Məhkəmə qərarları › İş №2(102)-2624/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2624/2022

06.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2624/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X3rşı iş üzrə QƏRARİ iş № 2(102)-2624/22 (Açar sözlər: ədalətli məhkəmə araşdırması, hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququ) Bakı şəhəri, 06 iyul 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6458/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Az ərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri X10 ilə İddiaçı arasında 24 oktyabr 2019-cu ildə əmək müqaviləsi bağlanmış və İddiaçı xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsi İtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbir vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Dövlət İnformasiya X5 sədri X8 324 saylı, 19 sentyabr 2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış X13 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasına) əsasən xx.xx.2020-ci ildən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan X1rşı “işə bərpa və məcburi çıxarılmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edərək, ADİA xx.xx.2020-ci il tarixli, 321 saylı əmrinin ləğv edilməsi, onun həmin vəzifəyə bərpa olunması, işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ADİA-də 2001-ci ildən başlayaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.2013-cü il tarixdən başlayaraq AZƏRTAC-ın mərkəzi Roma şəhəri olmaqla İtaliya müxbir məntəqəsinə xüsusi müxbir təyin edilmişdir. 2019-cu ildən başlayaraq ona qarşı rəhbərlik tərəfindən əsassız olaraq təzyiqlər başlamış və işdən öz xahişi ilə getməyi barədə ərizə yazmaq təklif o lunmuşdur. O, bundan imtina etdikdən sonra müəssisənin İH-nın sədri xx.xx.2020-ci il tarixdə aşağıdakı qaydada əmri imzalayaraq onu işdən azad etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş AZƏRTAC-ın Nizamnaməsinə 4.6.7-ci bəndini rəhbər tutaraq əmr edir: İddiaçı AZƏRTAC-ın mərkəzi Roma şəhəri olmaqla İtaliya (Malta, Serbiya, Montoneqro, Bosniya, Herseqovina) üzrə müxbiri ilə bağlanmış X13 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) əsasən xx.xx.2020-ci ildən xitam verilmişdir. Maliyyə və uçot şöbəsi bu əmri 1-ci bəndindən irəli gələn məsələləri həll etsin və onunla son haqq-hesab aparılsın. Bu əmrin məzmunu ona imza etdirməklə elan olunmuşdur. Həmçinin təsviri hissəsində hər hansı fakta, müqavilə öhdəliklərinə əsaslanmayan, guya əmək müqaviləsinin tələblərini pozmağına dair rəsmi olmayan fikirlər yazılır, hətta onu dövlətin siyasətinə qarşı çıxmaqda günahlandırırlar. Cavabdeh tərəfin mövqeyinə görə xx.xx.2020-ci il tarixdə onu agentliyə dəvət edərək kobud səhvlərə yol verdiyi diqqətinə çatdırılmış və ona izahat yazma təklif olunsa da, imtina etmişdir. Lakin belə bir hal olmamışdır. Sadəcə sonradan özləri tərəfindən arxa tarixə həmin akt tərtib olunmuşdur. Agentliklə əmək müqaviləsi bağlasa da, həmin müqavilənin surəti rəsmi olaraq ona təqdim olunma mışdır. Həmçinin o, İtalyanın Roma şəhərində iş yerində olduğu halda, onu geri çağırmamış qanunsuz olaraq işdən azad etmişlər.

5. İddiaçının nümayəndəsi və vəkili 05 mart 2021-ci ildə məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, ADİA xx.xx.2020-ci il tarixli, 321 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin vəzifəyə bərpa olunması, işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdehin nümayəndələri və vəkili birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək tələbin rədd edilməsini xahiş etmişlər.

7. İddiaya yazılı şəkildə təqdim edilmiş etirazda göstərilmişdir ki, iddia ərizəsində göstərilir ki, 2019-cu ildən etibarən iddiaçıya qarşı rəhbərlik tərəfindən təzyiqlər başlanmış və öz xahiş i ilə işdən getməyi ilə bağlı ərizə yazmaq təklif olunmuşdur. Bununla bağlı bildirmək istəyirlər ki, göstərilən hal həqiqətə uyğun deyil və İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında AZƏRTAC-ın xx.xx.2020-ci il tarixli əmrinin təsviri (giriş) hissəsində təsbit olunmuş hallarda onun işdən çıxarılmasının qanunauyğunluğu geniş şəkildə əsaslandırılıb. Ancaq nədənsə iddiaçının iddia ərizəsini tərtib edən nümayəndə və vəkil tərəfindən həmin əmrin İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb olan halları və məlumatları göstərilən hissəsi deyil, yalnız son qərar (əmr) hissəsi ərizənin mətninə daxil edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında AZƏRTAC-ın xx.xx.2020-ci il tarixli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84cü maddəsinin tələblərinə tamamilə uyğun olaraq tərtib edilmiş və bu baxımdan əmr əsaslı və qanunauyğundur. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasını onun öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi barəsində yazılmış təqdimatlar, əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifə öhdəliyinə məsuliyyətsiz yanaşması (müxtəlif xəbər saytlarında köçürülmüş, ictimai əhəmiyyət və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materiallar təqdim etməsi), onun müxtəlif dövrlərdə (xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və s.) yazdığı “bir daha belə hallara yol verməyəcəm və bu halların təkrarlanacağı təqdirdə öz ərizəsi ilə işdən gedəcəyəm” etirafını özündə əks etdirən izahatlar, Azərbaycan Respublikası X14 müavininin məktubu ilə əsaslandırılan Barselona şəhər ində ermənilərin ölkəyə qarşı təxribat xarakterli aksiyasının qarşısının alınmasında Azərbaycanın İspaniyadakı səfirliyinin fəaliyyətinə, milli maraqlarının müdafiəsi istiqamətində görülmüş işlərə kölgə salmağa yönəlmiş fəaliyyəti, “Facebook” səhifəsində paylaşdığı jurnalist etikasına sığmayan statusları, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını və tövsiyyələrini lağa qoymaqla həmin qərarların əleyhinə çağırışlar etməsi və s. hallar təşkil etmişdir. İddiaçı 2019-cu ildən etibarən ona qarşı rəhbərlik tərəfindən təzyiqlərin başlanmasına dair iddiasının əsassız olduğunu müxbirin AZƏRTAC-da çalışdığı müddətdə onun əmək funksiyasını lazımınca yerinə yetirə bilməməsi ilə bağlı müxtəlif dövrlərdə verilmiş təqdimatlar və iclaslarda edilmiş çıxışlar da təsdiq edi r. Müxbir A.M.X2 ölkələrə dəyişdirilməsinin səbəbi onun Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi ilə problem yaşaması, verilən tapşırıqları lazımi səviyyədə yerinə yetirməməsi olmuşdur. İddiaçı belə problemləri Pribaltika ölkələrində və İtaliya çalışarkən də yaratmışdır. İddia ərizəsində göstərilir ki, əmrin təsviri hissəsində hər hansı fakta, müqavilə öhdəliklərinə əsaslanmayan, guya əmək müqaviləsinin tələblərini pozmağa dair rəsmi olmayan fikirlər yazılır və hətta onu dövlətin siyasətinə qarşı çıxmaqda günahlandırırlar. Artıq qeyd edildiyi kimi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında AZƏRTAC-ın xx.xx.2020-ci il tarixli əmrinin təsviri (giriş) hissəsində onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməməsi barədə yazılmış təqdimatlar və onların məzmununa da ir məlumatlar geniş şəkildə öz əksini tapmışdır.Təqdimatlarda aydın şəkildə göstərilir ki, İddiaçı tərəfindən mütəmadi olaraq müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyəti olmayan və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materiallar təqdim edilir və bu nöqsanlar dəfələrlə onun nəzərinə çatdırılsa da, heç bir nəticə çıxarmamış, öz fəaliyyətində əsaslı dönüş yarada bilməmişdir. Onun təqdim etdiyi materiallar buraxılış redaktoru tərəfindən yenidən işlənilir ki, bu da İddiaçı əmək funksiyasını yerinə yetirə bilməməsini göstərir. Ərizədə göstərilən həmin iradın ikinci hissəsi ilə bağlı bildirmək istəyirlər ki, iddiaçı hansısa özəl mətbuat orqanlarında deyil, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC-da) müxbir vəzifəsində işləyirdi. Azərbaycan Respublik ası Prezidentinin xx.xx.2017-ci il tarixli,1740 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) Nizamnaməsinə görə AZƏRTAC dövlətin və cəmiyyətin həyatının müxtəlif sahələrinə aid informasiya toplayan, onun yerli və xarici kütləvi informasiya vasitələrinə, Azərbaycan Respublikasının dövlət orqanlarına, fiziki və hüquqi şəxslərinə operativ surətdə çatdıran, Azərbaycan Respublikasını regional və beynəlxalq media qurumlarında təmsil edən publik hüquqi şəxs olmaqla ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. AZƏRTAC-ın fəaliyyətinə nəzarəti Azərbaycan Respublikası Prezidenti həyata keçirir və onun fəaliyyətinə dair illik hesabat da Azərbaycan Respublikası Prezidentinə təqdim edilir. Məhz, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan AZƏRTAC-la əmək müqaviləsi bağlayan iddiaçının dövlətin milli maraqlarına uyğun siyasəti ilə ziddiyət təşkil edən fəaliyyəti yolverilməzdir. İddia ərizəsində xx.xx.2020-ci ildə iddiaçıya izahat yazmaq təklifi olunmaması və sadəcə olaraq sonradan arxa tarixə akt tərtib olunduğu bildirilir. Bu məlumat həqiqəti əks etdirmir və bu təkzib olunmaz faktlarla sübuta yetirilir. Belə ki, İddiaçı barəsində İdarə Heyəti sədrinin müavinləri və üzvlərinin xx.xx.2020-ci il tarixli, Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsi müdirinin xx.xx.2020-ci il tarixli təqdimatları ilə əlaqədar o, xx.xx.2020-ci ildə Agentliyə dəvət edilmiş və onun yol verdiyi kobud səhvlərin rəsmi səviyyədə ciddi narahatlıq doğurduğu və Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" bəndinin (əmək fə aliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tələblərini pozduğu diqqətinə çatdırılmışdır. İddiaçının həmin gün AZƏRTAC-ın binasında və İdarə Heyətinin sədr müavini D.M.İsmayılovun iş otağında olması, həmçinin Agentliyin iclas zalında onunla söhbət barədə aktı imzalayan 6 rəhbər şəxs, mühafizə xidməti və onun gəlməsini görən digər işçilər tərəfindən də, hətta videogörüntülərlə də təsdiq edilə bilər. İddiaçı izahat yazmaqdan imtina etmiş və bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Aktda İddiaçı ondan izahat istənilən zamanı özünü necə aparması ətraflı şəkildə əks olunduğu və həmin aktın surəti etiraza əlavə edildiyi üçün digər məlumatların burada qeyd edilməsini məqsədəmüvafiq hesab etmirlər. Ərizədə Agentliklə əmək müqavilə si bağlanılsa da, onun surətinin iddiaçıya təqdim edilməməsi göstərilir. Bu hal da həqiqəti əks etdirmir və iddiaçının əmək müqavilələrinin qeydiyyatı kitabında öz imzası ilə müqavilənin ikinci nüsxəsini götürməsi təsdiq edilir. İddia ərizəsində göstərilir ki, iddiaçı İtaliyanın Roma şəhərində iş yerində olsa da, iddiaçını geri çağırmamış işdən qanunsuz azad etmişlər. Bildirmək istəyirlər ki, İddiaçı xx.xx.2020-ci ildən sentyabrın 4-dək öz ərizəsi ilə əmək məzuniyyətində olmuş və sentyabrın 4-də əmək məzuniyyəti zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair xəstəlik vərəqəsi gətirdiyinə görə onun məzuniyyəti xx.xx.2020- ci ilədək uzadılmışdır. Lakin onun xx.xx.2020-ci ildə Agentliyə təqdim etdiyi Sumqayıt şəhər səhiyyə şöbəsinin 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş SN 00006 seriyalı 725741 nömrəli X11 Vərəqəsinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tərəfindən aparılmış araşdırma nəticəsində qanunsuz və əsassız verilməsi müəyyən edildiyinə görə İddiaçı məzuniyyət müddətinin uzadılmasına dair əmr ləğv edilmiş və onun işə başlamalı olduğu tarix sentyabrın 19-u müəyyən edilmişdir.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 11 mart 2021-ci il tarixli, 2(006)-1158/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədrinin 324 saylı, 19 sentyabr 2020-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə heç bir əsas yoxd ur.

