Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2624/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1094/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə ma hiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. xx.xx.2017-ci il tarixli, A0180/1 saylı əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də “istismar xidmətləri üzrə qrup rəhbəri” işinə qəbul edilmişdir. 3. xxxxxxx000200 saylı, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə “texniki istismar xidmətləri üzrə qrup rəhbəri” vəzifəsinə qəbul edilmişdir. 4. 12.10.2018-ci il tarixdə 248/18-1-k nömrəli əmrə əsasən İddiaçı “elektron avadanlıqlar üzrə mühəndis” vəzifəsinə keçirilmişdir. 5. xx.xx.2022-ci il tarixli, 188/22-k nömrəli əmrlə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xita m verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrinin ləğv edilməklə iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 sentyabr 2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış Ə/M AO/80/1 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı cavabdeh MMC-də “texniki istismar xidmətləri üzrə mühəndis” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 12 oktyabr 2018-ci il tarixdə Ə248/18-1-k nömrəli əmrlə həmin müəssisədə “elektron avadanlıqları üzrə mühəndis” vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixədək həmin vəzifədə çalışmışdır. xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Əmrdə qeyd olunmuşdur ki, cavabdeh MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən X6 ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə iş otağında mübahisə baş vermişdir. Mübahisə sonradan aqressiv hal almış və iddiaçı həmin şəxsin boğazından tutaraq onu boğmağa çalışmışdır. Bununla yanaşı, iddiaçı həmin şəxsin ünvanına əxlaq normalarına sığmayan sözlər ifadə etmiş dir. Bununla da, o, öz hərəkəti ilə iş yerində işin normal ahəngini pozmuşdur. İddiaçı hesab edir ki, həmin əmr aşağıda göstərilənlərə əsasən qanunsuz hesab edilərək ləğv edilməlidir: Birincisi- əmr qəbul edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsinin tələbləri pozulmuşdur. Belə ki, hazırki situasiyada iddiaçı ilə Ə.Kazımov arasında mübahisə xx.xx.2022-ci il tarixdə olmuş, elə həmin vaxt da baş vermiş hadisə işəgötürənə məlum olmuşdur. Lakin bundan 1 ay 6 gün sonra, xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrlə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir. İkincisi- əmrdə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsinin əsası kimi 2-ci hal (işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrin i kobud şəkildə pozduqda) göstərilmişdir. Lakin iddiaçının əməlinin Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndi ilə əhatə olunduğuna dair əmrdə heç bir şey göstərilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq göstərilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrdə kobud pozuntunun 72-ci maddənin konkret hansı bəndi ilə əsaslandırılması göstərilməmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrdə heç bir əsaslandırma yoxdur. Əmrdə qeyd edilir ki, iddiaçı öz hərəkəti ilə iş yerində işin normal ahəngini pozmuşdur. Əslində isə həmin hadisə baş verdiyi zaman MMC-nin fəaliyyəti dayandırılmamış, işçilər müəssisəni n fəaliyyəti dayandığına görə evə göndərilməmiş, iş normal axarı ilə davam etmişdir. Bundan başqa, həmin gün sadəcə otaqda olan Teymur Quliyev baş vermiş mübahisəyə şahid olmuşdur. Bir nəfər isə əmək kollektivi hesab edilmir və işəgötürənin “əmək kollektivi bu insidentin geniş vüsət almaması üçün səfərbər olunmuş” kimi ifadələrdən istifadə etməsi mübaliğədən başqa bir şey deyil. Aralarındakı mübahisə xuliqanlıq xarakterli olmamış, digər işçilərin əmək fəaliyyətini dayandırmasına səbəb olmamışdır.
8. Cavabdeh MMC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində Cavabdeh MMC-də elektron avadanlıqları üzrə mühəndis vəzifəsində çalışmış İddiaçı bildirir ki, “əslində isə Ə.Kazımovla aramızda mübahisə olsa da, mən iş yoldaşı kimi Ə.Kazımova heç bir güc tətbiq etməmişəm. Belə ki, 10 may 2022-ci il tarixdə Ə.Kazımovla aramızda kiçik anlaşılmazlıq olmuşdur”. İddiaçının iş prosesində mübahisəsi Cavabdeh MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən X6 ilə olmuşdur. İddiaçı bilməli idi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 223-cü maddəsinin 3-5-ci hissələrinə əsasən “Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə işəgötürənə təqdimatlar vermək hüququna malikdirlər. Əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olm ayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İşəgötürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunverciliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı ilə yenidən təşkil və ya ləğv edə bilər”. İddia ərizəsində iddiaçının qeyd etdiklərindən, eləcə də iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 188/22-k nömrəli əmrinə əsas verən izahatlardan görünür ki, iddiaçı SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən Ə.Kazımovun iş prosesində əməyin mühafizəsi ilə bağlı iradlarını ciddi qəbul etməmiş, məsələ mübahisəli xarakter almış, məsələnin həlli məqsədilə iddaçı İddiaçı Ə.Kazımovun onlarla bir otaqda ot urmaması məsələsini həll etməyə çalışmış, iş yerinin dəyişdirilməsi məsələsini buna kifayət qədər səlahiyyəti olan şəxslərlə müzakirə etməmiş və səlahiyyəti olmadığı halda bu barədə Ə.Kazımova göstəriş vermişdir. Əmək Məcəlləsinin 209-cu maddəsinin üçüncü abzasına əsasən “işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması” əməyin mühafizəsinin əsas prinsiplərindən biridir ki, iddiaçı iş prosesində Ə.Kazımovla arasında mübahisə yaranarkən bu prinsipləri rəhbər tuta bilməmişdir. İddiaçı Ə.Kazımovun “iş yeri”nin digər otaqda olması məsələsini qaldırsa da, qanunamüvafiq formada həll edə bilməmişdir. Öz hərəkətlərində hüquqi baxımdan haqlı olmadığı halda, İddiaçı Ə.Kazımova iş prosesində fiziki güc tətbiq etməklə onu hər gün olduğu iş yerindən ç ıxarmağa çalışmış, nalayiq söyüşlərə yol vermiş və bununla da ən azı iş yoldaşlarını əmək funksiyalarının icrasından ayırmış, işin ahəngini pozmuşdur ki, bununla Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində və 72-ci maddəsinin e) yarımbəndində göstərilən pozuntular baş vermişdir. İddia ərizəsində qeyd edilən “mübahisədən 1 ay 6 gün sonra, xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir” ifadəsinə gəldikdə Ə.Kazımovun 3 iyun və 6 iyun ərizələrinə görə ona 6 iyun 2022-ci il tarixindən 8 iş günü əvəzgün verilmişdir. İşə çıxma tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Görünüdüyü kimi, işəgötürən xitam əmrini verərkən müddət baxımından əmək qanunverciliyinin tələblərini pozmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçının iş əgötürənin xx.xx.2022-ci il tarixli 188/22-k nömrəli əmrinin müddət baxımından düzgün olmaması barədə iddiası tam əsassızdır. İddia ərizəsində “işəgötürən xitam əmrində Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əməl etməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əmrdə əsaslandırmamışdır” fikri ilə bağlı qeyd edilmişdir ki, işəgötürən xitam əmrini verərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri ilə yanaşı, bu Məcəllənin 84-cü maddəsinin tələblərini də nəzərə almış, əmrdə olan məlumatlar sadə, həmçinin, normativ hüquqi aktlara uyğun formada – təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilməklə verilmişdir. Əmrin təsviri hissəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə, 10-cu maddəsinə istinad edilmiş və əmrə əsas verən izah və digər sənədlər 15 vərəq təşkil etmişdir. Mediasiya prosesində ilkin mərhələdə iddiaçı ilə barışıq əldə edilməsi üçün əmrə xitam verilməsinin əsasının dəyişdirilməsi, yəni onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə deyil, işçinin xahişi ilə xitam verilməsi razılığı əldə olunmuş, lakin iddiaçı sonrakı mərhələdə bununla razılaşmadığını və ona işdənçıxarma müavinəti formasında ödənişin verilməsi məsələsini qaldırmışdır ki, buna işəgötürən etiraz etmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı işə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hak im: G.Abidova) 2(006)-4047/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli 188/22-k nömrəli əmri ləğv edilmiş, İddiaçı Cavabdehndə “elektron avadanlıqları üzrə mühəndis” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Əmək qanunvericiliyinin normalarının məzmunundan aydın olur ki, hazırkı mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmış və bu münasibətlərə əsasən, iddiaçı işçi, cavabdeh isə işəgötürən hesab olunmuşdur. Tərəflər arasındakı əmək münasibətləri həmin əmək müqaviləsinə və Azərbaycan Respublikası nın Əmək Məcəlləsinə müvafiq olaraq tənzimlənməlidir. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas hüquqlarından biri odur ki, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etsin. Bununla yanaşı, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur.
11. Hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçı il ə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə - bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmiş, lakin bu zaman işəgötürən, yəni cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydasının pozulması müəyyən edilmişdir. Belə ki, iddiaçıya intizam tənbehinin tətbiq edilməsi məqsədilə cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmr Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə müvafiq olaraq «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» məzmununda olmuşdur. Cavabdeh əmri verərkən Əmək Məcəlləsinin 188-ci maddəsinin tələblərinə riayət etməmiş, belə ki, sözügedən əmr buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Həmin maddənin məzmunundan görünür ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Lakin işdə olan materiallardan da göründüyü kimi, əmri imzalayan şəxs “insan resursları üzrə direktor” X5 işəgötürən tərəfindən intizam tənbehi vermək səlahiyyəti həvalə edilməmişdir. Həvalə edilsəydi belə, o, müavin və ya müəssisədən kənarda yerləşən struktur bölmənin rəhbəri olmadığından, ye nə də məhkəmə tərəfindən intizam tənbehi vermək səlahiyyəti olmayan şəxs hesab ediləcəkdi. Bundan əlavə, normanın tələbinə görə, həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.
12. İstinad edilən maddədən, həmçinin, görünür ki, göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Beləliklə, yuxarıda şərh edilənlərə əsasən, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022- ci il tarixli əmrin işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilməsi nəzərə alınaraq, məhkəmə həmin əmrin hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilməsi qənaətinə gəlir.
13. Cavabdeh MMC-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş 188/22-k nömrəli əmrinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan əmək müqaviləsinə xitam verilməsi və intizam tənbehinin verilməsi qaydalarının pozulması ilə verildiyi müəyyən edildiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 188/22-k nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdehndə “elektron avadanlıqları üzrə mühəndis” vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdeh ndən tutularaq İddiaçı ödənilməlidir.
14. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
15. Məhkəmə müəyyən etmişdir ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin yuxarıda qeyd edilən normaları təşkil edir və iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur.
16. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 3, 4, 9, 11, 68, 70, 72, 76, 186, 187, 188-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şik ayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işəgötürən Əmək Məcəlləsinin 84-cü “Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu” maddəsinə əsasən xx.xx.2022-ci il tarixli 188/22-k nömrəli əmrini məhz “(Əmək müqaviləsinə xitam verilməsi haqqında)” əmr adlandırmış (“İntizam tənbehinin verilməsi barədə” yox) və bu əmr Əmək Məcəlləsinin 84-cü və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərinə tam uyğun olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam əmri tə svir və qərar hissələrindən ibarət tərtib edilə bilər ki, əmrin təsvir hissəsində Əmək Məcəlləsinin 186-cı maddəsinə istinad edilməsi bu əmrin işçiyə intizam tənbehinin verilməsi barədə əmr hesab edilməsi anlamına gələ bilməz. Əgər bu kimi xitam əmrləri Rayon Məhkəməsinin hesab etdiyi kimi intizam tənbehi verilməsi barədə əmr hesab edilsəydi, onda Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinə əsasən bu kimi əmrlərlə işdən azad edilən işçilər altı aydan sonra işə bərpa edilərdilər. Azərbaycan Respublikasının üzv olduğu X3 ölkəmiz tərəfindən ratifikasiya edilmiş konvensiyaların tətbiqi ilə bağlı verdiyi açıqlamalara əsasən əmək müqaviləsinə xitam verilməsi özü-özlüyündə intizam tənbehi hesab edilmir. Rayon Məhkəməsi öz qətnaməsində yanlışlığa yol verərək işəgötürənin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli əmrinə intizam tənbehinin verilməsi barədə əmr xarakteri verir və Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-ci hissəsinə əsasən bu əmrin verilməsinə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam vermək səlahiyyəti verilmiş İnsan resursları üzrə direktoru X1 olmaması qənaətinə gəlmişdir. Cavabdeh MMC-nin işəgötürəni əmək müqaviləsinə xitam verilməsi bildirişinin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməsi səlahiyyətini həm xx.xx.2021-ci il tarixli 64/h nömrəli əmri, həm də bu əmrin icrası olaraq “Əmək müqaviləsi bildirişi” altsisteminə gücləndirilmiş elektron imzası ilə daxil edilməklə İnsan resursları üzrə direktoru F.Qurbanova vermişdir. İnsan resursları üzrə direktoru F.Qurbanov iddiaçının əmək müqaviləsinə işəgötürən tərəfində n qanunauyğun formada xitam verilməsi səlahiyyəti verilmiş şəxsdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M.A.Məmmədovsədrlik edən və məruzəçi, C.C.Musayeva və R.M.Həsənov) 2(103)-1094/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, rayon məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
21. Məhkəmə “əmək müqaviləsinə xitam verilməsi intizam tənbehi hesab olunmaması və işə baxan Rayon Məhkəməsinin Əmək Məcəlləsinin 188-ci maddəsinə istinad etməklə səhvə yol verməsi” barədə cavabdehin dəlili ilə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin yuxarıda qeyd olunan 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi intizam tənbehlərindən biridir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 35, 12, 16, 70 71, 76, 186 və 188-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, apel lyasiya instansiyası məhkəməsi hazırkı işə Əmək Məcəlləsinin 188-ci maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrini düzgün tətbiq etməmişdir. Belə ki, göstərilən maddi hüquq normaları intizam tənbehinin tətbiq edilməsinə aiddir. Hazırkı iş üzrə isəCavabdehMMC tərəfindən 17 iyun 2022-ci il tarixli 188/22-k nömrəli əmr verilərkən onu məhz “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmr olaraq adlandırmış, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə(işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının üzv olduğu X3 ölkəmiz tərəfindən ratifikasiya edilmiş konvensiyaların tətbiqi ilə bağlı verdiyi açıqlamalara əsasən əmək müqaviləsin ə xitam verilməsi özü özlüyündə intizam tənbehi hesab edilmir. Digər tərəfdən sözügedən əmr intizam tənbehinin tətbiq edilməsi barədə əmr hesab edilmiş olsaydı Əmək Məcəlləsinin 190-cımaddəsinin 1-ci hissəsinə əsasən (İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur), işdən azad edilən işçilər altı aydan sonra işə bərpa edilərdilər. İddiaçı intizam tənbehi tətbiq edilməmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 188-ci maddəsi tətbiq oluna bilməzdi. Cavabdeh MMC-nin Əsasnaməsinə əsasən ştat cədvəlində müavin (rəhbərin müavini) vəzifəsi yoxdur və İnsan resursları üzrə direktoru vəzifəsini icra edən şəxs MMC-nin rəhbərinin müavininə bərabər tutulmaqla həmin səlahiyyətləri icra edir. Digər tərəfdən isə" xxxx" SİM kart üzrə sertifikat Cavabdeh MMC-nin İnsan resursları üzrə direktoru Fəxri Qurbanovun adına verilmiş və bu səbəbdən də sonuncunun mübahisəli əmri imzalamaq səlahiyyəti olmuşdur. Həmçinin,Cavabdeh MMC-nin direktoru Randolph Decker tərəfindən verilmiş 23 fevral 2021-ciiltarixli, 64/h nömrəli əmrin məzmunundan da məlum olur ki, həmin əmrlə İnsan resursları üzrə direktoru X5 işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bununla əlaqədar əmr, müqavilə, əmək müqavilələrinə dəyişiklik və ya əlavə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə dair işçilərə verilən yazılı məlumatlar və ya əmrlər (sərəncamlar), xəbərdarlıqlar, istehsalatda baş vermiş bədbəxt hadisələrə dair sənədləşmələr, əmək münasibətlərinə dair müvafiq icra orqanlarına ünvanlanan məktublar, habelə aktlar və dig ər aidiyyəti sənədləri imzalamaq, əmək haqqı kartlarının təhvil verilib alınması ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyəti həvalə edilmişdir. Cavabdeh MMC-nin işəgötürəni əmək müqaviləsinə xitam verilməsi bildirişinin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilməsi səlahiyyətini həm 23 fevral 2021-ci il tarixli 64/h nömrəli əmri, həmdə bu əmrin icrası olaraq “Əmək müqaviləsi bildirişi” altsisteminə gücləndirilmiş elektron imzası ilə daxil edilməklə İnsan resursları üzrə direktoru Fəxri Qurbanova vermişdir. Bu da bir daha onu göstərir ki, MMC-nin İnsan resursları üzrə direktoru X7 iddiaçının əmək müqaviləsinə işəgötürən tərəfindən qanunauyğun formada xitam verilməsi səlahiyyəti verilmiş şəxsdir. Məhkəmə kollegiyası hüquq pozuntusuna yol verərək nəzərə almamışdır ki, C avabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş 17 iyun 2022-ci il tarixli 188/22-k nömrəli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə tam uyğun olaraq tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
26. Maddə 70, bənd “ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər.
27. Maddə 71, hissə
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
28. Maddə 71, hissə
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
29. Maddə 186, hissə
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəs sisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
30. Maddə 188, hissə
1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
31. Maddə 188, hissə
2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.
32. Maddə 188, hissə
3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf ö z tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikay ətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Cavabdehin “İddiaçı intizam tənbehi tətbiq edilməməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, belə olan halda Əmək Məcəlləsinin 188-ci maddəsi tətbiqinin doğru olmaması” barədə dəlilinə apellyasiya məhkəməsi tərəfindən qiymət verilmişdir ( § 21). Məhkəmə tərkibi həmin mövqeyi maddi hüquq normalarına uyğun saymaqla əsaslı hesab edir.
42. Kassasiya şikayətinin digər dəlilləri (İnsan resursları üzrə direktoru vəzifəsini icra edən şəxsin MMC-nin rəhbərinin müavininə bərabər tutulması mövqeyi, "xxxx" SİM kart üzrə sertifikatın MMC-nin İnsan resursları üzrə direktorunun adına verilməsi, MMC-nin direktorunun 23 fevral 2021-ci il tarixli, 64/h nömrəli əmrinin mövcudluğu, bu əmrin icrası olaraq “Əmək müqaviləsi bildirişi” altsisteminə gücləndirilmiş elektron imzası ilə daxil edilməklə İnsan resursları üzrə direktoruna verilməsi və s.) isə intizam tənbehinin işəgötürən, yaxud (müəssisənin nizamnaməsində/əsasnaməsində başqa hal nəzərdə tutulmayıbsa) onun müvafiq əmri (sərəncamı, qərarı) ilə müavinlərindən biri və ya müəssisədən kənar da yerləşən struktur bölməsinin rəhbəri tərəfindən verilməsi barədə Əmək Məcəlləsinin 188-ci maddəsinin tətbiq edilməməsi üçün əsas deyil.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düz gün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1094/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.