Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2622/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10583/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ləğvetmə prosesində olan Qapalı Səhmdar Cəmiyyəti XXX Kommersiya Bankı tərəfindən "xxxx" MMC-yə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ünvanlanmış 06 dekabr 2017-ci il tarixli, **********402, **********403, **********404 və **********405 saylı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişlərdən görünür ki, borclu və ipoteka qoyanlar kredit öhdəlikləri üzrə yaranmış borcun banka ödənilməsi təmin edilmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə xəbərdar edilmişlər.
2. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər yalnız "xxxx" MMC-yə və İddiaçı1 ünvanlanmış və XXX soyadlı şəxs tərəfindən imzalanaraq götürülmüşdür. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlərin digər ipoteka qoyanlar İddiaçı2, İddiaçı3 və İddiaçı4 çatdırılması barədə hər hansı subut təqdim edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti XXX Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka qoyanlar olaraq onlara ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında göndərilmiş 06 dekabr 2017-ci il tarixli bildirişlərin və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı1 vəfat etdiyi üçün iddiaçıların siyahısından çıxarılması, digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında göndərilmiş 06 dekabr 2017-ci il tarixli bildirişlərin və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən İddiaçı1 mülkiyyətindəki əmlak kompleksi, ünvan nömrəli binanın 1-ci mərtəbəsində yerləşən İddiaçı1 mülkiyyətindəki 235 kv. m. qeyri-yaşayış sahəsi, ünvan nömrəli binanın 5-ci mərtəbəsində yerləşən İddiaçı4 mülkiyyətindəki 81 nömrəli mənzil, ünvan nömrəli evin İddiaçı3 mülkiyyətindəki 73 nömrəli mənzil 22 fevral 2012-ci il tarixli, 13 mart 2013-cü il tarixli və digər daha iki kredit müqavilələrinin təminatı məqsədilə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti XXX Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun göndərdiyi bildirişlər və bu barədə qeydiyyat ərizəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olduğuna görə etibarsız hesab edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu qanunun 36.2-ci maddəsində nəzərdə tutulmuş məlumatı əks etdirən bildirişi ipoteka qoyana verilməsini təsdiqetmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Lakin bildirişlər ipoteka qoyan fiziki şəxslərin, yəni iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 yaşadıqları ünvanlara göndərilməmiş, kredit müqaviləsini bağlamış borclu “Azərtunel" MMC-yə verilmişdir. Odur ki, bildirişlərin məhz həmin ipoteka qoymuş şəxslərə çatdırılmasını təsdiq edən sənəd mövcud deyil. Eyni zamanda, bildirişlərdə onların tarixi “06 dekabr 2017-ci il” göstərildiyi halda, onlar "xxxx" MMC-yə yalnız 2018-ci il avqustu n 29-da verilmişdir. Bildirişlərdən biri isə başqa bildirişin kserosurətidir. “İpoteka haqqında" Qanunun 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə, tutmanın yönəldilməsi hərəkətləri ipoteka saxlayan tərəfindən davam edə bilməz. Bildirişlərin tarixləri, onların sahiblərinə deyil, başqa şəxsə çatdırılması günündən 8 ay 24 gün fərqli olduğuna görə, bu bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsaslı hesab edilə bilməz. Həmçinin, “İpoteka haqqında" Qanunun 36.2.2-ci maddəsinə müvafiq olaraq, bildirişdə icra olunmalı öhdəlik barədə məlumat göstərilməlidir. Bildirişlərdə icra edilməli öhdəliklər barədə məlumat 2017-ci il avqustun 17si vəzi yyətinə göstərilmişdir. Halbuki, bildirişlər 2017-ci il dekabrın 06-da ipoteka saxlayanda qeydiyyata alınmış və həmin tarixlə onlara qeydiyyat nömrələri verilmişdir. Bu fakt isə bildirişin səhv tərtib edildiyini təsdiq edir. Hərnin qanunun 36.5-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyanın qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi, ipoteka saxlayan “İpoteka haqqında” Qanunun tələblərini pozmaqla ipoteka predmetinə tutmanın yönəldilməsinə qanunsuz və əsassız başlamışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 2(006)-5950/2018 nömrəli 5 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti XXX Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasında ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişlərin ipoteka haqqında qanunvericiliklə nəzərdə tutulmuş təsdiq etmə üsulu ilə ipoteka qoyanlara verilməsini təsdiq edən hər hansı sübut təqdim edə bilmədiyindən və 06 dekabr 2017-ci il tarixli bildirişlər ipoteka haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinə 7 təqvim günü ərzində göndərilməli olduğu halda, 8 ay 24 gün sonra göndərildiyindən iddia təmin edilməli, cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçılar İd diaçı2, İddiaçı3 və İddiaçı4 16.09.2015-ci il tarixli sonrakı ipoteka müqavilələri üzrə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında göndərilmiş 06 dekabr 2017-ci il tarixli bildirişlər və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilməlidir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 29.1, 152.1, 6.2, 269.1, 269.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddanın rədd edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 2(103)-10583/2021 nömrəli 8 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər ipoteka qoyanlara 29.08.2018-ci il tarixdə qanunla müəyyən olunmuş qaydada poçt göndərişi (məktubu) ilə göndərilmiş və onlar tərəfindən 31.08.2018-ci il tarixdə qəbzə imza etməklə qəbul edilmişdir. Bildirişlərin iddiaçılar tərəfindən hazırkı iddia ərizəsinə əlavə olunması özü də bildirişlərin onlar tərəfindən rəsmi qaydada alındığını, qəbul edildiyini təsdiq edir.
12. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən istinat e tdiyi hallardan biri də, 6 dekabr 2017-ci il tarixli bildirişlər ipoteka haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestri xidmətinə 7 təqvim günü ərzində göndərilməli olduğu halda, 8 ay 24 gün sonra göndərilməsi ilə bağlı olmuşdur. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən “İpoteka haqqında” Qanunun 36.4-cü maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına istinad etsə də, həmin normanı düzgün təfsir və tətbiq etməmişdir.
13. Adı çəkilən normanın mənasına görə tutmanın yönəldilməsi prosedurunun davam edə bilməməsi üçün tutmanın yönəldilməsi haqqında bildirişin nə vaxt tərtib olunması deyil, ipoteka qoyanlara nə vaxt təqdim olunması və təqdim olunduqdan sonra ərizənin ipotekanın dövlət qeydiyyatı orqanına n ə vaxt təqdim edilməsi əhəmiyyətlidir. Bu baxımdan, tutmanın yönəldilməsi haqqında bildirişin 06.12.2017-ci ildə tərtib olunmasının heç bir əhəmiyyəti yoxdur və bu hal iddianın təmin olunması üçün əsas vermir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən və iş üçün önəmli olan hal odur ki, bildiriş 29.08.2018-ci ildə ipoteka qoyanlara göndərilmiş, 31.08.2018-ci ildə onlar tərəfindən rəsmi qaydada qəbul olunmuş və ipoteka saxlayan tərəfindən elə həmin gün, yəni 31.08.2018-ci ildə ipotekanın dövlət qeydiyyatı orqanına ərizə ilə müraciət olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
14. İddiaçılar kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. İddiaçılar (Vəkil) kassasiya ş ikayətini onunla əsaslandırmışlar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir.
16. İpoteka haqqında qanunun 36.1, 36.2, 36.5-ci maddələrinin tələbləri pozulmuşdur.
17. Kassasiya şikayətində qeyd edilir ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin yaşadığı yerə bildiriş verilməmişdir. Bildirişdə icra edilməli öhdəlik barədə məlumat göstərilməmişdir. Bildiriş çatdırılmadığı halda, dövlət reyestrində qeydiyyata qanunsuz yönəldilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh LPO QSC "xxxx" KB (vəkil X1) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol ve rməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
19. Maddə 36.1 İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 t əqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
20. Maddə 36.2 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumatlar əks etdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə
14. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
27. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlillərinə apellyasiya məhkəməsi tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilmişdir.
30. Beləki, Apelyasiya Məhkəməsi 6 dekabr 2017-ci il tarixli bildirişlərin ipoteka haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestri xidmətinə 7 təqvim günü ərzində göndərilməli olduğu halda, 8 ay 24 gün sonra göndərilməsi ilə bağlı qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 36.4-cü maddəsinin mənasına görə tutmanın yönəldilməsi prosedurunun davam edə bilməməsi üçün tutmanın yönəldilməsi haqqında bildirişin nə vaxt tərtib olunması deyil, ipoteka qoyanlara nə vaxt təqdim olunması və təqdim olunduqdan sonra ərizənin ipotekanın dövlət qeydiyyatı orqanına nə vaxt təqdim edilməsi əhəmiyyətlidir. Bu baxımdan, tutmanın yönəldilməsi haqqında bildirişin 06.12.2017-ci ildə tərtib olunmasının heç bir əhəmiyyəti yoxdur və bu hal iddianın təmin olunması üçün əsas vermir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən və iş üçün önəmli olan hal odur ki, bildiriş 29.08.2018-ci ildə ipoteka qoyanlara göndərilmiş, 31.08.2018-ci ildə onlar tərəfindən rəsmi qaydada qəbul olunmuş və ipoteka saxlayan tərəfindən elə həmin gün, yəni 31.08.2018-ci ildə ipotekanın dövlət qeydiyyatı orqanına ərizə ilə müraciət olunmuşdur.
31. Yəni, Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, bildirişin hansı tarixə tərtib edilməsi faktı özlüyündə iddiaçıların hüquqlarını məhdudlaşdırmamış, b ildirişin çatmasından sonra qanunla müəyyən edilən qaydalara riayət edilmişdir. Kassasiya instansiyası məhkəməsi mübahisəli məsələ ilə bağlı Apelyasiya Məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir. 32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gö stərilən hallar işin materiallarına uyğun olsun
33. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyy ən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10583/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.