10. Məhkəmə iddia tələbinin işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. İddia tələbi əmrin etibarsız sayılması və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması hissəsində təmin olunmadığından, iddia tələbi işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi hissəsində də təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş üzrə maddi hüquq normaları düzgün tətbiq edilməyib və məhkəmənin gəldiyi nəticələr işin faktiki halları ilə uyğunluq təşkil etmir. Çünki birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsinə dair müddəalarını düzgün tətbiq etməyib. Bundan əlavə, Rayo n Məhkəməsinin əmək müqaviləsinə xitam verilməsinə və işdənçıxarmaya dair gəldiyi nəticələr işin faktiki halları ilə uzlaşmır.

13. Həmçinin qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi onun Azərbaycan Respublikası Konstitusiyası (maddə 47) və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə qismində Avropa İnsan Hüquqları Konvensiyası (maddə 10) ilə qorunan ifadə azadlığı hüquqununun pozuntusudur.

14. Mübahisənin əsasını onun işdən çıxarılmağına dair cavabdeh “ADİA”-nın İH-nin sədrinin xx.xx.2020-ci il tarixli əmri təşkil edir. Həmin əmrin məzmununda əmək müqaviləsinə xitam xitam verilməsinə dair aşağıdakı əsaslar göstərilib:  ADİA İH sədr müavini və üzvlərinin 29 iyul 2020-ci il tarixli təqdimatı və Xarici Dillərdə informasiya və Beynəlxalq əlaqələr idarəsinin mü dirinin 28 iyul 2020-ci il tarixli təqdimatları – bu təqdimatların məzmununa görə guya o, köçürmə və dil üslubiyyətinə uyğun olmayan xəbərlər hazırlayaraq vəzifə öhdəliklərini pozmuş və sosial şəbəkələrdə etik davranış qaydalarına zidd mövqe sərgiləmişdir;  X14 müavinin xx.xx.2019-cu il tarixli məktubu və onun həmin məktuba dair izahatı;  01 aprel 2018-ci il tarixli ona intizam tənbehi tətbiq edilməsi barədə əmr;  Onun xx.xx.2020-ci il tarixli iddia edilən intizam pozuntusuna dair izahatı;  Onun izahat verməkdən imtina etməyinə dair xx.xx.2020-ci il tarixli akt (qeyd edir ki, ona belə izahat vermək təklif edilməyib).

15. XİN müavinin xx.xx.2019-cu il tarixli XİN müavinin məktubunun hazırkı işə heç bir aidiyyəti yoxdur. Çünki bununla bağlı intizam tənbehi tətbiq etmə müddətləri ötdüyünd ən həmin məsələ üzrə mənə hər hansı intizam tənbehi tətbiq edilə bilməz və bununla əlaqədar araşdırma aparıla bilməz.

16. Belə ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir (Əmək Məcəlləsi, maddə 187.2). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz (Əmək Məcəlləsi. Maddə 187.3).

17. Göründüyü kimi əmək qanunvericiliyi müəyyən edir ki, intizam tənbehinin tətbiq edilmə müddəti intizam pozuntusunun aşkar edilməsinə münasibətdə 1 ay, intizam pozuntusunun törədilmə vaxtına münasibətdə isə 6 ay təşkil edir.

18. Göstərilənlərə əsasən XİN müavinin xx.xx.2019-cu il tarixli məktubu onun işdən çıxarılmağı üçün əsas kimi istifadə edilə bilməz. Bu baxımdan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli “işdən çıxarma” əmrini qiymətləndirərkən bu xüsusatı nəzərə almaması sübutların obyektiv, hərtərəfli və ağlabatan qiymətləndirilməsi tələbinin pozuntusudur (Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur – MPM, maddə 88).

19. Bundan əlavə, onun xx.xx.2020-ci il tarixli izahatı da yuxarıda göstərilən səbəblərdən xx.xx.2020-ci il tarixli əmrin hüquqi əsasını təşkil edə bilməz. Çünki həmin iddia edilən hüquq pozuntusu ilə əlaqədar intizam tənbehi tətbiq etmə müddətləri ötüb.

20. Bundan əlavə, x x.xx.2020-ci il tarixli əmrin əsaslarından biri kimi də onun guya izahat verməkdən imtina etməyinə dair akt göstərilib. Bununla əlaqədar qeyd etmək lazımdır ki, intizam tənbehi tətbiq edilməmişdən əvvəl işçidən izahat alınması intizam tənbehinin tətbiq edilməsi şərtlərindən biridir. Lakin izahat vermək işçinin hüququdur və o, buna məcbur edilə bilməz. Bundan əlavə, izahatdan imtina edilməsi intizam tənbehi tətbiq edilməsinə mane olmur. Buna görə də izahat verilməsindən imtina edilməsi xüsusatının əmək müqaviləsinə xitam əsası göstərilməsi də lazımi əsas təşkil etmir (İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir – Əmək Məcəlləsi, maddə 187.1).

21. Sad alananlardan aydın olur ki, hazırkı iş üzrə əsas sübut “ADİA” İH sədr müavini və üzvlərinin 29 iyul 2020-ci il tarixli təqdimatı və Xarici Dillərdə informasiya və Beynəlxalq əlaqələr idarəsinin müdirinin 28 iyul 2020-ci il tarixli təqdimatlarıdır. Həmin təqdimatlara əsasən o iki məsələdə ittiham edilir:

22. Birincisi, dil üslubiyyətini kobud pozmaqla köçürmə xəbərlər hazırlamaq və bununla da əmək öhdəliklərini kobud surətdə pozmaq;

23. İkincisi, “Facebook” sosial şəbəkəsində 2020-ci ilin iyul ayında Covid-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudlaşdırıcı tədbirlərini tənqid etməklə “ADİA” əməkdaşının etik davranış qaydalarını pozmaq.

24. Hər iki xüsusatı ayrılıqda aydınlaşdırmaq lazımdır. Lakin bundan əvvəl vurğulamaq lazımdı r ki, nə onun işdən çıxarılmağına dair xx.xx.2020-ci il tarixli əmrdə, nə də Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsində mənə qarşı iddia edilən bu xüsusatların heç biri detallaşdırılmayıb və əsaslandırılmayıb. Belə ki, qeyd etdiyim fərdi hüquqi aktların heç birində nə onun əmək funskiyasını düzgün yerinə yetirməməyi, nə də ki, etik davranış qaydalarını pozmağını nümayiş etdirən ayrı-ayrı hallar aydın şəkildə təsvir edilməyib və bunların hüquqi “tövsifi” verilməyib. Bununla da həm əmrdə, həm də məhkəmə qətnaməsində mən individuallaşdırılmamış şəkildə ümumi ittihamlara əsasən intizam tənbehinə məruz qoyulmuşdur. Bu hal isə prosessual ədalətlilik tələblərinə ziddir.

25. Buna görə də hesab edir ki, ona istinad edilən əməllər (həm əmək öhdəliklərinin kobud pozuntusu, həm də etik davranı ş qaydalarının pozuntusu) faktual əsaslarla yoxlanılmamış və nəzərdən keçirilməmişdir. Çünki apellyasiya instansiya məhkəməsi işin həm faktiki hallarını, həm də hüquqi əsaslarına əsasən araşdırma aparmaq səlahiyyətinə malikdir (MPM, maddə 372).

26. Konkret hallara gəldikdə isə əmək funksiyalarının kobud pozuntusu məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir. O, “ADİA” əməkdaşı kimi ona həvalə edilmiş öhdəlikləri kafi dərəcədə icra etmişdir. Belə ki, “ADİA-da ondan daha az xəbər hazırlayan jurnalistlər fəaliyyətini hələ də davam etdirirlər. Buna görə də onun əmək öhdəliklərini pozmağa görə işdən azad edilməyi əsassızdır. Əgər o hazırladığı xəbər sayına görə işdən azad edilirsə, ondan daha az xəbər hazırlayan jurnalistlər də işdən azad edilməlidirlər. Bununla əlaqədar xüsusatlar birinci ins tansiya məhkəməsində məhkəmənin nəzərinə çatdırılıb. Hazırkı apellyasiya şikayətinə də “ADİA” işçilərinin müvafiq xəbər statistikasını əlavə edir. Həmin statistikadan da görünür ki, “AZƏRTAC” (ADİA) rəhbərliyinin ona göndərdiyi 2020ci il yanvar-iyun ayları hesabatına görə göndərilən xəbərlərin sayına görə 511-dir, aylıq norma isə 85-dir. Həmçinin “ADİA” (AZƏRTAC) rəhbəri A.Aslanov hesabatın qeyd hissəsində İddiaçı erməni təxribatının qarşısının alınmasında rolu qeyd olunur. İddiaçı xəbər norması paylaşmasına görə 24 xüsusi müxbir arasında 12-ci yerdədir.

27. Bundan əlavə, qeyd edir ki, o, dilin üslub qaydalarını kobud qaydada pozmaqla köçürmə xəbərlər hazırlamaqda günahlandırılır. Lakin həmin xəbərlər dəqiqləşdirilməyib. Cavabdeh yalnız illik statistikanı təqdim edib. Bununla əlaqədar xatı rladır ki, ona intizam tənbehi xx.xx.2020-ci ildə tətbiq edilib. Bunun üçün əsas kimi illik xəbərlər dəqiqləşdirilmədən gətirilib. İntizam tənbehinin aşkar edilməsindən 1 ay müddətində, baş verməsindən isə 6 ay müddətində intizam tənbehi tətbiq edilə bilər (Əmək Məcəlləsi 187.2 və 187.3). Əgər onun intizam pozuntumla bağlı illik xəbərlər təqdim edilibsə, bunların bir hissəsi üzrə iddia edilən baş vermə müddətinə görə intizam tənbehi tətbiq etmə müddəti ötüb. Bundan əlavə, həmin intizam pozuntusunun aşkar edilməsi tarixi aşkar edilməyib. Cavabdehin məhkəmədə mövqeyindən görünür ki, guya onun xəbərlərindən davamlı olaraq narazı olublar. Bu isə göstərir ki, onlar özləri də qəbul edirlər ki, guya onun intizam pozuntumu çoxdan aşkar edib. Bu halda cavabdeh həmin xəbərlərə görə intizam tənbehi tətbiq etmə müddətlərini ötürüb.

28. Eləcə də qeyd etmək istəyir ki, əmək öhdəliklərinin kobud pozuntusuna görə tətbiq edilən intizam tənbehi üzrə təqdimat vahiddir. Həmin təqdimatın bir hissəsinin artıq qanunsuz sübut olması digər hissəsinin artıq əsaslı olmasını da istisna edir. Buna görə də xx.xx.2020 və xx.xx.2020-ci il tarixli təqdimatların əsasını təşkil edən hallar üzrə aradan qalxır.

29. Beləliklə, intizam tənbehinin əsaslarından biri olan əmək öhdəliklərinin kobud pozuntusu hissəsində yuxarıda sadalananlara görə əsassızdır.

30. İntizam tənbehinin tətbiqinin ikinci əsası isə onun etik davranış qaydalarını pozmağına dair iddiadır. Bu iddianın əsasını onun 2020-ci il iyul ayında Facebook sosial şəbəkəsində yazdığı və Operativ Qərargahın fəaliyyətinə dair yazıları (postları) təşkil e dib. Təkrar xatırladır ki, nə cavabdeh, nə də Rayon Məhkəməsi həmin yazıların etik davranış qaydalarını necə pozmasını əsaslandırmayıb. Bu hal əmrin və qətnamənin ləğvi üçün əsasdır.

31. Bundan əlavə, vurğulayır ki, həmin yazılar intizam pozuntusunun əsasını təşkil etmir. Çünki həmin yazılarda o, etik davranış qaydalarını pozmamışdır. Həmin yazılarda heç bir nalayiq ifadəyə yol verməmişdir. “ADİA”-nın əməkdaşı olan jurnalistlərin Operativ Qərargah tərəfindən tətbiq edilən məhdudiyyətlərə tənqidi yanaşmamaq kimi öhdəlikləri yoxdur. Nə KİV haqqında Qanunla jurnalistlərin üzərinə belə bir öhdəlik qoyulmayıb, nə də ki, “ADİA”-nın Nizamnaməsində belə öhdəlik var. Həmin yazılarda o ümumi etik qaydalar çərçivəsində Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyət tədbirlərinə öz tənqidi münasibətini ifadə etmişdir. Bu isə həm Konstitusiya ilə, həm də X15 Konvensiyası ilə qorunan ifadə azadlığı hüququmun çərçivəsində olub.

32. Ona qarşı intizam tənbehinin tətbiqi onun Konstitusiyanın 47 və 60-cı maddələrində nəzərdə tutulmuş hüquqlarının pozuntusudur. Eləcə də bu, X15 Konvensiyanın 6 və 10-cu maddələrində nəzərdə tutulmuş hüquqlarının pozuntusudur. Beləliklə, mənim ədalət mühakiməsi hüququm və ifadə azadlığı hüququ pozulub.

33. İşin hallarından aşkar olur ki, onun işdən çıxarılmağının əsas motivi onun Operativ Qərargahın fəaliyyətinə dair 2020-ci ilin iyul ayında “Facebook” sosial şəbəkəsində etdiyi tənqidi yanaşmadır. Hətta cavabdehin nümayəndəsinin məhkəmədəki izahatından aydın olur ki, əsas motiv bu təşkil edib.

34. Cavabdeh iddia edir ki, o, “ADİA” əməkdaşı kimi qurum un (kollektivin) fəaliyyətinə kölgə salmışdır. Başqa sözlə, cavabdehin mövqeyinə görə dövlət qulluqçusu statusundadır (yaxud dövlət müəssisəsinin əməkdaşıdır). Buna görə də onun xüsusi öhdəlikləri var. İlk növbədə, qeyd edir ki, bununla razı deyil. Ona jurnalistin ümumi öhdəlikləri tətbiq edilməlidir. Lakin hətta hesab edilsə ki, onun xüsusi statusu var, “ADİA” əməkdaşı kimi dövlət qulluqçusu statusuna bərabər statusdadır, bu halda belə onun ifadə azadlığı hüququmun məhdudlaşdırılması üçün əsaslar kafi və yetərli deyil.

35. Əlavə olaraq, cavabdeh tərəf iddiaçının konkret olaraq jurnalist etikasına sığmayan hansı ifadələri işlətdiyi qeyd edilməyib. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanunun jurnalistin vəzifələrinə aid olan 36-cı maddəsinin 11-ci bəndində də q eyd edilir ki, jurnalist yalnız məlumat və materiallar toplayarkən, verərkən peşə etikasına ciddi əməl etməlidir”. Jurnalistin sosial şəbəkədə olan şəxsi səhifəsində etdiyi paylaşımlar onun subyektiv fikirləridir və bunu etməkdə sərbəstdir.

36. X12 Hüquqları Konvensiyasına, AİHM-nin president hüququna istinad edərək ona münasibətdə 6-cı və 10-cu maddələrin pozuntusuna yol verildiyini bildirmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və R.M.Həsənov) 2(103)-6458/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Apellyasiya instansiyası məhkə məsi iş materiallarında olan məlumatları və hüquq normalarını sadalayaraq qeyd etmişdir ki, iddianın “ADİA xx.xx.2020-ci il tarixli 321 saylı əmrinin ləğv edilməsi və iddiaçınınm həmin vəzifəyə bərpa olunması” hissəsini əsassız hesab edərək qeyd edir ki, ADİA İdarə Heyətinin sədrinin 324 saylı, xx.xx.2020-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə heç bir əsas yoxdur.

39. İddia tələbi əmrin etibarsız sayılması və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması hissəsində təmin olunmadığından Rayon Məhkəməsi iddianı “işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi” hissəsində də rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyniməzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentiliyinin nümayəndəsi və vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında AZƏRTAC-ın xx.xx.2020-ci il tarixli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə tamamilə uyğun olaraq tərtib edilmiş və bu baxımdan əmr əsaslı və qanunauyğundur. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasını onun öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi barəsində yazılmış təqdimatlar, əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifə öhdəliyinə məsuliyyətsiz yanaşması (müxtəlif xəbər saytlarında köçürülmüş, ictimai əhəmiyyət və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materiallar təqdim etməsi), onun müxtəlif dövrlərdə (xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və s.) yazdığı “bir daha belə hallara yol verməyəcəm və bu halların təkrarlanacağı təqdirdə öz ərizəsi ilə işdən gedəcəyəm” etirafını özündə əks etdirən izahatlar, Azərbaycan Respublikası X14 müavininin məktubu ilə əsaslandırılan Barselona şəhərində ermənilərin ölkəyə qarşı təxribat xarakterli aksiyasının qarşısının alınmasında Azərbaycanın İspaniyadakı səfirliyinin fəaliyyətinə, milli maraqlarının müdafiəsi i stiqamətində görülmüş işlərə kölgə salmağa yönəlmiş fəaliyyəti, “Facebook” səhifəsində paylaşdığı jurnalist etikasına sığmayan statusları, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını və tövsiyyələrini lağa qoymaqla həmin qərarların əleyhinə çağırışlar etməsi və s. hallar təşkil etmişdir (Təqdimatların, izahatların və X14 müavini R.Həsənovun məktubunun surətləri iş materiallarına əlavə edilmişdir). Məhkəməyə təqdim edilən sübutlardan və müvafiq cədvəldən də göründüyü kimi İddiaçı tələb olunan normativləri ödəməməklə öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və bununla da, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.Apellyasiya instansiya sı məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində hər hansı səhvə yol verilmədiyindən, eyni zamanda məhkəmə mübahisə üzrə nəticəyə gələrkən bütün mühüm faktları ədalətli araşdırıb hüquqi qiymət verdiyindən, iddiaçının kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsassız hesab edilməlidir. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X7 X6:

43. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

44. Maddə

10. Hər kəsöz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqaöz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyüvə ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaqüçün, sağlamlığın və mənəviyyatın qorunmasıüçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsiüçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaqüçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etməküçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şər tlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikasının Konstitusiyası:

45. Maddə 47, hissə 1 və

2. Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

46. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

47. Maddə 10.Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə həmçinin a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək aiddir.

48. Maddə

68. Bənd 1 və

2. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birini n təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.

49. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

50. Maddə 71, hissə

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinası zlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

51. Maddə 71, hissə

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

52. Maddə 72. bənd “e”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

53. Madd ə 83, hissə

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

54. Maddə 83, hissə

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyy ətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

55. Maddə 300, hissə

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsibarədə qətnaməvə ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədəqərardad çıxarır. Mə hkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmişhəqiqihallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun vədigərhüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğ u qanunlar vədigərhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

65. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. İddiaçı bildirir ki, o, əmək qanunvericiliyinin tələbləri pozulmaqla işdən çıxarılmışdır. Cavabdeh isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin qanunda nəzərdə tutulan əsaslarla və qaydada ləğv olunduğunu qeyd edir.

68. Belə ki, işəgötürən Azərbaycan Dövlət İnformasiya X9, işçi İddiaçı ilə bağlanmış X13 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında 19 sentyabr 2020-ci il ta rixli əmrin çıxarılmasına əsas kimi İdarə Heyəti sədrinin müavinləri və üzvlərinin 2020-ci il 29 iyul tarixli, Xarici dillərdə informasiya və Beynəlxalq əlaqələr idarəsi müdirinin 2020-ci il 28 iyul tarixli təqdimatlarını göstərmişdir. Həmin təqdimatlarda İddiaçı tərəfindən mütəmadi olaraq müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyəti olmayan və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materialların təqdim edildiyi, fərdi yanaşma əsasında seçilmiş və geniş oxucu kütləsi üçün maraq doğurmayan xəbərlərin əksər hallarda yenidən işlənilməsi və bunun buraxılış redaktorlarının haqlı narazılığına səbəb olması bildirilir. Eyni zamanda, təqdimatlarda İddiaçı sosial şəbəkələrdə dövlət orqanlarının qərarlarına və fəaliyyətinə kölgə salan, Agentliyin imicinə xələl gətirən, Azərtac əməkdaşının davranış qaydalarına zidd olan yazılarla çıxış etməsi göstərilir. Əmrdə bu hərəkətlərə görə İddiaçı barəsində daha əvvəl görülmüş intizam tədbirləri qeyd edilərək vurğulanmışdır ki, İddiaçı 2020-ci ilin iyul ayı ərzində şəxsi “Facebook” səhifəsindəki paylaşmaları kollektivin üzərinə kölgə salan əməllərə son qoymadığını göstərir. Belə ki, O, “Facebook” səhifəsində paylaşdığı statuslarda jurnalist etikasına sığmayan ifadələr işlətmiş, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını və tövsiyələrini lağa qoymuş, həmin qərarların əleyhinə çağırışlar etmişdir. İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərin) yerinə yetirməməsi nəticəsində Azərtacın mərkəzi Roma şəhəri olmaqla İtaliya (Malta, Ser biya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbir məntəqəsində işin, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Bütün bu fəaliyyət və hərəkətlər İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaradır. Əmrdə həmçinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmə) istinad olunmuşdur.

69. Göründüyü kimi, qeyd olunan əmrdə əmək müqaviləsinin ləğv edilməsinə əsas kimi iddiaçının əmək funksiyasını lazımi şəkildə yerinə yetirməməsinə, əmək müqaviləsi üzrə öhdəliklərini pozmasına istinad edilmişdir.

70. İddiaçı apellyasiya şikayətində əmək funksiyasının pozuntusu ilə bağlı bildirm işdir ki, “ADİA” işçilərinin müvafiq xəbər statistikasına əsasən o, xəbər norması paylaşmasına görə 24 xüsusi müxbir arasında 12-ci yerdədir, ondan daha az xəbər hazırlayan jurnalistlər fəaliyyətini hələ də davam etdirdikləri halda onun əmək öhdəliklərimi pozmağa görə işdən azad edilməyi əsassızdır. Bundan əlavə, dilin üslub qaydalarının kobud qaydada pozulması, köçürmə xəbərlər hazırlaması iddia olunsa da həmin xəbərlər dəqiqləşdirilməyib. Bunun üçün əsas kimi illik xəbərlər dəqiqləşdirilmədən gətirilib, pozuntunun aşkar edilməsi tarixi aydınlaşdırılmayıb. Əgər onun əmək pozuntusu ilə bağlı illik xəbərlər təqdim edilibsə, bunların bir hissəsi üzrə iddia edilən baş vermə müddətinə görə intizam tənbehi tətbiq etmə müddəti ötüb.

71. İddiaçının mövqeyinə görə, “2020-ci il iyul ayında Facebook sosial şəbəkəsində yazdıqlarının isə etik davranış qaydalarını necə pozmasını nə cavabdeh, nə də məhkəmə əsaslandırmayıb. Həmin yazılar intizam pozuntusunun əsasını təşkil etmir. Çünki, bu yazılarda etik davranış qaydalarını pozmamış, heç bir nalayiq ifadəyə yol verməmişdir. “ADİA”-nın əməkdaşı olan jurnalistlərin Operativ Qərargah tərəfindən tətbiq edilən məhdudiyyətlərə tənqidi yanaşmamaq kimi öhdəlikləri yoxdur. Nə KİV haqqında Qanunla jurnalistlərin üzərinə belə bir öhdəlik qoyulmayıb, nə də ki, “ADİA”-nın Nizamnaməsində belə öhdəlik var. Həmin yazılarda ümumi etik qaydalar çərçivəsində Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyət tədbirlərinə öz tənqidi münasibətini ifadə etmişdir. Cavabdeh tərəf iddiaçının konkret olaraq jurnalist etikasına sığmayan hansı ifadələri işlə tdiyi qeyd edilməyib. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanunun jurnalistin vəzifələrinə aid olan 36-cı maddəsinin 11-ci bəndində də qeyd edilir ki, jurnalist yalnız məlumat və materiallar toplayarkən, verərkən peşə etikasına ciddi əməl etməlidir”. Jurnalistin sosial şəbəkədə olan şəxsi səhifəsində etdiyi paylaşımlar onun subyektiv fikirləridir və bunu etməkdə sərbəstdir. Onun dövlət qulluqçusu statusunda (yaxud dövlət müəssisəsinin əməkdaşı) olması, xüsusi öhdəliklər daşıması, cavabdeh qurumun (kollektivin) fəaliyyətinə kölgə salması barədə iddialarla razılaşmır. Hesab edir ki, ona jurnalistin ümumi öhdəlikləri tətbiq edilməlidir. “ADİA” əməkdaşı kimi onun dövlət qulluqçusuna bərabər statusda sayılması belə onun ifadə azadlığı hüququmun məhdudlaşdırılması ü çün əsaslar kafi və yetərli deyil.

72. Məhkəmə ona qarşı iddia edilən halların heç birini detallaşdırılmayıb və əsaslandırılmayıb, nə əmək funskiyanı düzgün yerinə yetirməməyi, nə də ki, etik davranış qaydalarını pozmağını nümayiş etdirən ayrı-ayrı hallar aydın şəkildə təsvir edilməyib və bunların hüquqi “tövsifi” verilməyib. Bununla da həm əmrdə, həm də məhkəmə qətnaməsində o, individuallaşdırılmamış şəkildə ümumi ittihamlara əsasən intizam tənbehinə məruz qoyulmuşdur. Bu hal isə prosessual ədalətlilik tələblərinə ziddir. Ona qarşı intizam tənbehinin tətbiqi Konstitusiyanın 47 və 60-cı maddələrində, eləcə də X15 Konvensiyanın 6 və 10-cu maddələrində nəzərdə tutulmuş hüquqlarımın pozuntusudur.”

73. İddiaçı apellyasiya şikayətində onu da bildirmişdir ki, “mübahisələndirdiyi əmrdə onun işdən çıxarılmasına əsas ola bilməyəcək hallara istinad olunmuşdur. Belə ki, X14 müavinin xx.xx.2019-cu il tarixli məktubu onun işdən çıxarılmağı üçün əsas kimi istifadə edilə bilməz. Çünki bununla bağlı intizam tənbehi tətbiq etmə müddətləri ötmüşdür. Rayon Məhkəməsi isə mübahisəli əmri qiymətləndirərkən bu xüsusatı nəzərə almamaqla sübutların obyektiv, hərtərəfli və ağlabatan qiymətləndirilməsi tələbini pozmuşdur. Bundan əlavə, onun xx.xx.2020-ci il tarixli izahatı da göstərilən səbəblərdən xx.xx.2020-ci il tarixli əmrin hüquqi əsasını təşkil edə bilməzdi. Çünki iddia edilən bu hüquq pozuntu üzrə də tənbeh vermə müddətləri keçmişdir” (§ 12-36).

74. İddiaçının qeyd edilən dəlillərinə qarşı cavabdeh təşkilat da yazılı etiraz verərək onları təkzib etməyə çalışmışdır (§ 7, 42).

75. Beləliklə, haz ırkı işdə, həm tərəflərin istinad etdikləri faktiki hallar baxımından xeyli sayda mübahisəli məsələlər olmasına, həm də istinad etdikləri qanunvericilik normalarının necə tətbiq edilməli olması ilə bağlı izah verilməsinə zərurət olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi tərəflərin dəlillərinə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə öz qətnaməsində mübahisəyə dair tərəflərin mövqeyini ümumi şəkildə əks etdirmiş, sonra iş materiallarında olan sənədləri və məlumatları sadalamış, davamında maddi və prosessual hüquq normalarını qeyd edərək mübahisəli əmrin qanunvericiliyin tələblərinə uyğun çıxarıldığını və iddiaçının işə bərpa edilməsinə əsas olmadığını bildirmişdir.

76. Halbuki, prosessual qanunvericilyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş halla ra və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir (§ 59-63).

77. Lakin hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin araşdırılması və məhkəmə aktının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.

78. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın m öhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

79. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisənin mahiyyətinə qiymət vermədən, sadəcə qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən, bir neçə cümlədən ibarət olan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

80. Bu qaydalara riayət edilməməsi İnsan Hüquqlarının və X7 X4 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 43, 46).

81. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

82. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müə yyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

83. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qə tnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki vəkommersiya mübahisələrindənirəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

84. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, işin mübahisəli halları, habelə bu hall ar üzrə sübutetmə yükü düzgün müəyyən edilməli, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməklə, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

85. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6458/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. H

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar