Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2620/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı2, kassatorların vəkili və nümayəndəsi Vəkil və Cavabdeh3 ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2019-cu il tarixli qərardadından iddiaçıların kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2152/2019 nömrəli iş üzrə 02 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” MMC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, Cavabdeh3 ASC və Maraqlı şəxsnə qarşı hərracın yekunlarına dair protokolun qismən etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və mülkiyyətə dair verilmiş çıxarışın qismən ləğv edilməsi tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9800/2019 nömrəli iş üzrə 30 iyul 2019-cu il tarixli qərardadı ilə (hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) iddiaçıların apellyasiya şikayəti rədd edilmiş, qətnamə “Göygöl rayon, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerlə şən ümumi sahəsi 441 kv.m olan Daş sexi əmlak kompleksinin hərrac yolu ilə 1,70 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh3 ASC-nə satılmasına dair alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçılar verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələbləri pozulmuş, əsassız olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli qətna məsinə istinad edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və kassatorların vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh3 ASC-nin vəkili isə qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Qərardad onun la əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar X2 və İddiaçı2 cavabdeh “xxxx” MMC-yə qarşı (Göygöl rayon İcra şöbəsi və Cavabdeh3 ASC üçüncü şəxs qismində cəlb edilməklə) hərracın yekunlarına dair protokolun ləğv edilməsi və torpaq sahəsinin yenidən qiymətləndirilməsi tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 may 2016-cı il tarixli 2(103)-4048/2016 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin Mülki Kollegiyasının 22 noyabr 2016-cı il tarixli 2(102)-4932/16 saylı qərarı ilə İddiaçı2 verdiyi kassasiya şikayətindən imtina etməsi barədə ərizəsi qəbul edilmiş, mülki iş üzrə kassasiya icraatına xitam ver ilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən etdiyi halı kimi alqı-satqı müqaviləsinin ləğv edilməsinin qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə həll edilməsinə dair düzgün nəticəyə gəlmiş olsa da, həmin hissədə işin icraatına xitam verməli olduğu halda işə mahiyyəti üzrə baxılmanı davam etdirmiş və iddianın rədd olunması ilə bağlı işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2620/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2620/2021
28.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver