Məhkəmə qərarları › İş №2(102)-2625/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2625/2021

25.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2625/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Bakı Şəhəri, Yasamal Rayon İcra Hakimiyyətinin cavabdeh Muxtarov Namiq Əlibala oğluna və digərlərinə qaşı iş üzrə QƏRARİ iş № 2(102)-2625/21 (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh10 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)5161/2020 saylı qərardadından Cavabdeh 10 kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti məhkəmədə Cavabdeh10 və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və M.H.Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə, M.H.ünvan 1 ünvanlarda yerləşən mənzillərin sahibləri Cavabdeh6, Cavabdeh9, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15, Cavabdeh20 və Cavabdeh26 ünvan 2 ünvanda yerləşən mənzillərin sahibləri Cavabdeh44, ünvan 3 ünvanlarda yerləşən mənzillərin sahibləri Cavabdeh10 və Cavabdeh47 yaşayış sahələrinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni binalarda sökülən mənzillərin sahəsindən 20 faiz artıq sahəsi olan orta təmirl i mənzillərlə təmin edilənədək mənzillərdən köçürülmələri, cavabdehlərin həmin ünvanda tikiləcək yeni binalarda mənzillərlə təmin edilənədək yaxın ərazidə müvəqqəti kirayə qalmalarına görə hər mənzil üçün 300 manat kirayə haqqının Cavabdeh28 tərəfindən cavabdehlərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh26 isə məhkəmədə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı qarşılıqlı iddia verərək, ünvan 4 ünvanda yerləşən evin mənzil olmaması, fərdi yaşayış evinin xüsusi mülkiyyətində olması səbəbilə ona 104 kv.metr olan tikilinin hər kv.metrinə görə 3.500 manat məbləğin verilməsi, qanuni mülkiyyətində olan evin tikinti altındakı 96,7 kv.metrdən ibarət torpaq sahəsinin mövcud bazar qiymətləri əsasında hər kv.metrinə görə 2.500 manat kompensasiya ödənilməsi barədə qətn amə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.F.Babayev) ilk iddia təmin, qarşılıqlı iddia rədd olunaraq, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və M.H.Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə, M.H.ünvan 1 ünvanlarda yerləşən mənzillərin sahibləri Cavabdeh6, Cavabdeh9, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15, Cavabdeh20 və Cavabdeh26, ünvan 2 ünvanda yerləşən mənzillərin sahibləri Cavabdeh44, ünvan 3 ünvanlarda yerləşən mənzillərin sahibləri Cavabdeh10 və Cavabdeh47 yaşayış sahələrinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni binalarda sökülən mənzillərin sahəsindən 20 faiz artıq sahəsi olan orta təmirli mənzillərlə təmin edilənədək mənzillərdən köçürülmələri, cavabdehlərin həmin ünvanda tikiləcək yeni binalarda mənzillərlə təmin edilənədək yaxın ərazidə müvəqqəti kirayə qalmalarına görə hər mənzil üçün 300 manat kirayə haqqının Cavabdeh28 tərəfindən cavabdehlərə ödənilməsi qət edilib. Cavabdehlər Cavabdeh26, Cavabdeh44, Cavabdeh15, Cavabdeh14 və Cavabdeh47 qətnamədən ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli qərardadı ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, C.İ.Səfiyeva və N.Ş.Cəfərov) iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh20 və Cavabdeh17 qarşı iddia tələblərindən imtinası qəbul edilərək, iş üzrə Ba kı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsi onlara aid hissədə ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilib. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsi cavabdehlər Cavabdeh26, Cavabdeh44, Cavabdeh15, Cavabdeh14 və Cavabdeh47 münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdehlər Cavabdeh26 və Cavabdeh15 qətnamədən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 may 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Şadiyev sədrlik edən, məruzəçi, Q.Ə.Allahver diyev və İ.R.Xələfov) kasasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. 04 mart 2020-ci il tarixdə Cavabdeh10, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək qətnamənin surətini almış, 07 aprel 2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Mülki iş Cavabdeh10 apelyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və A.V.Tanrıverdiyev) Cavabdeh10 iş üzrə Bakı şə həri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh10 apelyasiya şikayətini iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırıb. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il qətnaməsi iddiaçının subyektiv hüququ ilə bağlı hissədə apelyasiya qaydasında bir dəfə yoxlanıldığından və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərardadının tələbləri baxımından Cavabdeh10 tərəfindən verilən apelyasiya şikayəti qanunverciliyin tələblərinə uyğun olmadığından (apelyasiya şikayəti məhkəmə aktlarının apelyasiya qaydas ında yoxlanılmış hissələrindən verildiyindən) və hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan qeyrimümkün hesab edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 366.1, 366.2, 366.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh10 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instans iyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh10 və vəkili Ceyhun Cəfərov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Cavabdeh28 və digərləri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsində göstərilir ki, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma ap armır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını ara şdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh10 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh10 iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə apelyasiyanı qeyri-mümkün hesab edərkən prosessual normaların tələblərini nəzərə almayıb. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə e dilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göründüyü kimi qeyd olunan normada apelyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam və qismən yoxlamaq vəzifəsi vardır. Qətnamənin əsaslılığının tam və ya qismən yoxlanılması onun hansı hissədə mübahisələndirilməsindən, apelyasiya şikayətinin qətnamənin ləğvinə yönəlibyönəlməməsindən və mübahisənin predmetinin bölünən olub-olmamasından asılıdır. Qətnamənin əsaslılığının qismən yoxlanılması üçün qanunla müəyyən edilmiş iki şərtin olması zəruridir: birincisi, apelyasiya şikayətinin qətnaməsinin tam ləğvinə yönəlməməsi; ikincisi, mübahisənin predm etinin bölünməz olmaması. Bu şərtlərdən hər hansı birinin istisna olması qətnamənin əsaslılığının tam yoxlanılması üçün əsasdır. Qeyd olunan iki şərtdən hər hansı birinin, yəni apelyasiya şikayətinin qətnamənin tam ləğvinə yönəlməsi; mübahisənin predmetinin bölünməz olması birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının apelyasiya qaydasında tam yoxlanılması üçün əsasdır. Apelyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəlməsi dedikdə- birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsinin xahiş olunması başa düşülür. Hazırki halda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Yasamal Rayon İcra Hakimiyyətinin iddiası təmin edilərək, digər şəxslərlə yanaşı, ünvan 5 ünvanda yerləşən mənzilin sahibi Cavabdeh10 da yaşadığı m ənzilin sahəsinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni binadan sökülən mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan orta təmirli mənzil verilməklə onun mənzildən çıxarılması və sair qət edilib. Sonradan işə cavabdehlər Cavabdeh26, Cavabdeh44, Cavabdeh15, Cavabdeh14 və Cavabdeh47 apelyasiya şikayətlərinə əsasən apelyasiya qaydasında, cavabdehlər Cavabdeh26 və Cavabdeh15 kasasiya şikayətlərinə əsasən isə kasasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Göründüyü kimi mübahisənin predmeti bölünəndir və apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisə edilən hissələrdə, yəni cavabdehlər Cavabdeh26, Cavabdeh44, Cavabdeh15, Cavabdeh14 və Cavabdeh47 münasibətdə yoxlanılıb. Lakin, birinci instansiya məhkəm əsinin qətnaməsi Cavabdeh10 münasibətdə apelyasiya qaydasında yoxlanılmayıb və ona məxsus olan mənzil apelyasiya baxışının predmeti olmayıb. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinin mənasına görə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Burada apelyasiyanın qəbul olunmamış hesab edilməsi onun qeyri-mümkünlüyünü ehtiva edir. Apelyasiyanın mümkünlüyü üçün əsasların olmaması dedikdə işə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmaması başa düşülür. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsinin əsaslılığı cavabdehlər Cavabdeh26, Cavabdeh44, Cavabdeh15, Cavabdeh14 və Cavabdeh47 apelyasiya şikayətlərinə əsasən qismən yoxlanıldığından, Cavabdeh1 0 apelyasiya şikayəti üzrə apelyasiyanın qeyrimümkün hesab edilməsi üçün prosessual əsaslar olmamışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən Cavabdeh10 apelyasiya şikayəti üzrə apelyasiyanı qeyri-mümkün hesab etməklə, əslində onun məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş təsbit edilib. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin İ bən dində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh10 kasasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)-5161/2020 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar