Məhkəmə qərarları › İş №2(102)-2620/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2620/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2620/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh3 və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)13098/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kasasiya ikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-175/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddiaçı Q SC Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutuması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə ilk iddiası qismən təmin, Cavabdeh2 İddiaçı QSC və digərlərinə qarşı “qeyri-yaşayış sahəsinə dair bağlınmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiası rədd edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödəniş günü milli manata məzənnədə xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə əsas borca görə 101.022,88 ABŞ dolları, faiz borcuna görə 10.144,88 ABŞ dolları, hesablanmış cərimə borcuna görə 10.000 ABŞ dolları olmaqla, cəmi 121.167,76 ABŞ dolları, xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə əsas borca görə 53.980,08 ABŞ dolları, faiz borcuna görə 10.527,54 ABŞ dolları, hesablanmış cəriməyə görə 5.000 ABŞ dolları olmaqla, cəmi 69.507,62 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 2.327,5 ABŞ dolları, faiz borcuna görə 285,8 ABŞ dolları, hesablanmış cəriməyə görə 200 ABŞ dolları olmaqla, cəmi 2.813,3 ABŞ dolları, ümumilikdə 193.488,68 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16 saylı sahənin bir hissəsinə 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 33.000 manat müəyyən edilməklə, açıq hərracdan satılması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, tut manın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,19865 ha torpaq sahəsinə və onun üzərində olan 727.2 kv.metr ümumi sahədən ibarət digər təyinatlı əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 228.666 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışlardan əldə olunmuş vəsait hesabına kredit borclarının ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda artıq qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh2 və Cavabdeh3 qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmetləri satıldıqdan bir ay sonra boşaldılması, ilkin iddianın qalan hissədə rədd olunması qət edilib. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qətnamədən apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)13098/2019 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qətnamədən kasasaiyaşikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilk iddia ilə məhkəməyə müraciət edərək, adıçəkilən şəxslərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə xx xxxxxx 2014-cü il tarixli kredit razı laşması üzrə əsas borca görə 102623,14 ABŞ dolları, faiz borcuna görə 25384,4 ABŞ dolları, hesablanmış cəriməyə görə 55.535,8 ABŞ dolları olmaqla, cəmi 183543,34 ABŞ dolları, xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə əsas borca görə 54.260,53 ABŞ dolları, faiz borcuna görə 12.070,09 ABŞ dolları, hesablanmış cəriməyə görə 27.418,66 ABŞ dolları olmaqla, cəmi 93.749,28 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 2.327,5 ABŞ dolları, faiz borcuna görə 285,8 ABŞ dolları, hesablanmış cəriməyə görə 1.627,7 ABŞ dolları olmaqla, cəmi 4.241,69 ABŞ dolları, ümumilikdə 281.534,31 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16 saylı sahənin bir hissə sinə 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 33.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,19865 ha torpaq sahəsinə və onun üzərində olan 727.2 kv.metr ümumi sahədən ibarət digər təyinatlı əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, əmlaklara tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra boşaldılması və iddiaçı təşkilata təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 isə Cavabdeh1 və İddiaçı QSC qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uzaq qohumluq əlaqələri olan Cavabdeh1 onu, götürəcəyi kredit borcu üçün zamin durmağa inandırmış, qısa zaman içərisində borcunu ödəyəcəyini bildirmiş, lakin öhdəliklərini yerinə yetirməyərək ölkədən çıxıb getmişdir. Həmin müqaviləni imzalayarkən aldadılmışdır, çünki müqaviləni imzalayarkən ona bildirilmişdir ki, bu müqavilə zaminlik müqaviləsidir. Müqavilə ilə obyektin ipoteka qoyulduğunu bankın iddiasından sonra bilmişdir. Buna görə də bankla onun və Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən 0,19865 ha torpaq sahəsinə və onun üzərində olan 727.2 kv. metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kasasiya şikayətin ə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh3 və Cavabdeh1 vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı QSC, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasaiyainstansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasaiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasaiyaşikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasaiyainstansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, onlara münasibətdə ilk iddianın qismən əsaslı olmasına, ilk iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə is tinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasaiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, əvvəla, apelyasiya instansiyası məhkəməsi hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 və Cavabdeh3 müştərək qayda da ödəniş günü milli manata məzənnədə xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə 101.022,88 ABŞ dolları əsas, 10.144,88 ABŞ dolları faiz, 10.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 121.167,76 ABŞ dolları məbləğində pulun, xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə 53.980,08 ABŞ dolları əsas, 10.527,54 ABŞ dolları faiz, 5.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 69.507,62 ABŞ dolları borcun, xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması üzrə 2.327,5 ABŞ dolları əsas, 285,8 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2.813,3 ABŞ dolları borcun tutularaq iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16 saylı sahənin bir hissəsində 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 33.000 manat müəyyən edilməklə açıq hərracda satılması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışlardan əldə olunmuş vəsait hesabına kredit borclarının ödənilməsi, ipoteka predmetləri satıldıqdan bir ay sonra boşaldılması” hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, Cavabdeh1 və Cavabdeh3 isə yalnız qeyd edilən hissələrlə əlaqədar apelyasiya şikayəti vermişlər (apellyatorlar apelyasiya şikayətinin xahiş edirəm hissəsində yalnız ipoteka predmetlərinin qiymətini mübahisələndirdiklərini göstərsələr də, şikayət in məzmunundan onların borc məbləğləri ilə də razılaşmadıqları aydın olur). Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qətnamədən Cavabdeh2 şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Apelyasiya instansiyası məhkəməsi bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya, zaminə və ipoteka qoyana qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun və digər zaminin (ipoteka qoyanın) borcun məbləği və digər ipoteka predmetinin qiyməti ilə bağlı şikayətinə əsasən qətnamənin bütünlüklə və Cavabdeh2 münasibətdə yoxlanılması sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Beləliklə qətnamənin, ilkin iddia tələbinin təmin edilməyən, eləcə də “Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixl i kredit razılaşması üzrə 101.022,88 ABŞ dolları əsas, 10.144,88 ABŞ dolları faiz, 10.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 121.167,76 ABŞ dolları məbləğində pulun, xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə 53.980,08 ABŞ dolları əsas, 10.527,54 ABŞ dolları faiz, 5.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 69.507,62 ABŞ dolları borcun, xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması üzrə 2.327,5 ABŞ dolları əsas, 285,8 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2.813,3 ABŞ dolları borcun, ümumilikdə 193.488,68 ABŞ dolları borcun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 123 manat pulun alınaraq iddiaçı təşkilata ödənilməsi, tutmanın Cav abdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda 0,19865 ha torpaq sahəsinə və onun üzərində olan 727.2 kv.metr ümumi sahədən ibarət digər təyinatlı əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 228.666 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borclarının ödənilməsi, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulması, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılması, həmçinin qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı hissələri hazırkı apelyasiya baxışı çərçivəsində yoxlanılmır. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, iddiaçı təşkilatla borc lu Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 1.000.000 ABŞ dolları kredit xətti açılmış, müqavilədə, ona veriləcək məbləğin və müddətin ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunacağı təsbit edilmiş, xx xxxxxx 2014cü il tarixli kredit razılaşması əsasında ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 245.000 ABŞ dolları, xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 98.000 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla 12 ay müddətinə, razılaşma ilə müəyyən olunmuş k redit limiti daxilində plastik kart vasitəsilə 5.000 ABŞ dolları kredit verilmiş, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 zamin qismində öz üzərinə məsuliyyət götürmüş, eyni zamanda o, iddiaçı təşkilatla bağladığı xx xxxxxxx 2014-cü il tarixli ipoteka müqavilələri əsasında özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16 saylı sahənin bir hissəsində 0.06 ha torpaq sahəsini və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsini iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, xx xxxxxx 2016-cı il, xx xxxx 2016-cı il və xx xxxx 2016-cı il tarixli sazişlərə əsasən razılaşmaya və ödəniş planına dəyişiklik olunmuş və Cavabdeh3 zamin və ipoteka qoyan qismində bu sazişləri təsdiq etmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 öhdəliklərini lazımi qaydada icra etməmiş, xx xxxxxx 2017-ci il tarixə onun, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə 102.623,14 ABŞ dolları əsas, 25.384,40 ABŞ dolları faiz, 55.535,80 ABŞ dolları cərimə borcunun olduğu, xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə 54.260,53 ABŞ dolları əsas, 12.070,09 ABŞ dolları faiz, 27.418,66 ABŞ dolları cərimə borcunun olduğu, xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması üzrə 2.327,5 ABŞ dolları əsas, 285,8 ABŞ dolları faiz, 1.627,7 ABŞ dolları cərimə borcunun olduğu hesablanmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanu nvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit e dilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairə sinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, kasasaiyaşikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini arışdırıb haqlı olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi düzgün olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, Cavabdeh3 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu il ə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun, habelə məhkəmə xərclərinin əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kred itor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətində ümumi ifadələrlə vurğulanan “borc məbləğlərinin düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd etmişdir ki, apellyatorlar bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əksinə, keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcunun məbləği dəqiqləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apelyasiya instansiyası məhkəməsi kasasaiyaşikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən digər hissəsi, yəni ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınc a icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidi r. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İşə əlavə edilmiş qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16 saylı sahənin bir hissəsində 0,06 ha torpaq sahəsinin bazar dəyəri 33 000 manat, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsinin bazar dəyəri 55 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Həmin ipoteka predmetlərinin qiymətinin daha yüksək olması ilə bağlı apelyasiya şikayətində irəli sürülən mülahizələrlə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi). Hazırki iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir. Bu qənaətə gələrkən apelyasiya instansiyası məhkəməsi onu da nəzərə almışdır ki, 2014-cü i lin oktyabr ayında bağlanmış ipoteka müqaviləsində tərəflər Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16 saylı sahənin bir hissəsində 0.06 ha torpaq sahəsini 18.823 manat, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsini isə 31.372 manat məbləğində qiymətləndirilmişdir, bu qiymətlərlə müqayisədə isə ekspertin müəyyənləşdirdiyi qiymətlər real qiymətə uyğun olmayan hesab edilə bilməz. Kasasaiya instansiyası məhkəməsi kasasaiyaşikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasaiya instansiyası məhkəməsi kassatorların kasasaiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasaiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasaiyaşikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasaiyainstansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kasasiya şikayəti təmin edilməsin. İ ş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-13098/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar