Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2626/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Rzayev Elvin Rəşid oğlunun iştirakları ilə, Cavabdeh və vəkili Rzayev Elvin Rəşid oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(103)-6435/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2018-ci il tarix li, 2(011)-57/2018 saylı qətnaməsi ilə (hakim F.Ə.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ödənilməmiş əmək haqqına görə 1.738,67 manat və əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində olmaqla 3.080,21 manat ödəncin, cəmi 4.818,88 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(103)-8482/2018 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) Cavabdeh apelyasiya şikayət i təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, 2(102)-1182/2019 saylı qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi S.F.Hacıyev, Q.A.Əsgərov və E.R.Vəliyeva) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(103)-6435/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Z.Ə.Əliyev, F.Ş.T alışinski və R.Ə.Eyvazov, iş № 2(103)-6435/2019) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəati Rayon Məhkəməsinin 2(011)-57/2018 saylı iş üzrə 07 may 2018-ci il tarixli qətnaməsinin ödənilməmiş əmək haqqının məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh İddiaçı xeyrinə tutulan ödənilməmiş əmək haqqının məbləği 1.686,20 (bir min altı yüz səksən altı manat, iyirmi qəpik) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına) ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh 2.720 manat əmək haqqının və 7.419,20 manat faiz məbləğinin, cəmi 10.139,20 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xeyli müddətdir 12 saylı marşurutda sürücü işləyir. 2015-ci ilin dekabr ayında həmin marşurutun sahibi dəyişmiş və marşurut fiziki şəxs Cavabdeh sərəncamına keçmişdir (VÖEN **********). O, 08.01.2016-cı ildə yeni sahibkar Cavabdeh ilə əmək müqaviləsi bağlamışdır və öz işini davam etdirmişdir. Həmin əmək müqaviləsinə əsasən onun aylıq əmək haqqı 160 (bir yüz altmış) manat müəyyən edilmişdir. Həmçinin danışığa əsasən maşının gündəlik yanacaq xərcinin, yəni 60 manatı özündən ödəmişdir. O, müqaviləni imzalamışdır, lakin Cavabdeh müqavilənin hər iki nüsxəsini özündə saxlamışdır. Əmək kitabçasını cavabdehə vermişdir və demişdir ki, onun işə qəbul olması barədə müvaf iq qeyd aparılsın, lakin cavabdeh demişdir ki, narahat olmasın onun əmək müqaviləsi 08.01.2016-cı ildən müvafiq qaydada qeydiyyatdan keçirilib. İşlədiyi hər gün üçün Cavabdeh 180 manat pul ödəmişdir. Lakin onun əmək müqaviləsində göstərilən əmək haqqını ödəməmişdir. Hər dəfə bu barədə cavabdehə dedikdə onu inandırmışdır ki, narahat olmasın onun pulu batmayacaq. Nəhayət 2017-ci ilin iyun ayında o, bütün işlədiyi aylar üçün əmək haqqının ödənilməsini tələb etdikdə, onu işdən çıxartdığını bildirmişdir. Bu barədə müvafiq qurumlara şikayət etdikdən sonra Cavabdeh telefonoqram ilə onu işə dəvət etmiş, ərizəni geri götürməsini tələb etmişdir. Onun bu qanunsuz tələbindən imtina etdiyi üçün yenə onu işə buraxmaqdan imtina etmişdir. 08.01.2016-cı ildə cavabdehlə əmək müqaviləsi bağlamış, lakin həmin şəxs əmək müqaviləsində nəzərdə tutulan əmək haqqından indiyə qədər heç nə ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili Rzayev Elvin Rəşid oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün h üquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Rzayev Elvin Rəşid oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmə nin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh vəkili Rzayev Elvin Rəşid oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə əmək haqqının verilməsinin gecikdirilməsinə görə faiz məbləğinin tutulması hissəsində ləğv olunmalı, iddia tələbi həmin hissədə təmin olunmamalı və qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ödənilməmiş əmək haqqına görə 1686,20 manatın tutulmasının təmin edilməsi hissəsində mübahisəli hüqu q münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin qeyd olunan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq işə yenidən baxmış apelyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış münasibətləri əmək hüquq münasibətləri kimi qiymətləndirmiş və mübahisəni əmək qanunvericiliyinin normalarına uyğun həll etmişdir. Apelyasiya baxışında məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 20165 nömrəli, 14 oktyabr 2019-cu il tarixli rəyində İddiaçı 01.08.20160-cı il tarixdən 27.06.2017-ci il tarixədək 12 saylı sərnişin daşıma xəttində sürücü işlədiyi dövrdə əmək müqaviləsinə əsasən əmək haqqı 160 manat olduğu təqdirdə, ödənilməmiş əmək haqqı məbləği 1.686,20 manat müəyyən olunmuşdur. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödəncin tutulması hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normasının tələbinin pozulması ilə çıxarılmışdır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin tələblərinə görə əgər tərəflər arasınd a əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Belə ki, işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özüözlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərə findən həlli nəticəsində müəyyən edilir. Məcəllənin 172-ci maddəsinin qeydindən də göründüyü kimi «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Baxılan iş üzrə fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir. Cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübah isələndirmiş, borcun yarandığı yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyən edilmişdir. Bu baxımdan hazırkı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinə hüquqi əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməs i üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hissədə yol verilmiş pozuntu yalnız maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə bağlı olduğundan, MPM-nin 417.1.4-cü maddəsinə əsasən qətnamə əmək haqqının verilməsinin gecikdirilməsinə görə faiz məbləğinin tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(103)-6435/2019 saylı qətnaməsi əmək haqqının verilməsinin gecikdirilməsinə görə faiz məbləğinin, yəni 3080,21 manat ödəncin tutulması hissəsində lə ğv edilsin. İddia tələbi həmin hissədə təmin olunmasın. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2626/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2626/2020
15.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver