Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2625/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cəfərli Aminə Əliabbas qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(033)85/2017, hakim A.A.İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin ünvan 1 ünvanında olan tikilidən çıxarılmaları, yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh1 İddiaçı, cavabdehlər Zaqatala Rayonu 2 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasıtəmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında ünvan 2 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 30.000 manata satılmasına dair ünvan 4iat Kontorunda bağlanmış 10.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılaraq bu müqavilə üzrə ödədiyi həmin pulun İddiaçı özünün almasının nəzərə alınması qət edilmişdi r. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi G.Q.Abbasov, R.R.Rəfiyev, E.Ş.Hüseynov iş № 2(107)-758/2018) işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxx” QSC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, ZaqatalaRayonMəhkəməsinin16 mart 2017-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi V.Ə.İbayev, Ə.Ə.Əliyev, A.K.Kalbalıyev iş № 2(102)-4625/2018) “xxxx” QSC-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi M.M.Hüseynov, R.Ə.Əliyev, İ.H.Şükürov; 2(107)-2243/2018)işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 16 mart 2018-ci il tаrixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, qarşılıqlı iddiaya aid hissə üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 İddiaçı, habelə cavabdehlər Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilmiş, qətnamə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs QSC tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin onun iddiasının rədd edilməsi hissəsində ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 31 oktyabr 2016-cı il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi iləməhkəməyəmüraciətedərək, cavabdehlərin ünvan 1 ünvanında olan tikilidən çıxarılmaları, yaşayış evi nin boşaldılaraq ona təhvil verilməsi barədəqətnaməqəbul edilməsini xahişetmişdir. Cavabdeh1qarşılıqlı iddia verərək onunla İddiaçı arasında bağlanmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 10.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun olmamaqla ziddiyyətli əsaslara söykənmiş, məhkəmənin gəldiyi nəticə kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyası nın iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. P6 X8 şəhəri ********************* ünvanda 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 191,90 kv.m, yaşayış sahəsi 116,60 kv.m, yardımçı sahəsi 75,3 kv.m olan fərdi yaşayış evini notariusda təsdiq e dilmiş 10.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 30.000 manata İddiaçı satmışdır. Bundan sonra həmin evə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 17.07.2014-cü il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqındadaşınmazəmlakın dövlət reyestrindən çıxarış verilmiş, sonuncu ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyata alınmışlar. Cavabdeh1 ilə İddiaçı arasında 27 fevral 2015-ci il tarixdə bağlanmış “Öhdəlik müqaviləsi”ndə İddiaçı məxsus Zaqatala şəhəri Şimal-qərb yaşayış massivində tikdiyi fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən satılması ilə əlaqədar özünə məxsus ünvan 2 ünvanında yerləşən 191,90 kv.m sahəsi olan yaşayış evinin İddiaçı təhvil verildiyi, İddiaçı evin alqı-satqısı ilə əlaqədar 20.000 manat əlavə xərcə düşdüyü, Cavabdeh1 depozitə və başqa xərclərini ödəməklə bütün bu xərclər üçün Maraqlı şəxsdan 30.000 ABŞ dolları kredit aldığı, həmin kreditdən ayda 1.070 ABŞ dolları olmaqla, 6 ay ərzində ödəniş etdiyi, halhazırda Cavabdeh1 İddiaçı məxsus evin bir hissəsini tam təmir etdikdən sonra İddiaçı təhvil verməklə öz əvvəlki evini geri almaq istədiyi, bunun üçün İddiaçı Cavabdeh1 əvvəlki evinin bir hissəsini tam təmir etdirib ona təhvil verildiyi və Maraqlı şəxsda yaranmış kredit borcunun tamamını vaxtlı-vaxtında ödədiyi halda ünvan 2 ünvanında hazırda mülkiyyətində olan evlə dəyişə biləcəyi, Cavabdeh1 isə İddiaçı Şimal-qərb massivində tikdirdiyi evi satdığı ************kənd sakini “Əminət” adlı şəxsdən alıb evin bir hissəsini tam təmir etdikdən sonra və onun Maraqlı şəxsda yaranmış kredit borcunun tamamını ödədikdən sonra əvvəllər mülkiyyətində olmuş Zaqatala şəhəri************************* saylı evini geri alacağı öz əksini tapmışdır. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətdə olan evdən çıxarılma, yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi tələbini irəli sürmüşdür. Cavabdeh1 isə qarşılıqlı iddia verərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Apellyasiya məhkəməsi qarşılıqlı iddia ərizəsi mübahisəli evin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan, həmin müqaviləyə hüquqi qiymət verilərək, əvvəlcə qarşılıqlı iddia tələbi üzrə hüquqi qiymətləndirmə aparılmasını məqsədə müvafiq hesab etmişdir. Apellyasiya məhkəməsinə Zaqatala rayon 2 saylı Notariat Kont orundan sorğu əsasında daxil olmuş 10.07.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə dair notariat işindən satılan evin dəyəri kimi nəzərdə tutulmuş 30.000 manat pulun ünvan 4iat Kontorunun depozit hesabına İddiaçı tərəfindən qoyulduğu müəyyən olunsa da, lakin həmin pulun bank hesabından yenə də İddiaçı tərəfindən götürülməsi təsdiqini tapmır, bununla bağlı notariat işində təsdiqedici sənəd yoxdur. Birinci instansiya məhkəməsi evi alan İddiaçı evin dəyəri qismində 30.000 manat pulu notariat kontorunun depozit hesabına qoyub sonra da həmin pulu özünün götürməsi barədə qənaətini heç bir sübutla əsaslandırmamışdır. Digər tərəfdən, Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatda göstərilir ki, Maraqlı şəxs QSC-dən 30.000 ABŞ dolları məbləğində kredit götürmək İddia çı yalnız mübahisəli evə dair formal surətdə bağlanan alqı-satqı müqaviləsinin qanuni sənədləşdirilməsi, yəni evin dəyərinin bank vasitəsilə ödənilməsi görüntüsünü yaratmaq məqsədilə lazım olmuşdur. Halbuki, evin alqı-satqısı ilə bağlı depozit hesaba 30.000 manat pulun qoyulması 10.07.2014-cü il tarixdə, Maraqlı şəxs QSC-dən 30.000 ABŞ dolları məbləğində kreditin alınması isə 13.08.2014-cü il tarixdə baş vermiş, İddiaçı sözügedən evi alandan sonra həmin evi ipoteka qoymaqla kredit götürmüşdür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, alqı-satqı müqaviləsi bağlanandan sonra İddiaçı və onun ailə üzvləri X3, X5 və X1 şəhəri ****************** ünvanına yaşayış yeri üzrə qeydiyyata düşmüşlər ki, bu da həmin alqı-satqı müqaviləsinin uydurma əqd olmadığına dəlalət edir. Cavabdeh1 ilə alıcı İddiaç ı arasında ünvan 2 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 30.000 manata satılmasına dair ünvan 4iat Kontorunda 10.07.2014-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarlıdır, İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığını iddia etməyə heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 648.1-ci maddəsinə görə, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alın ması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Qanunvericinin tələbinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu baxımdan satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair ünvan 4iat Kontorunda rəsmiləşdirilmiş 10.07.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” qanunvericiliyin qeyd edilə n tələb və şərtlərinə tam uyğun olaraq bağlanmışdır. Digər tərəfdən Maraqlı şəxs QSC ilə İddiaçı arasında bağlanmış 13.08.2014-cü il tarixli kredit razılaşması əsasında 40 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Maraqlı şəxs QSC ilə bağladığı 08.08.2014-cü il tarixli, notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsi əsasında ünvan 3 ünvanında xüsusi mülkiyyətində olan, 0.03 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 191.90 m, yaşayış sahəsi 116.60 m, yardımçı sahəsi 75.30 m sahədən ibarət 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evini tərkibi ilə birlikdə “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən İddiaçı məxsus Zaqatala şəhəri, ********************** saylı fərdi yaşayış evi İddiaçı kredit öhdəliklərinin icrasını təmin etmək üçün Maraqlı şəxs QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edi ldiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2625/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2625/2019
11.04.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver