Məhkəmə qərarları › İş №2(102)-262/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-262/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-262/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5 qızı, Cavabdeh2, Cavabdeh3 qarşı; Müstəqil tələb irəli sürən 3-cü şəxs X1 "xxxx" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, (məruzəçi) Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-752/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh X5 qızı tərəfindən verilm iş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi "xxxx" ASC-nin adına xüsusi mülkiyyət kimi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. 2. 25 fevral 2021-ci il tarixli “ASAN 1”-dən verilmiş arayışa əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" KB ASC (bundan sonra – iddiaçı) cavabdehlər X5 qızı, Cavabdeh2, Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 qızının, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 88 ünvanında yerləşən 16 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı hərrac vasitəsilə ünvan 2 ünvanında yerləşən 16 saylı mənzili almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyat aparılmışdır, eləcə də çıxarışla iddiaçının mülkiyyət hüququ təsdiq edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixdə “ASAN 1”- dən əldə etdikləri ******* saylı arayışa əsasən, bankın mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 88 ünvan ında yerləşən 16 saylı mənzildə hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradələrindən asılı edilməkdədir. Lakin qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı ilə keçmiş mülkiyyətçisi Cavabdeh1 və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh1 və onun ailə üzvlərinin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cavabdeh1 və ailə üzvlərinin Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski k üçəsi, ev 88 ünvanında yerləşən 16 saylı mənzildə qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Qeyd etmək lazımdır ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 88 ünvanında yerləşən 16 saylı mənzil kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır.

5. Müstəqil tələb irəli sürən 3-cü şəxs X2 "xxxx" KB ASC-nə qarşı “yeni müqavilə bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə yeni kredit müqaviləsi bağlanılması öhdəliyinin həvalə edilməsi və qanunsuz məhkəmə qətnaməsindən sonra hesablanmış faiz borclarının silinməsi, cavabdehin problemli borcların idarə edilməsi şöbəsinin Bəhram və Hafiz adlı əməkdaşlarının vəzifələrindən sui-istifadə etm əklə onu aldadaraq saxtakarlıqla sənədlərə imza atdıraraq 7000 ABŞ dolları ödətdirilməsinə dair xüsusi qərardad qəbul edərək, Respublika Prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. X2 iddiasını onunla əsaslandırmışdır ki, onun tərəfindən cavabdehin bankdan 06 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 30 ay müddətinə illik 21 % ödəməklə 50 000 ABŞ dolları kredit alaraq mübahisəli mənzili ipoteka ilə yüklü edərək, sonradan cavabdeh tərəfindən 19.5 % illik dərəcəsi endirilməklə bu günə onun tərəfindən 40000 ABŞ dolları ödənilməsinə baxmayaraq, cavabdeh hal-hazırda iqtisadi böhranı nəzərə almayaraq, 3 dəfə dolların məzənnəsinindevalvasiyaya uğramasını nəzərə almayaraq, hər dəfə ondan aldatma yolu ilə külli miqdarda pul vəsaiti alınaraq müqavilə bağl anmasına söz verilsə də, bugünə kimi həmin müqavilə bağlanmayaraq növbəti dəfə problemli borcların idarə edilməsi şöbəsinin Bəhram və Hafiz adlı əməkdaşları 2021-ci ilin aprel ayında ona 7000 ABŞ dolları ödətdirərək, öz vəzifə səlahiyyətlərini aşaraq onu aldatmışlar. Onunla yeni müqavilə bağlamaq əvəzinə onu və ailə üzvlərini çölə atmağa çalışırlar. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1889/2021 nömrəli iş üzrə 05 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.M.Əhmədova) "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddiası təmin edilmiş, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 "xxxx" KB ASC-nə qarşı iddiası təmin edilməmişdir.

8. Məhkəmə müəyyən et mişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Cavabdehlər isə hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar.

9. Birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən 3-cü şəxs X1 "xxxx" Kommersiya Bankı” ASC-nə qarşı “yeni müqavilə bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasına hüquqi qiymət verərək hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən müqavilə bağlamağa məcburetməyə yol verilmədiyindən, 3-cü şəxsin iddiası əsassız olduğundan təmin edilə bilməz.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.2, 157.2, 157.4, 389.1, 390.3, Konstitusiyanın 13, 29, və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh X5 qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi "X3" ASC-nin Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 88 ünvanında yerləşən 16 saylı mənzilə mülkiyyət hüququ verən hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırılmış iddiaya baxılıb qurtarmayınca baxıb hüquqi qiymət verə bilməzdi. Belə ki, əmlakın digər mülkiyyətçisi X2 "xxxx" tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 88 nömrəli evin 16-cı mənzili ilə əlaqədar keçirilən hərracın nəticəsi olaraq bağlanmış hərracın yekunu protokolu və həmin əmlakın alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Hərracın nəticələri üzrə protokol və alğı-satqı müqaviləsi etibarsız hesab edilərsə, qaldırılmış hazırkı iddia öz əhəmiyyətini itirir. Məhkəmənin xüsusilə diqqətinə çatdırır ki, o, həyat yoldaşı ilə ailə münasibətlərində olsa da, qeyd olunan mübahisələrə görə 3 ildir ki, ayrı yaşayırlar. O, Salyan rayonu, Alçalı kəndində, özü isə övladları ilə mübahisələndirilən əmlakda yaşayırlar. Ona görə də, onun iddia qaldırmasından xəbəri olmadığından həmin iddia barə də sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, özü tərəfindən keçirilməsi barədə məlumatı olmayan hərracın nəticələrinin etibarsızlığı barədə iddia qaldırmaq üçün Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə müvafiq sənədlərin təqdim edilməsini tələb etsə də, bu günədək həmin sənədlər ona verilməmişdir. Bundan başqa, X2 ona bildirmişdi ki, bankla razılaşıb ödənişlər edib, yeni müqavilə bağlayacaqlar. Lakin ödəniş etsə də, bank müqavilə bağlamaqdan imtina etmişdir. İndi banka çox az borcları qalıb. Bank həm əmlakı alır, həmdə əmlaka yönəlmə qərarından sonra pulu, bu isə onları aldatmaqdır. Hesab edir ki, hərracın nəticələri ləğv edilməli və banka olan borcları dəqiqləşdirilib tərəflərindən qalan məbləğ ödənilməklə icra işinə xitam verilməlidir.

13. Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-752/2022 nömrəli mülki iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-2410/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-4528/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti də Ali Məhkəmənin 2(102)-4084/2022 saylı 25 iyul 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qeyd olunan məhkəmə aktları ilə İsmayıl Sadıqovun iddiası təmin edilməmişdir.

15. Kollegiya qeyd etmişdir ki, cavabdehin şikayətindəki dəlil yalnız prosessual hüquq normalarının pozulması ilə bağlı olmuşdur. Belə ki, o, İsmayıl Sadıqovun hərracın nəticələrinin və alqı-satqı müqavi ləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi və həmin iddiaya baxılıb qurtarmayınca hazırki işə baxılmasının mümkün olmadığını göstərmişdir. Apellyasiya baxışı zamanı onun bu vəsatəti təmin olunaraq icraat həmin işə baxılanadək dayandırılsa da, İsmayıl Sadıqovun qeyd etdiyi iddiası təmin olunmadı və həmin qətnamə qanuni qüvvəsini aldı. Buna baxmayaraq, cavabdeh növbəti dəfə özünün hərracın nəticələri olaraq bağlanmış hərracın yekun protokolu və həmin əmlakın alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etdiyindən yenidən hazırki işin icraatının dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdehin məqsədi açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə etməklə iddiaçı banka zər ər vurmaq xarakteri daşıyır ki, bu da yolverilməzdir. Cavabdeh mübahisə predmeti olan mənzildən çıxıb və mənzili boşaldıb iddiaçıya ona görə təhvil verməlidir ki, iddiaçı həmin mənzili hərracın nəticələri olaraq əldə etmiş və iki ildən artıqdır ki, mənzilə mülkiyyət hüququ mövcuddur. Cavabdeh bu halı mübahisələndirməmişdir. Mübahisələndirdiyi yalnız borcunun əksər hissəsinin ödənildiyini və az borcunun qalmasını bəyan etməsidir. Cavabdeh apellyasiya şikayətində borcunun az qaldığını bəyan etməklə, faktiki olaraq 4 il əvvəl məhkəmə qətnaməsinə əsasən mövcud olan kredit borcunu bugünədək tam ödəmədiyini etiraf etmiş olur. Ancaq kredit borcunun hissə-hissə ödəməsi hazırkı işin predmetinə aid olmadığından, eləcə də borcun hissə-hissə ödənilməsi artıq çıxarılmış qətnamənin icrası qaydasında həl l edilməli məsələ olduğundan bu iş üzrə cavabdehin istəyinə və arzusuna uyğun qətnamə qəbul edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh X5 qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək "xxxx" tərəfindən mülkiyyətimdə olan Bakı şəhəri, Nizami rayonunun C.Naxçıvanski küçəsindəki 88 nömrəli evin 16-cı mənzili ilə əlaqədar keçirilən hərracın nəticəsi olaraq bağlanmış hərracın yekunu protokolu və həmin əmlakın alqı- satqısı ilə əlaqədar bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. B akı Apelyasiya Məhkəməsinin 2(103)-11478/2021 saylı icraatında olan qeyd edilən işlə bağlı icraaını dayandırılmasını xahiş etmiş, lakin məhkəmə icraatı dayandırmamışdır. Qətnamə maddi və prossesual hüquq normalarını pozduğu və işin faktiki halları tam araşdırılmadığı üçün ləğv edilməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, “ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçirilmiş və halhazırda mülkiyyətindədir. Cavabdehlər isə hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən ist ifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qətnamə cavabdehlərin sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır.” Apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, Nizami rayon Məhkəməsi “X3” ASC-nin Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 88 ünvanında yerləşən 16 saylı mənzilə mülkiyyət hüququ verən hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində qaldırılmış iddiaya baxılıb qurtarmayınca baxıb hüquqi qiymət verə bilməzdi. Belə ki, əmlakın digər mülkiyyətçisi Cavabdeh1 "xxxx" tərəfindən Bakı şəhəri, Nizami rayonunun C.Naxçıvanski küçəsindəki 88 nömrəli evin 16-cı mənzili ilə əlaqədar keçirilən hərracın nəticəsi olaraq bağlanmış hərracın y ekunu protokolu və həmin əmlakın alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Hərracın nəticələri üzrə protokol və alğı-satqı müqaviləsi etibarsız hesab edilərsə qaldırılmış hazırkı iddia öz əhəmiyyətini itirir. Mülkü Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Bundan başqa o, hərracın nəticələri barədə sənədləri əldə edə bilmədiyindən iddia qaldıra bilməmişdir. Məhkəmənin xüsusilə diqqətinə çatdırır ki, o, həyat yoldaşı ilə ailə münasibətlərində olsalar da qeyd olunan mübahisələrə görə 3 ildir ki, ayrı yaşayırlar. Yoldaşı, Salyan rayonu, Alçalı kəndində, o və övladları isə mübahisələndirilən əmlakda yaşayır. Ona görə də onun iddia qaldırmasından xəbəri olmadığından həmin iddia barədə sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda özü tərəfindən keçirilməsi barədə məlumatı olmayan hərracın nəticələrinin etibarsızlığı barədə iddia qaldırmaq üçün Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə müvafiq sənədlərin təqdim edilməsini tələb etsə də bu günədək həmin sənədlər ona verilməmişdir. Bundan başqa X2 ona bildirmişdi ki, bankla razılaşıb ödənişlər edib, yeni müqavilə bağlayacaqlar. Lakin ödəniş etsələr də bank müqavilə bağlamaqdan imtina etmişdir. Onların indi banka çox az borcu qalıb. Bank həm əmlakı alır, hə m də əmlaka yönəlmə qərarından sonra pulu. Bu isə onları aldatmaqdır. Hesab edir ki, hərracın nəticələri ləğv edilməli və banka olan borcu dəqiqləşdirilib tərəflərindən qalan məbləğ ödənilməklə icra işinə xitam verilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 152.1. Mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Prosessual Məcəllə:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.

30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

31. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və pr osessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-752/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar