlk olaraq qeyd edilməlidir ki, apellyasiya və kassasiya şikayətində göstərilmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı 2016-cı ildə həmin evə gəlin köçməsi ilə bağlı yaşamağa başlamış və münasibətləri pozulduqdan sonra iddiaçı özünə məxsus olan əmlakları da götürərək evi tərk etmişdir. O, hazırda mübahisəli evin yaxınlığında atasına məxsus, gəlin köçməzdən əvvəl daimi yaşadığı, mübahisəli evdən dəfələrlə yaralı və təmirli evdə daimi olaraq yaşayır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər mübahisələndirmirlər ki, mübahisəli ev iddiaçının keçmiş qayınatası və Cavabdeh2 atası Cavabdeh1 məxsusdur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, iddiaçının yaşadığı müddətdə evin vəziyyətinin yaşamaq üçün daha əlverişli vəziyyətə gətirilməsi ilə bağlı təmir tikinti işləri aparılmamış və faktiki olaraq iddiaçı öz əmlakını götürərək iki ildə artıq müddətdir ki, daimi yaşamaq üçün başqa (əvvəllər yaşadığı və öz atasına məxsus, mübahisəli ünvanla qonşuluqda olan evə) ünvana köçmüşdür. Məhkəmələr faktiki olaraq iddiaçının mənzil ə köçürülməsi ilə bağlı nəticəyə gələrkən iddiaçının mübahisəli evlə hər hansı bağlılğının qalıb-qalmaması, onun yaşamaq daimi yaşayış yerinin olub-olmaması, cavabdehlərlə birlikdə yaşayan zaman mübahisəli evdə əsaslı təmir işlərinin aparılması və həqiqətən mübahisəli evə ehtiyacının olub-olmamasını yoxlanmamışdır. İddiaçının mübahisəli evdə cavabdehlərlə müəyyən müddət yaşaması faktına istinad edilərək, bu faktın evə köçürülməsi üçün yerətli əsas olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin nəticəsi ilə razılaşmaq mümkünsüzdür. Apellyasiya instansiya məhkəməsi faktiki olaraq cavabdehlərin apellyasiya şikayətində göstərilən dəlilləri ilə bağlı heç bir araşdırma aparmamış və təqdim olunmuş sübutları qiymətləndirməmişdir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə y aranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətəli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı ) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alı nmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onları bu hüquqdan məhrum etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunverici lik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə göstərlən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, cavabdehlər dəlillərinin aydınlaşdırlması üçün heç bir cəhd göstərməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməldir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü -ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11233/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsi «İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 4 ünvanındakı fərdi yaşayış evinə köçürülməsi» hissəsində ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar